Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1932/2020 30.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nin Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası nin Qeydiyyat və Notariat Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nin Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin və etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi və reyestrdə müvafiq dəyişikliklərin aparılması öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında və Azərbaycan Respublikası nə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası nin Qeydiyyat və Notariat Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nin Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında notariat qaydasında bağlanmış 1* aprel 2003-cü il tarixli müqavilənin etibarsız hesab olunaraq ləğv olunması və reyestrə müvafiq dəyişikliklərin aparılması üçün vəzifənin icrası haqqında məlumatın təqdim olunması və bu müqavilə ilə yaranmış bütün hüquqi nəticələrin əqdin etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, etibarsız hesab olunaraq ləğv olunması və müqavilənin bağlanması üçün etibarnamənin iddiaçının aldadılaraq imzalaması səbəbindən həmin etibarnamənin etibarsız hesab olunaraq ləğv olunması və reyestrə müvafiq dəyişikliklərin aparılması vəzifəsinin Ədliyyə və Vergi Nazirliklərinin üzərinə qoyulmasına dair və əlavə olaraq Cavabdeh1 hazırki reyestr məlumatlarının əsaslı sənəd olmadan aparıldığını nəzərə alaraq cəmiyyətin reyestr məlumatını əvvəlki vəziyyətə qaytarılmasına dair vəzifəsinin Ədliyyə və Vergi Nazirliklərinin üzərinə qoyulmasına barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində Cavabdeh1 əvvəlki təsisçisinin etibarnamə əsasında nümayəndəsi ilə guya iddiaçının nümayəndəsi olan şəxs arasında təsisçilik hüquqlarının satınalınması haqqında notarial qaydada müqavilə bağlanmışdır. Vergilər Nazirliyi Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edilmişdir. Həmin qətnamənin qəbul edilməsinin səbəbi olaraq Cavabdeh1 dövlət büdcəsinə olan borcunun ödənilməməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iqt(81)-1784/2013 saylı qiyabi qətnaməsi olmuşdur. Halbuki iddiaçı Cavabdeh1 adlı müəssisənin rəhbəri olması barədə məlumatlı olmamışdır. Görünən odur ki, qeyd olunan cəmiyyət iddiaçıya məlum olmayan şəxs tərəfindən idarə edilmiş və nəticədə dövlətə borclu qalmışdır. Qeyd olunan cəmiyyətin fəaliyyəti və borcu ilə bağlı vergi orqanı tərəfindən iddiaçıya məlumat verilməmişdir. Bununla əlaqədar olaraq müvafiq icra hakimiyyətinə sorğu verilmiş və sorğuya cavab olaraq Cavabdeh1 müvafiq alqı-satqı müqaviləsi əsasında iddiaçının adından etibarnamə üzrə nümayəndəsi tərəfindən qeyd olunan cəmiyyət alınmışdır. İddiaçıya onun məzmununu bilmədiyi sənədləri imzalamağı bunun müqabilində isə iddiaçıya həmin müəssisədə fəhlə və ya şofer vəzifəsinə təyin edilməsi bildirilmişdir. Lakin həmin cəmiyyətin fəaliyyətindən tamamilə məlumatsız olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən verilmiş etibarnamə 2006-cı il tarixli olmasına baxmayaraq, cəmiyyətin aktivlərinin alınması barədə müqavilə 1*.04.2003-cü il tarixlidir, belə olan halda həmin müqavilənin saxta olaraq bağlandığı müəyyən edilir. Göstərilənlərə əsasən iddia tələbləri təmin edilməlidir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nin Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıran zaman özü bildirmişdir ki, qeyd olunan cəmiyyətin alqı-satqı müqaviləsi onun veridyi etibarnamə əsasında nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçı həmin etibarnamənin onu aldadanaraq imzaladığını bildrsə də, görünən odur ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının nümayəndəsi tam səlahiyyətli olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən bizə ünvanlanmış sorğu əsasında cəmiyyətə aid bütün sənədlər onlara təqdim edilmişdir. Lakin həmin müqavilənin əsli cəmiyyətə məxsusu materialların içərisində möcud deyildir. Göstərilənələr əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehlər və digər mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər və digər mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5574/2019 saylə qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1nə qarşı müqavilənin və etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi və reyestrdə müvafiq dəyişikliklərin aparılması öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1331/2020 saylı qəynaməsi ilə həmin qətnamə ləğv olunaraq, iddia təmin olunmamışdır. - xx.xx.2020-ci il tarixli 05/295/11-11 nömrəli, xx.xx.2020-ci il tarixli 05/295/12-11 nömrəli, xx.xx.2020-ci il tarixli 05/295/13-11 nömrəli, xx.xx.2020-ci il tarixli 05/295/14-14 nömrəli və xx.xx.2020-ci il tarixli 05/295/16-11 nömrəli Azərbaycan Respublikasının tərəfindən məhkəməyə ünvanlanmış cavab məktublarından görünür ki, bağlanıldığı gün və ayı məlum olmayan 2003-cü ilə aid təqdim olunan müqavilə nüsxəsində təsdiq qeydi olmadığından, həmçinin “Elektron notariat” informasiya sistemi 2007-ci ildə yarandığından müvafiq sənədin hansı notariat ofisində rəsmiləşdirildiyini aşkar etmək mümkün olmamışdır. - xx.xx.2020-ci il tarixli 05/2xx/xx-1112 nömrəli Azərbaycan Respublikasının tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində Cavabdeh1 təsisçisi X1 etibarnamə üzrə nümayəndəsi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 arasında 2006-cı ildə və ya sonradan həmin cəmiyyətin təsisçilik hüquqlarının satınalınması haqqında müqavilənin bağlanması aşkar olunmamışdır. - xx.xx.2020-ci il tarixli **********715400 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nin Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubudan görünür ki, Cavabdeh1nə məxsus qeydiyyat qovluğunda mübahisə predmeti olan müqavilənin əslinin aşkar edilmədiyi qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı, iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 89.4-ci maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Məhkəmə sadalanan qanunvericilik normalarını məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən müqavilənin əsli təqdim olunmamış, yalnız onun çətinliklə oxunan kserosurəti təqdim olunmuşdur. Eyni zamanda qeyd olunan müqavilənin əslinin məhkəməyə təqdim olunması ilə bağlı iddiaçının vəsatəti əsasında müvafiq orqanlara sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının tərəfindən məhkəməyə ünvanlanmış cavab məktublarından görünür ki, bağlanıldığı gün və ayı məlum olmayan 2003-cü ilə aid təqdim olunan müqavilə nüsxəsində təsdiq qeydi olmadığından, həmçinin “Elektron notariat” informasiya sistemi 2007-ci ildə yarandığından müvafiq sənədin hansı notariat ofisində rəsmiləşdirildiyini aşkar etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/2xx/xx-1112 nömrəli cavab məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində Cavabdeh1 təsisçisi X1 etibarnamə üzrə nümayəndəsi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 arasında 2006-cı ildə və ya sonradan həmin cəmiyyətin təsisçilik hüquqlarının satınalınması haqqında müqavilənin bağlanması aşkar olunmamışdır. xx.xx.2020-ci il tarixli **********715400 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nin Hüquqi şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubudan görünür ki, Cavabdeh1nə məxsus qeydiyyat qovluğunda mübahisə predmeti olan müqavilənin əslinin aşkar edilmədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının vəsatəti ilə məhkəmə tərəfindən müvafiq orqanlara ünvanlanmış sorğulara verilmiş cavablarda mübahisə predmeti olan müqavilənin (müqavilənin əslinin) aşkar olunmadığı bildirilmişdir. İddiaçı həmçinin mübahisələndirilən müqavilə üzrə səlahiyyətli nümayəndəsinə verdiyi mübahisəli etibarnamənin əslini də məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1nə münasibətdə iş üzrə icraata xitam verilməli (ona münasibətdə qanuni qüvvəyə minən məhkəmə qətnaməsi olduğundan), digər cavabdehlərə münasibətdə isə rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-1932/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1932/2020
30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver