Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1324/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X11, İddiaçının vəkili X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2nə qarşı (“xxxx” Açıq Səhmdar Cəmiyyəti və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər olmaqla) hərrac protokolunun etibarsız sayılması tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” MMC) və Cavabdeh2nə (X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin açıq hərracdan satılması ilə bağlı xxxxnin 30/01 nömrəli, xx.xx.2020-ci il tarixli hərrac protokolunun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda “xxxx” ASC cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4645,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə dair adlı səhmlər 004004/0087/09/04 nömrəli xx.xx.2009-cu il tarixli və digər girov müqavilələrinə əsasən girov qoyulmuş və ipoteka ilə yüklü edilmiş, girovun dövlət qeyydiyatına alınmasını təsdiq edən QKDK tərəfindən verilmiş sənəd ipoteka saxlayana təhvil verilmişdir. Girov müqabilində götürülmüş kredit borcu tam ödənilmədiyinə görə səhmdarlara məxsus səhmlər əsasında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklarla bağlı məhkəmədə iddia qaldırılmış, Ali Məhkəmənin 2(102)-3796/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarı ilə əlaqədar icra sənədi verilmiş, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən «xxxx» ASC-yə məxsus 4646,1 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti ******* manat olmaqla, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə hərrac keçirilmiş, xx.xx.2018ci il tarixində yekun protokol tərtib olunmuş və əmlak banka təhvil verilmişdir. Bundan sonra hərracın nəticələrinə dair protokol mübahisələndirilmiş və Nərimanov Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli protokolun etibarsiz hesab edilməsi barədə xx.xx.2019-ci il tarixli qətnamə qəbul edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş, lakin qətnamə tam icra olunmamış, geriyə dönüş edilməyərək əmlak sahiblərinə qaytarılmamış, «xxxx» ASC-nin özündə saxlanılaraq polis mühafizəsi götürülməmiş və səhmdarlar əmlak kompleksinə buraxılmamışlar. xx.xx.2019-cu il tarixli qətnamə icra olmadan əmlak yenidən hərraca çıxarılmışdır. Bundan sonra Sabunçu Rayon Məhkəməsinə Cavabdeh2 icra məmuru Sadıqzadə Beydullanın icraya başlamaq haqqında xx.xx.2019-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə İdarəsinin əmlak kompleksindən çıxarılması və həmin əmlak kompleksindən istifadə edilməsinə mühafizə idarəsi və digər şəxslər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia təqdim edilmişdir. İddia ərizəsində məhkəmə icraçısı Sadıqzadə Beydullaya əmlakın həmin tarixdə bankın adına olmasının bildirilməsinə baxmayaraq, hərracın keçirilməsinə cəhd göstərmiş, qanunsuz hərəkətlərini ört-basdır etmək üçün xx.xx.2019-cu il tarixli qərarını xx.xx.2019-cu il tarixdə ləğv etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-7335/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin "xxxx" ASC-yə təhvil verilməsi, «xxxx» ASC-nin əmlak kompleksinin mühafizəsi ilə əlaqədar qoyulmuş Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə İdarəsinin əmlak kompleksindən çıxarılması və həmin əmlak kompleksindən istifadə edilməsinə mühafizə idarəsi və digər şəxslər tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Lakin bütün bunlara baxmayaraq, qanunsuz hərəkətlər davam etdirilmiş, məhkəmə qərarları icra olunmamışdır. Bakı şəhəri Cavabdeh2 icra məmuru X2 tərəfindən xx.xx.2019-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin sonradan icraat dayandırılmışdır. Bundan sonra da qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası istiqamətində icra məmurları heç bir icra hərəkətləri aparmamış, əksinə öz qanunsuz hərəkətlərini davam etdirərək Cavabdeh2 icra məmuru X2 tərəfindən yenidən icraatin təzələnməsi haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. İcra məmurunun qanunsuz qərarından verdikləri şikayətə məhkəmədə baxİlmış, Sabunçu Rayon Məhkəməsinin 8(008)-188/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixli "İcraatin təzələnməsi" barədə qərar ləğv edilmişdir. Qeyd olunanlara məhəl qoymayaraq icra məmurunun təkidi ilə xxxx xx.xx.2020-ci il tarixdə bildiriş göndərərək hərracın keçirilməsini elan etmişdir. Lakin Nərimanov Rayon Məhkəməsinin icra edilməmiş xx.xx.2019-ci il tarixli qətnaməsinin, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsinin, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının surətlərini hərrac təşkilatına təqdim etdikdən sonra xx.xx.2020-ci il tarixli keçirilməsi nəzərdə tutulan “hərrac” hərrac təşkilatçısı tərəfindən dayandırılmışdır. Lakin qəzetdə heç bir elan verilmədən, ünvanlarına hərracın keçirilməsi barədə bildiriş göndərilmədən xx.xx.2020-ci il tarixdə qanunsuz hərrac keçirərək əmlakın qiyməti 15 % aşağı salınmışdır. Təkrarən hərracın keçirilməsi barədə qəzetdə heç bir elan verilmədən xx.xx.2020-ü il tarixdə hərracın keçirilməsini təşkil etmişlər və alıcı olmadığı üçün yenidən qiyməti 25 % aşağı salaraq ümumilikdə əmlakının qiymətini 40 % aşağı salmışlar. Əhmədov Rza «xxxx» ASC-nin X14 kimi xx.xx.2020-ci il tarixdə keçirilən hərracda iştirak edərək məhkəmə qərarları icra olunmadan hərracın keçirilməsinin qanunsuz olduğunu və hərracın həmin təşkilat tərəfindən keçirilməsinə etiraz məktubu yazaraq həm icra baş idarəsinə, həm də hərrac təşkilatçısına bildirilmişdir. Bankın adında, müllkiyətində və faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında yerləşən 0,24824 ha torpaq sahəsində olan əmlakın yenidən hərraca çıxarılması barədə icra hərəkətləri davam etdirilmiş, bununla da kobud qanun pozuntularına yol verilmişdir. Yol verilmiş qanun pozuntularına son qoyulması, əmlakın polis mühafizəsindən azad edilərək sahibliyə verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra hərəkətlərinin aparılması barədə aidiyyəti icra məmuruna və digər əməkdaşlara məlumat verilmişdir. Lakin heç bir nəticə olmamış, heç bir sənəd təqdim edilmədən, icraatın təzələnməsi haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilərək icra hərəkətlərinə başlanılmışdır. Bundan sonra icra məmurunun qeyd olunan qərarı qanunsuz hesab edilərək məhkəmə tərəfindən ləğv olunsa da, rəsmi qaydada xxxxnə təqdim etdilmiş müraciətə əhəmiyyət verilməmiş, hərracın keçirilməsi davam etdirilmişdir. Tərəflərə bildirmədən və lazımı qaydada elan vermədən, digər şəxslər məlumatlandırılmadan xxxx xx.xx.2020-ci il tarixdə əmlak kompleksinin qiymətini 15 % aşağı salmaqla formal olaraq hərrac keçirmiş və alıcı olmadığından hərracın baş tutmamış hesab edilməsi barədə protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən qanunsuz keçirilən hərrac etibarsız sayılmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsni məhkəmədən xahiş etdi. İddiaçının vəklili məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəmənin müvafiq qətnaməsi əsasında Sabunçu rayon İcra Probasiya şöbəsinə göndərilmiş icra vərəqəsi əsasında icra qurumu tərəfindən qətnamənin icrası həyata keçirilmişdir. Müvafiq icra hərəkətləri yerinə yetirildikdən sonra icra orqanının şifarişli məktubu əsasında hərrac təşkilatına sifariş göndərilmişdir. İddiaçının istinad etdiyi Sabunçu Rayon Məhkəməsinin 8(008)-188/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı qanuni qüvvəyə minməmiş, yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. “xxxx” MMC tərəfindən hərracın keçirilməsi üçün gün təyin edilmiş və tərəflərə bununla bağlı müvafiq bildirişlər göndərilmişdir. Qeyd olunan hərraclar baş tutmadığından ipoteka predmeti olan əmlak komleksi hərrac təşkilatının təklif məktubu ilə tələbkar “xxxx” ASC-yə təklif edilmişdir. Daha sonra hərrac təşkilatının protokolu ilə əmlakın tələbkara təklif edilməsi prosesi həyata keçirilmiş və qeyd olunan protokol əsasında hərracın yekunu barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə bağlandıqdan sonra qüvvədə olan qanunvericiliyin tələbləri əsasında əmlak kompleksinə dair tələbkar “xxxx” ASC-nin xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər “xxxx” MMC-nin və Cavabdeh2 nümayəndələri, habelə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Cavabdeh2 icra məmuru Sadıqzadə Beydulla Məmmədəli oğlunun xx.xx.2019-cu il tarixli icraat başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılması, əmlakın faktiki mövcudluğu yoxlanılmaqla icra sənədinin tələbləri üzrə qanunamüvafiq tədbirlərin davam etdirilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına icra sənədi üzrə tələblərin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin tutulması qərara alınmışdır. - Cavabdeh2 icra məmuru X1 xx.xx.2020-ci il tarixli icraatın təzələnməsi haqqında qərarından görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-773/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraatın təzələnməsi və qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. - Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 9903-151626/28 saylı şifariş məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin hərracda satılmasının təmin edilməsi sifariş edilmiş, eyni zamanda qeyd olunan əmlakın tələbkar tərəfindən qəbul etmək hüququnun olması qeyd edilmişdir. - “Birja Yenilikləri” və “Cümhuriyət” qəzetlərndə verilən elanlardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə dair hərracın keçiriləcəyi, hərracın yeri və vaxtı (o cümlədən xx.xx.2020-ci il tarixli hərracın) məlumat verilmişdir. - “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə “xxxx” MMC, “xxxx” ASC, X9, X17, X4, X8, Cavabdeh2 və “xxxx” ASC-yə 01 nömrəli bildiriş ünvanlanaraq, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə tutmanın yönəldiməsi və hərracda satılması ilə bağlı Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. - “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 01/2 nömrəli bildiriş “xxxx” MMC, “xxxx” ASC, X9, X17, X4, X8, Cavabdeh2 və “xxxx” ASC-yə ünvanlanaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-773/2016 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə tutmanın yönəldiməsi və hərracda satılması ilə bağlı Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında 1-ci hərracın keçirilməsi barədə məlumat verilmişdir. - “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə “xxxx” MMC, “xxxx” ASC, X10, X17, X4, X8, Cavabdeh2 və “xxxx” ASC-yə 02 nömrəli bildiriş ünvanlanaraq, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə tutmanın yönəldiməsi və hərracda satılması ilə bağlı Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. - “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 30/01 nömrəli protokoldan görünür ki, “xxxx” ASC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin 15%-lə aşağı ******* manat olmaqla, hərracının alıcı olmadığından baş tutmamış elan edilməsi və “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə dərc olunaraq tərəflərə məlumat veriləcəyi göstərilmişdir. - xx.xx.2020-ci il tarixində “xxxx” MMC tərəfindən “xxxx” MMC, “xxxx” ASC, X10, X17, X4, X8, Cavabdeh2 və “xxxx” ASC-yə məktub ünvanlanaraq, Cavabdeh2 xx.xx.2019cu il tarixli, 9903-151626/28 saylı şifariş məktubuna əsasən ipoteka yüklüBakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında yerləşən əmlak kompleksinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elanın dərc edilməsi və “İpoteka Haqqında” Azərbaycan Respublikası qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 2241003.75 manat olmaqla ipoteka saxlayana təklif edilməsi bildirilmişdir. - “xxxx” MMC tərəfindən ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, ipoteka predmetini “İpoteka Haqqında” Azərbaycan Respublikası qanunun 43.7-ci maddəsinə əsasən 2241003.75 manat qiymətlə tələbkarın əldə etmək hüququ bildirilmiş və qeyd olunan protokolu tərəflər imza və möhürlə təsdiq etmişlər. - “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli 15/02 nömrəli protokola əsasən bağlanmış alqı- satqı müqaviləsi ilə sifarişçi “xxxx” ASC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksini 2241003.75 manat qiymətlə alıcının tam mülkiyyətinə verməyi, alıcı isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,448838 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. sahədən ibarət əmlak kompleksi “xxxx” ASC-nin xüsusi mülkiyyətində olması qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-773/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Sabunçu rayon İcra Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2019-cu il tarixli icraat başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra müvafiq icra hərkətlərinin həyata keçirilməsinə başlanılmışdır. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 9903-151626/28 saylı şifariş məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin hərracda satılmasının təmin edilməsi “xxxx” MMC-yə sifariş edilmişdir. Bundan sonra hərrac təşkilatçısı tərəfindən qəzetlərdə müvafiq elanlar verilmiş, xx.xx.2020-ci il tarixdə, 01 nömrəli və xx.xx.2020-ci il tarixdə, 01/2 nömrəli bildirişlərlə “xxxx” MMC, “xxxx” ASC, X10, X17, X4, X8, Cavabdeh2 və “xxxx” ASC-yə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. 1-ci hərracda əmlak kompleksi satılmamış və bu səbəbdən də əmlakın qiyməti 15% aşağı salınaraq növbəti hərracın təşkilinə başlanılmışdır. Hərrac təşkilatı tərəfindən xx.xx.2020-ci il tarixdə, 02 nömrəli bildirişlə “xxxx” MMC, “xxxx” ASC, X10, X17, X4, X8, Cavabdeh2 və “xxxx” ASC-yə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. 2-ci hərracda əmlak kompleksi satılmamış və bu səbəbdən də əmlakın qiyməti 25% aşağı salınaraq tələbkara təklif edilmiş və bu barədə məktubla tərəflərə və icra məmuruna məlumat göndərilmişdir. Bundan sonra ipoteka predmeti “İpoteka Haqqında” Azərbaycan Respublikası qanunun 43.7-ci maddəsinə əsasən 2241003.75 manat qiymətə tələbkara hərrac təşkilatı tərəfindən təqdim edilmiş, tələbkar tərəfindən qeyd olunan əmlak qəbul edilmiş və müvafiq rəsmiləşdirmə hərəkətləri edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,448838 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. sahədən ibarət əmlak kompleksi “xxxx” ASC-nin xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı tərəf Bakı Apellyasiya Məhkəməsinin 2(103)-773/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə aparılmış icra, habelə keçirilimiş hərracla razılaşmayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin açıq hərracdan satılması ilə bağlı xxxxnin 30/01 nömrəli, xx.xx.2020-ci il tarixli hərrac protokolunun etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə hazırkı mübahisə üzrə icra orqanının hərəkətlərinə qiymət verərək bildirir ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericliyinə əsasən məhkəmə tərəfindən icra oraqnına ünvanlanmış icra sənədi üzrə borclu tərəfin öhdəliklərinin təmin edilməsi icra orqanın vəzifəsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı icra məmurunu qanunsuz hərəkətləri dair iddiası qanunvericliklə icra orqanın üzərinə qoyulmuş imperativ hərkətlərin məcmusudur ki, qeyd olunan tələblərin yerinə yetirilməməsi müvafiq məsuliyyət tədbirlərinin tətbiq edilməsinə səbəb olur. Məhkəmə hazırkı iddia tələbi üzrə iddiaçı tərəfindən mübahisələndirilən hərrac protokolu, habelə ümumilikdə keçirilmiş hərraca dair bildirir ki, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi, bundan başqa həmin əmlakın ilkin satış dəyəri qanuni qüvvəsini almış müvafiq məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Belə olan halda icra orqanının ilk olaraq məcburi icra tədbiri kimi əmlakın hərracda satılması barədə hərəkətləri qanunauyğundur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9-cu maddəsinə əsasən ipoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. 43.7-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, qanunverici məhkəmə tərəfindən verilmiş icra sənədinin icrasına dair hərəkətləri, eləcə də həm icraedici, həm müəyyən öhdəlik qəbul edən tərəflərin hüquq və vəzifələrini müəyyən etmişdir. Qeyd olunan hərracın qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla keçirilməsi öz təsdiqini tapmamış, xx.xx.2020-ci il tarixli hərrac protokolunun etibarsız sayılması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qanunvericilik normalarını işin müəyyən olunmuş hallarına tətbiq edərək, qeyd olunan hallara məcmu halında qymət verərək belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” ASC cavabdehlər “xxxx” MMC və Cavabdeh2nə (X8 və “xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin açıq hərracdan satılması ilə bağlı xxxxnin 30/01 nömrəli, xx.xx.2020-ci il tarixli hərrac protokolunun etibarsız sayılması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-1324/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1324/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver