Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-125/2020 05.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” X4rşı sığorta ödənişinin və ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxxx” ASC-dən 12.500 manat məbləğində sığorta məbləğinin, 8.858 manat məbləğində maddi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)-345/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “xxxxxxxxx” ASC-dən 12.500 manat məbləğində sığorta məbləğinin, 8.858 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayonu, Sancalı kəndində yerləşən ümumi sahəsi 18,6 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya MAJT 0094546, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh “xxxxxxxxx” X8 ilə aralarında xx.xx.2018-ci il tarixli sığorta müqaviləsi bağlayaraq Tərtər rayonu, Sarıcalı kəndində yerləşən ümumi sahəsi 18,6 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsi və onun içində olan bütün daşınar əmlak, mallar və avadanlıqlarbütövlükdə sığortalanmışdır. Bu barədə AZ 057319 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi və BA 910937 nömrəli daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi də vardır. Sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixinədəkdir. xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş, təbii fəlakət nəticəsində, yəni havanın pisləşərək güclü yağış nəticəsində qeyriyaşayış sahəsində olan transformatora leysan yağış suyunun dolmasından elektrik xətlərində qısaqapanma hadisəsi baş vermiş və nəticədə sığorta predmetinin yerləşdiyi ünvanda iddiaçıya məxsus 12.500 manat sığorta olunan elektrik avadanlıqları yararsız vəziyyətə düşmüş,8.858 manat məbləğində maddi ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş zərər aktındaxx.xx.2019-cu il tarixdə YDM-nin transformatorunda baş vermiş qısa qapanma zamanı yararsız hala düşmüş avandanlıqlar göstərilmişdir. Bu barədə “xxxxxxxx” ASC-nin Tərtər rayon şöbəsinin arayışı cavabdehin ünvanına göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən sığorta haqqının ödənilməsi üçün heç bir addım atılmamış, cavabdeh pretenziya məktubunu təmin etməkdən yayınmışdır. Bununla əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 883.1 -ci maddəsinə əsasən sığoıta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia əsassızdır, iddia tələbini qəbul etmir. Belə ki, Tərtər rayonu, Sarıcalı kəndində yerləşən X2 baş vermiş hadisə sığorta hadisəsi olmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Qısa qapanma sığorta hadisə deyil. Yalnız yanacaq doldurma məntəqəsinin avadanlıqları sığortalanmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, Tərtər rayonu, Sarıcalı kəndində yerləşən yanacaq doldurma məntəqəsi xüsusi mülkiyyət hüququ ilə X1 məxsusdur. Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi ilə müəyyən edilir ki, “xxxxxxxxx” ASC(sığortaçı) ilə X5 (sığortalı) arasında Tərtər rayonu, Sarıcalı kəndində yerləşən X2 sığortalının şəxsi mülkiyyətində olan və ya onun məsuliyyət daşıdığı daşınar əmlak əmlakın yanğından və digər əlavə risklərdən sığortası növü üzrə 12.500 manat sığorta məbləğinə sığortalanması barədə sığorta müqaviləsi bağlanmışdır. Sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Obyektin sahibi İqbal Məmmədov və ustalar Şirxan Mustafayev, A.Əsədov, Z.Hacıyev tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli zərər aktı ilə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə Tərtər rayonu, Sarıcalı kəndində yerləşən “Soccer” YDM-nin transformatorunda baş vermiş qısa qapanma zamanı bir sıra avadanlıqlar sıradan çıxmışdır. Dəymiş ziyanın məbləği cəmi 8.808 manat məbləğində olması müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1054 saylı ekspert rəyindən müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli zərər aktına əsasən, xx.xx.2019-cu il tarixdə yanacaq doldurma məntəqəsinin transformatorunda baş vermiş qısaqapanma zamanı sığorta predmetinin yerləşdiyi ünvanda sığorta olunan elektrik avadanlıqlarının yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş zərərin ümumi həcmi nəzəri qaydada təxminən 8858 manat müəyyən olunur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi əmlakın yanğından və digər əlavə risklərdən sığortası müqaviləsi “xxxxxxxxx” ASC ilə X5 arasında bağlanıldığı halda sığorta şirkətinə qarşı həmin müqavilə üzrə sığorta ödənişin və dəymiş zərərin tutulması tələbinə dair hazırkı iddia İddiaçı tərəfindən qaldırılmışdır. Sığorta münasibətlərinin subyektlərini müəyyən edən Mülki Məcəllənin 884.4-cü maddəsinə görə dığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. AR Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılaraq “xxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas Qaydaları”nın 26.1.2-ci bəndinə görə sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək sığortalının hüququdur. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı işin hallarından göründüyü kimi İddiaçı sığorta müqaviləsi üzrə sığortalı olmadığından, eyni zamanda onun sığorta müqaviləsindən irəli gələn sığorta münasibətlərində sığorta olunan və ya faydalanan şəxs olması sığorta qaydalarından irəli gəlmədiyindən və müqavilədə nəzərdə tutulmadığından İddiaçı sığorta müqaviləsindən irəli gələn tələblə çıxış etməyə dair subyektiv hüquqa malik deyil. Belə olan halda məhkəmə işin digər faktiki hallarının araşdırılmasını ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə İddiaçı sığorta müqaviləsi üzrə sığortaçıdan sığorta ödənişinin həyata keçirilməsini tələb etmək hüququna malik olmadığından iddia rədd edilməlidir. Tələbin maddi ziyanın ödənilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdehdən hansı əsasla maddi ziyanın tutulmasını tələb etdiyini dəqiqləşdirməmişdir. Həmin hissədə iddia tələbini cavabdehin mübahisəli sığorta müqaviləsinə əsasən öhdəlikləri icra etməməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbi kimi qəbul etsək, yuxarıda göstərildiyi kimi İddiaçı müqavilə tərəfi olmadığından və müqavilədə sığorta olunan və ya faydalanan şəxs kimin göstərilmədiyindən qeyd olunan tələblə çıxış etməyə dair subyektiv hüquqa malik olmaması aşkardır. Digər tərəfdən həmin tələbi mülki hüquq pozuntusundan irəli gələn maddi ziyanın ödənilməsi tələbi olduğu ehtimal edilsə belə həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, iddiaçı sözügedən iddia tələbinin əsası kimi cavabdeh tərəfindən ona maddi ziyan vurulması ilə nəticələnən mülki hüquq pozuntusuna yol verilməsini təsdiq edən hər hansı bir hala istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” X4rşı sığorta ödənişinin və ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-125/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-125/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver