Məhkəmə qərarları › İş №2-2(113)-22/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-22/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-22/2020 04.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin qanuni təmsilıçisi Abdiyev İslam Babaşxan oğlunun, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili X7 iştirakları ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-yə və X4 qarşı pul tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 MMC-nin və X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X4 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 125.896,20 manat məbləğində pul vəsaitinin, həmçinin həmin borcun ödəniləcəyi günə qədər həmin məbləğə hesablanacaq bank uçot dərəcəsinin müəyyən edəcəyi məbləğin Cavabdeh1 MMC-dən; 272.552,59 manat məbləğində pul vəsaitinin, həmçinin həmin borcun ödəniləcəyi günə qədər həmin məbləğə hesablanacaq bank uçot dərəcəsinin müəyyən edəcəyi məbləğin isə cavabdeh fiziki şəxs X2 İddiaçı xeyrinə tutulmasına dair, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən və fiziki şəxs X2 müştərək qaydada İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxx 2018-ci il tarixdə cavabdehlərin nümayəndəsi və vəkili X5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi, İddiaçındən 88.289,10 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh1 MMC-yə və X4 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 MMC və X8 qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi, İddiaçındən 97.285,05 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh1 MMC-yə və X4 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. xx.xx.2019-cu il tarixdə X3 və Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Hüseyn Həsənov qarşılıqlı iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd və qarşılıqlı iddianı təmin edilməsi, İddiaçındən 137.285,05 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh1 MMC-yə və X4 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X6 ilkin iddia ərizəsinə və qarşılıqlı iddiaya qarşı etiraza uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin qanuni təmsilçisi Abdiyev İslam Babaşxan oğlu məhkəmədə verdiyi izahatında ilkin iddia ərizəsini müdafiə, qarşılıqlı iddiaya isə etiraz edərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılarının nümayəndəsi və vəkili X9 qarşılıqlı iddia ərizəsinin və qarşılıqlı iddianın həcminin artırılması barədə ərizələrin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 verdiyi izahatda qarşılıqlı iddianı müdafiə etdiyini və ilkin iddianı qəbul etmədiyini bildirmiş və qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 MMC və X3 qarşılıqlı iddia üzrə cavabdeh “Tursal-İ-91” şirkətinə qarşı qarşılıqlı iddiası “Tural-İ-91” şirkətinin borclarına görə xarici hüquqi şəxslərə ödənilmiş 58932,95 manat məbləğində pulun tutulması tələbinə dair hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar həmin hissədə iddia tələblərini cavabdeh “Tural-İ-91” şirkəti ilə birgə fəaliyyət göstərmələri və qarşılıqlı fəaliyyətin gedişində malların təqdim edilməsinə, eləcə də daşınma xidmətlərinə görə “Tural-İ-91” şirkətinin bir neçə xarici hüquqi şəxsə olan borclarının qarşılıqlı iddia üzrə iddiaçı İsax Hüseynov tərəfindən ödənilməsi ilə əsaslandırmışlar. Mülki Məcəllənin: 431-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. 195-ci maddəsinə görə tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. 198.1-ci maddəsinə görə borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. 198.2-ci maddəsinə görə tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Yuxarıda göstərilən qanunvericilik normalarından məzmunundan göründüyü kimi öhdəlik borclu tərəfindən deyil, üçüncü şəxs tərəfindən icra edildikdə kreditorun borcluya qarşı olan tələb hüququ üçüncü şəxsə keçir. Tələb üçüncü şəxsə keçdiyi halda yeni kreditor (üçüncü şəxs) və ya əvvəlki kreditor tərəfindən tələbin yeni kreditora keçməsi barədə borcluya məlumat verilməlidir. Yalnız belə məlumat verildikdən və yeni kreditor tərəfindən tələb hüququnu təsdiq edən sənədlər borcluya təqdim edildikdən sonra borclu öhdəliyi yeni kreditora icra etməyə borcludur. Hazırkı işin materiallarından isə görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar – cəmi 58.932,95 manat məbləğində pulun tutulması tələbinə dair hissədə qarşılıqlı iddialarını qarşılıqlı iddia üzrə cavabdeh “Tural-İ-91” şirkətinin xarici hüquqi şəxslərə olan borclarının qarşılıqlı iddia üzrə iddiaçı İsax Hüseynov tərəfindən ödənilməsi və belə olan halda həmin hüquqi şəxslərin “Tural-İ-91” şirkətinə qarşı olan tələblərinin İsax Hüseynova keçməsi ilə əsaslandırsalar da, tələb hüququnun İsax Hüseynova keçməsi barədə qarşılıqlı iddia üzrə cavabdeh “Tural-91” şirkətinə məlumat verilməsini, o cümlədən İsax Hüseynovun məhkəməyə müraciət etməmişdən əvvəl tələb hüququnu (həm borcun mövcud olmasını, həm də həm borc üzrə tələb hüququnun ona keçməsini) təsdiq edən sənədləri “Tural-İ-91” şirkətinə təqdim etməklə mübahisəli borcların ona ödənilməsini tələb etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tələbin digər şəxsə keçməsi halı üçün qanunda nəzərdə tutulmuş mübahisənin məhkəməyəqədər həlli qaydasına riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsində göstərilir ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 MMC-nin və X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiasının “Tural-İ-91” şirkətinin borclarına görə xarici hüquqi şəxslərə ödənilmiş 58932,95 manat məbləğində pulun tutulması tələbinə dair hissəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar