Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-148/2022 27.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə əsas borca görə 108984,33 manat, müqavilənin bitmə tarixinə olan faiz borcuna görə 40357,10 manat, müqavilə müddəti bitdikdən sonra hesablanan ikiqat faiz borcuna görə 53313,66 manat, cərimə borcuna görə 40000 manat olmaqla borcun cəmi məbləğində 242655,09 manat və Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKRPHŞnin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 536 manat məbləğində dövlət rüsumunun, “B+Ş Audit Konsalting” MMC-yə əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 500 manat, “X2” MMC-yə əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 700 manat məbləğində xidmət haqqının əvəzinin tutulması, tələbin Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Baş kredit müqaviləsi üzrə cəmi 242 655,09 manat borcun və 1766 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, ipoteka predmeti olan Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 12 noyabr 2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə əsas borca görə 132.684,33 manat, faiz borcuna görə 16.021,72 manat, cərimə borcuna görə 40.000 manat olmaqla borcun cəmi məbləğində 188.706,05 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 12 noyabr 2018-ci il tarixli, RB/MF-5187 saylı Baş kredit müqaviləsi üzrə cəmi 188.706,05 manat və 61 manat dövlət rüsumu məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 12 noyabr 2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə əsas borca görə 132.684,33 manat, faiz borcuna görə 45929,66 manat, cərimə borcuna görə 40.000 manat olmaqla borcun cəmi məbləğində 218613,99 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 509 manat məbləğində dövlət rüsumunun, cəmi 540 manat pulun tutulması, tələbin Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 12 noyabr 2018-ci il tarixli, RB/MF-5187 saylı Baş kredit müqaviləsi üzrə cəmi 218613,99 manat və 540 manat dövlət rüsumu məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 2 saylı mənzilinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə əsas borca görə 132684,33 manat, müqavilənin bitmə tarixinə olan faiz borcuna görə 40357,10 manat, müqavilə bitdikdən sonra hesablanan ikiqat faiz borcu 32639,28 manat, cərimə borcuna görə 40000 manat olmaqla borcun cəmi məbləğində 245680,71 manatın, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumunun və ödənilmiş 536 manat məbləğində dövlət rüsumunun, cəmi 567 manat pulun tutulması, tələbin Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Baş kredit müqaviləsi üzrə cəmi 245680,71 manatın və 567 manat dövlət rüsumu məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə əsas borca görə 108 984,33 manat, müqavilənin bitmə tarixinə olan faiz borcuna görə 40 357,10 manat, müqavilə müddəti bitdikdən sonra hesablanan ikiqat faiz borcuna görə 53 313,66 manat, cərimə borcuna görə 40 000 manat olmaqla borcun cəmi məbləğində 242 655,09 manat və Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKRPHŞ-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 536 manat məbləğində dövlət rüsumunun, “B+Ş Audit Konsalting” MMC-yə əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 500 manat, “X2” MMC-yə əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 700 manat məbləğində xidmət haqqının əvəzinin tutulması, tələbin Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Baş kredit müqaviləsi üzrə cəmi 242655,09 manat borcun və 1766 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli, RB/MF- 5187 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, ipoteka predmeti olan Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 MMC öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh1 MMC bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı zaminlik müqavilələri bağlanılmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2018-ci tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 132684,33 manat, faiz borcuna görə 16021,72 manat, cərimə borcuna görə 40000 manat olmaqla borcun cəmi məbləğində 188706,05 manat pul təşkil edir. xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil İddiaçı ASC qarşısında xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil əvvəl keçirilmiş məhkəmə iclasında iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh1nə illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 200000 manat məbləğində kredit vermişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2018ci il tarixli İpoteka müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh5 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Zaminlik müqavilələrindən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış RB/MF-5187 saylı, xx.xx.2018 tarixli Bas Kredit Müqaviləsinə əsasən kredit almış Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öhdələrinə götürmüşlər. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin iddiaçı qarşısında ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli 16-02/962 saylı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh5 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********23 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 79A saylı evin 70 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5368 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi, və s.) 12 noyabr 2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu xx.xx.2020-ci il tarixə (iddia verilən tarix) əsas borc üzrə 132900,52 manat, faiz borcu üzrə 15881,61 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2698 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən 12 noyabr 2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu xx.xx.2020-ci il tarixə (iddia verilən tarix) əsas borc üzrə 132900,52 manat, faiz borcu üzrə 15881,61 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. “X2” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2022-ci il tarixli 160 saylı Hesabatından görünür ki, Cavabdeh5 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin likvid dəyəri 565250 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 700 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh1nə illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 200000 manat məbləğində kredit vermişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 arasında xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh5 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı və cavabdehlər arasında xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış RB/MF-5187 saylı, xx.xx.2018 tarixli Bas Kredit Müqaviləsinə əsasən kredit almış Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öhdələrinə götürmüşlər. Cavabdeh1 tərəfindən kredit üzrə ödənişlər aparılmamış, Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit ödənilməmişdir. Nəticədə Cavabdeh1 iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiqatı zamanı Cavabdeh1 iddiaçıya olan xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Kredit müqaviləsi üzrə 108984,33 manat məbləğində əsas kredit borcu iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Faiz borcu ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi üzrə ilk tələbində xx.xx.2022-ci il tarixə hesablanmış 16021,72 manat ödənilməsini tələb etmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli 9/5368 saylı və xx.xx.2022-ci il tarixli 9/2698 saylı ekspert rəyləri ilə həmin tarixə faiz borcu 15881,61 manat müəyyən olunmuşdur. Göründüyü kimi ilk tələb üzrə tələb olunan faiz borcu məbləği ilə ekspert rəyi ilə müəyyən edilən məbləğ arasındakı fərq 140,11 manat (16021,72 - 15881,61 = 140,11) təşkil edir. Hazırda iddiaçı faiz borcu üzrə 40357,10 manat ödənilməsini tələb edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, faiz borcu üzrə ilk tələbdəki məbləğlə ekspert rəyindəki məbləğ arasındakı fərq hazırda tələb olunan faiz borcu məbləğindən çıxılaraq, yəni 40216,99 manat (40357,10 - 140,11 = 40216,99) faiz borcu iddiaçının xeyrinə tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə tələb olunan müqavilə bitdikdən sonra hesablanan ikiqat faiz borcu 53313,66 manat məbləğə münasibətdə qeyd edir ki, göstərilən tələb tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Kredit müqaviləsinin 2.7-ci bəndindən irəli gəlir. Həmin bəndə əsasən müqavilənin müddəti bitdikdə və borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 (iki) qatlı həcmində, yəni (36 %) faiz, borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. Müqavilənin sözügedən bəndinin tələbindən göründüyü kimi göstərilən 53313,66 manat məbləğ, kredit müqaviləsi müddətində əsas kredit məbləğinə hesablanmış faiz borcu deyil, əsas kredit məbləğinin ödənilməsinin gecikdirilməsinə görə müqavilənin müddəti bitdikdən sonra iddiaçıya tətbiq olunması nəzərdə tutulan sanksiya olmaqla cərimə məbləğidir. İddiaçı eyni zamanda 40000 manat məbləğində cərimənin tutulmasını tələb etdiyindən, məhkəmə hesab edir ki, hər iki cərimə məbləği toplanmaqla ümumilikdə 93313,66 manat məbləğində cərimə məbləğinə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış krеdit müqaviləsindən irəli gəlir. Belə ki, krеdit müqaviləsinin 2.13 və 2.13.3-cü bəndlərinə əsasən Cavabdeh1 cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 93313,66 manat dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 5400 manat həddində müəyyən edilməklə cavabdehlərdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə yönəldilməsi barədə iddiaçının iddia tələbi Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 63,71 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş 536 manat dövlət rüsumunun 341,49 manat məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan 194,51 manat məbləği iddiaçıya aid edilməlidir. Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixli və 25 noyabr 2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri 700 manat və 500 manat olmaqla cəmi 1200 manat məbləğində ekspertiza xərcləri “X2” məhdud məsuliyyətli cəmiyyətinin və “B+Ş Audit” Konsaltinq məhdud məsuliyyətli cəmiyyətinin hesablarına ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 1200 manat məbləğində ekspertiza xərclərinin 764,52 manat məbləği cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan 435,48 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə əsas borca görə 108984,33 manat, faiz borcuna görə 40216,99 manat, cərimə borcuna görə 5400 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum, 341,49 manat məbləğində dövlət rüsumu, 764,52 manat ekspertiza xərcləri, cəmi 155737,33 manat pul tutulmalı, tutma, likvid qiyməti 565250 manat müəyyən edilməklə Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə yönəldilməli, bu əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Baş kredit müqaviləsi üzrə cəmi 155737,33 manat məbləğində pul iddiaçıya ödənilməli, Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil açıq hərracdan satılmasından əldə edilmiş vəsait xx.xx.2018-ci il tarixli, RB/MF- 5187 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulmalı, Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil boşaldılmış vəziyyətdə təhvil verilməli və iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 250 manat məbləğində ekspertiza xərclərinin 159,28 manat məbləği cavabdehlərdən müştərək qaydada, 90,72 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı kredit müqaviləsi üzrə əsas borca görə 108984,33 manat, faiz borcuna görə 40216,99 manat, cərimə borcuna görə 5400 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum, 341,49 manat məbləğində dövlət rüsumu, 764,52 manat ekspertiza xərcləri, cəmi 155737,33 manat pul tutulsun. Tutma, likvid qiyməti 565250 manat müəyyən edilməklə Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixli, RB/MF-5187 saylı Baş kredit müqaviləsi üzrə cəmi 155737,33 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil açıq hərracdan satılmasından əldə edilmiş vəsait xx.xx.2018-ci il tarixli, RB/MF- 5187 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulsun. Cavabdeh5 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 79A, mənzil 70, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil boşaldılmış vəziyyətdə təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 250 manat məbləğində ekspertiza xərclərinin 159,28 manat məbləği Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada, 90,72 manat məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-148/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-148/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver