Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1718/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərə görə pulun tutulması” tələbinə dair işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 233000 manat məbləğində pulun və 523 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-1558/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddianın ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığı əsası ilə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-1558/2024 qərardadı ilə şikayət təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-1558/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi qərara alınmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-1558/2024 nömrəli qərardadı ilə qeyd edilən işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Kommersiya Məhkəməsi işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli TM-172İH/19 nömrəli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən, bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü Zaqatala rayonu, Yengiyan kəndi ərazisində 90 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, cavabdehin ünvanı ünvan 1a olunma yeri Zaqatala rayonu göstərilsə də, həmin müqavilədə öhdəliklərdən əmələ gələn mübahisələrin hansı məhkəmədə həll olunması ilə bağlı müddəa nəzərdə tutulmamışdır. İddia müqavilənin icrası ilə bağlı deyil, qarşı tərəfin cavabdehdən vurulmuş ziyan tələbi ilə bağlıdır. Cavabdehin qeydiyyat ünvanı isə Bakı şəhəridir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Şəki Kommersiya Məhkəməsi işin ərazi aidiyyəti üzrə göndərilməsini Cavabdeh MMC-nin ünvanının Bakı şəhərində olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Elektron iddia ərizəsinin cavabdehə aid məlumatlar qrafasından görünür ki, cavabdehin adı Cavabdeh MMC, VÖEN-i ********** kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, ********** nömrəli VÖEN üzrə hüquqi şəxs mövcud deyildir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatdan görünür ki, Cavabdeh MMC-nin (VÖEN-i **********) statusu ləğv olunmuş statusundadır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.5 və 5.5.3-cü maddəsinin tələbinə əsasən, yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə ərizəyə mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat əlavə edilir. “Vergilər” onlayn qəzetinin xx.xx.2024-cü il tarixli buraxılışında "xxxx" MMC-nin dərc olunan elanından görünür ki, Cavabdeh MMC ləğv olunaraq "xxxx" MMC-yə qoşulması nəticəsində "xxxx" MMC yenidən təşkil olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.5-ci maddəsinə əsasən, hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Yuxarıda qeyd olunanlardan aydın olur ki, Cavabdeh MMC fəaliyyətinə xitam verilməklə "xxxx" MMC-yə qoşulmuş, "xxxx" MMC qoşulma formasında yenidən təşkil olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kommersiya qurumlarının dövlət reyestri məlumatlarından isə görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 5ş üzrə cavabdeh qismində qeyd olunan Cavabdeh MMCnin mövcudluğu və hüquqi ünvanının Bakı şəhərində olması təsdiqlənmir, "xxxx" MMC-nin hüquqi ünvanı isə ünvan 7ssual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə belə qənaətə gəlir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərə görə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33, 35, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərə görə pulun tutulması” tələbinə dair iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №2-2(113)-1718/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1718/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver