Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-12/2021 16.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış XG-0597/2017 saylı 08 iyun 2017-ci il tarixli dənizlə yük daşınması müqaviləsinin etibarsız hesab edilməsi, 08 iyun 2017-ci il tarixli dənizlə yük daşınması müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar həmin müqavilə üzrə "xxxx" MMC tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə daşımanın dəyəri (fraxt) kimi ödənilmiş 40000 (qırx min) ABŞ dolları və liman xərcləri kimi ödənilmiş 3000 (üç min) ABŞ dolları cəmi 43000 (qırx üç min) ABŞ dolları məbləğində pulun AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" MMC-nin xeyrinə tutulması, "xxxx" MMC tərəfindən 28.07.2017-ci il tarixdə səhvən demerec kimi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına ödənilmiş 31385,42 ABŞ dolları ((53.383 (əlli üç min üç yüz səksən üç) manat 46 (qırx altı) qəpik) pul məbləğinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-yə qaytarılması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün həmin pul məbləğlərinin illik 5 (beş) faiz məbləği kimi 3719 (üç min yeddi yüz on doqquz) ABŞ dolları məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" MMC-nin xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" MMC-nin xeyrinə tutulması, vurulmuş zərərin əvəzi kimi ümumi məbləğ olaraq 78104 (yetmiş səkkiz min yüz dörd) ABŞ dolları 42 (qırx iki) sent və 30 manat pul məbləğinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə "xxxx" MMC arasında XG-0597/2017 saylı 08.06.2017-ci il tarixli dənizlə yükdaşınması müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən daşıyıcı ona yükgöndərən tərəfindən təqdim edilən maksimum 3200 ton pambıq çiyidini Hövsan limanından İran İslam Respublikasının Fereydunkənar limanına gəmi ilə daşımağı və təyinat limanında yükü almağa müvəkkil edilmiş şəxsə - yükalana (İİR “X2 Khazar Co” şirkətinə) verməyi, yükgöndərən isə bu müqavilənin 4.1-ci bəndində göstərilmiş daşımanın dəyərini daşıyıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləni Cavabdeh QSC-nin adından Cəmiyyətin sədr müavini imzalamışdır. Beləliklə, XG-0597/2017 saylı 08.06.2017-ci il tarixli dənizlə yükdaşınması müqaviləsi mülki qanunvericiliyin və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq səlahiyyəti olmayan şəxs şəxs tərəfindən imzalandığından, həmin müqavilə bağlandığı andan etibarsız sayılmaqla heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bu baxımdan həmin müqavilənin bütün şərtləri (o cümlədən demerecin ödənilməsi barədə müqavilənin 3.1-ci bəndinin şərtləri) etibarsız sayılmaqla heç bir hüquqi nəticələrə səbəb olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.4-cü maddəsində (səhmdar cəmiyyətində idarəetmə) göstərilmişdir: “Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və (və ya) təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 nömrəli 24.01.2014-cü il tarixli Qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 nömrəli 24.01.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsi”nin 7.1.13-cü bəndinə əsasən cəmiyyətin sədri bu Nizamnamənin 6.5.4-cü və 6.5.4-1-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla müqavilələr (o cümlədən xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Müqavilə anlayışının zəruri elementlərinə subyektiv tərkib, məzmun və forma daxildir. Subyektiv tərkibə müəyyən müqavilənin bağlanılmasında və (və ya) icra edilməsində (reallaşdırılmasında) iştirak edən şəxslər daxildir. Hər bir mülki-hüquqi müqavilə özündə qarşılıqlı razılaşmanı nəzərdə tutur. Azərbaycan Xəzər Dəniz X1 Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış XG-0597/2017 saylı 08.06.2017-ci il tarixli dənizlə yükdaşmması müqaviləsini Azərbaycan Xəzər Dəniz X1 Cəmiyyətinin adından səlahiyyətli şəxs olan yalnız səhmdar cəmiyyətin icra orqanı kimi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin sədri imzalaya bilərdi. Yuxarıda qeyd edildiyi kimi, dənizlə yükdaşmması müqaviləsi səlahiyyəti olmayan şəxs - Azərbaycan Xəzər Dəniz X1 Cəmiyyətinin sədr müavini tərəfindən imzalandığından, həmin müqavilə bağlandığı andan etibarsız sayılır. 05.03.2018-ci il tarixli pretenziya ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək, pretenziyanı aldıqdan sonra 5 (beş) gün müddətində bağlandığı andan etibarsız əqd olan XG- 0597/2017 saylı 08.06.2017-ci il tarixli dənizlə yükdaşınması müqaviləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci, 337.4-cü və 337.5-ci maddələrinə əsasən etibarsızlığının nəticələri ilə əlaqədar məsələyə münasibət bildirilməsini xahiş etmişik. Lakin həmin pretenziyaya cavab verilməmişdir. Bu səbəbdən 08.06.2017-ci il tarixli dənizlə yükdaşınması müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar müqavilə üzrə "xxxx" MMC tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə daşımanın dəyəri (fraxt) kimi ödənilmiş 40000 (qırx min) ABŞ dolları və liman xərcləri kimi ödənilmiş 3000 (üç min) ABŞ dolları - cəmi 43000 (qırx üç min) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində İran İslam Respublikasının “X2 Khazar Co” şirkəti arasında bağlanmış 19.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə alıcının sifarişi üzrə ümumi miqdarı 20000 (iyirmi min) ton pampıq çiyidini alıcıya verməyi, alıcı isə həmin malı qəbul etməyi və malm qiymətini ödəməyi öhdəsinə götürmüşlər. Həmin Müqavilənin hissə üzrə (partiya üzrə) icrası ilə əlaqədar Azərbaycan Xəzər Dəniz X1 Cəmiyyəti ilə "xxxx" MMC arasında 08.06.2017-ci il tarixli yükdaşınması müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən daşıyıcı ona yükgöndərən tərəfindən təqdim edilən maksimum 3200 ton pambıq çiyidini Hövsan limanından İran İslam Respublikasının Fereydunkənar limanına gəmi ilə daşımağı və təyinat limanında yükü almağa müvəkkil edilmiş şəxsə - yükalana - İran İslam Respublikasının “X2 Khazar Co” şirkətinə verməyi, yükgöndərən isə bu Müqavilənin 4.1-ci bəndində göstərilmiş daşımanın dəyərini daşıyıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Bildiririk ki, həmin müqavilə icra olunarkən müqavilə şərtləri ilə yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə, habelə beynəlxalq müqavilə kimi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 63/122 saylı 11.12.2008-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Yüklərin tam və ya qismən beynəlxalq dəniz daşınması müqavilələri haqqında” Konvensiyanın (həmçinin 31.03.1078ci ildə Hamburq şəhərində imzalanmış “Yüklərin dəniz daşınması haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyası) müddəalarına müqavilə tərəfləri riayət etməlidir. Belə ki, yüklərin daşınması müqaviləsi bilvasitə yük göndərən və daşıyıcı arasında bağlanılır, bununla yanaşı yük göndərən eyni zamanda yük alan şəxs olmadığı təqdirdə müqavilə üçüncü şəxs (yük alan) üçün müəyyən hüquqlar yaradır. Yük daşınması müqaviləsinə əsasən yük alan nəinki hüquqla, həmçinin Nəqliyyat Məcəllələrində və Beynəlxalq müqavilələrdə (konvensiyalarda) nəzərdə tutulmuş öhdəliklər əldə edir. Bununla əlaqədar yüklərin daşınması müqaviləsi üçüncü şəxsin (yük alanın) xeyrinə olan özünəməxsus müqavilə olmaqla, həmin müqavilənin hüquqi təminatı kimi yük göndərənlə yük alan arasında digər mülki hüquqi müqavilələrin (alqı-satqı və s.) mövcudluğu nəzərdə tutulur. Beləliklə, yük daşınması üzrə hüquq münasibətlərində müqavilə tərəfləri ilə yanaşı, həmçinin üçüncü şəxslər (yük alanlar) iştirak edir. Yük daşınması müqaviləsindən irəli gələn mülki hüquqi mübahisələrin yaranması hallarında isə mülki hüquqi məsuliyyəti ancaq bu hüquq münasibətinin iştirakçıları (yük göndərən, daşıyıcı və yük alan) daşıya bilərlər. Hazırkı halda isə “Qüdrətoğlu Holdinq" MMC-nin “X2 Khazar Co” şirkəti ilə bağladığı 2017-ci il 19 aprel tarixli müqavilənin şərtlərini yük alan “X2 Khazar Co” şirkəti tərəfindən təqsirli olaraq pozulması nəticəsində vurulmuş maddi zərərlə əlaqədar yaranmış hüquqi münasibətlər isə 11.04.1980-ci il Vyana şəhərində qəbul edilmiş və 01.01.1988-ci ildə qüvvəyə minmiş “Malların beynəlxalq alqı-satqı müqavilələri haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının təsiri altına düşür. Belə ki, həmin Konvensiyanın 1-ci maddəsinə əsasən hazırkı Konvensiya kommersiya təşkilatlarının müxtəlif dövlətlərdə yerləşdiyi tərəflər arasında malların alqı-satqı müqavilələrinə tətbiq olunur. Digər tərəfdən “Qüdrətoğlu Holdinq" MMC icrası ilə əlaqədar, o cümlədən vurulmuş ziyanla əlaqədar (hazırkı halda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC tərəfindən tələb edilən demerecin ödənilməsi ilə əlaqədar) yaranan mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi və digər qanunvericilik aktları ilə yanaşı, həmçinin beynəlxalq müqavilələr kimi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 63/122 saylı 11 dekabr 2008-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Yüklərin tam və ya qismən beynəlxalq dəniz daşınması müqavilələri haqqında” Konvensiya (həmçinin 31.03.1978-ci ildə Hamburq şəhərində imzalanmış “Yüklərin dəniz daşınması haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyası) ilə tənzimlənir. 11 dekabr 2008-ci il tarixli Konvensiyanın 5-ci maddəsində göstərilmişdir: “6- cı maddənin müddəaları nəzərə alınmaqla hazırkı Konvensiya yükün alınma yeri və yükün təhvil verilmə yeri müxtəlif dövlətlərdə olan və dəniz daşınması üçün yüklənmə limanı və həmin dəniz daşınması üçün boşaldılma limanı müxtəlif dövlətlərdə olan daşınma müqavilələrinə, əgər daşınma müqaviləsinə əsasən - a) yükün alınması yeri; b) yüklənmə limanı; c) yükün təhvil verilməsi yeri; yaxud d) boşaldılma limanı üzrə hər hansı bir yerin Razılığa gələn dövlətdə yerləşdiyi daşınma müqavilələrinə tətbiq olunur. Hazırkı Konvensiya gəminin, daşıyıcının, tərəflərin icrasının, yük göndərənin, yük alanın və hər hansı digər maraqlı tərəflərin milliliyi nəzərə alınmadan tətbiq olunur”. Göstərilən hüquqi əsaslar baxımından bildiririk ki, Azərbaycan Xəzər Dəniz X1 Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış XG-0597/2017 saylı 08 iyun 2017-ci il tarixli yük daşınması müqaviləsinin hüquqi təminatı kimi “Qüdrətoğlu Holdinq" MMC-nin “X2 Khazar Co” şirkəti ilə bağladığı 2017-ci il 19 aprel tarixli alqı-satqı müqaviləsi çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqaqvilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Bildiririk ki, yaranmış mülki hüquqi öhdəliklər üzrə yuxarıda ətraflı qeyd edilən hüquqi əsaslar üzrə həmin hüquq münasibətlərinin iştirakçısı kimi məhz “X2 Khazar Co” şirkəti mülki hüquqi məsuliyyət daşıyır. Belə ki, yükün vaxtında qəbul edilməməsi ilə pozuntu "xxxx" MMC-nin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən cavabdeh olmadığı haldan irəli gəlmişdir. Digər tərəfdən “Azərbaycan Xəzər Dəniz X1 Cəmiyyəti tərəfindən tələb edilən 03.07.2017-ci il tarixdən hesablanmış demerec ödənişi ilə əlaqədar məhz "X2 Khazar Co” şirkətinin mülki hüquqi məsuliyyət daşıması həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələblərindən və 19 aprel 2017-ci il tarixli Müqavilənin müddəalarından irəli gəlir. "xxxx" MMC ilə “X2 Khazar Co” şirkəti arasında bağlanmış 9 aprel 2017-ci il tarixli müqavilənin 6.1-ci bəndinə əsasən hazırkı Kontraktın şərtlərinin pozulmasına görə təqsirkar tərəf digər tərəfə birbaşa zərər və əldən çıxmış fayda növündə ziyanı ödəyir. Müqavilənin 6.1.2-ci bəndinə əsasən isə alıcı tazırkı kontraktın şərtlərini yerinə yetirmədiyi halda satıcıya bütün xərclərin əvəzini ödəyir. Beləliklə, həm mövcud qanunvericilik, həm də 19 aprel 2017-ci il tarixli müqavilənin tələblərinə əsasən 19 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə şərtlərin alıcı tərəf kimi “X2 Khazar Co” şirkəti tərəfindən təqsirli olaraq pozulması halında “X2 Khazar Co” şirkətinin öhdəlikləri kimi satıcı “Qüdrətoğlu Holdinq" MMC-yə vurulmuş ziyanı ödəməklə yanaşı, həmçinin alıcı “X2 Khazar Co” şirkətinin risk dairəsinə daxil olan digər öhdəliklərin, o cümlədən hazırda Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 08 iyun 2017-ci il tarixli yük daşınması müqaviləsi üzrə tələb edilən 03.07.2017-ci il tarixdən hesablanmış demerec ödənişinin icra edilməsi müəyyən edildiyindən, hazırda “Azərbaycan Xəzər Dəniz X1 Cəmiyyəti” tərəfindən tələb edilən 03.07.2017-ci il tarixdən hesablanmış demerec ödənişi ilə əlaqədar hüquq münasibətlərinin iştirakçısı kimi məhz “X2 Khazar Co” şirkəti mülki hüquqi məsuliyyət daşıyır. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin "Qüdrətoğlu Holdinq” MMC-yə ünvanlanmış qanunsuz və əsassız tələbinə əsasən "Qüdrətoğlu Holdinq” MMC tərəfindən 28.07.2017-ci il tarixdə 53383 (əlli üç min üç yüz səksən üç) manat 46 (qırx altı) qəpik (31385.42 ABŞ dolları) pul məbləği səhvən demerec kimi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına 524 nömrəli bank ödəniş sənədi əsasında ödənilmişdir. Halbuki, yuxarıda ətraflı qeyd edildiyi kimi, həmin demerec ödənişi ilə əlaqədar mülki hüquqi məsuliyyəti yükalan - İran İslam Respublikasının "X2 Khazar Co” şirkəti daşıyır və 53383 (əlli üç min üç yüz səksən üç) manat 46 (qırx altı) qəpik (31385.42 ABŞ dolları) pul məbləğinin demerec kimi ödənilməsinin "xxxx" MMC-dən tələb edilməsi tam qanunsuz və əsassız olmuşdur. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə ünvanlanmış qanunsuz və əsassız tələbinə əsasən "xxxx" MMC tərəfindən 28.07.2017-ci il ıırixdə səhvən demerec kimi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına ödənilmiş 53383 (əlli üç min üç yüz səksən üç) manat 46 (qırx altı) qəpik pul məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulmuş başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi kimi qiymətləndirildiyindən, hesab edirik ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin əsassız əldə etdiyi həmin pul məbləği "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-yə qaytarılmalıdır. Digər tərəfdən həmçinin yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış XG-0597/2017 saylı 08 iyun 2017-ci il tarixli yük daşınması müqaviləsinin legitim səlahiyyətə malik olmayan şəxs tərəfindən imzalanması ilə əlaqədar həmin müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 537.1-ci 337.4-cü və 337.5-ci maddələrinə əsasən etibarsız hesab edilməli olan əqd olduğundan, "xxxx" MMC tərəfindən 28.07.2017-ci il tarixdə səhvən demerec kimi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına ödənilmiş 53383 (əlli üç min üç yüz səksən üç) manat 46 (qırx altı) qəpik (31385.42 ABŞ dolları) pul məbləği Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün yuxarıda qeyd edilən 43000 (qırx üç min) ABŞ dolları pul məbləğinin illik 5 (beş) faiz məbləği kimi 2150 (iki min yüz əlli) ABŞ dolları məbləğində pul, 31385 (otuz bir min üç yüz səksən beş) ABŞ oc.ları pul məbləğinin illik 5 (beş) faiz məbləği kimi 1569 (bir min beş yüz altmış ıcqquz) ABŞ dolları məbləğində pul - cəmi məbləğ kimi 3719 (üç min yeddi yüz m doqquz) ABŞ dolları məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, Cavabdeh QSC ilə "xxxx" MMC arasında XG-0597/2017 saylı 08 iyun 2017-ci il tarixli dənizlə yük daşınması müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Cavabdeh QSC öz öhdəliklərini yerinə yetirsə də, "xxxx" MMC tərəfindən tam şəkildə ödəniş edilməmişdir. Bununla bağlı məhkəməyə müraciət olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən Cavabdeh QSC-nin iddiası qismən təmin edilmişdir. Müqavilənin etibarsız sayılması üçün hər hansı bir əsas mövcud deyildir. İddia tələbi tamamilə əsassızdır. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh QSC ilə "xxxx" MMC arasında bağlanmış 08 iyun 2017-ci il tarixli, XG- 0597/2017 saylı müqaviləyə əsasən Cavabdeh QSC (Daşıyıcı) ona "xxxx" MMC (Yükgöndərən) tərəfindən təqdim edilən maksimum 3200 ton pambıq çiyidini Hövsan limanından Fereydunkənar limanına gəmi ilə daşımağı və təyinat limanında yükü almağa müvəkkil edilmiş şəxsə verməyi, "xxxx" MMC isə bu müqavilənin 4.1-ci bəndində göstərilmiş daşımanın dəyərini daşıyıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. - "xxxx" MMC 31.01.2018-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh QSC-yə müraciət edərək vurulmuş maddi ziyanın əvəzi kimi 477450 ABŞ dolları məbləğində pulun bir həftə müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh QSC 09.02.2018-ci il tarixli, MC 02/02-107 nömrəli məktubla "xxxx" MMCyə müraciət edərək bildirmişdir ki, dəfərlərlə əsassız tələblərlə pretenziya irəli sürülməsi "xxxx" MMC-nin 81000 ABŞ dolları məbləğində borcunun və əlavə xərclərinin ödəniş müddətinin uzadılması üçün atılan addım kimi qiymətləndirilir. - "xxxx" MMC 05.03.2018-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh QSC-yə müraciət edərək 08 iyun 2017-ci il tarixli, XG-0597/2017 saylı müqavilənin etibarsızlığının nəticələri barədə məsələyə münasibət bildirilməsini xahiş etmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.03.2019-cu il tarixli, 2-2(82)-42/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçındən 81000 (səksən bir min) ABŞ dolları məbləğində demerec üzrə yaranmış borc, 988 (doqquz yüz səksən səkkiz) ABŞ dolları məbləğində qanun üzrə dəbbə pulu (qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla), limanlararası hərəkətə görə yaranmış 14402 (on dörd min dörd yüz iki) manat məbləğində əlavə yağ və yanacaq xərcləri və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manatın tutularaq iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan hissədə (10000 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə hesablanan məbləğin tutulması hissəsində) iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 08.09.2020-ci il tarixli 2-2(103)-269/2020 saylı qətnaməsindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.03.2019-cu il tarixli, 2-2(82)-42/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-42/2019 saylı iş üzrə qəbul etdiyi 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddia tələbinin bir hissəsini tərəflər arasında bağlanmış dənizlə yük daşınması müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsindən göründüyü kimi, həmin iş üzrə cavabdeh olan hazırkı iddiaçı eyni əsaslarla müqavilənin etibarsızlığı ilə bağlı məsələni də mübahisələndirmiş və qeyd olunan qətnamədə həmin hala hüquqi qiymət verilmişdir. Belə ki, qətnamədə qeyd olunur: “Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış yük daşıma müqaviləsini Cavabdeh QSC-nin adından Cəmiyyətin sədr müavini imzalasa da, müqavilə QSC-yə aid olan möhürlə təsdiq edilmişdir. Bu baxımdan hesab edilməlidir ki, müqavilə Cavabdeh QSC-nin iradəsini ifadə etmiş, onun üçün hüquq və vəzifə yaratmışdır. Digər tərəfdən, işdən görünür ki, cavabdeh tərəf gəmiçiliyə məxsus “Füzuli” gəmisi müqavilə şərtlərinə uyğun olaraq, pambıq çiyidi yükünün daşınması üçün Hövsan limanında 10.06.2017-ci il tarixdən 19.06.2017-ci tarixədək daşınacaq malı yükləmiş, eyni zamanda, 07.07.2017-ci il tarixdə iddiaçı QSC-nin sədr müavini in adına zəmanət məktubu göndərmişdir. Beləliklə, cavabdeh müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalanmaması ilə bağlı iddiaçı tərəfə hər hansı pretenziya irəli sürməmiş, əksinə həmin müqavilə üzrə öhdəliyin icrasına yönəlik müvafiq hərəkətlər etmiş, iddiaçının icrasını qəbul etmişdir. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin müqavilənin etibarsızlıqla bağlı qeyd edilən dəlilini formal mülahizə kimi qiymətləndirir.” Beləliklə, iddia tələbi tərəflər arasında bağlanmış dənizlə yük daşınması müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin olunmamalıdır. İddia tələbi həmçinin həmin hissə ilə bağlı olan 08 iyun 2017-ci il tarixli dənizlə yük daşınması müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar həmin müqavilə üzrə "xxxx" MMC tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə daşımanın dəyəri (fraxt) kimi ödənilmiş 40000 (qırx min) ABŞ dolları və liman xərcləri kimi ödənilmiş 3000 (üç min) ABŞ dolları - cəmi 43000 (qırx üç min) ABŞ dolları məbləğində pulun AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində də təmin olunmamalıdır. İddia tələbinin digər hissəsi "xxxx" MMC tərəfindən 28.07.2017-ci il tarixdə səhvən demerec kimi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına ödənilmiş 31385,42 ABŞ dolları ((53.383 (əlli üç min üç yüz səksən üç) manat 46 (qırx altı) qəpik) pul məbləğinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-yə qaytarılmasından, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün həmin pul məbləğlərinin illik 5 (beş) faiz məbləği kimi 3719 (üç min yeddi yüz on doqquz) ABŞ dolları məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" MMC-nin xeyrinə tutulmasından ibarətdir. Qeyd olunan məsələyə də Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsində hüquqi qiymət verilmişdir. Qətnamədə qeyd olunur ki, yükün daşınması üzrə müqavilə münasibətləri iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 iyun 2017-ci il tarixli yük daşınması müqaviləsi ilə yarandığından və həmin müqavilə üzrə demerec ödənişinin icra edilməsi müəyyən edildiyindən, eləcə də zəmanət məktubu ilə demerec xərclərinin ödənilməsini üzərinə götürdüyündən cavabdeh (hazırkı iş üzrə iddiaçı) demerec üzrə mülki hüquqi məsuliyyət daşıyır. Cavabdehin iddia etdiyi “X2 Khazar Co” şirkətinin məsul olduğu səbəblərdən yüklərin təyinat məntəqəsində boşaldılmaması kimi səbəblər hazırki müqavilə üzrə cavabdehi məsuliyyətdən azad edən əsaslar kimi qəbul edilə bilməz. Qeyd edilən hallar cavabdehlə “X2 Khazar Co” şirkəti arasında müstəqil qaydada mübahisələndirilə biləcək hallardır və bu əsasdan sonuncunun hazırki iş üzrə məhkəmə icraatına cəlb edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Eyni zamanda qeyd olunan qətnamələrdən göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzinin 04.01.2019-cu il tarixli ekspert rəyində də demerecin düzgünlüyü müəyyən olunmuşdur. Ona görə də iddia tələbi səhvən demerec kimi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına ödənilmiş 31385,42 ABŞ dolları ((53.383 (əlli üç min üç yüz səksən üç) manat 46 (qırx altı) qəpik) pul məbləğinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-yə qaytarılması hissəsində də əsassız olduğundan təmin olunmamalıdır. İddia tələbi eləcə də vurulmuş zərərin əvəzi kimi ümumi məbləğ olaraq 78104 (yetmiş səkkiz min yüz dörd) ABŞ dolları 42 (qırx iki) sent və 30 manat pul məbləğinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-12/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-12/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver