Məhkəmə qərarları › İş №2-2(113)-17/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-17/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-17/2021 10.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X5 Bağman qızının katibliyi ilə, İddiaçı1 direktoru Hacıyev Nizami Babaşah oğlunun, İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili X7, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh X1rşı cavabdeh tərəfindən İddiaçı1nə məxsus “KjAr 2-1 havaayrıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı olan (zav,N-1,AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK- 1562.00.000PE1 markalı) hava təmizləyici qurğudan əsassız istifadəyə görə, real zərər və əldən çıxmış faydanın əvəzinin hər ay üçün 100.000 manat olmaqla, xx xxxx 2015-cı il tarixdən xx xxxxxx 2020-ci il tarixədək yəni, 65 ay üçün cəmi 6.500.000 manat pul vəsaitinin iddiaçıların hesablaşma hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar cavabdehə qarşı cavabdeh tərəfindən İddiaçı1nə məxsus “KjAr 2-1 havaayrıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı olan (zav,N-1,AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000PE1 markalı) hava təmizləyici qurğudan əsassız istifadəyə görə, real zərər və əldən çıxmış faydanın əvəzinin hər ay üçün 100.000 manat olmaqla, xx xxxx 2015-cı il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək yəni, 39 ay 15 gün üçün cəmi 3.950.000 manat pul vəsaitinin iddiaçıların hesablaşma hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı1nə məxsus “KjAr 2-1 havaayrıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı olan (zav,N-1,AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000PE1 markalı) hava təmizləyici qurğudan əsassız istifadəyə görə, real zərər və əldən çıxmış faydanın əvəzinin hər ay üçün 100.000 manat olmaqla, xx xxxx 2015-cı il tarixdən xx xxxxxx 2020-ci il tarixədək yəni, 65 ay üçün cəmi 6.500.000 manat pul vəsaitinin iddiaçıların hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC ilə “xxxx” MMC arasında xx xxxx 2014-cü il tarixli “Birgə fəaliyyət haqqında Müqavilə” əsasında İddiaçı1 MMC-yə məxsus “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və “xxxx” MMC-yə məxsus Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı olan (zav,N-1,AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK- 1562.00.000 PE1 markalı) hava təmizləyici qurğudan birgə istifadə etməklə ümumi gəlirin 55 faizi İddiaçı1MMC-yə və 45 faizi isə “xxxx” MMC-yə qazanc gətirməli idi. Lakin cavabdeh tərəfindən İddiaçı1 MMC-yə məxsus “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və “xxxx” MMC-yə məxsus Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı olan (zav,N-1,AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğudan hal-hazıradək əsassız qurulması və istifadəyə görə İddiaçı1 MMC ilə “xxxx” MMC arasında xx xxxx 2014-cü il tarixli “Birgə fəaliyyət haqqında Müqavilə”ni hal-hazıra kimi həyata keçirmək mümkün olmamışdır. İddiaçıların dəfələrlə cavabdehə rəsmi və şifahi surətdə xəbərdarlıqlara, teleqramlara, bildirişlərə, telefon zənglərinə baxmayaraq cavabdeh tərəfindən həmin avadanlıqlar geri qaytarılmamış və əsassız qurulmuş və istifadə edilmişdır. İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı1 direktoru Hacıyev Nizami Babaşah oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddia tələbi qeyri-müəyyən olmaqla qanunsuz və əsassızdır. Ən uyğun variant qurğunun dəyərini ödəməkdir. Qurğunun rəsmi dəyəri 12500 manat təşkil edir. Cavabdeh, Bakı Kommersiya Məhkəməsinə qurğunun dəyərinin ödənilməsi ilə bağlı müraciət etmişdir. Qurğu işə yaramadığı üçün “metalluma” verilmişdir, hazırda cavabdeh qurğunun dəyərini ödəməyə hazırdır. İddiaçı1 ilə olan mübahisə isə hələ məhkəmədə gedir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2008-ci il tarixli 346/06-08 saylı Alqı-satqı müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC KjAr-2-1 hava ayrıcı qurğusu avadanlığını İddiaçı1nə verməyi, İddiaçı1 isə müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq ödəməyi və malın qəbul edilməsini təmin etməyi öhdələrinə götürmüşlər. xx xxxx 2014-cü il tarixli “Birgə fəaliyyət haqqında” Müqavilədən görünür ki, müqavilə “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı1 arasında bağlanmış və müqaviləyə əsasən tərəflər müqavilənin predmeti olan azot, oksigen və arqan elementlərinin istehsal olunması və satışı, işlərin icra edilməsi üçün zəruri təcrübəyə, kadr, texniki və maliyyə imkanlarına sahib olmaqla birgə fəaliyyət üçün öz əmlakları hesabına ******* manat (İddiaçı1 ******* manat, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ******* manat) vəsait ayırmışlar. xx xxxxx 2014-cü il tarixli 001/04 saylı müqavilənin surətindən görünür ki, “xxxx” MMC Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun istehsalı, 1992-ci il buraxılışlı, zav, № 1, AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 hava təmizləyici qurğusunu müqavilə ilə müəyyən edilmiş qayda və şərtlərlə Cavabdeh İKF-nin mülkiyyətinə verməyi, Cavabdeh İKF isə qəbul etməyi və ödəməyi öhdələrinə götürmüşlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(82)- 91/2017 saylı qətnaməsinin və xx xxxxxxxx 2018-ci il tarixli 2-2(82)-91/2017 saylı icra vərəqəsinin surətlərindən müəyyən olunur ki, “xxxx” MMC ilə Cavabdeh İKF arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 001/04 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilənin predmetini təşkil edən Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı və buraxılışı olan (zav, № 1, AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğunun Cavabdeh İKF-dən alınaraq “xxxx” MMC-yə verilməsi qət edilmiş və qətnamə xx xxxxxx 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-2(103)-88/2018 saylı qətnaməsinin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(82)-91/2017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(102)- 285/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-2(103)-88/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(001)- 384/2019 saylı qərarının surətindən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(82)-91/2017 saylı icra sənədinin icra olunmamasına görə Cavabdeh X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə ilə təqsirli bilinib, 3000 manat miqdarında cərimə edilmişdir. “MBA LTD” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli MB-11/1187 saylı Qiymətləndirmə hesabatından müəyyən olunur ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı Cavabdeh X3 öz öhdəliyini icra etməməsi nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) orta aylıq həcmi 140724 manat təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(82)- 139/2019 saylı qərardadı ilə məhkəmə-tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin olunmuş, ekspertiza qarşısında İddiaçı1 MMC-yə məxsus “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və “xxxx” MMCyə məxsus Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı olan (zav,N-1,AjAr-4-1 hava ayrıcı qurğusu üçünKK1562.00.000PE1 markalı) hava təmizləyici qurğudan cavabdeh “Cinar Servis İKF” tərəfindən istifadə edilibedilməməsi, həmin qurğuların istehsal qabiliyyəti, işlək vəziyyətdə olub-olmamasının, həmin avadanlıq və qurğulardan istifadə edilmişdirsə, əldə edilmiş mənfəətin 1 aylıq məbləğinin müəyyən edilmələri barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 29235 saylı rəyi ilə müəyyən olunmuşdur ki, xx xxxxxxxx 2020-ci il tarixli ekspertin iştirakı ilə keçirilmiş baxışın nəticələrindən, ekspertizaya təqdim edilmiş iş materiallarından və əlavə təqdim edilmiş materiallardan («Cinar Serviz» İKF-nin ərazisində «Kislorodmaş» OOO şirkəti tərəfindən KjAr-2-1 markalı havaayırıcı qurğunun quraşdırılması barədə müqavilə və aktından, xx xxxx 2019- cu il tarixli Binəqədi rayon İcra və Probasiya şöbəsinin rəisinə «Cinar Serviz» İKF-nin direktoru tərəfindən ünvanlanmış məktubdan, elektron informasiya daşıyıcılarında (flyaş kartlarında) olan səs yazıların, video və fotoçəkilişlərindən) göründüyü kimi, İddiaçı1 MMC-yə məxsus «KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan və «xxxx» MMCyə məxsus hava təmizləyici qurğudan cavabdeh «Cinar Serviz İKF» tərəfindən istifadə etməklə, həmin qurğu və avadanlıqlar müəyyən müddətlərdə işlək vəziyyətdə olmuşlar. xx xxxxxxxx 2020-ci il tarixdə baxış keçirilərkən cavabdeh «Cinar Serviz» İKF-nin direktoru X8 baxış iştirakçılara həmin avadanlıqların tam quraşdırılmadığını bildirməklə onların işə salınmasından imtina etdiyindən, qeyd olunan avadanlıq və qurğuların istehsal qabiliyyətini yoxlamaq mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş «KjAr 2-1 havaayrıcı qurğunun nominal texniki göstərilərinə görə istehsal oluna bilən məhsuldarlığını nəzərə aldıqda, həmin qurğunun və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan istifadə etməklə hər bir rejim üçün ayınca olaraq istehsal edilən bilən məhsulun həcmi və əldə oluna bilən mənfənin (istehsal edilmiş məhsulların qiyməti) 1 aylıq məbləqi 1-ci rejim üçün: oksigen qazın 61200 m3, oksigen mayenin ******* kg, azot qazın ******* m3, azot mayenin 194400 kg, arqon qazın 46800 m3, arqon mayenin 75600 kg təşkil etməklə, həmin məhsuldarlıqdan əldə oluna bilən mənfənin cəmi 14.129.856 azn; 2-ci rejim üçün: oksigen qazın ******* m3, azot qazın ******* m3, azot mayenin ******* kg, arqon qazın 46800 m3, arqon mayenin 75600 kg təşkil etməklə, həmin məhsuldarlıqdan əldə oluna bilən mənfəətin cəmi 8.065.080 azn; 3-cü rejim üçün: oksigen qazın 698400 m3, oksigen mayenin 792000 kg, azot qazın ******* m3, azot mayenin ******* kg, arqon qazın 46800 m3, arqon mayenin 75600 kg təşkil etməklə, həmin məhsuldarlıqdan əldə oluna bilən mənfənin cəmi 9.333.000 azn olduğu müəyyən edilir. Qeyd olunan məhsuldarlığı və əldə oluna bilən mənfələrin məbləqlərindən KjAr 2-1 markalı havaayrıcı qurğunun hər rejim üçün sərf oluna bilən elektrik enerji sərfiyyatının, texniki xidmətlərinin, əmək haqlarının və digər istehsalat xərclərinin miqdarın çıxması nəzərə alınmalıdır. Bununla yanaşı, konkret olaraq müəssisənin işləmə rejimi (yəni ayda neçə gün, gündə neçə saat işləməsi, buraxılan texniki qazların növü və miqdarı və s.) məhkəmə tərəfindən qiymətləndirilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, İddiaçı1 direktorunun, iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin və cavabdehin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “xxxx” MMC ilə cavabdeh arasında xx xxxxx 2014-cü il tarixli 001/04 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən “xxxx” MMC Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun istehsalı, 1992-ci il buraxılışlı, zav, № 1, AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 hava təmizləyici qurğusunu müqavilə ilə müəyyən edilmiş qayda və şərtlərdə Cavabdeh İKF-nin mülkiyyətinə verməyi, Cavabdeh İKF isə qəbul etməyi və ödəməyi öhdələrinə götürmüşlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(82)- 91/2017 saylı qətnaməsi ilə “xxxx” MMC ilə Cavabdeh İKF arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 001/04 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilənin predmetini təşkil edən Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun 1992-ci il istehsalı və buraxılışı olan (zav, № 1, AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğunun Cavabdeh İKF-dən alınaraq “xxxx” MMC-yə verilməsi qət edilmiş və qətnamə xx xxxxxx 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Lakin cavabdeh tərəfindən məhkəmənin qətnaməsi hal-hazıradək icra olunmayaraq qurğu iddiaçı “xxxx” MMC-yə verilməmiş, cavabdeh tərəfindən istifadə olunmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə hüququ pozulmuş şəxsin əmlakından məhrum olmasına görə ondan səmərəli istifadə etmək imkanından məhrum olması nəticəsində məruz qaldığı ziyan hüquqpozan tərəfindən ödənilməlidir. Göstərilən səbəbdən hüququ pozulmuş şəxsin əldən çıxmış faydası, maddə də göstərildiyi kimi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Adi mülki dövriyyə dedikdə bazar münasibətlərinə əhəmiyyətli təsir göstərə biləcək heç bir fövqəladə hadisə baş vermədən malların, işlərin və xidmətlərin sabit qiymətlərlə adi qaydada dövr etməsi nəzərdə tutulur. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər. Buna görə də Mülki Məcəllənin 443-cü maddəsində nəzərdə tutulmuşdur ki, zərər müəyyənləşdirilərkən borclu öz öhdəliyini könüllü icra etdiyi yerdə mövcud olan qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olan qiymətlər nəzərə alınmalıdır. Şərh olunan maddədə nəzərdə tutulduğu kimi bir qayda olaraq hüququ pozulmuş şəxsə vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Qeyd olunmalıdır ki, iddiaçı “xxxx” MMC-yə verilməli olan qurğu azot, oksigen və arqan elementlərinin istehsal olunması üçün istifadə olunur və nəticə etibarilə həmin məhsulların satışından gəlirin əldə edilməməsi iddiaçı “xxxx” MMC-ni bu gəliri dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, qurğunu vaxtında verməməklə cavabdeh, iddiaçı “xxxx” MMC-yə faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Ona görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(82)-91/2017 saylı qətnaməsinin icra edilməməsi nəticəsində (qurğunun qaytarılmaması) iddiaçı “xxxx” MMC-nin hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı “xxxx” MMC maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçı “xxxx” MMC-yə məxsus olan qurğunun verilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdehin nümayəndəsi və vəkili isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı pozuntunun, yəni məhkəmə qətnaməsi ilə verilməli olan qurğunun iddiaçı “xxxx” MMC-nə verilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qurğunu vaxtında verməməklə iddiaçı “xxxx” MMC-yə faktiki olaraq əldən çıxmış fayda şəklində vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. Zərərin hesablanması dövrü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində əldən çıxmış faydanın əvəzinin xx xxxx 2015-cı il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr üzrə tələb etsə də, cavabdeh ilə iddiaçı “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə və qurğunun verilməsinə dair məhkəmənin qətnaməsi xx xxxxxx 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir ki, iddiaçı “xxxx” MMC-nin qurğunu cavabdehdən tələb etmə hüququ həmin tarixdən etibarən realizə edilə bilən hüquq olmuşdur və bu tarixdən sonra cavabdehin həmin qurğunu qaytarmaq öhdəliyi yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, əldən çıxmış fayda qismində iddiaçı “xxxx” MMC-yə dəymiş zərər xx xxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə zərərin məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 29235 saylı rəyi ilə müəyyən edilmiş xüsusatları nəzərə aldıqda zərərin məbləği tələb olunan məbləğdən dəfələrlə artıqdır. Bundan başqa, iş materiallarında olan “MBA LTD” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli MB-11/1187 saylı Qiymətləndirmə hesabatından da müəyyən olunur ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı Cavabdeh X3 öz öhdəliyini icra etməməsi nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) orta aylıq həcmi 140724 manat təşkil edir. Lakin, tələb üzrə əldən çıxmış faydanın əvəzinin hər ay üçün 100.000 manat olmaqla, ödənilməsi tələb olunduğundan, verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əldən çıxmış faydanın əvəzi kimi 2.800.000 manat (100000 manat (hər ay üçün) x 28 ay (xx.xx.2018-12.2020) = 2.800.000) cavabdehdən tutularaq iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Məhkəmə İddiaçı1 tələbinə münasibətdə hesab edir ki, tərəflər arasında qurğu ilə bağlı mübahisə olduğundan və əmlakın kimə məxsus olması müəyyən olunmadığından iddia onun tələbi hissəsində təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2.800.000 manat pul vəsaiti tutularaq iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 43,07 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 12,92 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,08 manat məbləği isə iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 86,14 manat məbləği cavabdehdən, qalan 113,86 manat məbləği isə iddiaçılardan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 2.800.000 manat pul vəsaiti tutularaq “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 12,92 manat məbləği Cavabdeh X2 tutularaq “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ödənilsin, qalan 17,08 manat məbləği isə “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 86,14 manat məbləği Cavabdeh X2, qalan 113,86 manat məbləği isə İddiaçı1ndən və “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar