Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2/2020 05.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh «PETROLEUM SERVİCES GROUP SA» şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı cavabdehdən cəmi 6702,15 manat borcun, 2010.65 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən cəmi 6702,15 manat borcun, 2010.65 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxx 2012-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. xx xxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı müəyyən olunmuş əşyalar, fiziki obyektlər, onların tərkib hissələri və ya dəstləri (komponetləri və ya komplektləri), habelə onlara aid pasportlar, istifadə qaydaları və onlar barəsində mülkiyyət hüququnu təsdiq edən və istismar qaydalarını müəyyən edən digər sənədləri cavabdehə təchiz edir, cavabdeh isə müəyyən olunmuş müddətdə təchiz olunmuş malın dəyərini iddiaçıya ödəyir. xx xxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2013-cü il tarixli 572798 saylı qaimə fakturaya əsasən 1514,17 manat, xx.xx.2013-cü il tarixli 572799 saylı qaimə fakturaya əsasən 800,08 manat, xx.xx.2013-cü il tarixli 572845 saylı qaimə fakturaya əsasən 668,49 manat, xx.xx.2013-cü il tarixli 573019 saylı qaimə fakturaya əsasən 554,34 manat, xx.xx.2013-cü il tarixli 573286 saylı qaimə fakturaya əsasən 559,37 manat, xx.xx.2013-cü il tarixli 573287 saylı qaimə fakturaya əsasən 139,94 manat, xx.xx.2013-cü il tarixli 573288 saylı qaimə fakturaya əsasən 98,30 manat, xx.xx.2013-cü il tarixli 573289 saylı qaimə fakturaya əsasən 336,20 manat, xx.xx.2013-cü il tarixli 573290 saylı qaimə fakturaya əsasən 651,70 manat, xx.xx.2013-CÜ il tarixli 613843 saylı qaimə fakturaya əsasən 414,01 manat, xx.xx.2013-cü il tarixli 613844 saylı qaimə fakturaya əsasən 40,00 manat, xx.xx.2013-cü il tarixli 613845 saylı qaimə fakturaya əsasən 262,95 manat, xx.xx.2013-cü il tarixli 613997 saylı qaimə fakturaya əsasən 60 manat və xx.xx.2013-cü il tarixli 613998 saylı qaimə fakturaya əsasən 602,60 manat, cəmi 6702,15 manat borcu vardır. Cavabdehin müqavilənin şərtlərindən imtina etdiyi üçün, müqavilənin 9.2-ci bəndində göstərildiyi kimi, yəni Azərbaycan Respubilkasının Mülki Məcəlləsinin 460-466-cı maddələrinə əsasan Alıcı Müqavilə məbləğinin 30%-i həcmində Satıcıya dəbbə pulu ödəyir. Lakin cavabdeh indiyədək 6702,15 manat borcu dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq ödəməmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatının surətindən görünür ki, «PETROLEUM SERVİCES GROUP SA» şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2012-ci il tarixli PSG-N0037-PO2405-12 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı müəyyən olunmuş əşyalar, fiziki obyektlər, onların tərkib hissələri və ya dəstləri (komponetləri və ya komplektləri), habelə onlara aid pasportlar, istifadə qaydaları və onlar barəsində mülkiyyət hüququnu təsdiq edən və istismar qaydalarını müəyyən edən digər sənədləri cavabdehə təchiz etməyi, cavabdeh isə müəyyən olunmuş müddətdə təchiz olunmuş malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 14 ədəd qaimə-fakturaların surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixli 572798 saylı qaimə fakturaya əsasən 1514,17 manat, xx.xx.2013-cü il tarixli 572799 saylı qaimə fakturaya əsasən 800,08 manat, xx.xx.2013-cü il tarixli 572845 saylı qaimə fakturaya əsasən 668,49 manat, xx.xx.2013-cü il tarixli 573019 saylı qaimə fakturaya əsasən 554,34 manat, xx.xx.2013-cü il tarixli 573286 saylı qaimə fakturaya əsasən 559,37 manat, xx.xx.2013-cü il tarixli 573287 saylı qaimə fakturaya əsasən 139,94 manat, xx.xx.2013-cü il tarixli 573288 saylı qaimə fakturaya əsasən 98,30 manat, xx.xx.2013-cü il tarixli 573289 saylı qaimə fakturaya əsasən 336,20 manat, xx.xx.2013-cü il tarixli 573290 saylı qaimə fakturaya əsasən 651,70 manat, xx.xx.2013-CÜ il tarixli 613843 saylı qaimə fakturaya əsasən 414,01 manat, xx.xx.2013-cü il tarixli 613844 saylı qaimə fakturaya əsasən 40,00 manat, xx.xx.2013-cü il tarixli 613845 saylı qaimə fakturaya əsasən 262,95 manat, xx.xx.2013-cü il tarixli 613997 saylı qaimə fakturaya əsasən 60 manat və xx.xx.2013-cü il tarixli 613998 saylı qaimə fakturaya əsasən 602,60 manat, cəmi 6702,15 manat məbləğində mal verilmiş və həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(81)- 700/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə cavabdeh «PETROLEUM SERVİCES GROUP SA» şirkəti arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilələyə əsasən cavabdehin ödənişləri nəzərə alınmaqla, hazırda ödənilməli olan əsas borc nə qədər təşkil etməsi barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 19170 saylı rəyi ilə, iş materiallarında olan sənədlərə (qaimı fakturalar, hesab fakturalar, hesabdan çıxaışlar, alqı satqı müqaviləsi və s.) əsasən “Antais MMC ilə cavabdeh “Petrolium Services Group SA” şirkəti arasında bağlanmış xx.xx.2012ci tarixli PSG-N0037-P02405-12 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin ödəmə olduğu borcu 5322,59 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli PSG-N0037-PO2405-12 saylı alqı-satqı müqaviləsi bağlanmış və müəqaviləyə əsasən iddiaçı müəyyən olunmuş əşyalar, fiziki obyektlər, onların tərkib hissələri və ya dəstləri (komponetləri və ya komplektləri), habelə onlara aid pasportlar, istifadə qaydaları və onlar barəsində mülkiyyət hüququnu təsdiq edən və istismar qaydalarını müəyyən edən digər sənədləri cavabdehə təchiz etməyi, cavabdeh isə müəyyən olunmuş müddətdə təchiz olunmuş malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 6702,15 manat məbləğində borc tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 19170 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu borc 5322,59 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdehin xx.xx.2012-ci il tarixli PSG-N0037-PO2405-12 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan borcu 5322,59 manat məbləğində müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu 5322,59 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 9.2-ci bəndinə əsasən alıcı müqavilə şərtlərindən imtina edərsə müqavilə məbləğinin 30 faizi həcmində satıcıya dəbbə pulu ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 2010.65 manat dəbbə pulu məbləği yaranmış 5322,59 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 100 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 5322,59 manat borc, 100 manat dəbbə pulu iddiaçının xeyrinə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (5422,59 manat (5322,59 manat borc + 100 manat dəbbə pulu) iddia tələbinin (8712,8 manat (6702,15 manat borc + 2010,65 manat dəbbə pulu) 62,23 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 18,67 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 11,33 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 62,23 manat məbləği cavabdehdən, qalan 37,77 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216,220,227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «PETROLEUM SERVİCES GROUP SA» şirkətinin Azərbaycan Respublikasındakı filialından 5322,59 manat borc, 100 manat dəbbə pulu İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş 30 manat dövlət rüsumunun 18,67 manat məbləği «PETROLEUM SERVİCES GROUP SA» şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə ödənilsin, qalan 11,33 manat məbləği İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 62,23 manat məbləği «PETROLEUM SERVİCES GROUP SA» şirkətinin Azərbaycan Respublikasındakı filialından, qalan 37,77 manat məbləği isə İddiaçı məhdud məsuliyyətli cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22. AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-2/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver