Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1595/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi, vəkil X9 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanmış xx xxxxx 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən 7038 manat məbləğində ödənişin, 150 manat vəkil ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 7218 manat pulun birdəfəlik tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında xx xxxxx 2018-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə əsasən, cavabdeh Fransa Respublikasının Paris şəhərində xx.xx.2018-xx.xx.2018-ci il tarixdə keçiriləcək “X12 X4 İnnovasiva Təqdimatı, X7 Çözümlər” adlı təlim kursu ilə iddiaçını təmin etməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 2.1-ci maddəsinə əsasən bunun müqabilində iddiaçı cavabdehə 3400 avro məbləğində (ödənişin həmin günə Milli Bankın kursu ilə hesablanması şərtilə) pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının cavabdehlə sözügedən müqaviləni bağlamaqda məqsədi İddiaçı MMC-nin baş hüquqşünası X10 və hüquqşünası Şıxəliyev Emin Məhəmməd oğlunun korporativ hüquq sahəsində bilik və təcrübələrini artırmaq və nəticədə onların “İddiaçı" MMC-yə daha peşəkar xidmət göstərilməsini təmin etməkdən ibarət idi. Müqavilə predmetini təşkil edən təlim kursunun 15.05.18-20.05.18-ci il tarixdə keçirilməsi nəzərdə tutulsa da, təlim həmin ilin iyul ayına təxirə salınmışdır. Tərəflər arasında bağlanılan müqavilənin 4.2-ci maddəsinə əsasən, bu hal iddiaçı tərəfindən xidmətlərdən imtina etmək və ödənişin geri qaytarılmasını tələb etmək üçün əsas yaradırdı. Lakin iddiaçı cavabdehə etimad göstərərək, müqaviləyə xitam verməmişdir. xx xxxxx 2019-ci il tarixli ödəniş tapşırığına əsasən, iddiaçı cavabdehə 7038 manat (3400 avronun həmin tarixə olan məzənnəsi) pul ödəmişdir. xx xxxx 2018-ci il tarixdə İddiaçı MMC-nin baş hüquqşünası X15 sözügedən təlim kursunda iştirak etmək üçün Fransa Respublikasının Paris şəhərinə yola düşmüş və xx xxxx 2018-ci il tarixədək orda olmuşdur. Təəssüflər olsun ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini kobudcasına pozmuşdur. Belə ki, cavabdeh üzərinə götürdüyü “X12 X4 innovasiya Təqdimatı, X7 Çözümlər” adlı təlim kursunun keçirilməsini təmin etməmişdir. Təlimin ilk günü (17 iyul) kurs iştirakçılarına 1 saatlıq “lider bacarıqlari” mövzusunda mühazirə keçirilmişdir. Lakin gündəliklə həmin gün üçün nəzərdə tutulmuş X2 və Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüş baş tutmamışdır. Kursun 2-ci günü (18 iyul) iştirakçılara “korporativ hüquq” mövzusunda təlimin keçirilməsi əvəzinə müqavilə şərtlərinə zidd olaraq onlara Avropa hüquq nəzəriyyəsinə dair ümumi və primitiv məlumatlar verilmişdir ki, bu məlumatlar 1-ci kurs tələbələri üçün nəzərdə tutulmuş mühazirələrdə əksini tapır. Həmin günün ikinci yarısı X8 Prezidenti cənab Eric Lamarque ilə “Korporativ hüquq modelləri” mövzusunda keçirilməsi nəzərdə tutulan diskussiya da aparılmamışdır. Hətta rəsmi proqrama daxil olan və həmin gündə kurs iştirakçılarının Paris şəhərində nəzərdə tutulan gəzintisi belə təşkil edilməmişdir. Təlimin 3-cü günü (19 iyul) saat 10:00- 11:00 və 11:15-13:00-dək iştirakçılar üçün X13 Akademiyası tərəfindən “korporativ hüquq” mövzusunda təlim keçirilməsi nəzərdə tutulsa da, göstərilən vaxt çərçivəsində iştirakçılara Fransa Respublikasının məhkəmə sistemi barədə ümumi məlumatlar verilmişdir. Həmin gün X1 “X14 qaydaları: korporativ hüquqda təcrübə mübadilə perspektivləri” mövzusuna həsr olunmuş görüşün olması nəzərdə tutulsa da, bu görüş də hər hansı bir səbəb göstərilmədən baş tutmamışdır. Bundan sonra gündəliyə əsasən həmin gün Fransanın Baş Sosial Bankının hüquq departamenti ilə korporativ idarəetmə mövzusunda aparılmalı olan müzakirələr də yalnız kağız üzərində qalmışdır. Bu azmış kimi iştirakçılar gündəlikdə nəzərdə tutulmuş şam yeməyindən də məhrum edilmişlər Təlimin 4-ci günü (20 iyul) X3 Hüquq Akademiyasında 10:00-11.00, 11:15-13.00-dək “korporativ hüquq” mövzusunda keçirilməli olan mühazirələr yenidən baş tutmamış, həmçinin Fransanin Ədliyyə Nazirliyinin rəhbərliyi ilə görüş və “Orance” şirkətinin nümayəndələri ilə korporativ hüquq sahəsində təcrübə mübadiləsi mövzusunda diskussiyalar da cavabdeh tərəfindən ləğv edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.2-ci bəndinə əsasən, cavabdeh iddiaçının işçisini 21 iyulda Şarl de Qoll adına beynəlxalq hava limanına çatdırılmasını öhdəliyinə götürsə də, bunu etməmiş və kurs iştirakçıları öz hesabına hava limanına gəlməli olmuşlar. Təlim kursu Fransa Respublikasının Azərbaycandakı səfiri xanım Orelia Buşez tərəfindən təlim iştirakçılarına rəsmi diplomun təqdim edilməsi ilə yekunlaşmalı olduğu halda, indiyə qədər iddiaçı tərəfindən belə bir mərasim keçirilməmişdir. Məsələ ilə bağlı İddiaçı MMC tərəfindən Fransanın Azərbaycandakı Səfirliyinə müraciət edilmiş və Səfirlikdən bildirilmişdir ki, Səfirliyin bu kursda iştirakı yalnız kurs iştirakçılarına viza verilməsi ilə məhdudlaşmışdır. Həmçinin qeyd edilmişdir ki, kursun gündəliyində guya tədbirin partnyoru kimi Səfirliyin göstərilməsi, həmçinin təlim iştirakçılarına guya Fransa Respublikasının Azərbaycandakı səfiri xanım Orelia Buşez tərəfindən rəsmi diplomların təqdim edilməsinin vəd edilməsi qanunsuzdur və həqiqətə uyğun deyil. Fransa Respublikasının Azərbaycandakı Səfiriyinin məsələ ilə bağlı rəsmi mövqeyini əks etdirən məktub birbaşa olaraq məhkəməyə təqdim ediləcəkdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 7038 manat məbləğində pulun ödənilməsi və işçilərin əmək fəaliyyətindən ayırmasının məqsədi şirkət hüquqşünaslarının Paris şəhərində gəzintisinin təşkil edilməsindən deyil, onların “korporativ hüquq” sahəsində yeni biliklərin əldə edilməsi və peşə bacarıqlarının artırılması və Fransada bu sahədə fəaliyyət göstərən müvafiq qurum və şəxslərlə tanışlıqlara nail olmasını həyata keçirməkdən ibarət olmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan mövzuda hər hansı bir təlim keçirilməmişdir. Bufakt təlimin 23 iştirakçısının izahatları ilə də təsdiq edilə bilər. Cavabdehə xx.xx.2018-ci il tarixli müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması barədə pretenziya məktubu göndərilsə də, sonuncu həmin məktuba heç bir münasibət bildirməmişdir. Tərəflər arasında bağlanılmış xx xxxxx 2018-ci il tarixli Müqavilənin 3.1-ci maddəsinə əsasən, müqavilə xx xxxxxx 2018-ci il tarixədək qüvvədədir. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçının ikinci hüquqşünasının da sözügedən kursda iştirakını təmin etməli idi. Kursda baş verənlərdən məlumatlanan Fransa Respublikasının Azərbaycandakı Səfirliyi bir daha bu kurs adı ilə Fransaya getmək istəyən hər hansı şəxslərə viza verilməyəcəyini bildirmişdir. Yəni, istənilən halda cavabdeh iddiaçının 2-ci hüquqşünası üçün müqavilədə nəzərdə tutulan kursu keçirmək iqtidarında deyil. Tərəflər arasında bağlanılan xx xxxxx 2018-ci il tarixli müqavilənin 4.1 -ci bəndinə əsasən, tərəflər müqavilə üzrə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə qanun qarşısında cavabdehdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi, vəkil X16 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin direktoru X11iddia tələbini qəbul etməyərək,iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında müqavilə imzalanmış, icraçı aşağıda göstərilən təlim kursu ilə “Sifarişçi"ni təmin etməyi öz öhdəsinə götürür: - Təlim kursunun adı: “SorbonneKorporativ Hüquq X4 innovasiya Təqdimatı, X7 Çözümlər” Tarix: 15-xx.xx.2018-ci il. Paris/Fransa. Müqavilənin dəyəri 3400 avro təşkil edir, qiymətə ƏDV daxil deyil. Ödəniş həmin günə Mərkəzi Bankın kursu ilə hesablanacaq məbləğə daxildir: Aviabilet, Hotel, Transfer, Sertifikat, səhər yeməyi, kurs ləvazimatları və digər. İcraçı ilə Sifarişçi arasında hesablaşmalar tərəflərinrazılaşdırdığı Müqavilə qiyməti əsasında aparılır. 4.2-ci bəndə əsasən "icraçı” tərəfindən təlim kursu Müqavilədə qeyd olunan vaxtda həyata keçirilmədikdə “Sifarişçf'nin xidmətlərdən imtina etmək və ödənişin geri qaytarılmasını tələb etmək hüququ vardır. X13 Akademiyası Təcrübə mübadiləsi üzrə edilən səfər, X7 innovasiya həlləri, 15-xx xxx 2018-cı ıl tarixlidən görünür ki, təlimin ilk günü üçün X5 rektoru ilə rəsmi görüş, rəsmi kokteyl, Səfirliyə gediş, Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri cənab Rəhman Mustafayev ilə rəsmi görüş, Azərbaycan- Fransa arasındakı əməkdaşlıq perspektivləri haqqında müzakirələr, 2-ci gün üçün X13 Akademiyasında 1-ci və 2-ci dərs, Paris şəhər Panorama Turu və s, 3-cü günə X13 Akademiyasında 3-cü dərs, Fransa Vəkillər Kollegiyasına səfər, Fransa Vəkillər Kollegiyasının rəhbərliyi ilə rəsmi görüş, X14 Siyasətinin təqdimatı: Korporativ hüquqi təcrübə mübadiləsinin perspektivləri, 4-cü gün üçün X13 Akademiyasında 4-cü dərs, Fransa Respublikasının Ədliyyə Nazirliyinə səfər, Orange Fransa Şirkətinin rəhbərliyi ilə rəsmi görüş, X14 Siyasətinin təqdimatı: Korporativ hüquqi təcrübə mübadiləsinin perspektivləri və s nəzərdə tutulmuşdur. xx.xx.2018-ci il tarixli, GSU seriyalı 065793 nömrəli mədaxil qəbzindən görünür ki, hüquqi yardım üçün 150 manat vəsait vəkil Sevinc Əliyevaya ödənilmişdir. xx.xx.2018-ci il tarixli, ödəniş tapşırığından görünür ki, xx.xx.2018-ci il tarixli ödənişin təyinatı və əsası təhsil haqqı olan 7038 manat avans İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. xx xxxx 2018-ci il tarixli xidməti müqavilədən görünür ki, “X17” MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında müqavilə imzalanmış, icraçı aşağıda göstərilən təlim kursu ilə “Sifarişçi"ni təmin etməyi öz öhdəsinə götürür: - Təlim kursunun adı: “X12 X4 innovasiya Təqdimatı, X7 Çözümlər” Tarix: 25xx.xx.2018-ci il. Paris/Fransa. Müqavilənin dəyəri 1700 avro təşkil edir, qiymətə ƏDV daxil deyil. Ödəniş həmin günə Mərkəzi Bankın kursu ilə hesablanacaq məbləğə daxildir: Aviabilet, Hotel, Transfer, Sertifikat, səhər yeməyi, kurs ləvazimatları və digər. İcraçı ilə Sifarişçi arasında hesablaşmalar tərəflərin razılaşdırdığı Müqavilə qiyməti əsasında aparılır. 4.2-ci bəndə əsasən "icraçı” tərəfindən təlim kursu Müqavilədə qeyd olunan vaxtda həyata keçirilmədikdə “Sifarişçf'nin xidmətlərdən imtina etmək və ödənişin geri qaytarılmasını tələb etmək hüququ vardır. İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdə "Cavabdeh” MMC-yə pretenziya qaydasında məktub ünvanlanaraq xx xxxxxx 2018-cı ıl tarixdən xx xxxxx 2018-ci il tarixli müqavilənin İddiaçı MMC tərəfindən ləvğ edildiyi, 3400 Avro məbləğində pulun ödəniş gününə milli bankın kursu ilə hesablanaraq qaytarılması xahiş edilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzim ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə- hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 421.3, 442, 443.1, 448.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir İş materillarında olan xx xxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, hazırki tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yaranan mübahisə olduğu üçün toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə bağlanmış, iddiaçının cavabdehlə sözügedən müqaviləni bağlamaqda məqsədi İddiaçı MMC-nin baş hüquqşünası X10 və hüquqşünası Şıxəliyev Emin Məhəmməd oğlunun korporativ hüquq sahəsində bilik və təcrübələrini artırmaq və nəticədə onların “İddiaçı" MMC-yə daha peşəkar xidmət göstərilməsini təmin etməkdən ibarət olmuşdur. Müqavilənin dəyəri 1 nəfər üçün 1700 avro olduğuna görə iddiaçı müqavilə üzrə öz öhdəsinə düşən 2 nəfər üçün 7038 manat (3400 avronun həmin tarixə olan məzənnəsi) məbləğində cavabdehə ödəsə də, cavabdeh üzərinə götürdüyü “X12 X4 innovasiya Təqdimatı, X7 innovasiya həlləri” adlı təlim kursunun keçirilməsini təmin etməmişdir. Belə ki, İddiaçı MMC-nin hüquqşünası Şıxəliyev Emin Məhəmməd oğlu ümumiyyətlə təlimlərə qatılmamış, baş hüquqşünası X15 ilk qrupla təlimdə iştirak etmək üçün səfərə getsə də, proqramda nəzərdə tutulmuş X2 və Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüş keçirilməmiş, həmçinin X8 Prezidenti cənab Eric Lamarque ilə “Korporativ hüquq modelləri” mövzusunda keçirilməsi nəzərdə tutulan diskussiya da aparılmamış, X13 Akademiyası tərəfindən “korporativ hüquq” mövzusunda təlim keçirilməsi nəzərdə tutulsa Fransa Respublikasının məhkəmə sistemi barədə orta təhsil səviyyəsində ümumi məlumatlar verilmiş, Hüquqşünaslar Asossiyasiyasında “X14 qaydaları: korporativ hüquqda təcrübə mübadilə perspektivləri” mövzusuna həsr olunmuş görüş baş tutmamış, Fransanın Baş Sosial Bankının hüquq departamenti ilə korporativ idarəetmə mövzusunda aparılmalı olan müzakirələr də yalnız kağız üzərində qalmışdır, Fransanin Ədliyyə Nazirliyinin rəhbərliyi ilə görüş və “Orance” şirkətinin nümayəndələri ilə korporativ hüquq sahəsində təcrübə mübadiləsi mövzusunda diskussiyalar isə cavabdeh tərəfindən ləğv edilmişdir. Bununla yanaşı təqdim olunan proqramda rəsmi tərəfdaş kimi Fransa Səfirliyi göstərilsə də, həmçinin səfir xanım Orelia Buşez tərəfindən təlim iştirakçılarına rəsmi diplomun təqdim edilməsi ilə nəzərdə tutulsa da, Fransa Azərbaycandakı Səfirliyindən verilən cavabında bu kursda iştirakı yalnız kurs iştirakçılarına viza verilməsi ilə bağlı olduğu müəyyən edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən transfer, rəsmi naharlar təmin edilməmiş, təlim çərçivəsində isə təxminən 2 dəfə 2 saatlıq “korporativ hüquq” mövzusunda təlimin keçirilməsi əvəzinə Avropa hüquq nəzəriyyəsinə dair məlumatlar verilmişdir. Göründüyü kimi Cavabdeh MMC “X12 X4 innovasiya Təqdimatı, X7 innovasiya həlləri” adlı təlim kursun keçirilməsi adı ilə İddiaçı MMC ilə müqavilə bağlamış və sonuncu 2 əməkdaş üçün 7038 manat pul ödəmiş, lakin həmin əməkdaşlardan biri ümumiyyətlə təlimlərə qatılmamış, digəri isə xaricə səfər etsə də, təqdim edilən proqramda göstərilən qaydada təlimlər baş tutmamışdır. Məhkəmə işin sadalanan xüsusatlarını, qeyd edilən qanunvericilik İddiaçıalarını, nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli müqavilə ləğv edilməli və cavabdehdən 7038 manat məbləğində pul birdəfəlik tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, GSU seriyalı 065793 nömrəli mədaxil qəbzini nəzərdən keçirərək hesab edir ki, hüquqi xidmətlərə görə ödənilmiş 150 manat məbləğində pul tələbi hissəsində də tələb əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli müqavilə ləğv edilsin. 7038 manat məbləğində ödəniş, hüquqi xidmətlərə görə ödənilmiş 150 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 7218 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-1595/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1595/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver