Məhkəmə qərarları › İş №2-2(113)-1989/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №2-2(113)-1989/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1989/2020 10.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən iddiaçının xeyrinə 3459,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 57 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə məxsus (və ya icarəsində olan) Kürdmahmudlu kəndində olan 21,77 ha torpaq sahəsində xam pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 8011,28 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xx.xx.2017-ci il tarixədək xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 2866,2 manat dəyərində suvarma və becərmə işləri 1709,50 manat dəyərində çiyid, 720 manat dəyərində ammonium nitrat gübrəsi, pambığın əllə yığma-1345,96 manat, 1369,62 manat dəyərində “xxxx” ASC tərəfindən görülmüş texniki işlər, cəmi 8011,28 manat məbləğində iş görülmüş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mpvsüm başa çatsa da, 4551,90 manat məbləğində 9277,58 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 3459,38 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması kassa məxaric orderləri, qaimə faktura və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi məqsədi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Şəki kommersiya Məhkləməsinin e-2-2(117)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1989/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -“xxxx” MMC ilə “xxxx” MMC (pambıq istehsalçısı) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 57 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilənin şərtləri daxilində istehsalçı mülkiyyət hüququ özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olunur) Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən 21,77 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “xxxx” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürür. (xxxx” MMC və istehsalçı birlikdə bu müqavilədə tərəflər adlanacaq) Müqavilənin 2.4-cü bəndinə əsasən, istehsalçı öhdəsinə götürür ki: a) Hər hektardan ən azı 22 sentner yüksək keyfiyyətli xam pambıq istehsal edir. b) Bu müqavilənin 1-ci bəndində göstərilən sahədə yetişdirdiyi pambığı xx xxxxxx 2017-ci il tarixdən gec olmamaq şərti ilə son kiloqramınadək yığıb yalnız “xxxx” MMC-yə təhvil verir. c) “xxxx” MMC-nin dəstəyi ilə “xxxx” ASC-nin rayon aqroservis bölmələrindən güzəştli icarəyə götürdüyü kənd təsərrüfatı texnikasının icarə haqqını, nisyə aldığı mineral gübrənin, həmçinin Dövlət Toxum Fondunun vəsaiti hesabına alınaraq ona nisyə verilmiş toxumun dəyərini müəyyən olunmuş müddətlərdə tam şəkildə ödəyir, əks təqdirdə təhvil verdiyi pambığa görə ona ayrılan subsidiyanın həmin borcların ödənilməsinə yönəldilməsini təmin edir. ç) pambıq istehsalı üçün “xxxx” MMC-dən aldığı borcun qaytarılmasını təmin edir. e) “xxxx” MMC tərəfindən ona borc kimi verilən vəsaitdən yalnız bu müqavilə üzrə nəzərdə tutulan pambığın istehsalı üçün istifadə edir, xərclərin təyinatı barədə MMC-yə mövsüm ərzində mütəmadi olaraq hesabat verir vı MMC-dən aldığı borcu tam həcmdə x xxxxxx 2017-ci il tarixədək ödəyir. ə) pambıq əkilən sahədə pambığın mümkün olan itkilərdən qorunması üçün tədbirlər görür. - - 000395 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 əli ilə yığım pulu olaraq 132,13 manat ödəniş edilmişdir. - - 000413 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 əli ilə yığım pulu olaraq 175,43 manat ödəniş edilmişdir. - - 000437 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 əli ilə yığım pulu olaraq 116,99 manat ödəniş edilmişdir. - - 000475 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 əli ilə yığım pulu olaraq 138,04 manat ödəniş edilmişdir. - - 000593 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 əli ilə yığım pulu olaraq 112,58 manat ödəniş edilmişdir. - - 000509 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 əli ilə yığım pulu olaraq 171,15 manat ödəniş edilmişdir. - - 000546 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 əli ilə yığım pulu olaraq 219,88 manat ödəniş edilmişdir. - - 000677 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 əli ilə yığım pulu olaraq 179,76 manat ödəniş edilmişdir. - - 000105 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 pambıq sahəsinin suvarılması üçün 300 manat ödəniş edilmişdir. - - 000220 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 pambıq sahəsinin seyrəltmə və alaqdan təmizlənməsi üçün 1190 manat ödəniş edilmişdir. - - 000234 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 pambıq sahəsinin 2-ci dəfə suvarılması üçün 340 manat ödəniş edilmişdir. - - 000314 nömrəli xx.xx.2017-ci il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 pambıq sahəsinin 3-cü dəfə suvarılması və 3-cü dəfə alaqdan təmizlənməsi üçün 1036,20 manat ödəniş edilmişdir. - - 011047 nömrəli qaimə-fakturanın surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 amonium nitrat üçün 720 manat ödəniş edilmişdir. - - 010904 nömrəli xx.xx.2017-ci il tarixli qaimə-fakturanın surətindən görünür ki, “xxxx” MMC tərəfindən X3 çiyid 1709,50 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx” MMC ilə “xxxx” MMC (pambıq istehsalçısı) arasında xx xxxx 2017-ci il tarixli 57 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olunur) Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən 21,77 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “xxxx” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. MMC öz öhdəliyini icra etmişdir, lakin “xxxx” MMC öhdəliklərinin icrasını tam həyata keçirməmişdir. Məhkəmə həmçinin bildirir ki, hazırki iddia üzrə İddiaçı MMC “xxxx” MMC-nin hüquqi varisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli müqavilə üzrə 3459,38 manat pul iddiaçıya ödənilməmişdir. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, daha sonra cavabdeh öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxxx 2017-ci il tarixli 57 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MMC-dən 3459,38 (üç min dörd yüz əlli doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 3489,38 (üç min dörd yüz səksən doqquz manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxxx 2017-ci il tarixli 57 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MMCdən 3459,38 (üç min dörd yüz əlli doqquz manat otuz səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 3489,38 (üç min dörd yüz səksən doqquz manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar