Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1823/2020 02.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “sayğacın ödənişsiz quraşdırılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı ünvan 1 ünvanında yerləşən maşın təmiri sexində sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə qətnamə qəbul olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında iddiaçıya məxsus maşın təmiri sexi vardır. Həmin obyekt iddiaçı tərəfindən alındığı dövrdə kart blokda idi və sayğac işləmirdi. Bir müddət keçdikdən sonra qaz idarəsinin əməkdaşları sayğacın dəyəri ödənilmədiyi üçün sayğacı söküb apardılar. Daha sonra ödəniş edildikdən sonra yeni sayğac quraşdırıldı. Bu zaman həmin sayğac işləmədi və qaz idarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman onun nasaz olduğu məlum oldu, bu barədə akt tərtib edildi və müvəqqəti sayğac quraşdırıldı. Tərəfimizdən dəyəri ödənilmiş sayğacın təmir edilərək quraşdırılması tələb edildiyi zaman bildirildi ki, bunun üçün yenidən sayğacın dəyəri ödənilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, sayğacda nasazlıq olmuşdur. Lakin nasazlığın yaranması nə iddiaçı tərəfin, nə də Cavabdeh təqsirindən olmuşdur. Sayğacın dəyəri istehlakçının özü tərəfindən ödənilməli və sonra sayğac quraşdırılmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsinini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh İB arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX- 3502/19 nömrəli müqavilədən müəyyən olunur ki, “Qazdan istifadə Qaydalarının 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacım təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək paylayıcının vəzifələrinə aid edilmişdir. Obyekti təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2019-cu il tarixdən G-6 markalı, 1605A**********802 nömrəli qaz sayğacı quraşdırılmışdır. - xx.xx.2019-cu il tarixli ******* saylı baxış aktının surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən obyektdən müvvəqəti sayğac çıxarılmışdır. - xx.xx.2019-cu il tarixli ******* saylı baxış aktının surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən obyektə G-6 markalı, 1605AZ**********02 nömrəli sayğac quraşdırılmışdır. Quraşdırılan zaman sayğacın göstəricisi 00011,0 kub.m olmuşdur. - xx.xx.2019-cu il tarixli ******* saylı baxış aktının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən obyektə baxış keçirilən zaman sayğacın nasaz olması müəyyən edildiyindən çıxarılmış, çıxarılma səbəbi klapan bağlı olduğundan qaz buraxmaması olmuşdur. - xx.xx.2019-cu il tarixli BPM**********35 nömrəli ödəniş tapşırıqından görünür ki, İddiaçı tərəfindən Cavabdeh İB hesabına G-6 markalı, 1605A**********802 nömrəli sayğacın dəyəri olaraq 529.43 manat ödənilmişdir. - xx.xx.2020-ci il tarixli **********0002001 Abonent koda dair smart kart hesabından edilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən obyektə quraşdırılmış G-6 markalı, 1605AZ**********02 nömrəli sayğac işlədiyi müddət ərzində cəmi 11,0 kub.m sərfiyyat hesablamışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qazın alqı-satqısına dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilənin bağlanmasına qədər də həmin qeyri-yaşayış sahəsi iddiaçının idarəçiliyi və istifadəsində olmuşdur. Belə ki, tərəflər arasında bağlanan müqavilədən də görünür həmin ünvana sayğac xx.xx.2019-cu il tarixdən quraşdırılmışdır. xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən obyektdən müvvəqəti sayğac çıxarılmış, xx.xx.2019cu il tarixdə sayğacın dəyəri olaraq 529,43 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehin hesabına ödənildikdən sonra xx.xx.2019-cu il tarixdə qeyd olunan ünvana yeni sayğac quraşdırılmışdır. İddiaçı quraşdırılan sayğacın işləməməsi ilə bağlı cavabdehə müraciətlər etmişdir. xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən obyektə baxış keçirilən zaman sayğacın nasaz olması müəyyən edilmiş, ona görə də həmin sayğac da çıxarılaraq yerinə müvəqqəti sayğac quraşdırılmışdır. xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində sayğac işlədiyi bütün müddət ərzində cəmi 11 kub.m sərfiyyat yazılmış, sayğacda qüsur olduğundan işləməmişdir. İddiaçı saygacın təmir edilərək quraşdırılmasını cavabdehdən tələb etsə də, yeni saygacın quraşdırılması üçün iddiaçıdan saygacın dəyərinin ödənilməsi tələb edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən olunanlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasənfiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin; 588.1ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Göstərilən normaları işin hazırkı hallarına tətbiq edərək, aşağıdakıları qeyd etmək olar: Sənaye qaz qurğularının istifadəsi üçün olan qaz sayğacı onun dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra yuxarıda göstəriln ünvana quraşdırılmışdır. Lakin sayğac qüsurlu olmuş, işləməmişdir (cəmi xx.xx.2020-xx.xx.2020-ci illər arası cəmi 11 kub.m sərfiyyat yazmışdır). İddiaçı cavabdehə müraciət edərək sayğacın işləmədiyini bildirmiş, onun təmir olunması və ya yenisi ilə əvəz olunmasını xahiş etmişdir. Sayğac çıxarılmış, yoxlanılmış və onun yararsız olduğu müəyyən olunmuş və yenisi ilə əvəz edilməli olduğu bildirilmişdir. Lakin sayğacı quraşdırmaq üçün onun dəyərinin ödənilməli olduğunu bildirdikdə iddiaçı sayğacın dəyərinin ödənildiyini bildirərək etiraz etmiş və hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi sayğaca hər hansı müdaxilə hallarının müəyyən edilmədiyini və saygacın özünün yararsız olduğunu bildirmiş, lakin yeni sayğac quraşdırmaq üçün sayğacın dəyərinin ödəniməli olduğunu və hazırkı tələbi əsassız saydığını qeyd etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, sayğacın dəyəri iddiaçı tərəfindən ödənildiyindən, lakin quraşdırılan sayğac qüsurlu olduğundan (belə ki, klapan bağlı olduğundan qazı buraxmamışdır), sayğac əvvəldən qüsurlu olduğu üçün hazırkı halda sayğacın qüsurları üçün satıcı cavabdeh olduğundan, alıcı olan iddiaçının lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ yarandığından, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən maşın təmiri sexinə sayğac Cavabdeh tərəfindən ödənişsiz quraşdırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən maşın təmiri sexində sayğac Cavabdeh tərəfindən ödənişsiz quraşdırılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-1823/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1823/2020
02.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver