Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1600/2022 19.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə (İB) qarşı borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1175,99 manat məbləğində debitor borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, **********0000 nömrəli abonent kodu ona məxsusdur. O, Cavabdeh İB ilə bağladığı müqavilə əsasında təbii qazdan istifadə edir. Qaz sərfiyyatına görə ödənişlər tərəfindən vaxtında və tam şəkildə edilmiş, bu günədək qazdan sitifadə ilə bağlı hər hansı problemli vəziyyət olmamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən **********0000 abonent kodlu qaz xətti üzərində istismarda olan G-4 markalı, 16019113 nömrəli qaz sayğacına baxış keçirilmiş və nəticədə 30.01.2020-ci il tarixdə ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuşdur. Həmin akta əsasən sayğaca baxış keçirilərkən guya qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunmuş, buna görə də iran sobası PQ-4 qaz işlədici avadanlıqlar üzrə dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. Bundan sonra isə 30 yanvar 2020-ci il tarixli, ******* nömrəli akt əsasında eyni tarixdə “dəymiş ziyanın bərpasına dair” tələbnamə tərtib olunmuşdur. Tələbnamədə fərdi yaşayış evində (müəssisədə, istixanada) “Qazdan istifadə qaydaları”nın təlblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi göstərilmiş, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərinə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv olunması, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Həmçinin tələbnamədə dəymiş ziyanın həcmi hesablanaraq itirilmiş qazın həcminin 5832 kv.m olduğu qeyd edilmişdir. Daha sonra 30.01.2020-ci il tarixdə 07/843 nömrəli akt tərtib olunmuş və bu aktdan sayğacdan kənar qeyri-qanuni birləşmənin ləğv olunduğu, eyni zamanda təbii qazın təchizatının qaynaq vasitəsi ilə dayandırıldığı qeyd olunmuşdur. Həmin aktlar əsasında 1175,99 manat zərərin vurulduğu aşkar edilmişdir. O, sayğacdan kənar qaz xəttinə qoşulma etməmiş və cavabdehin qeyd etdikləri qeyri-qanuni qoşulmadan xəbəri olmamışdır. Əgər həqiqətən qaz xəttinə qoşulma olmuşsa, bu başqa şəxslər tərəfindən edilmişdir. Nə qaz xəttinə baxış keçirilərkən, nə də ki, barəsində mübahisələndirilən aktlar tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Ümumiyyətlə bu proseslərin heç birindən onun xəbəri olmamışdır. Hətta bu aktların heç biri ona rəsmi qaydada təqdim edilməmiş və aktlar onun tərəfindən imzalanmamışdır. Dəfələrlə bu barədə müraciət etdikdən sonra həmin aktların surəti ona təqdim edilmişdir. Aktlarda guya imza etməkdən imtina etməsi qeyd edilmişdir. Halbuki, 30.01.2020-ci il tarixdə aktlar tərtib olunarkən onun iştirakı təmin edilmədiyindən həmin aktların tərəfindən imzalanmaqdan imtina edilməsi həqiqətə uyğun deyildir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarınn icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - Cavabdeh İB tərəfindən tərtib olunmuş 30 yanvar 2020-ci il tarixli, 07/843 №-li aktda İddiaçı məxsus sayğacdan kənar qeyri – qanuni birləşmə ləğv olunmuşdur. - 30 yanvar 2020-ci il tarixli, ******* №-li akt akta əsasən sayğacdan kənar qyeri – qanuni birləşmə aşkar olunduğuna görə dəymiş ziyanın hesablanması tələb olunmuşdur. - dəymiş ziyanın bərpasına dair tələbnamədə 5832 kub metr qazın itirilmiş qazın hesabatı aparılmışdır, - abonent saldosunadan görünür ki, 5832 kub metr qaz sərfiyyatına görə akta əsasən 1166,4 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci maddəsinə görə ziziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(001)- 1240/2021 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2021-ci il tarixli, 10/2660 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Park küçəsində yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmı vəziyyətdə olan 1 ədəd borucuq vardır ki, həmin borucuq vasitəsilə təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin borucuq vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən araşdırmalarla həll edilə bilər. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(001)- 1240/2021 saylı qərardadına əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 10/6359 saylı ekspert rəyində qeyd olunmuşdur ki, baxış zamanı qeyri – yaşayış sahəsinin qaz sayğacına daxil olan giriş xəttinin, həmçinin, Cavabdeh İByə məxsus 159 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar aşkar edilmədi. Qeyri – yaşayış sahəsinin mətbəx otağında 1 ədəd dörd gözlü qaz plitəsi və 1 ədəd axar su qızdırıcısı vardır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Cavabdeh tərəfindən həyata keçirilən baxış yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. İddia tələbində 1175,99 manat məbləğində borcun silinməsi xahiş edilsə də, abonentin saldosundan görünür ki, 5832 kub metr qaz sərfiyyatına görə akta əsasən 1166,4 manat məbləğində borc hesablanmışdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh tərəfindən hesablanmış 1166,40 manat məbləğində borc silinməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ekspertizaların keçirilməsinə xərclənmiş 202 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1166,40 manat məbləğində borc silinsin. Məhkəmə mühəndis-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 202 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-1600/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1600/2022
19.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver