Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1678/2020 30.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X5, ilkin iddia üzrə cavabdeh, Cavabdeh nümayəndəsi, vəkil X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 25 ünvanına (abonent kodu: **********00017) hesablanmış 20822,40 manat borcun “Cavabdeh'' İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, bir neçə ay əvvəl “Cavabdeh'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 25 ünvanında quraşdırılmış qaz sayğacı yenisi ilə dəyişdirilmiş, sayğac dəyişdirilən zaman plombu üzərində olmuş və heç bir zədə olmamışdır. Bundan bir müddət sonra “Cavabdeh'' İstehsalat Birliyinin əməkdaşları ona məlumat verərək, sayğacında problem olduğunu və bununla bağlı tərəfindən cərimə ödənilməsi bildirilmiş, qaz idarəsinin əməkdaşları ona qaz sayğacının zədələndiyini və bu səbəbdən 20822,40 manat əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini ondan tələb etmişlər. Ancaq həmin evdə təbii qazdan istifadəyə görə heç zaman problem olamamış, indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə olmamış, çünki, o istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə pulunu ödəmiş, bundan başqa qaz sayğacına heç bir müdaxilə və ya digər təsir edilməmiş, abonent saldosunun çıxarışından da hər ay (əsasən qış ayları) kifayət qədər və illər üzrə cüzi fərqlə qaz sərfiyyatına görə ödəniş etdiyi görünür. Qanunvericiliyin və yuxarıda sadalanan hallara əsasən “Cavabdeh'' İstehsalat Birliyi əsassız olaraq ona borc yazmış, bu səbəbdən qanunsuz yazılmış borc silinməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-770/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 20822,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə kommersiya işi, hazırki 2-2(113)- 1678/2020 saylı kommersiya işinə birləşdirilməsi qərara alınmışdır. 2-2(113)-770/2020 nömrəli iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 20822,40 manat məbləğində pulun, həmçinin Cavabdeh pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərci, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə cavabdeh İddiaçı oölu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX-1/707 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə" müqaviləyə əsasən cavabdehə məxsus Bakı şəh., Xəzər rayonu Buzovna-Maştağa yolunda yerləşən istixana Cavabdeh tərəfindən qazla təchiz olunmağa başlanmışdır. Bağlanmış müqaviləyə əsasən abonentə "Cavabdeh" X1 Departamenti tərəfindən **********00017 nömrəli abonent kodu verilmiş və cavabdehə məxsus Bakı şəh., Xəzər rayonu, Buzovna-Maştağa yolunda yerləşən istixanaya gedən xəttin üzərində G-6 markalı, 14730476 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilə bağlanan sonra cavabdeh quraşdırılmış sayğaca müdaxilə edərək təbii qazdan qanunsuz olaraq istifadə etmiş və bununla da "Cavabdeh" İstehsalat Biliyinə zərər vurmuşdur. Bu barədə xx.xx.2018-ci il tarixdə müvafiq akt tərtib edilmişdir.Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, AKX-1/707 saylı müqavilənin 2.3.5-ci bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsaslanaraq Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən cavabdehin qanunsuz hərəkətləri nəticəsində itirilmiş qazın həcmi 104112 m təşkil edir. Cavabdehlə Cavabdeh arasında bağlanmış müqavilənin 3.1-ci maddəsində göstərildiyi kimi Azərbaycan Respublikasının Tarif Şurasının müəyyən etdiyi tarifə əsasən 1 m3 üçün 0,20 manat müəyyən edildiyindən qanunsuz istimar nəticəsində dəymiş zərərin miqdarı 10411,20 manat (104112 0,20 = 20822,40) təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil X9 İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması, iddiaçı Cavabdeh İddiaçı qarşı tələbin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, vəkil X10 izahatında Cavabdeh iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələblərinin təmin olunmasını və İddiaçı cavabdeh “Cavabdeh'' İstehsalat Birliyinə qarşı 20822,40 manat borcun silinməsi tələbi barədə iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, AKX-1/707 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı - Cavabdeh İB ilə istehlakçı - İddiaçı arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilməklə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2018-ci ildə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli və təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktlardan görünür ki, G6 markalı, İtron tipli, zavod nömrəsi 1405AZ**********76 olan texniki qaydalara cavab verən elektron göstəricisi 47601,3 m3 (mexaniki göstərici 47602 m3) olan “Azeriqaz'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən çıxarılmış qaz sayğacının membramı deşilib (sayğacın plasmas yivli çıxış boğazının içərisi deşilib, müdaxilə olunub, müvəqqəti sayğac quraşdırılmadı, çıxardılan sayğac dövlət yoxlanmasına göndərilir) və dəymiş ziyan hesablanmalıdır. SOCAR Cavabdeh İB-si tərəfindən verilmiş “müraciətə baxılması barədə” məktubdan görünür ki, onun Cavabdeh İB-dən daxil olmuş Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 25 ünvanında yerləşən istixananın G-6 markalı 1405AZ**********76 nömrəli qaz sayğacının hansı səbəbdən abonentin iştirakı olmadan çıxarılıb aparılması ilə əlaqədar rəsmi məlumatın verilməsi barədə ərizəsi üzrə xidmət departamentində baxılmış, bildirilmişdir ki, ünvana baxış keçirilməsi məqsədilə gedilmiş, lakin abonent olmadığı üçün sayğaca baxış keçirilməmişdir. Abonentlə əlaqə saxlanılmış, abonent Bakıda olmadığını və xx xxxxxx 2018-ci il tarixdə olacağını bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə təkrar əlaqə saxlayarkən abonent müəssisəyə gəlməkdən imtina etmişdir. Bu səbəbdən də, İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və BRQSD-nin nümayəndələri ilə birlikdə sayğaca baxış keçirilmiş və sayğacın plastmas borusunda kənar təsir nəticəsində deşik olması (sayğaca müdaxilə) aşkar olunduğu üçün müvafiq akt tərtib edilərək çıxarılmışdır. SOCAR Cavabdeh İB-si tərəfindən verilmiş MSK-29/1640- 03323-28 nömrəli Aktın surətindən məlum olur ki, istehlakçı İddiaçı mülkiyyətində olan evdən çıxarılmış sayğac laboratoriyaya göndərilmiş və məlum olmuşdur ki, “Sayğacın klapanı bağlıdır, Ekranda bağlı işarəsi var. F044 rejimindən çıxarıldı, klapan açılmadı. İstismara yararsızdır ”. xx.xx.2018-ci il tarixli Bakı Regional Qazın X3 təbii qazın dəyərinin hesablanması üzrə komissiyanın qərarından görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi ünvanında yerləşən istixanada istehlakçı İddiaçı tərəfindən 104112 m3 miqdarında yəni 20822,4 manat dəyərində qaz sərfiyyatı aparılmaqla “Azeriqaz'' İstehsalat Birliyinə ziyan vurulmuşdur. xx.xx.2019-cu il tarixli SOCAR Cavabdeh İB-si tərəfindən verilmiş smart sayğaclı abonent saldosundan görünür ki, İddiaçı 2018-ci ilin aprel ayı üçün 0 manat borcu vardır. xx.xx.2019-cu il tarixli, 212OPXO192270014 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2019-cu il tarixdə 300 manat məbləğində pul vəsaiti Cavabdeh İB tərəfindən Mirzəyev və X8 MM-nin hesabına köçürülmüşdür. xx.xx.2019-cu il tarixli, **********654200 nömrəli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən verilmiş uçota dair arayışdan görünür ki, İddiaçı sahibkarlıq və ya vergi tutulan əməliyyatları xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırımışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə 2018-ci ilin avqust ayının və həmin ilin sonuna qalıq və aktlar qrafasında 104112 m3 miqdarında qaz sərfiyyatına görə 20822,4 manat borc göstərilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və Cavabdeh İB tərəfindən İddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh İByə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 25 ünvanına (abonent kodu: **********00017) hesablanmış 20822,40 manat borcun silinməsi iddiası əsaslı olduğundan təmin edilməli və “Azeriqaz'' İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 20822,40 manat məbləğində borc silinməli, Cavabdeh İddiaçı qarşı onun tərəfindən istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 20822,40 manat məbləğində pulun, həmçinin Cavabdeh pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərci, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh hesabına ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddiası təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 25 ünvanına (abonent-İddiaçı, abonent kodu: **********00017) hesablanmış 20822,40 manat məbləğində borc silinsin. İddiaçı Cavabdeh İddiaçı qarşı onun tərəfindən istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 20822,40 manat məbləğində pulun, həmçinin Cavabdeh pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərci, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh hesabına ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-1678/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1678/2020
30.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver