Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-18/2021 27.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə ilkin, Cavabdeh İddiaçınə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz hesablanmış borc məbləğinin silinməsi, qazın verilmədiyi müddətdə iddiaçıya dəyən 100000 manat məbləğində maddi zərərin, cavabdehin qanunsuz hərəkətləri ilə iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə ******* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaının xeyrinə tutulması və qeyd edilmiş qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin hərəkə tlərində cinayət əməlinin olub-olmamasının müəyyən edilməsi, hərəkətlərində inzibati və ya cinayət tərkibinin olduğu təqdirdə məsuliyyətə cəlb edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC kənd təsərrüfatı məhsulları yetişdirmək və saxlamaq üçün istixana fəaliyyəti ilə məşğul olur. İstixanaya qazın verilişini təmin edən borunun üzərində G1600- lik qaz sayğacı quraşdırılmışdır. Həmin sayğacdan bir qədər qabaqda isə qaz tənzimləyici qurğu yerləşdirilmişdir. Qazın alqı-satqısı barədə Cavabdeh ilə Cəmiyyət arasında 25 yanvar 2018-ci il tarixdə Axx-2/559 nömrəli nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı bütün öhdəliklərini vaxtı-vaxtında qüsursuz yerinə yetirir. Bakı Regional Qazm Satışı Departamenti tərəfindən 12 iyun 2018-ci il tarixində İddiaçı MMC-yə 9 nömrəli bildiriş ünvanlanmış, bildirişdə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası NK-nin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.3.6-cı bəndinin tələblərinə əsasən istehlakçı, əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etməlidir. Lakin həmin bəndin tələblərinə uyğun olaraq istehlakçı tərəfindən vaxtında lazımi tədbirlər görülmür. Qeyd olunanları nəzərə alaraq, 5 iş günü müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılması məqsədi ilə LSS-də dəyişiklik edilməsi üçün Cavabdeh Layihə İnşaat QSC-yə müraciət olunmalıdır. Əks təqdirdə müəssisənin qaz təchizatı əlavə xəbərdarlıq edilmədən dayandırılacaqdır”. Sözügedən bildirişlə bağlı tərəflərindən Azərbaycan Respublikasının Energetika Nazirliyinə yazılı müraciət edilmiş, MMC-yə Nazirlik tərəfindən yazılı cavab verilmişdir. Həmin cavab məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikası NK-nin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.3.6-cı yarımbəndinə istinad edilməklə, 5 iş günü müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılması məqsədi ilə LSS-də dəyişiklik edilməsi üçün Cavabdeh Layihə İnşaat QSCyə müraciət olunması, əks təqdirdə müəssisənin qaz təchizatı əlavə xəbərdarlıq edilmədən dayandırılacağı barədə” Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin tələbi (bildirişi) tamamilə qanunsuz və əsassız olduğuna görə istehlakçılar üçün heç bir hüquqi nəticə yarada bilməz və eyni zamanda qeyd olunan əsaslarla müəssisələrə qazın verilməsi dayandırıla bilməz. MMC olaraq qaz tənzimləmə qurğularına daima nəzarət edilməsi və saz vəziyyətdə saxlanılması üçün “xxxx” QSC ilə aralarında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, “xxxx” QSC-nin əməkdaşları İddiaçı MMC-yə məxsus qaz tənzimləmə qurğularına daima baxış keçirərək yaranmış və ya yaranacaq problemləri dərhal aradan qaldırırdılar. Sonuncu dəfə 11.10.2018-ci il tarixində QSC-nin əməkdaşları onlara məxsus qaz tənzimləmə qurğularını texniki baxışdan keçirərək qaz tənzimləmə qurğularının sazlanması barədə akt tərtib etmişdir. İddiaçı MMC-yə məxsus qaz tənzimləmə qurğularının saz vəziyyətdə olması ilə əlaqədar Azərbaycan Respublikası NK-nin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 3.3.6-cı bəndinin tələbləri iddiaçı tərəfdən yerinə yetirilmişdir və həmin tələblərin pozulması halları olmamışdır. Digər tərəfdən isə xətdə olan qaz sayğacının üzərində «qaz tənzimləyici qurğunun sayğacdan sonra quraşdırılması böyük fəsadlara səbəb ola bilər» deyə qeyd yazılmışdır. Qeyd edilənlər açıq-aşkar göstərir ki, cavabdeh hansısa öz mənafeləri naminə iddiaçının fəaliyyətinə süni maneələr yaratmağa çalışır. Azərbaycan Respublikası NK-nin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının tələblərinin İddiaçı MMC tərəfindən yerinə yetirməsinə baxmayaraq, MMC qaz təchizatı ilə hələ də təmin olunmayıb. İddiaçı MMC-nin qaz təchizatı ilə təmin edilməməsi MMC-yə külli miqdarda ziyan verir. Hal- hazırda MMC-nin qaz təchizatının dayandırılması onun əkdiyi şitillərin sıradan çıxmasına səbəb olur ki, buda öz növbəsində MMC-yə milyonlarla ziyan vurur. Yeni mövsümün başlaması ilə əlaqədar olaraq "İddiaçı" MMC olaraq bu günə kimi yalnızca toxuma 23562 manat, kokabitə 175100 manat ödəmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh İB müəssisəyə qazın verilməsini dayandırması təsərrüfata külli miqdarda ziyan vurur ki, buda öz növbəsində dövlətdən götürülən krediti qaytarmağa, müəsissədə çalışan işçilərin işsiz qalmasına, istehsal edilən yerli məhsulları satdığı xarici bazarda nüfuzdan düşməyinə səbəb olur. Cavabdeh İB bu qanuna zidd əməlləri yalnızca "İddiaçı" MMC-ni deyil bu sahə fəaliyyət göstərən yüzlərlə istixana sahiblərində də narazılıq yaradır. Qaz təchizatının dayandırılması yalnız Azərbaycan Respublikası NK-nin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 6-cı və qaz təchizatı haqqında Azərbaycan Respublikasının qanunun 13 maddəsinin 6-cı bəndinə uyğun hallarda ola bilər. Digər hallarda qaz təchizatının dayandırılması qanunsuzdur. Müəsissənin Cavabdeh İB-yə borcunun olmadığı və bütün normativ aktların müdəalarını yerinə yetirməsinə baxmayaraq "İddiaçı" MMC-yə məxsus istixana qaz təchizatı ilə təmin olunmamışdır. Cavabdeh İB-nin MMC-yə vurduğu zərər hər ötən gün artır. Cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilmiş, bundan sonra iddiaçı şirkət ilə qaz sayğaclarını dəyişdiriliməsi və təmiri, həmçinin bununla bağlı xidmətlər göstrəilməsi ilə bağlı müqavilə imzalamış, baxış nəticəsində qaz sayğaclarında heç bir nasazlıq olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının heç bir borcu olmadığı, qaz alışına görə ödənilməli olan pul vəsaitini vaxtı-vaxtmda ödədiyi, istehlakçı kimi üzərinə düşən öhdəlikləri tam məsuliyyəti ilə yerinə yeritdiyi halda cavabdehin hər hansı bir səbəb olmadan sahibkarlıq fəailiyyəti ilə məşğul olan, bu məşğuliyyətlə təkcə özünə deyil, həm dövlətə, həm də elə cavabdehin özünə illik kifayət qədər gəlir gətirən, xairici ölkələrlə əlaqəli şəkildə Respublikanın sahibkarlıq fəaliyyətində xidmət göstərən iddiaçıya qazın verilişinin süni şəkildə dayandırılmasına dair cavbadehin hərəkətləri qanunsuz hesab edilməlidir. Bundan başqa, həmin hərəkətlər nəticəsində iddiaçı işinin əsas hissəsini təşkil edən, istilikxanalarda ştillərin yetişdirilməsi üçün zəruri olan qazdan məhrum edilməklə həm kifayət qədər yüksək məbləğdə pul verib aldığı toxumun vaxtında yetişməməsi, cücərmiş ştillərin donması, bununla da planlaşdırdığı çəkidə məhsulu əldə etmək imkanından və ələ edəcəyi faydadan məhrum olmaqla əlavə olaraq maddi zərər çəkimşdir ki, bu məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Digər tərəfdən göstərilən səbəblərdən iddiaçı nəinki daxili, həm də xarici bazarda öz müştərilərini itirmək təhlükəsi ilə üz-üzə dayanmış, bazara məhsul çıxara bilməyəcəyi halda ümumiyyətlə bundan sonrakı fəaliyyəti şübhə altına düşmüşdür. Bununla da iddiaçının işgüzar nüfuzuna cavabdeh tərəfindən külli miqdarda zərər vurulmuşdur. Həmin zərəri ******* qiymətləndirilmişdir. Buna görə də iddia təmin edilərkən həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Başqa bir tərəfdən, cavabdehin bu qanunsuz hərəkətləri onu göstərir ki, ölkədə hələ də məmur özbaşınalığı hökm sürməkdədir. İldə 700000 manat məbləğində qazın alqı-satqısına görə pul vəsaiti, illik vergilərə görə külli miqdarda vəsiti ödəyən bir sahibkarın fəaliyyətinə bu şəkildə müdaxilə yolverilməzdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən artıq hesablanmış 303000 manat vəsaitin, qazın dayandırılması nəticəsində İddiaçı MMC-yə dəymiş 418200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə ******* manatın, ümumilikdə ******* manat vəsaitin Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk İddiaçı MMCnin Cavabdeh İB-yə qarşı ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh İB-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış 262359,47 manat borcun və 30 manat məbəğində dövlət rüsumunun məcburi qaydada tutularaq Birliyin bank hesabına ödənilməsi barədə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 25.01.2018-ci il tarixli, Akx-2/559 saylı müqavilə əsasında İddiaçı MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 05.06.2020-ci il tarixə 262359,47 manat borcu yaranmışdır. Tərəflər arasında imzalanmış 15.01.2018-ci il tarixli, Akx-2/559 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddia tələbinin qanunsuz və əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - 25 yanvar 2018-ci il tarixli, Akx-2/559 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. - abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya 05 iyun 2020-ci il tarixə olan borcu 262359,47 manat təşkil edir. - Bakı Regional Qazın Satışı Departamentinin İddiaçı MMC-yə ünvanladığı 12.06.2018-ci il tarixli bildirişində 15 gün müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tərəflərindən təmin olunmalı, əks təqdirdə müəssisənin qaz təchizatının dayandırılacağı qeyd olunmuşdur. - Qaz təsərrüfatında həyata keçirilən texniki baxışın nəticələrinə dair 11.10.2018-ci il tarixli, 000263 saylı akta əsasən Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən Zirə istixanasında “xxxx” QSC tərəfindən 10.10.2018-ci il tarixdən texniki baxış keçirilmiş və qaz tənzimləmə qurğularının sazlanmasının yerinə yetirildiyi qeyd olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-2(113)-359/2020 saylı qərardadına əsasən məhkəmə mühəndis – texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Qaz tənzimləyicinin sayğacdan sonra quraşdırılması texniki standartlara və Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş texniki şərtə uyğundurmu? - Tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olmasına, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilərmi? Səbəb olursa, artıq hesablanmış sərfiyyat nə qədər təşkil edir? Məhkəmə mühəndis – texniki ekspertizasının 10 fevral 2021-ci il tarixli, 10/3359 saylı rəyində qeyd olunmuşdur ki, “Qaz təchizatı layihələndirmə normaları” 2.12-1 AzDTNnin 7.14 bəndinin tələblərinə və Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus istixanaya qaz təchizatı üçün verilmiş texniki şərtə və işçi layihəsinin cizgilərinə əsasən, qaz tənzimləyicisi qaz sayğacından əvvəl quraşdırılmalı olduğu, həmin qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması qeyd olunan layihələndirmə normalara və işçi layihəsnə uyğun deyildir. “İton, TZ/FLUXİ trubin qaz sayğacı. Quraşdırma və istismar təlimatı”nda göstərilən tələbləri nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacların sonradan artıq xətalarla işləməsi, yəni qazın sərfiyyatınln düzgün hesablanmamsına gətirə biləcəyi qeyd olunmuşdur. İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış “Kubuş” markalı qazanların maksimal saatlıq qaz sərfiyyatlarını və işləmə rejimini nəzərə aldıqda, həmi markalı 4 ədəd suqızdırıcı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatı 262500 kub.m. təşkil edir. İddiaçı MMC abonentin saldosundan görünür ki, 2018-ci ilin yanvar ayı üçün qazın sərfi 357372 kub.m., (artıq hesablanmış sərfiyyat 65938 kub.m.), 2018-ci ilin noyabr ayı üçün qazın sərfi 367588 kub.m. (artıq hesablanmış sərfiyyat 105088 kub.m.), 2018-ci ilin dekabr ayı üçün qazın sərfi 577892 kub.m. (artıq hesablanmış sərfiyyat 315392 kub.m.), 2019-cu ilin yanvar ayı üçün qazın sərfi 577892 kub.m. (artıq hesablanmış sərfiyyat 134977 kub.m.), 219-cu ilin fevral ayı üçün qazın sərfi 416391 kub.m. (artıq hesablanmış sərfiyyat 153891 kub.m.), 2019-cu ilin mart ayı üçün qazın sərfi 417784 kub.m. (artıq hesablanmış sərfiyyat 155284 kub.m.), 2019-cu ilin aprel ayı üçün qazın sərfi 322613 kub.m. (artıq hesablanmış sərfiyyat 60113 kub.m.), 2019-cu ilin noyabr ayı üçün qazın sərfi 519268 kub.m. (artıq hesablanmış sərfiyyat 256768 kub.m.), 2019-cu ilin dekabr ayı üçün qazın sərfi 351894 kub.m. (artıq hesablanmış sərfiyyat 89394 kub.m.), 2020-ci ilin yanvar ayı üçün qazın sərfi 363528 kub.m. (artıq hesablanmış sərfiyyat 101028 kub.m.), 2020-ci ilin fevral ayı üçün qazın sərfi 340748 kub.m. (artıq hesablanmış sərfiyyat 78248 kub.m.) hesablanmışdır. Göstərilən tarixlər üçün İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış 4 ədəd “Kubuş” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatından (262500 kub.m.) MMC-nin saldosundan 2018-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayına qədər qış mövsümlərinin soyuq ayları üçün göstərilmiş sərfiyyatlardan ******* kub.m. məbləğdə qaz sərfiyyatı artıq hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin; - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İşin hallarından görünür ki, ilkin iddianın borcun silinməsi hissəsinin əsasını məhz qaz tənzimləyicinin yerinin düzgün olmaması səbəbindən artıq borc hesablanması təşkil edir. Buna görə də ekspert qarşısında da bu xüsusatla bağlı suallar qoyulmuşdur. Ekspert qarşısında qoyulan 1-ci sual ekspert tərəfindən cavablandırılmış, qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılmasının layihələndirmə normalara və işçi layihəsnə uyğun olmadığı qeyd edilmişdir. Lakin 2-ci sualda tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olmasına, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilməsi, səbəb olursa, artıq hesablanmış sərfiyyat nə qədər təşkil etməsi soruşulsa da, ekspert bu suala “... qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacların sonradan artıq xətalarla işləməsi, yəni qazın sərfiyyatınln düzgün hesablanmamsına gətirə bilər” məzmunlu qeyri – müəyyən cavab vermişdir. Bundan sonra ekspert tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olması nəticəsində artıq hesablanmış vəsaitin hesablanması istiqamətində araşdırma aparmamış, hesablamalarını su qızdırıcı qazanların aylıq maksimal qaz sərfiyyatı ilə əsaslandırmışdır. Halbuki, hazırkı mübahisənin mahiyyətini məhz qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması nəticəsində artıq hesablamanın aparılması təşkil edir. Bundan başqa, ekspert rəyinin təsviri hissəsində istilikxanada 7 ədəd su qızdırıcı qazanın olması göstərilsə də, hesablama 4 ədəd qazanın maksimal aylıq sərfiyyatı hesablanaraq artıq qaz sərfiyyatının olduğu qeyd olunmuşdur. Ekspert hesablamaların 7 deyil, 4 qazana görə aparılmasını “baxışda iştirak etmiş Natiq Zaxarzadənin deməsinə görə” fikri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, iddianın - qazın dayandırılması nəticəsində dəymiş 418200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə ******* manat ziyan dəyməsi hissələri də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1099.1 və 1099.2-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddianın məzmunundan görünür ki, qazın dayandırılması nəticəsində dəymiş 418200 manat maddi zərər, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30000 manat real zərər kimi, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402993 manat əldən çıxmış fayda isə əldən çıxmış fayda kimi əsaslandırılmış, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə ******* manat məbləğində pul tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olduğu təqdirdə iddiaçı tərəfindən məhkəməyə real zərər kimi qiymətləndirdiyi məbləğin xərcləndiyini və ya xərclənməli olduğunu təsdiq edən rəsmi sənədlər, əldən çıxmış fayda kimi tələb etdiyi məbləğlə bağlı adi mülki dövriyyə şəraitində əvvəlki dövrlərdə nə qədər gəlir əldə etməsi, məhz cavabdehin təqsiri üzündən bu gəlirləri əldə edə bilməməsi ilə bağlı sübutlar təqdim olunmalı idi. Lakin qeyd olunan xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır və buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissələrdə də rədd edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı “Azriqaz” İB-nin tələbinə hüquqi qiymət verərək aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 262359,47 manat borcu yaranmış və həmin borcun ödənilməsi barədə qarşılıqlı iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən qarşılıqlı iddia tam təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ilkin iddia rədd oldunduğuna görə həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalı, məhkəmə – mühəndis – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə ilkin iddiası rədd edilsin. Cavabdeh İddiaçınə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddiası təmin edilsin. 262359,47 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Cavabdehnə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Cavabdehnə ödənilsin. Məhkəmə mühəndis – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-18/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-18/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver