Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1614/2020 22.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi və onun iştirakı ilə evin yenidən hərraca çıxarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi və onun iştirakı ilə evin yenidən hərraca çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın nəticəsinin etibarsız hesab edilməsi və onun iştirakı ilə evin yenidən hərraca çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən keçirilmiş hərracda o iştirak etməmiş və heç vaxt dəvət almamışdır. Yəni, həmin hərracın keçirilməsindən məlumatı olmamışdır. Evinin hərraca çıxarılması və “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindın alındığı xx xxxxxx 2019-cu il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ünvanlanan məktubdan sonra bilmişdir. Həmin gündən bütün əlaqəli idarələrə etdiyi şifahi müraciətinə cavab ala bilməmişdir, yəni Hərracın Yekunları barədə Protokolu ona vermədilər. Sonda Abşeron Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Aşəm Əhmədovdan protokolun surətini xx xxxx 2019-cu il tarixdə əldə edə bilmişdir. Bir daha qeyd edir ki, onun hüquqları tapdalanıb, hərrac tamamilə qeyri-qanuni keçirilmişdir, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin istəyi və sifarişi üzrə həyata keçirilərək evi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adına keçirilmişdir. Bütün bu proses dövründə ona heç bir məlumat verilməyib, nə də hərraca dəvət olunmamışdır. Cavabdeh iddiaya etiraz verərək, iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbində hərracın əsassız hesab edilməsi üçün heç bir qanuni əsas yoxdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 17/75-73A nömrəli xx xxxx 2018-ci il tarixli sifarişinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanlı, 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılmasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 977/2016 nömrəli xx xxxxxxx 2016-cı il tarixli icra vərəqəsi Cavabdehnə göndərilmiş və əmlakın ilkin satış qiyməti 119000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx xxxx 2018-ci il tarixdə keçirilmiş ilkin hərracda ilkin satış qiyməti 119000 manata, xx xxxxxx 2018-ci il tarixdə təkrar hərracda 15% endirimlə 101150 manata hərraca çıxarılmış, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin qanununun 43.7-ci maddəsinə əsasən əmlak 25% endirimlə banka təklif olunmuşdur. Cavabdeh hərracın yekunları barədə xx xxxxxxxx 2018-ci il tarixli, 121/1 nömrəli protokola əsasən iddiaçıya məxsus ünvan 1 ünvanlı, 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 75862 manat qiymətə tələbkar “xxxx” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. İddiaçıya ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və iddiaçının-borclunun iddia ərizəsində də qeyd etdiyi ünvana göndərilmişdir. Həmçinin 15-xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdehnə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi və iddiaçının iştirakı ilə evinin yenidən hərraca çıxarılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq, Cavabdeh MMC tərəfindən keçirilən hərraca dəvət almadığını və həmin hərracda iştirak etmədiyini, hərracın keçirilməsindən isə “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə ona ünvanlandığı məktubdan sonra xəbər tutduğunu, hətta hərracın yekunları barədə protokolun ona verilmədiyini, Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi düzgün aparılmadığına görə tələbin təmin edilməsinin xahiş etmişdir. Bununla yanaşı məhkəməyə qeydiyyatda olduğu ünvanda yaşamadığını, buna baxmayaraq ona ünvanlanan məktubları sonradan poçtdan götürdüyünü, lakin Cavabdeh ona göndərdiyi məktubu almadığını, belə ki, poçtdan telefon vasitəsi ilə ona həmin məktubla bağlı məlumatın verildiyini, o, həmin vaxtı Bakı şəhərindən kənarda olduğundan və sözügedən məktubun onun sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu ehtimal edərək poçtdan götürməmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-2(82)- 977/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı xx xxxx 2014-cü il tarixli K1159 nömrəli kredit üzrə əsas borc üzrə 85115,30 manat, faiz borcu üzrə 12758,64 manat, cərimə borcu üzrə 2584,53 manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” Açıq SəhmdarCəmiyyətinin xeyrinə tutulması, xx xxxx 2014-cü il tarixli 10774 nömrəli ipoteka müqaviləsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş İddiaçı müikiyyətindəki Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 119000 manat məbləğində müəyyənləşdirilməkiə açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin cavabdeh İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq məbləğin İddiaçı ümumi qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı və dövlət rüsumu İddiaçı tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, cavabdeh İddiaçı 50 (əlli) manat ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzinin “Ekspertiza xərclərinə dair bildirişi”ndə göstərilmiş hesaba: Dövlət xəzinədarlığı Agentliyi (kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NabZ******************** SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertiza Mərkəzi (VÖEN ********** hesab AZ34CTRE00000Q0Q0G0Q0208S5Q1) tutulması, xx xxxx 2014-cü il tarixli, İ0774 nömrəli ipoteka müqaviləsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin və onun üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi və 300 manat məbləğində qiymətləndirilmə xərcinin İddiaçı tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində iddia tələbinin rədd edilməsi qət edilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Cavabdehnə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və İddiaçı ünvanladığı xx xxxx 2018-ci il tarixli məktubunun surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-2(82)- 977/2018 nömrəli icra sənədinə əsasən borclu İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin və onun üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evinin hərrac vasitəsi ilə satışının təşkil edilməsini xahiş edilmişdir. “Kaspi” qəzetinin 15-xx xxxx 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin və onun üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evinin 119000 manat qiymətinə xx xxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc edilmişdir. Cavabdeh xx xxxx 2018-ci il tarixli Abşeron Rayon İcra və Probasiya Şöbəsinə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 139 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin və onun üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evinin 119000 manat qiymətinə xx xxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş İddiaçı göndərilmiş və poçt məntəqəsinin xx xxxx 2018-ci il tarixli “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Cavabdeh xx xxxx 2018-ci il tarixli Abşeron Rayon İcra və Probasiya Şöbəsinə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 139-1 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin və onun üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evinin 101.150 manat qiymətə (ilkin satış qiyməti olan 119000 manat məbləğində dəyərdən 15% aşağı qiymətinə) xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında təkrar satışa çıxarılması barədə məlumatverilmişdir. Müvafiq bildiriş İddiaçı göndərilmiş və poçt məntəqəsinin xx xxxx 2018-ci il tarixli “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır; Kaspi” qəzetinin xx xxxx 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, Cavabdeh Hərrac Mərkəzinin məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və 15% aşağı salınaraq xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da növbəti hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlakların siyahısında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin və onun üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evi də qeyd edilmişdir. Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixli 121/1 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokolun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evini 75862,50 manat dəyərində “xxxx” Açıq Səhmdar Cəmiyyəti əldə etmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxxxx 2018-ci il tarixli müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evi 75862,50 manat dəyərində “xxxx” Açıq Səhmdar Cəmiyyəti almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllə, 153 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx xxxxxx 2019-cu il tarixində “Paş Bank” Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır; ASAN 1 tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 hatorpaq sahəsi və onun üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evi ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı qeydiyyatda olduğu ünvanına göndərilmişdir (iddiaçı izahatında da bunu təsdiq etmiş, həmçinin bunu təsdiq edən müvafiq poçt göndərişi mövcuddur). Göründüyü kimi, Cavabdeh tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur. Məhkəmə, iddia ərizəsi üzrə “hərracın nəticəsinin etibarsız hesab edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “iddiaçı şəxsin iştirakı ilə evin yenidən hərraca çıxarılması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “hərracın nəticəsinin etibarsız hesab edilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “iddiaçı şəxsin iştirakı ilə evin yenidən hərraca çıxarılması” hissəsində də təmin edilə bilməz. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu təqdirdə, İddiaçı isə məhkəməyə qeyd edilən fərdi yaşayış evinin hərraca çıxarılması ilə bağlı məlumatının olmamasını sübuta yetirə bilməmişdir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi və onun iştirakı ilə evin yenidən hərraca çıxarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi və onun iştirakı ilə evin yenidən hərraca çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-1614/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1614/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver