Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-187/2021 16.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, əsassız hesablanmış 30179,20 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanan xx xxxxxx 2018-ci il tarixli, 2/2741 saylı «Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» Müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən istixanada qazdan istifadə etməsi üçün G- 40 tipli qaz sayğacı quraşdırılmışdır. Həmin müqaviləyə əsasən o, istixanada qazdan istifadə etməyə başlamış, sayğac quraşdırıldığı ilk gündən onun düzgün işləmədiyini müşahidə etmiş, bununla bağlı müraciətlər etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh İB-nin Bakı X4 Departamentinə gedərək, qaz sayğacının əvəzlənməsi üçün rəsmi ərizə yazaraq təqdim etmiş, həmin müraciətdən sonra xx xxxxxx 2019-cu il tarixdə sayğaca baxış keçirilərək, nasazlığın aradan qaldırılması və sayğacın işlək vəziyyətə gətirilməsi barədə akt tərtib edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən yenidən akt tərtib edilərək, sözügedən ünvanda yerləşən qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəzlənmişdir. Martın 27-də cavabdeh təşkilatın işçiləri ünvana gələrək, əvvəlki sayğacını yerinə quraşdırıb, yeni quraşdırdıqları sayğacı çıxarıb aparmışlar. Həmin vaxt ona quraşdırdıqları sayğacın yararlı olması barədə ekspertizanın xx.xx.2019-cu il tarixli arayışı da təqdim edilmiş və bildirilmişdir ki, artıq sayğac tam işlək vəziyyətdədir və heç bir problemi yoxdur. Sonradan xx xxxxx 2019-cu il tarixdə yenidən cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırdıqları sayğac çıxarılaraq, yenisi ilə əvəzlənmişdir. Bunun səbəbini soruşduqda bildirdilər ki, sayğacda yenidən nasazlıq aşkar edilmişdir. Hər dəfə cavabdeh təşkilatın nümayəndələri sayğaca baxış keçirərkən onlara bildirirdi ki, sayğacı düzgün qaydada quraşdırmadıqlarından sıradan çıxma ehtimalı var. Onlar isə buna məhəl qoymurdular. Belə ki, sözügedən qaz sayğacı yüksək təzyiqli sənaye qaz xəttinin üzərində quraşdırıldığından həmin sayğacdan əvvəl tənzimləyici quraşdırılmalı idi ki, təzyiq tənzimlənsin və sayğac sıradan çıxmasın. Lakin cavabdeh təşkilat tərəfindən tənzimləyici sayğacdan sonra quraşdırılmış, bu səbəbdən də sayğac tez-tez sıradan çıxmışdır. Həmçinin bildirir ki, həmin sayğac cavabdeh təşkilatın məntəqəsinin içərisində quraşdırılmışdır və orada daimi gözətçi var. Bu vəziyyətdə onun sayğaca müdaxilə imkanı da yoxdur. Bu sayğac dəyişdirilmələri nəticəsində cavabdeh təşkilat tərəfindən ona qazdan istifadəyə görə 30178,20 manat məbləğində əsassız borc yazılmışdır. Cavabdeh təşkilat bunu onunla izah etmişdir ki, guya o, sayğacın işləmədiyi dövrdə həmin məbləğdə artıq qazdan istifadə etmişdir. Lakin bu qeyd edilən məbləğ həqiqəti əks etdirmir və olduqca şişirdilmiş bir məbləğdir və tamamilə əsasızdır. O, hər ay istifadə etdiyi qazın dəyərini vaxtında ödəmişdir. Sözügedən qaz sayğacı çıxarılarkən Cavabdeh İB tərəfindən quraşdırılmış plomb həmin sayğacın üzərində tam şəkildə olmuşdur və həmin plomba heç bir müdaxilə edilməmişdir. Bu hal bir daha onun həmin qaz sayğacına müdaxilə etmək imkanının olmadığını göstərir. Buna baxmayaraq, Cavabdeh tərəfindən ona əsassız olaraq 30179,20 manat məbləğində borc hesablanmışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən istixanada quraşdırılan **********00500 abonent kodu G 40 tipli qaz sayğacı üçün əvvəlki tarixlərə olan əsassız hesablanmış 30179,20 manat məbləğində borcun və 2019-cu ilin oktyabr ayından etibarən yenidən əsassız olaraq hesablanmış 11716,6 manat məbləğində, ümumilikdə 41895,8 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddia əsassızdır, ona görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - “İddiaçı ilə Cavabdeh İB arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ANX2/2741 nömrəli müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını ünvan 2 ünvanında keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür . - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdakı qeyddə qaz xəttinin mənbəyə qoşulmadığı üçün sayğacın yoxlanılmasının mümkün olmadığı göstərilmişdir. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdakı qeyddə qaz sayğacının çıxarılaraq süzgəclə birlikdə təmizlənməklə işlək vəziyyətdə təhvil verilməsi göstərilmişdir. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* və ******* saylı aktlardakı qeyddə xəttin üzərindən G-40 m 75158452 saylı sayğacın çıxarılması, müvəqqəti qaz təminatı üçün G-40 m 75018615 saylı sayğacın bərpa edildiyi göstərilmişdir. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* və ******* saylı aktlardakı qeyddə müvəqqəti quraşdırılmış G- 40 75018615 saylı sayğacın çıxarılaraq G-40 75158452 saylı sayğacın yenidən quraşdırılması göstərilmişdir. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* və ******* saylı aktlardakı qeyddə sayğacın elektron mexaniki hissələrində fərq yarandığı üçün sərfiyyatın düzgün qeyd etmədiyi səbəbindən çıxarılaraq G-40 75158452 saylı sayğacın əvəzinə müvəqqəti G-40 ********* saylı sayğacın quraşdırılmaqla təhvil verilməsi göstərilmişdir. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* və ******* saylı aktlardakı qeyddə xəttin üzərindən müvəqqəti quraşdırılmış G-40 m 75019004 saylı sayğac çıxarılaraq G-40 m 75158452 saylı sayğacın öz yerinə quraşdırılması göstərilmişdir. - Cavabdeh Bakı X4 Departamentinin “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktının surətindən görünür ki, 2019cu ilin fevral ayına abonent İddiaçı **********00500 saylı hesab koduna 70613 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 14122,60 manat hesablanmışdır. - xx.xx.2019-cu il tarixli 374 saylı hesab fakturadan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixə 10302,40 (373,0 manat qaz sərfinə görə, 10.227,80 manat qalıq borc) manat borcu vardır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş “sayğacın istismara yararlılığı haqqında” 29/1640-02249 saylı arayışın surətindən görünür ki, G40 75158452 saylı sayğac yoxlama nəticəsində yararlı hesab edilmişdir. - Cavabdeh X1 Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş “sayğacın istismara yararlılığı haqqında” 29/1640-00535/4 saylı arayışın surətindən görünür ki, G40 75158452 saylı sayğac yoxlama nəticəsində yararlı hesab edilmişdir. - Cavabdeh X1 Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş “sayğacın istismara yararlılığı haqqında” 29/1640-00365 saylı arayışın surətindən görünür ki, G40 75158452 saylı sayğac yoxlama nəticəsində yararlı hesab edilmişdir. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-4198/2018 saylı qətnaməsinin surətindən görünür ki, hazırkı silinməsi tələb olunan 30179,20 manat məbləğə daxil olan 10227,80 manat hissəyə hüquqi qiymət verilmişdir. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacı çıxarılaraq süzgəclə birlikdə təmizlənməklə işlək vəziyyətdə təhvil verilmişdir. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* və ******* saylı aktdan görünür ki, xəttin üzərindən G-40 m 75158452 saylı sayğacın çıxarılmış, müvəqqəti qaz təminatı üçün G-40 m 75018615 saylı sayğac bərpa edilmişdir. - Cavabdeh Bakı X4 Departamentinin “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktdan görünür ki, 2019-cu ilin fevral ayına abonentin **********00500 saylı hesab koduna 70613 m3 miqdarında qaz sərfiyyatına uyğun olaraq 14122,60 manat hesablanmışdır. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* və ******* saylı aktdan görünür ki, müvəqqəti quraşdırılmış G- 40 75018615 saylı sayğacı çıxarılaraq G-40 75158452 saylı sayğac yenidən quraşdırılmışdır. - Cavabdeh X1 Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş “sayğacın istismara yararlılığı haqqında” 29/1640-00535/4 saylı arayışından görünür ki, G40 75158452 saylı sayğac yoxlama nəticəsində yararlı hesab edilmişdir. - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* və ******* saylı aktlardan görünür ki, sayğacın elektron mexaniki hissələrində fərq yarandığı üçün sərfiyyatı düzgün qeyd etmədiyi səbəbindən çıxarılaraq G-40 75158452 saylı sayğac əvəzinə müvəqqəti G-40 ********* saylı sayğac quraşdırılmaqla təhvil verilmişdir. - xx.xx.2019-cu il tarixli hesab fakturadan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixə 10302,40 manat borcu vardır. - xx.xx.2019-cu il tarixli hesab fakturadan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixə 30177 manat borcu vardır. - xx.xx.2019-cu il tarixli hesab fakturadan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixə 27518,4 manat borcu vardır. - xx.xx.2019-cu il tarixli hesab fakturadan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixə 10975,2 manat borcu vardır. - xx.xx.2019-cu il tarixli hesab fakturadan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixə 62121 manat borcu vardır. - Cavabdeh X1 Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş “sayğacın istismara yararlılığı haqqında” 29/1640-00365 saylı arayışından görünür ki, G40 75158452 saylı sayğac yoxlama nəticəsində yararlı hesab edilmişdir. - Bakı X4 Departamentinin rəisi Z.Rəsulov tərəfindən Cavabdeh Baş direktorun satış və istismar üzrə müavini R.Əliyevə ünvanlanan xx.xx.2019-cü il tarixli “göstəriciyə düzəliş” adlı xidməti yazıdan görünür ki, Xəzər rayonunun xidmət ərazisində yerləşən Qeyri əhali istehlakçı abonent bazasında kodu **********00500 altında olan F/Ş-İddiaçı məxsus istixanaya 2019-cu ilin fevral ayında göstəricisi yazılarkən səhvən yeni quraşdırılmış sayğacın üzərində olan sərfiyyat köhnə sayğacın göstəricisi əvəzinə işlənilmişdir və həmin abonentə 169663 m3 qaz sərfi artıq hesablanmışdır. Göstərilənləri nəzərə alaraq F/Ş- İddiaçı məxsus istixananın göstəricisinə düzəliş olunması üçün göstəriş verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş “sayğacın istismara yararlılığı haqqında” 29/1640-02249 saylı arayışdan görünür ki, G40 75158452 saylı sayğac yoxlama nəticəsində yararlı hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qazın alqısatqısına dair müqavilə bağlanmış və cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən obyekt təbii qazla təmin edilmiş və həmin ünvana G-40 tipli qaz sayğacı quraşdırılmışdır. İddiaçının nümayəndəsi ərizə ilə Cavabdeh İB-yə müraciət edərək qaz sayğacının elektron hissəsinin quraşdırıldığı gündən işləmədiyini bildirmişdir. Cavabdeh İB tərəfindən həmin sayğac çıxarılaraq yerində müvəqqəti qaz sayğacı quraşdırılmışdır. Bundan sonra Cavabdeh Bakı X4 Departamenti tərəfindən “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı akt tərtib edilmiş və2019-cu ilin fevral ayına abonent İddiaçı **********00500 saylı hesab koduna 70613 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 14122,60 manat hesablanmışdır. Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı abonent koduna (**********00500) Cavabdeh tərəfindən hesablanmış 14122,60 manat borc silinməli, iddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş tələblərin məbləğinə münasib olaraq İddiaçı 20 manat, Cavabdehndən 10 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı abonent koduna (**********00500) Cavabdeh tərəfindən hesablanmış 14122,60 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 20 manat, Cavabdehndən 10 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-187/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-187/2021
16.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver