Məhkəmə qərarları › İş №2-2(113)-1120/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1120/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1120/2020 26.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “X3.” Bahamas Şirkətinə qarşı (Herbion Pakistan” (PVT) LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı üçüncü şəxs olmaqla) dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdeh “X3.” Bahamas Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X3.” Bahamas Şirkətindən dəymiş zərərin əvəzi olaraq 69.120 manat (40658 ABŞ dolları), işgüzar nüfuza dəymiş ziyan kimi 100.000 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” MMC - nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə “X3.” Bahamas Şirkəti arasında arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hİİ/ROR/001/2016 saylı müqavilənin şərtlərinə görə satıcı şirkət (cavabdeh) baş spesifikasiyada və əlavədə göstərilən farmaseptik məmulatları “CİF Baku” (İnkoterms2010) şərti ilə alıcıya (cavabdehə) satmağı, alıcı isə təhvil aldığı məmulatlara görə ödəməni bank köçürməsi ilə satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. 2016-cı ilin oktyabr ayında “X3” şirkətinin rəhbərliyi ilə “xxxx” MMC-nin direktoru Elmir Aslanlı arasında Bakı şəhərində görüş keçirilmişdir. Həmin görüşdə qarşı tərəf Ukrayna Respublikası üçün hazırlanan, lakin satılmamış, istifadə tarixinin tamam olmasına 1 il qalmış 2 növ məhsulun (“Linkas Nova” və “İnsty Nova”) satılmasında onlardan kömək istədi. Ümumi olaraq, Azərbaycanda təhvil qiyməti müzakirə olundu. Malın kəmiyyətinin böyük olması səbəbindən qarşı tərəf alqısatqı olacağı təqdirdə onlara 500 ədəd əczaçı geyimi də verəcəyinə söz verdi. xx xxxxxxx 2016-cı ildə tərəflər arasında müqavilə bağlandı. Qarşı tərəf onlara məlumat verilmədən məhsullarının yollanılmasına qərar vermişdi. Məhsullar artıq Rusiya Federasiyası ərazisində olarkən “X3.” Bahamas Şirkətinin Azərbaycandakı nümayəndəsi Əhməd Vasif ehtiyyatsızlıq ucbatından məhsulların yerində danışılan məbləğinin iki qatına çıxarıldığını bildirdi. Bu da Azərbaycandakı gömrük xidməti və vergi xərclərinin iki dəfə artmasına gətirib çıxartdı. “xxxx” MMColaraq məhsulun qiymətinin danışılandan baha olacağına görə həmin məhsuldan imtina etdiklərini bildirmişlər. İddiaçının bölgə meneceri X7 və direktoru Nadim Xalidin qardaşı Xürrəm Xalid Azərbaycanda onlarla görüşərkən bu səhvin onların fəaliyyəti nəticəsində yarandığını bildirdilər və bunu aradan qaldıracaqlarına söz verdilər. Gömrük və vergi orqanlarında yaranacaq bütün ödəmə xərclərini qarşılayacaqlarını bildirdilər. İddiaçı bu şifahi razılaşmanın qarşılığında gömrük rəsmiləşdirilməsini aparmağa qərara gəldi. Məhsullar satışa çıxarıldı və mütəmadi olaraq hissə-hissə “X3” şirkətinin hesabına pul köçürüldü. Müqavilədə də bildirildiyi kimi aldıqları çeşiddə məhsulların bu və ya digər adla Azərbaycana gətirilməsi və satılması onlar tərəfindən yolverilməzdir. Bu müqavilənin 4.11-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə qeyd olunur ki, satıcı yəni iddiaçı tərəf alıcıya – yəni cavabdeh tərəfə təklif etdiyi, adları baş spesifikasiyada göstərilən eyni molekulyar tərkibli məmulatların Azərbaycan Respublikası ərazisində digər distribyutora verə bilməz. Lakin onların aldıqları məhsulların böyük bir satışını həyata keçirərkən iddiaçı tərəfin nümayəndəsi başqa bir alıcıya – yəni üçüncü şəxsə ona verilən qiymətdən də aşağı qiymətə məhsul verə biləcəklərini “X3” şirkəti olaraq təkidlə bildirdilər. Belə olduğu halda iddiaçı ödənişi dayandıraraq, onlara verilən məhsulu tam olaraq satdıqdan sonra onlara ödənişi həyata keçirəcəklərini bildirdilər. Çünki qarşı tərəf müqavilənin 4.11-ci maddəsini kobud şəkildə pozaraq digər şəxslərə onlara satdığı məhsulları daha ucuz qiymətə təklif edərək, aldıqları malların satışını mümkünsüz edirdi. Daha sonra isə “X3” şirkəti verdiyi vədin üstündə durmayaraq öz ehtiyyatsızlığı ucbatından gömrük və vergi orqanlarında yaranan və həll edilməsini öhdələrinə götürdüyüödəmə fərqini və 500 ədəd əczaçı geyiminin məbləğini ödəməkdən boyun qaçırdılar. Sanki belə bir razılaşma heç olmamışdı. Belə olduğu halda iddiaçı şirkətin vitse-prezidenti Xürrəm Xalidə onlara həqiqi borclarının nə qədər olduğu haqqında e-mail vasitəsi ilə sual ünvanladılar. Qarşı tərəf isə bundan sonra heç bir cavab bildirmədən onlara qarşı məhkəmədə iddia qaldırmışdır. Belə ki, “X3.” Bahamas Şirkəti “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hİİ/ROR/001/2016 saylı müqavilənin ləğv edilməsinə, cavabdehin şirkətə borclu olduğu 16884 ABŞ dolları məbləğində, eləcə də 2200 avro məbləğində pulun, vurulmuş maddi zərərə görə 1528 ABŞ dolları məbləğində pulun, tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və işgüzar nüfuza vurulmuş 100.000 manat məbləğində pulun, ümumilikdə 18.412 ABŞ dolları, 2200 avro və 100.030 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq şirkətə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-37/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC ilə iddiaçı “X3.” Bahamas Şirkəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hİİ/ROR/001/2016 nömrəli müqavilə ləğv edilmiş, cavabdeh “xxxx” MMC-dən iddiaçı “X3.” Bahamas Şirkətinin xeyrinə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 16.884 ABŞ dolları məbləğində əsas borc, 1.528 ABŞ dolları məbləğində dəymiş ziyan kimi dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun 5 manatının tutulması, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun 25 manatının iddiaçıya aid edilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(103)-384/18 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2- 2(102)-251/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-2(103)-384/18 saylı qətnaməsi ləğv edilmiş, kassasiya şikayəti qismən təmin olunmuşdur. Hazırda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-37/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən “xxxx” MMCtərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. Yuxarıda qeyd edilən məhkəmə çəkişməsində cavabdeh olan “xxxx” MMCqarşılıqlı iddia irəli sürmək imkanını itirdiyi üçün, yeni iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixdə Hİİ/ROR/001/2016 saylı müqavilədə bu barədə bənd (razılaşma) olmadığı halda, “X3.” Bahamas Şirkəti “xxxx” MMCsatdığı malı Azərbaycan Respublikası Tarif Şurasına salaraq, həmin mallar üçün qiymət müəyyənləşdirmiş və onların həmin malları daxili bazarda satmaqları üçün qiymət sərhədi müəyyən etmişdir. «Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxx 2005-ci il tarixli 242 nömrəli Fərmanın 4.2-ci bəndinin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə təsdiq edilmiş və Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilmişdir. Bu isə birbaşa olaraq alıcı – yəni “xxxx” MMC-nin əldə etdiyi mallar üzərində sərəncam verməsinə mane olmuş, qeyd edilən malların alıcı şirkətin qazanc əldə etmək üçün nəzərdə tutduğu şəkildə (qiymətdə) ölkə daxilində satmasında problem yaranmışdır. Həmçinin müqavilənin 4.11-ci maddəsinə qeyd olunmuşdur ki, satıcı yəni, “X3.” Bahamas Şirkəti alıcıya yəni “xxxx” MMC-yə təklif etdiyi adları baş spesifikasiyada göstərilən eyni molekulyar tərkibli məmulatları Azərbaycan Respublikası ərazisində digər distribyutora verə bilməz. Lakin “X3.” Bahamas Şirkəti istehlak tarixinin bitməsinə 1 il qalmış malları “xxxx” MMC-yə verdikdən sonra daxili bazarda, yəni Azərbaycan Respublikasında başqa alıcılara (distirbyutorlara) yeni mallar vermişdir (satmışdır). xx xxxxxx 2016-cı il tarixli, AZ 0xx xxx 15930 və AZ 0xx xxx 15931 seriyalı sertifikatlardan məlum olur ki, “Linkus Nova” və “İnsty Nova” adlı mallar üçün gigiyenik sertifikatlar “xxxx” MMCmüraciətindən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Sanitariya – Karantin Müfəttişliyi tərəfindən verilmişdir. “X3.” Bahamas Şirkətininmüqavilənin şərtlərinin pozaraq“xxxx” MMC-yə təqdim etdiyi məmulatlarla eyni molekulyar tərkibli məmulatları Azərbaycan Respublikası ərazisində digər distribyutora verməsi başqa bir sertifikatlarla təsdiqlənir. Belə ki, xx xxxx 2017-cı il tarixli, AZ 0xx xxx 8910 və AZ 0xx xxx 8907 seriyalı sertifikatlardan məlum olur ki, “Linkus” və “İnsty” adlı mallar üçün gigiyenik sertifikatlar “xxxx” MMC-nin müraciətindən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Sanitariya – Karantin Müfəttişliyi tərəfindən verilmişdir. Nəticədə isə, 7300 ədəd “Linkus” və 8060 ədəd “İnsty” adlı malların “xxxx” MMC tərəfindən satışı həyata keçirilə bilməmiş və “xxxx” MMCzərərə uğramışdır. “Linkus” və “İnsty” adlı malların hər birinin satışının qiyməti 4 manat 50 qəpik təşkil etmişdir. Müqavilə şərtlərinin bu kobud pozuntuları nəticəsində ümumilikdə, “xxxx” MMC69.120 manat (40.658 ABŞ dolları) dəyərində zərər vurulmuşdur. Öz növbəsində bu müqavilə pozuntuları “xxxx” MMC-nin işgüzar nüfüzuna da zərər vurmuşdur. Belə ki, qeyd edilən mallar “xxxx” MMC-nin anbarında qalmış, şirkət öz müştəriləri qarşısında arzu olunmaz vəziyyətə düşmüş, eyni zamanda bazarda fəaliyyəti zəifləmişdir. Son olaraq xx xxxx 2019cu il tarixində müqavilənin şərtlərinin pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi barədə pretenziya qaydasında cavabdehə müraciət etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, onlarla iddiaçı “xxxx” MMC arasında xx xxxxxxx 2016-cı il tarixdə Hİİ/ROR/001/2016 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə ”X3” Bahamas (satıcı) baş spesifikasiyada və əlavədə göstərilən farmasevtik məmulatları CİF bakı (inkoterms-2010) şərtlərinə əsasən cavabdeh “xxxx” MMC-yə (alıcıya) satmağı, cavabdeh şirkət isə təhvil aldığı məmulatlara görə ödəməni ABŞ dolları şəklində bank köçürməsi ilə Satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərindən bağlanmış müqavilənin şərtləri yerinə yetirilərək cavabdeh şirkətə müvafiq məmulatlar təhvil verilmişdir. Təhvil verilmiş məmulatlara görə (xx.xx.2016-cı il tarixli, 116/VT/AZR/2016 saylı İnvoise) “xxxx” MMC-nin X3” Bahamas şirkətinə 16884 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh şirkətlə aralarında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli Hİİ/ROR/001/2016 saylı Müqavilənin 2.1-ci maddəsinə əsasən “xxxx” MMCtərəfindən ödəmə 2 mərhələdə həyata keçirilməli idi: 1. Ödəmənin 50% sifariş verilən andan 5 iş günü ərzində ödənilməlidir. 2.Qalıq 50% ödəmə isə məmulatlar hazır olduqdan sonra ödənməlidir. Lakin yuxarıda da qeyd etdikləri kimi müvafiq məmulatlar cavabdeh şirkətə təhvil verilsə də, onlara ödənilməli məmulatları dəyəri ödənilməmişdir. Yuxarıda göstərilənlər cavabdeh şirkətlə aralarındakı müqavilə bağlanarkən tərəflərindən əsas götürülən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə, eləcə də müqavilə şərtlərinin cavabdeh “xxxx” MMCtərəfindən əhəmiyyətli dərəcədə pozulmasına dəlalət etdiyindən, borcun ödənilməsi təklifi ilə “xxxx” MMC-yə dəfələrlə müraciət etmələrinə baxmayaraq, həmin şirkət tərəfindən ”X3” Bahamas şirkətinə olan borc məbləği ödənilməmiş, ” “xxxx” MMC tərəfindən üzərinə götürülən öhdəlik icra edilməmişdir.Bundan sonra tərəflərindən xx xxxxx 2017-ci il tarixli pretenziya ilə “xxxx” MMC-yə müraciət edilərək, ödəməli olduqları 16884 ABŞ dolları məbləğində, eləcə də 2200 avro məbləğində pulun, 03 gün ərzində (xx xxxxx 2017-ci il tarixədək) X3” Bahamas şirkətinə ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir.Müraciətlərinə hər hansı bir cavab verilməmişdir.Daha sonra xx xxxxx 2017-ci il tarixli pretenziya ilə “xxxx” MMC-yə müraciət edilərək, aralarında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli Hİİ/ROR/001/2016 saylı Müqaviləni ləğv etdikləri qeyd edilməklə, ödəməli olduqları 16.884 ABŞ dolları məbləğində, eləcə də 2.200 avro məbləğində pulun, 02 gün ərzində (xx xxxxx 2017- ci il tarixədək) X3” Bahamas şikətinə ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. Lakin bu dəfə də müraciətlərinə hər hansı bir cavab verilməmişdir. Ona görə də ”X3” Bahamas Şirkətinə qarşı müqavilənin ləğv edilməsi, müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış borcun, vurulmuş zərərin və digər xərclərin ödənilməsi tələbinə dair iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş N° 2-2(82)-37/2018, sədrlik edən hakim R. Kərimli) iddiaçı “X3” Bahamas Şirkətinin cavabdeh “xxxx” MMC-nə qarşı “müqavilənin ləğv edilməsi, müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış borcun, vurulmuş zərərin və digər xərclərin ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” MMC ilə iddiaçı “X4.” Bahamas Şirkəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hİİ/ROR/001/2016 nömrəli müqavilənin ləğv edilməsi, cavabdeh “xxxx” MMC-dən iddiaçı "X4." Bahamas Şirkətinin xeyrinə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 16.884 ABŞ dolları məbləğində əsas borc, 1.528 ABŞ dolları məbləğində dəymiş ziyan kimi dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 5 manatının tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMCtərəfindən apellyasiya şikayəti verilmişdir.Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə s/e və məruzəçi C.A. Yusifov, hakimlər V.M. Ağayev və A.B. Nuriyeva, iş Na 2-2(103)- 384/2018) cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təminedilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-37/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Bakı Apellyasiya Məhkəməsinin İİK-nın sözügedən qətnaməsindən cavabdeh “xxxx” MMCtərəfindən kassasiya şikayəti verilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx xxxx 2019-cu il tarixli qərarı ilə (s/e İ. Dadaşov, iş N° 2-2(102)-251/2019) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-2(103)-384/18 saylı qətnaməsi ləğv edilmiş, kassasiya şikayəti qismən təmin olunmuşdur.Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (s/e və məruzəçi İ.B. Əhmədov, hakimlər S.S. Seyidova və V.M. Məmmədov, iş Na 2- 2(103)- 677/2019) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-37/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh “xxxx” MMC-dən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 12.884 ABŞ dolları məbləğində əsas borc, 1.000 ABŞ dolları məbləğində dəbbə pulu iddiaçı “X4.” Bahamas Şirkətinin xeyrinə tutulmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdeh “xxxx” MMCtərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin İİK-nın sözügedən qətnaməsindən cavabdeh “xxxx” MMCtərəfindən kassasiya şikayəti verilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin KK-nın xx xxxx 2020-ci il tarixli qərarı ilə (s/e R. Nəbizadə, iş Na 2-2(102)- 133/2020) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-677/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.İddia ərizəsində iddiaçı tərəf tərəflər arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli Müqaviləyə istinad etməklə, guya “X4.” Bahamas Şirkəti tərəfindən hansısa müqavilə şərtlərinin pozulduğunu qeyd edərək, bunun nəticəsində onlara maddi ziyan vurulduğunu iddia etmişdir. Qeyd edir ki, “X4.” Bahamas Şirkəti tərəfindən hansısa müqavilə şərtlərinin pozulması barədə göstərilənlərin hər hansı bir əsası yoxdur. Belə ki, əvvəla iddiaçı tərəf irəli sürdüyü dəlilləri təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi isə iddiaçı tərəf irəli sürdüyü dəlilləri bundan əvvəl də tərəflər arasında olmuş yuxarıda qeyd etdiyim məhkəmə mübahisəsi zamanı da irəli sürmüşdür. Lakin işə baxan məhkəmələr “xxxx” MMC-nin qeyd olunan dəlillərinin əsassız olması nəticəsinə gəlmişlər. İddiaçının qanuni təmsilçisi X5 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs “Herbion Pakistan” (PVT) LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı məhkəmənin baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxs Herbion Pakistan” (PVT) LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ”xxxx” MMC (alıcı) ilə cavabdeh “X3” Bahamas şirkəti (satıcı) arasında xx.xx.2018-ci il tarixli Hİİ/ROR/001/2016 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı baş spesifikasiyada və əlavədə göstərilən farmaseptik məmulatları CİF Bakı şərtlərinə əsasən alıcıya satmağı, alıcı isə öz növbəsində həmin şərtlərlə həmin məmulatları almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.11-ci bəndinə əsasən satıcı alıcıya təklif etdiyi, adları baş spesifikasiyada göstərilən eyni molekulyar tərtkibli məmulatları Azərbaycan Respublikasında digər distribyutora verə bilməz. Müqavilənin 11.2-ci bəndinə görə müqavilə imzalandığı gündən 5 il müddətində etibarlı sayılır. Həmin müqaviləyə 1 saylı baş spesifikasiyaya görə müqaviləyə əsasən təqdim olunacaq məmulatların adları – Linkus Syrup 120 ml, 1 ədədinin qiyməti 0,28 ABŞ dolları və İnsty nova Granules 10 S,1 ədədinin qiyməti 0,25 ABŞ dollarıdır. AR Səhiyyə Nazirliyi Respublika X1 tərəfindən verilmiş Seriya N AZ 0xx xxx 15931 saylı,xx.xx.2016-cı il tarixli Gigiyenik Sertifikatın surətindən görünür ki, “xxxx” MMC-yə “Herbion Pakistan LTD“ şirkəti tərəfindən istehsal olmuş və Hİİ/ROR/001/2016 saylı müqaviləyə əsasən gətirilmiş “Linkus nova” adlı qidaya əlavə üçün gigiyenik sertifikat verilmişdir. AR Səhiyyə Nazirliyi Respublika X1 tərəfindən verilmiş Seriya N AZ 0xx xxx 15930 saylı,xx.xx.2016-cı il tarixli Gigiyenik Sertifikatın surətindən görünür ki, “xxxx” MMC-yə “Herbion Pakistan LTD” şirkəti tərəfindən istehsal olmuş və Hİİ/ROR/001/2016 saylı müqaviləyə əsasən gətirilmiş “İnsty nova” adlı qidaya əlavəyə görə gigiyenik sertifikat verilmişdir. AR Səhiyyə Nazirliyi Respublika X1 tərəfindən verilmiş Seriya N AZ 0xx xxx 8907 saylı, xx.xx.2017-ci il il tarixli Gigiyenik Sertifikatın surətindən görünür ki, , “xxxx” MMC-yə “Herbion Pakistan LTD “şirkəti tərəfindən istehsal olmuş və xx.xx.2017-ci il tarixli HH/SF/001/2017 saylı müqaviləyə əsasən gətiriləcək “İnsty” (toz) adlı qidaya əlavə üçün gigiyenik sertifikat verilmişdir. AR Səhiyyə Nazirliyi Respublika X1 tərəfindən verilmiş Seriya N AZ 031RSK 8910 saylı, xx.xx.2017-ci il tarixli Gigiyenik Sertifikatın surətindən görünür ki, “xxxx” MMC-yə “Herbion Pakistan LTD “şirkəti tərəfindən istehsal olmuş və xx.xx.2017-ci il tarixli HH/SF/001/2017 saylı müqaviləyə əsasən gətiriləcək “Linkus” adlı qidaya əlavə (pastila) üçün gigiyenik sertifikat verilmişdir. İddiaçı ”xxxx” MMC xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə “X3” Bahamas şirkətinə müraciət edərək zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21-ci və 443cü maddələri təşkil edir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə qeyd edir ki, maddi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması (müqavilədən irəli gələn maddi zərər tələbi olduqda isə cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması), ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Beləliklə, müqavilələrdən irəli gələn maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair işlərə baxılarkən ilk növbədə cavabdehin müqavilə öhdəliklərinin pozuntusuna yol verilməsi müəyyən edilməlidir. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı “xxxx” MMC zərərin (real maddi zərər və işgüzar nüfuzuna dəymiş zərər) ödənilməsi tələbinə dair iddia tələbini cavabdeh “X3” Bahamas şirkəti tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 4.11-ci bəndinin tələblərinin pozuntusuna yol verilərək eyni iddiaçıya satılmış məmulatlarla molekulyar tərkibə malik məmulatların cavabdeh tərəfindən AR ərazisində digər distribyutora satılması ilə əsaslandırsa da, həmin halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, yuxarıda göstərilən halları sübuta yetirmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi “xxxx” MMC-yə verilmiş gigiyenik sertifikatlar iddiaçıya satılmış məmulatlarla oxşar tərkibli məmulatların AR ərazisində başqa şirkətə satılmasını təsdiq etsə də, həmin sertifikatlarda məmulatları satan şirkətin adı qeyd edilməyib, belə olan halda isə həmin sertifikatlara əsasən sözügedən məmulatların məhz cavabdeh “X3” Bahamas şirkəti tərəfindən satılmasını müəyyənləşdirmək mümkün deyil. Cavabdeh “X3” Bahamas şirkətinin nümayəndəsinin məhkəmədə verdiyi izahatdan isə görünür ki, mübahisəli farmaseptik məmulatların istehsalçısı “Herbion Pakistan” (PVT) LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı fəaliyyət göstərir və sözügedən məmulatlar həmin şirkət tərəfindən də satıla bilərdi. Digər tərəfdən məhkəməyə təqdim edilmiş farmaseptik məmulatların qablaşdırma nümunələrindən isə müəyyən edilir ki, iddiaçı “xxxx” MMC-yə satılmış məmulatlarla (“Linkus nova Syrup” və “İnsty nova Granules” adlı qidaya əlavələr) “xxxx” MMC-yə (“İnsty” (toz) və “Linkus” adlı qidaya əlavə (pastila)) satılmış məmulatlar oxşar molekulyar tərkibli məmulatlar olsa da, tərkibləri eyni deyildir. Bununla yanaşı iddiaçıya satılmış “Linkus nova Syrup” adlı məmulat sirop olduğu halda, “xxxx” MMC-yə satılmış “Linkus” preparat həblər (pastil) formasındadır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh tərəfindən mübahisəli müqavilənin 4.11-ci bəndinin pozulması halı iş materialları ilə təsdiqini tapmır. Bundan əlavə iddiaçının cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması halı kimi istinad etdiyi cavabdeh tərəfindən mübahisəli dərman vasitələrinin qiymətinin müəyyənləşdirilərək dövlət qeydiyyatına alınması, nəticədə həmin dərman vasitələrinin satılmasında çətinliklər yaranması barədə dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisəli dərman vasitələrinin bazis, topdan satış və pərakəndə satış qiymətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na əsasən müəyyən edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmin qaydaların 4.1-ci bəndinə əsasən istehsalçılar orijinal və generik dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Şura tərəfindən müəyyən edilən bəyannamə forması ilə Katibliyə müraciət edirlər. İstehsalçılar təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyünü, habelə qiymətlərin aşağı düşməsi barədə məlumatların bu Qaydanın 5.6-cı bəndinə uyğun olaraq Katibliyə verilməsini təmin etməlidirlər. 4.11-ci bəndinə görə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə Şura tərəfindən elan verilir. İstehsalçılar tərəfindən qiymət tənzimlənməsi üçün Şuranın elanda müəyyən etdiyi müddət ərzində müraciət edilmədiyi təqdirdə, istinad ölkələri, habelə açıq informasiya mənbələri olan ölkələr üzrə məlumatlar əsasında araşdırma aparılmaqla bazis qiymət müəyyən edilərək qiymət tənzimlənməsi həyata keçirilir. Həmin Qaydaların məzmunundan göründüyü kimi AR ərazisində dərman vasitələrinin topdansatış və pərakəndə qiymətləri dövlət tərəfindən tənzimlənir. Həmin qaydalarda dərman vasitələrinin istehsalçılarının həmin vasitələrin qiymətlərinin müəyyən edilməsi məqsədilə Tarif Şurasına müraciət etmək və zəruri sənədlərin təqdim etmək kimi vəzifələri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dərman vasitələrinin istehsalçısının normativ hüquqi aktda müəyyən edilmiş vəzifəni icra etməklə dərman vasitələrinin qiymətinin müəyyən edilməsi və qeydiyyata alınması üçün Tarif Şurasına müraciət etməsi və həmin müraciət əsasında dərman vasitələrin topdansatış və pərakəndə qiymətinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalarda göstərilən düsturla müəyyən edilməsi iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmur, eləcə də həmin halların cavabdeh “X3” Bahamas şirkətinin mübahisəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri və həmin öhdəliklərin icra edilməsi ilə heç bir bağlılığı yoxdur. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması, eləcə də müqavilə öhdəliyinin pozulması nəticəsində iddiaçıya real maddi zərər və işgüzar nüfuzuna zərər vurulması halları iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin cavabdeh “X3.” Bahamas Şirkətinə qarşı zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar