Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1624/2020 26.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC Cavabdeh MMC-yə qarşıAlqı-satqı Müqaviləsinə görə 31489.49 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Tərəflər öz aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədən kənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu Barışıq Sazişini (bundan sonra “Saziş” adlanacaq) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. X2 əsasən, xx.xx.2020-ci il tarixinə qədər “Cavabdeh” “İddiaçı” qarşısında olan 31.489.49 (otuz bir min dörd yüz səksən doqquz ABŞ dolları. 49 sent) ABŞ dolları, 30 manat dövlət rüsum ilə (1 ABŞ dolları 1.7 manat məzənnə ilə) 53562.13 manat məbləğində borcundan “İddiaçı”ya 23562.13 manat məbləğində pul vəsaitini ödəməyi öz üzərinə götürür.
2. Borcun qalan hissəsi, yəni 30 min manat məbləğində pul vəsaiti aşağıda qeyd olunan cədvələ uyğun qaydada “Cavabdeh” tərəfindən “İddiaçı”ya 5 ay ərzində ödənilir: Borcun ödənilmə müddəti Ödəniləcək pul vəsaitinin məbləği xx.xx.2020-ci il 6000 AZN xx.xx.2020-ci il 6000 AZN xx.xx.2020-ci il 6000 AZN xx.xx.2020-ci il 6000 AZN xx.xx.2021-ci il 6000 AZN
3. İddiaçı Cavabdehin ona ödəməli olduğu pul vəsaitinin 31.489.49 (otuz bir min dörd yüz səksən doqquz ABŞ dolları, 49 sent) ABŞ dolları məbləğində olmasını təsdiq edir.
4. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın 15-nədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Tərəflər təsdiq edirlər ki, bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
7. X4 imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
8. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir.
9. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri İddiaçıda, ikincisi isə Cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. İddiaçı ərizə ilə müraciət edərək bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı “xxxxxxxxxxxxxxx” MMC Cavabdeh MMC-yə qarşıAlqı-satqı Müqaviləsinə görə 31489.49 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin: Tərəflər öz aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədən kənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu Barışıq Sazişini (bundan sonra “Saziş” adlanacaq) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. X2 əsasən, xx.xx.2020-ci il tarixinə qədər “Cavabdeh” “İddiaçı” qarşısında olan 31.489.49 (otuz bir min dörd yüz səksən doqquz ABŞ dolları. 49 sent) ABŞ dolları, 30 manat dövlət rüsum ilə (1 ABŞ dolları 1.7 manat məzənnə ilə) 53562.13 manat məbləğində borcundan “İddiaçı”ya 23562.13 manat məbləğində pul vəsaitini ödəməyi öz üzərinə götürür.
2. Borcun qalan hissəsi, yəni 30 min manat məbləğində pul vəsaiti aşağıda qeyd olunan cədvələ uyğun qaydada “Cavabdeh” tərəfindən “İddiaçı”ya 5 ay ərzində ödənilir: Borcun ödənilmə müddəti Ödəniləcək pul vəsaitinin məbləği xx.xx.2020-ci il 6000 AZN xx.xx.2020-ci il 6000 AZN xx.xx.2020-ci il 6000 AZN xx.xx.2020-ci il 6000 AZN xx.xx.2021-ci il 6000 AZN
3. İddiaçı Cavabdehin ona ödəməli olduğu pul vəsaitinin 31.489.49 (otuz bir min dörd yüz səksən doqquz ABŞ dolları, 49 sent) ABŞ dolları məbləğində olmasını təsdiq edir.
4. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın 15-nədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Tərəflər təsdiq edirlər ki, bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
7. X4 imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
8. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir.
9. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri İddiaçıda, ikincisi isə Cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aytən Əliyeva