Məhkəmə qərarları › İş №2-2(113)-1656/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1656/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1656/2020 19.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dairiddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 435 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 297.417,62 manat tezlik və radielektron vasitələrinə görə istismar haqqının və hər gecikdirilmiş aya görə məbləğin 0,1 faizi miqdarında olmaqla 2676,78 manat dəbbə pulu, cəmi 300.094,40 manat pulun tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2015-ci il tarixdə tərəflər arasında 435 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq İddiaçınə təqdim olunmuş «Anket materiallarına əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə 2018-ci il üçün tezlik və radioelektron vasitələrindən istifadəyə görə 297417,62 manat məbləğində 46-K-18, 43-K- 18-2, 43-K-18-1, 43-K-18, 42-K-18-2, 42-K-18-1 və 42-K-18 saylı hesablar təqdim olunmuşdur. Cavabdeh MMC-yə təqdim olunmuş hesab Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclas Qərarına əsasən təsdiqlənmiş «Radiotezliklərin qeydiyyatı və elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri»nin 50 və 79-cu bəndləri əsasında tərtib olunmuşdur. İddiaçı 435 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq Cavabdeh MMC müqavilənin 3-cü bəndini icra etməmişdir. Müqavilənin bu bəndinə müvafiq olaraq hesabların ödənilməsi növbəti ilə keçirildiyi üçün gecikdirilmiş hər aya görə məbləğin 0,1% miqdarında olmaqla, ümumilikdə 2676,78 manat məbləğində dəbbə pulu hesablanmışdır. Adı çəkilən bölmədə qeyd olunur ki, Cavabdeh MMC Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabın 10 (on) gün müddətində ödənilməsini təmin etməlidir. Bununla bağlı xx.xx.2019-cu il tarixli DRİ-HKŞ-9/263 saylı pretenziyanın göndərilməsinə baxmayaraq, bu günə kimi Cavabdeh MMC Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabı ödəməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, bizim xəbərdarlığımızdan sonra, siyahıdan çıxarılmalı olan radielektron vasitələrinə görə də əlavə 9000 manat hesablanmışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 435 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə ilə “İcraçı” “Sifarişçi”nin rəsmi müraciətini nəzərə alaraq simsiz internet şəbəkəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Həmin müqavilənin 3-cü bəndinə əsasən “Sifarişçi” rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda “İcraçı” hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini “Sifarişçi”dən tələb edir. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə tərəflərin hər birində 1 nüsxə olmaq şərti ilə imzalandığı tarixdən xx.xx.2015-ci il tarixə qədər müddətində qüvvədədir. Tərəflərdən biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış onun ləğv olunması haqqında yazılı təklif verməzsə, müqavilə növbəti illər üçün də qüvvədə qalır. Müqaviləyə əlavə və dəyişikliklər tərəflərin razılığı ilə “Razılaşma protokolu” vasitəsi ilə həyata keçirilir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli, DRİ-HKŞ- 9/263 nömrəli pretenziya məktubunun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı radioelektron vasitələrindən istifadəyə görə 297417,62 manat məbləğin ödənilməsini xahiş etmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlərin görüləcəyini bildirmişdir. - Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İddiaçı tərəfindən 435 nömrəli müqavilə üzrə Cavabdeh MMC-yə verilən 46-K-18 saylı hesaba əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2018-xx.xx.2018-ci il dövrü üçün ödənilməli olan istismar haqqının məbləği ƏDV daxil olmaqla 1854,30 AZN təşkil edir. - 435 nömrəli müqavilə üzrə verilən 43-K-18-2 saylı hesaba əsasən Cavabdeh MMC tərəfindən ödənilməli olan istismar haqqının məbləği ƏDV daxil olmaqla 17752,92 AZN təşkil edir. - 435 nömrəli müqavilə üzrə verilən 46-K-18-1 saylı hesaba əsasən Cavabdeh MMC tərəfindən ödənilməli olan istismar haqqının məbləği ƏDV daxil olmaqla 18990,40 AZN təşkil edir. - 435 nömrəli müqavilə üzrə verilən 43-K-18 saylı hesaba əsasən Cavabdeh MMC tərəfindən ödənilməli olan istismar haqqının məbləği ƏDV daxil olmaqla 145600 AZN təşkil edir. - 435 nömrəli müqavilə üzrə verilən 42-K-18-2 saylı hesaba əsasən Cavabdeh MMC tərəfindən ödənilməli olan istismar haqqının məbləği ƏDV daxil olmaqla 2940 AZN təşkil edir. - 435 nömrəli müqavilə üzrə verilən 42-K-18-1 saylı hesaba əsasən Cavabdeh MMC tərəfindən ödənilməli olan istismar haqqının məbləği ƏDV daxil olmaqla 9000 AZN təşkil edir. - 435 nömrəli müqavilə üzrə verilən 42-K-18 saylı hesaba əsasən Cavabdeh MMC tərəfindən ödənilməli olan istismar haqqının məbləği ƏDV daxil olmaqla 101280 AZN təşkil edir. - Cavabdeh MMC-nin Dövlət Raditezliklər İdarəsinə olan borcu haqqında arayışdan görünür ki, Cavabdeh MMC-nin İddiaçınə 2018-ci il üzrə təqdim olunan hesablara görə 297417,62 manat əsas borcu və gecikdirilmiş aylar üzrə xx.xx.2019-cu il tarixə 2676,78 manat cərimə borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxx 2015-ci il tarixdə İddiaçı (DRİ) ilə Cavabdeh MMC arasında 435 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə 2018-ci il üçün ödənilməli olan borc 46-K-18 saylı hesaba əsasən, 1854,30 AZN, 43- K-18-2 saylı hesaba əsasən 17752,92 AZN, 46-K-18-1 saylı hesaba əsasən 18990,40 AZN, 43-K-18 saylı hesaba əsasən 145600 AZN, 42-K-18-2 saylı hesaba əsasən 2940 AZN, 42-K-18-1 saylı hesaba əsasən 9000 AZN, 42-K-18 saylı hesaba əsasən 101280 AZN olmaqla, cəmi 297417,62 manatdır. Cavabdeh hesablar üzrə ödənilməli olan cəmi 297417,62 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının ödənilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, cavabdeh isə müqavilə öhdəliyini tam yerinə yetirməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2015-ci il tarixli 435 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 297417,62 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2015-ci il tarixli 435 saylı müqavilə üzrə tələb olunan 2676,78 manat cərimə məbləğinin 267 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015ci il tarixli 435 saylı müqavilə üzrə 2018-ci il üçün Cavabdeh MMC-dən 297.417,62 (iki yüz doxsan yeddi min dörd yüz on yeddi manat altmış iki qəpik) manat tezlik və radielektron vasitələrinə görə istismar haqqı, 267 (iki yüz altmış yeddi) manat dəbbə pulu, cəmi 297.684,62 (iki yüz doxsan yeddi min altı yüz səksən dörd manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli 435 saylı müqavilə üzrə 2018-ci il üçün Cavabdeh MMC-dən 297.417,62 (iki yüz doxsan yeddi min dörd yüz on yeddi manat altmış iki qəpik) manat tezlik və radielektron vasitələrinə görə istismar haqqı, 267 (iki yüz altmış yeddi) manat dəbbə pulu, cəmi 297.684,62 (iki yüz doxsan yeddi min altı yüz səksən dörd manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar