Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1492/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi ilə, İddiaçı Limited Liability Company Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Limited Liability Company Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 8.310.74 (səkkiz min üç yüz on manat yetmiş dörd qəpik) manat əsas borc və həmin məbləğdən 3 il müddətdə faydalanmağa görə bank uçot dərəcəsi ilə 1.246.61 (min üç yüz qırx altı manat altmış bir qəpik) manat faiz, ümumilikdə 9.557.35 (doqquz min beş yüz əlli yeddi manat otuz beş qəpik) manat məbləgində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsini, məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin dəftərxanasına yazılı şəkildə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəyə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət etmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Limited Liability Company Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərə görə 8.310.74 (səkkiz min üç yüz on manat yetmiş dörd qəpik) manat əsas borc və həmin məbləğdən 3 il müddətdə faydalanmağa görə bank uçot dərəcəsi ilə 1.246.61 (min iki yüz qırx altı manat altmış bir qəpik) manat faiz, ümumilikdə 9.557.35 (doqquz min beş yüz əlli yeddi manat otuz beş qəpik) manat məbləgində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Limited Liability Company Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2-2(113)-1492/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1492/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver