Məhkəmə qərarları › İş №2-2(113)-16/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-16/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-16/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı “X1 Korporeyşn” Şirkətinin nümayəndəsi, Vəkil3 və Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı “X1 Korporeyşn” Şirkətinin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Korporeyşn” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 813243,58 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, “X1 Korporeyşn” Şirkətinə ödənilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, xx xxxx 2013-cü il tarixində Cavabdeh MMC ilə “X1 Korporeyşn” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında PHPOL-CNLC-201301 nömrəli palçıq qazma və naqilli qazma işlərinin görülməsi ilə bağlı müqavilə imzalanmışdır. Daha sonra xx xxxxxx 2013-cü il tarixində tərəflər arasında müqaviləyə 1 saylı düzəliş imzalanmış və düzəlişə əsasən, müqavilənin müddəti xx xxxxxx 2014-cü il tarixədək uzadılmış və müqavilənin qiymətinin müəyyən edildiyi “C” bölməsi (kommersiya şərtləri) dəyişdirilərək yeni redaksiyada təsdiq edilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən görülmüş qazma işlərinə görə cavabdehin iddiaçıya ümumilikdə 813243,58 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehin xx.xx.2015-ci il tarixli 191/01-15 nömrəli və xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktublarında da iddiaçıya 813243,58 ABŞ dolları məbləğində borcun olduğu etiraf edilmişdir. Müqavilənin 8.2-ci maddəsində müqavilə qiymətinin “C” bölməsində müəyyən edilən qrafik üzrə vaxtında ödənilməsi cavabdehin məsuliyyəti kimi müəyyən edilmişdir. Müqavilənin 9.6-cı maddəsinə əsasən, şirkət icraçıya hər bir hesab üzrə ödənişi hesabı aldığı tarixdən 30 gün ərzində həyata keçirir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə xx xxxxxxxx 2018-ci il tarixində isə cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən xx xxxxxxx 2018-ci il tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq, cavabdeh borcun ödənişini həyata keçirməmiş və bununla müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “X1 Korporeyşn” Şirkətinin nümayəndəsi, Vəkil3 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2015-ci il tarixli borcun etirafı məktubunda 813243,58 ABŞ dolları məbləğində borcun ödənilməsi ilə bağlı son tarix 2020-ci il göstərildiyindən, həmçinin xx xxxx 2013-cü il tarixli müqavilədə qüvvədə olma müddəti göstərilmədiyindən və hal-hazıradək qüvvədə olduğundan, yəni məhkəməyə müraciət etmənin iddia müddətinin keçmədiyini nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil2 izahatında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktubu, həmçinin şirkətin baş menecerin müavini olan “Xiao Jiang” tərəfindən imzalanan məhkəməyə təqdim olunan işlərin görülməsini əks etdirən sənədləri və borcun etirafı məktubu mötəbər sübut kimi qəbul etmirlər, belə ki, “Xiao Jiang” həmin sənədləri imzalamağa səlahiyyəti olmamış, xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktub isə baş menecer tərəfindən imzalanmamışdır və iddiaçı tərəfindən tələb olunan vəsait həcmdə iş görülməmişdir. Bununla yanaşı iddiaçı mübahisəli 813243,58 ABŞ dolları məbləğində borcun xx xxxx 2013-cü il tarixli müqavilədən irəli gələn öhdəliklərlə bağlı yarandığına istinad etsə də, mübahisəli xx.xx.2015-ci il tarixli məktubda həmin borcun məhz sözügedən müqavilə ilə bağlı yaranması ilə əlaqədar heç bir qeyd aparılmamışdır. Göründüyü kimi iddiaçı 813243,58 ABŞ dolları məbləğində görülən işlərlə bağlı və həmin borcun müqavilədən irəli gələn öhdəliklərdən irəli gəlməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmə xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktuba istinad edəcəyi təqdirdə qeyd olunmalıdır ki, mübahisə edilən müqavilənin müddətinin 2014-cü ilin iyun ayının 5-də başa çatmış, lakin, iddiaçı tərəf 2018-ci ildə yəni, 4 ildən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmədən iddia müddətini (ərizə iş materiallarına əlavə edilib) tətbiq edərək, iddiadan imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2013-cü il tarixli, PHPOL-CNLC-201301 saylı qaz karotajı və standart naqilləmə karotajı üzrə xidmətlərin göstərilməsinə dair müqavilədən və əlavə “C” bölməsindən (kommersiya şərtləri) görünür ki, (şirkət) Cavabdeh MMC ilə (podratçı) “X1 Korporeyşn” Şirkəti arasında müyyən olunmuş qiymət müqabilində palçıq qazma və naqilli qazma işlərinin görülməsi ilə bağlı müqavilə imzalanmışdır. Müqavilənin müddəti xx.xx.2013-cü ilədək qüvvədədir. xx xxxxxx 2013-cü il tarixində tərəflər arasında müqaviləyə 1 saylı düzəliş imzalanmış və düzəlişə əsasən, müqavilənin müddəti xx xxxxxx 2014-cü il tarixədək uzadılmış və müqavilənin qiymətinin müəyyən edildiyi “C” bölməsi (kommersiya şərtləri) dəyişdirilərək yeni redaksiyada təsdiq edilmişdir. “X1 Korporeyşn” Şirkəti tərəfindən təqdim edilən xx.xx.2018-ci il tarixli maliyyə arayışından və müxtəlif tarixli fakturalardan görünür ki, xx xxxx 2013-cü il tarixli, PHPOL- CNLC-201301 saylı qaz karotajı və standart naqilləmə karotajı üzrə xidmətlərin göstərilməsinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə Cavabdeh MMC-nin əsas borcu 813243,58 ABŞ dolları (cərimə 81324,28) məbləğində təşkil edir. xx.xx.2015-ci il tarixli, ***-**-** nömrəli məktubdan görünür ki, Cavabdeh MMC-nin baş menecerin müavini Xiao Jiang “X2 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə müraciət edərək, GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X1 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cə ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-c ildə 1000000, 2017-ci ildə 1200000, 2018-ci ildə 1400000, 2019-cu ildə ******* və 2020-ci ildə 1194409,16 ABŞ dollar) bildirmişdir. xx.xx.2015-ci il tarixli, ***-**-** nömrəli məktubdan görünür ki, Cavabdeh MMC-nin baş meneceri Tan Xingyi “X2 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə müraciət edərək, GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X1 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cə ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-c ildə 1000000, 2017-ci ildə 1200000, 2018-ci ildə 1400000, 2019-cu ildə ******* və 2020-ci ildə 1194409,16 ABŞ dollar) bildirmişdir. Məhkəmə bu yerdə qeyd edir ki, cavabdeh tərəf sözügedən məktublardakı imzaların həmin şəxslər (Xiao Jiang və Tan Xingyi) tərəfindən icra edilib-edilməməsini mübahisələndirdiyindən iş üzrə məhkəmə-xəttşünaslıq eskpertizaları təyin edilmişdir. xx.xx.2019-cu il tarixli, 20279 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli ***-**-** nömrəli məktubun kserosurətində “Xiao Jiang” yazıları qarşısında olan imza – Xiao Jiang tərəfindən icra olunmuş, xx.xx.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “Tan Xingyi” yazıları qarşısında olan imza – Tan Xingyi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat məbləğində təşkil edir. xx.xx.2019-cu il tarixli, 28348 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “Xiao Jiang” yazıları qarşısında olan imza – Xiao Jiang tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 133 manat məbləğində təşkil edir. xx.xx.2020-ci il tarixli, 4/1011 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 2-ci cildinin 161-ci vərəqəsində olan xx.xx.2017-ci il tarixli etibarnamədə Cavabdeh MMC-nin baş meneceri Tan Xingyi qrafasındakı imza və 196-cı vərəqəsində olan xx.xx.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “X3 Manager of Petro- Hongkonq-Pirsaat Oil Limited” qrafasındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat məbləğində təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının 2013-2014-cü illər üzrə rüblük hesabatlarından görünür ki, Cavabdeh göstərdiyi fəaliyyətlərlə (görülmüş işlər) bağlı 2013 və 2014-cü illər üzrə rüblük vergi bəyannamələri təqdim etmiş və vergi orqanı tərəfindən təqdim edilmiş bəyannamələrə uyğun vergilər hesablanmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2, 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1 və 449.2-ci maddələri). Göründüyü kimi iddiaçı “X1 Korporeyşn” Şirkəti ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “X1 Korporeyşn” Şirkəti tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh MMC görülən işlərin, xidmətlərin müqabilində yaranmış borcu ödəməməklə üzərinə düşən öhdəliklərini tam həcmdə yerinə yetirməmişdir. Cavabdeh MMC-nin baş menecer müavini Xiao Jiang və baş menecer Tan Xingyi tərəfindən imzalanan müvafiq olaraq xx.xx.2015-ci il tarixli 191/01-15 nömrəli və xx.xx.2015-ci il tarixli 192/01-15 nömrəli məktublarında (borcun etirafı) X2 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə müraciət edərək, GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X1 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cı ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-c ildə 1000000, 2017-ci ildə 1200000, 2018-ci ildə 1400000, 2019-cu ildə ******* və 2020-ci ildə 1194409,16 ABŞ dollar) bildirsələr də bununla bağlı heç bir tədbir görməmişlər. Göründüyü kimi iddiaçının Cavabdeh MMC-dən 813243,58 ABŞ dolları məbləğində borcun ödənilməsi tələbi ilə bağlı iddiası əsaslıdır. Məhkəmə cavabdehin xx.xx.2015-ci il tarixli məktubda imzanın Tan Xingyiyə məxsus olmamasını bildirməsi ilə bağlı qeyd edir ki, xx.xx.2020-ci il tarixli, 4/1011 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli etibarnamədə Cavabdeh MMC-nin baş meneceri Tan Xingyi qrafasındakı imza və xx.xx.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “X3 Manager of Petro-Hongkonq-Pirsaat Oil Limited” qrafasındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur, bu isə bunu təsdiq edir ki, mübahisəli xx.xx.2015-ci il tarixli məktubda imza Tan Xingyi tərəfindən icra edilmişdir. xx.xx.2019-cu il tarixli, 20279 nömrəli məhkəmə ekspertizası rəyində xx.xx.2015-ci il tarixli ***-**-** nömrəli məktubda “Tan Xingyi” yazıları qarşısında olan imza – Tan Xingyi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması ilə bağlı məhkəmə qeyd edir ki, bir ekspert rəyində imzanın Tan Xingyiyə məxsus olmadığını, digərində isə rəsmi etibarnamədə və xx.xx.2015-ci il tarixli məktunbda Tan Xingyi soyadının qarşısında imzaların eyni şəxs tərəfindən icra olunmasının göstərilməsi bir şəxsin 2 fərqli imzaların olmasına dəlalət edir. Məhkəmə ekspertə təqdim olunan Tan Xingyiyə məxsus sərbəst və eksperimental xətt nümünələrini şübhə altına almır, sadəcə olaraq hesab edir ki, xx.xx.2020-ci il tarixli, 4/1011 nömrəli ekspert rəyində xx.xx.2015-ci il tarixli məktubda imza Tan Xingyi tərəfindən icra edilməsi tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə bir daha qeyd edir ki, iddiaçı tərəfindən eyni məzmunlu müvafiq olaraq xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixli məktublar (borcun etirafı) təqdim edilmiş, məktublar müvafiq olaraq Cavabdeh MMC-nin baş menecer müavini Xiao Jiang və baş menecer Tan Xingyi tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi təqdim olunan işlərin görülməsini əks etdirən sənədlərin və borcun etirafı məktubunu imzalayan Xiao Jiangın səlahiyyətinin olmamasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi və Xiao Jiang tərəfindən imzalanan bütün sənədlər mötəbər sübutlardır. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etdiyi hallarla yəni, mübahisə edilən müqavilənin müddətinin 2014-cü ilin iyun ayının 5-də başa çatması, lakin, iddiaçı tərəfin 2018-ci ildə yəni, 4 ildən sonra məhkəməyə müraciət edilməklə iddia müddətinin ötürülməsi ilə razılaşmır. Belə ki, Cavabdeh MMC-nin baş menecer müavini Xiao Jiang və baş menecer Tan Xingyi tərəfindən “X2 Kompani” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə etdikləri müraciətdə GWDC qarşısında 5381165,58 ABŞ dolları və “X1 Korporeyşn” Şirkəti (CNLC) qarşısında 813243,58 ABŞ dolları məbləğində borcunun qaldığını və Plan A üzrə onlar tərəfindən 1 milyon dollar həcmində olan borcu 2016-cı ildə ödəyəcəklərini, qalan borcu isə ildən ilə ödəməklə 5 il ərzində icra edəcəklərini (2016-c ildə 1000000, 2017-ci ildə 1200000, 2018-ci ildə 1400000, 2019-cu ildə ******* və 2020-ci ildə 1194409,16 ABŞ dollar) bildirmələri, müqavilə üzrə öhdəliklərinin icrasının xx xxxxxx 2020-ci il tarixdə bitdiyini, yəni icra müddətinin axımının məhz xx xxxxxx 2021-ci il tarixdən başladığını göstərir. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2018-ci ildə müraciət etdiyindən görə iddia müddəti qanunvericiliyin tələblərinə əsasən ötürülməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı tələb əsaslı olduğundan Cavabdeh MMC-dən 813243,58 ABŞ dolları məbləğində borc tutularaq “X1 Korporeyşn” Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 409 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 813243,58 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “X1 Korporeyşn” Şirkətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 409 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar