Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1845/2021 29.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Cavabdeh2 abonent hesabına borcun yazılması barədə qərarın etibarsız hesab edilərək abonent hesabına (adonent kodu 062134) yazılmış 4200 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla Cavabdeh1 ASC-nin Cavabdeh2 arasında bağlanmış 01.08.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 ASC su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə dövlət standartlarının tələblərinə uyğun, məişət-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar öhdəlik götürmüşdür. Cavabdeh1 ASC-nin Cavabdeh2 əməkdaşları tərəfindən tərtib edilmiş 20.06.2020-ci il tarixli aktına əsasən guya ki, Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən ünvana keçirilən baxış zamanı sayğacdan uzun müddət istifadə olunmadığı aşkarlanmışdır. Lakin obyektə məxsu su çənləri su ilə doludur. D=20 mm-lik su xəttindən sayğacdan keçmədən qeyriqanuni sudan istifadə olunduğu aşkarlanmışdır. Bu səbəbdən həmin obyektə d=20-lik boruya hesablanmış cərimə olunması məqsədə uyğun hesab edilmişdir. Cavabdeh1 ASC-nin Cavabdeh2 əməkdaşlarının tərtib etdiyi həmin akt əsasında onun hesabına 4200 manat cərimə yazılmış və hazırda hesabına yüklənən hər məbləğdən müəyyən məbləğ cərimənin hesabına silinir. Hesab edir ki, cavabdeh təşkilatın tərtib etdiyi akt qanunsuz olduğu üçün aktın hüquq nəticələri etibarsız hesab edilməlidir. Belə ki, onunla Cavabdeh1 ASC arasında bağlanılmış müqavilənin 3.3-cü bəndinə əsasən müəssisə istehlakçının su təchizatı texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri 15 mm olan boru vasitəsi ilə həyata keçirir. Göründüyü kimi, onun istehlak etdiyi su müqaviləyə əsasən diametri 15 mm olan su borusu vasitəsi ilə həyata keçirilir. Lakin tərtib edilmiş akt həmin su xəttinin diametri 20 mm kimi qeyd edilmişdir. Digər tərəfdən akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş və aşkar edilmiş pozuntunun həqiqətən də uzun müddət davam etməsi hər hansı sübutla təsdiq olunmur. Cavabdeh təşkilatın əməkdaşları aktda qeyd etmişlər ki, guya ki, uzun müddətdir ki, sayğacdan kənar su xəttindən istifadə olunması barədə fakt aşkar etmişlər. Lakin bu müddətin konkret olaraq nə qədər təşkil etməsini aktda göstərməmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın tələblərinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi aşkar edilmiş pozuntu ilə bağlı akt tərtib etmək hüququ var. Aşkar edilmiş pozuntuya uyğun olaraq da su təchizatı və kanalizasiya müəssisəsi qaydalara 4 nömrəli əlavəyə əsasən sərf edilmiş suyun həcminə uyğun olaraq dəymiş ziyan üzrə hesablaşma aparır və həmin ziyanı ödənilməsini istehlakçıdan tələb edir. Lakin su təchizatı və kanalizasiya müəssisəsi həmin həmin qaydalarazidd olaraq tərtib edilmiş aktda sayğacdan kənar xəttdən hansı müddət ərzində istifadənin həyata keçirilməsini göstərməmişdir. Həmin müddət aktda göstərilmədiyi üçün cavabdeh təşkilat heç bir əsas olmadan və yuxarıda göstərilən qaydalara zidd onun hesabına cərimə yazılmış və nəticədə onun üçün əlavə öhdəlik yaratmışdır. Cavabdeh kommersiya təşkilatdır və onunla cavabdeh arasında müqavilə əsasında mülki hüquqi münasibətlər yaranmışdır. Cavabdeh də onun kimi müqavilə tərəfi hesab edilir və mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə üzrə tərəflər bərabərdilər. Yəni müqavilə üzrə hər hansı tərəfin digər tərəfə münasibətdə heç bir üstünlük hüququ yoxdur. Tərəflər müqavilə üzrə hüquqlarını həyata keçirir və üzərlərinə götürdükləri öhdəlikləri icra edir. Belə olan halda müqavilənin bir tərəfi öz öhdəliklərini yerinə yetirmədikdə digər müqavilə tərəfinin ona cərimə tətbiq etməsi müqavilənin prinsiplərinə ziddi və yolverilməzdir. Cərimə tətbiq etmək dövlət inhisarından və belə bir sanksiya tətbiq etmək səlahiyyəti yalnız dövlətə (müvafiq icra hakimiyyəti orqanlarına) məxsusdur. Cavabdeh1 ASC isə dövlətin yaratdığı kommersiya təşkilatıdır və dövlət orqanı hesab edilmir. Bu səbəbdən həmin təşkilatın müqavilə tərəfinə hər hansı cərimə sanksiyası tətbiq etmək səlahiyyəti yoxdur. Ona görə hesab edir ki, cavabdeh təşkilatın onun barəsində tətbiq etdiyi cərimə sanksiya etibarsız hesab edilməlidir. Cavabdeh1 ASCnin kommersiya təşkilatı kimi müqavilə tərəfi olan istehlakçıya (abonentə) cərimə tətbiq etmək səlahiyyəti olmadığı üçün, belə bir öhdəliyin yaranmasına səbəb olan hər hansı qərar və yaxud hərəkət qanunsuzdur və etibarsızdır. Cavabdeh yalnız müqavilə tərəfinin öz öhdəliklərini pozduğuna görə yaranmış ziyanın ödənilməsini tələb edə bilər. Lakin cavabdeh buna səlahiyyəti olmadığı halda müqavilə münasibətlərində olan tərəfə qarşı ziyanın ödənilməsi ilə məhkəmə iddia qaldırmaq əvəzinə, onun hesabına cərimə yazmış və bununla da ona məcburi olaraq həmin cərimənin ödənilməsi ilə bağlı öhdəlik yaratmışdır. Beləliklə, onun abonent hesabına 20.06.2020-ci il tarixli akt əsasında yazılmış əlavə hesabat qanunun tələblərini pozulmaqla qəbul edildiyi üçün əhəmiyyətsiz əqd hesab edilir və bu səbəbdən həmin əqd özü-özlüyündə etibarsızdır. Yəni məhkəmə tərəfindən həmin əqdin əlavə torpaq etibarsız hesab edilməsinə lüzum yoxdur. Həmiq əqd qanunundan irəli gələn tələblərə görə özü-özlüyündə etibarsızdır. Lakin həmin etibarsız əqdin hüquqi nəticəsi onun hesabına əlavə olaraq əlavə borcun yazılması olmuşdur. Belə olan halda abonent hesabına akt əsasında borcun yazılması ilə bağlı qəbul edilmiş qərar (birtərəfli əqd) özü-özlüyündə etibarsız olduğu üçün həmin qərar əsasında yazılmış borc onun abonent hesabından silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X2 izahatında iddianı qəbul etməyərək məhkəmədən tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh1 ASC arasında 01.08.2008-ci il tarixdə bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşbul olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2974-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, tənzimlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Müqavilənin 3.3-cü bəndinə əsasən müəssisə istehlakçının su təchizatı texniki şərtlərə uyğun magistral su xəttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=15 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirir. Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 007502 saylı, 20.06.2020ci il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən obyektinə baxış keçirilən zaman sayğacdan uzun müddət istifadə olunmadığı aşkarlanmışdır. Lakin obyektə məxsus su çənləri su ilə doludur. D=20 mm-lik su xəttindən sayğacdan keçmədən qeyri-qanuni sudan istifadə olunduğu aşkarlanmışdır. Həmin obyektə d=20 mm-lik boruya hesablanmış cərimə olunması məqsədəuyğun göstərimlişdir. Cavabdeh1 ASC-nin Səbail rayon Su Kanal İdarəsi tərəfindən verilmiş hesab fakturadan görünür ki, fiziki şəxs İddiaçı abunə hesabına 4104 manat borc yazılmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ona qərar əsasında yazılmış cərimə borcun 4200 manat olmasını iddia etsə də, bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəməyə təqdim edilən Cavabdeh1 ASC-nin 007502 nömrəli aktına əsasən abunəçiyə 4104 manat məbləğində borc hesablanmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı (abonent kodu 062134) 4200 manat deyil, 4104 manat məbləğində borc hesablanmışdır Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh1 ASC tərəfindən aparılan yoxlama qanunsuz olduğundan İddiaçı hesablanmış 4104 manat borc pul silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ASC tərəfindən İddiaçı (abonent kodu 062134) hesablanmış 4104 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-1845/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1845/2021
29.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver