Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2221/2020 09.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhsulun dəyəri üzrə 8253,3 mаnаt və ödənilmiş dövlət rüsumu üzrə 30 mаnаt оlmаqlа, ümumilikdə 8283,3 mаnаt məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barərə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yаrаtmаdаn sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlmаq üçün vеrgi оrqаnındа qеydiyyаtdаn kеçmiş və bu bаrədə ona ********** sаylı VÖЕN vеrilmişdir. Cаvаbdеh Cavabdeh dа hüquqi şəxs yаrаtmаdаn sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlmаq üçün vеrgi оrqаnındа qеydiyyаtdаn kеçmiş və bu bаrədə оnа ********** sаylı VÖЕN vеrilmişdir. Cаvаbdеh Cavabdeh ilə аrаlarındа xx xxx 2018-ci il tаrixdə məhsulların alqı satqısına dair 22 sаylı müqаvilə bаğlаnmışdır. Müqаvilənin tələblərinə əsаsən tərəfindən xx.xx.2018-ci il tаrixli sеriyа ЕААJ № ******* sаylı еlеktrоn qаiməyə əsаsən 1500,58 mаnаt dəyərində, xx.xx.2018-ci il tаrixli sеriyа ЕААK № 336781 sаylı еlеktrоn qаiməyə əsаsən 4250,28 mаnаt dəyərində, xx.xx.2018-ci il tаrixli sеriyа ЕААL № 445489 sаylı еlеktrоn qаiməyə əsаsən 2502,44 mаnаt dəyərində məhsul nisyə оlаrаq cаvаbdеh Cavabdehnа sаtılmışdır. Cavabdeh müqаvilənin 3.5-ci bəndinə əsаsən məhsulun dəyərini təhvil aldığı tarixdən etibarən 30 gün müddətinə ödəməyi üzərinə götürmüş cаvаbdеh həmin vаxtdаn uzun müddət kеçməsinə bаxmаyаrаq, məhsulların dəyərini ödəməmişdir. Nəticədə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Xəbərdаrlıq göndərilərək yаrаnmış bоrcun ödənilməsi cаvаbdеhə təklif еdilsə də,cаvаbdеh bu təklifə münаsibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında iddiaçıya borcunun olduğunu, maddi vəziyyətinin ağır olduğunu, kirayədə yaşadığını borc məbləğini bir dəfəyə ödəyə bilməyəcini bildirdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx xxx 2018-ci il tarixdə 28 saylı məhsulların alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə razılaşdırılmış məhsullarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə məhsulu alıcıya təhvil verməyi, alıcı isə həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan sifariş ilə razılaşdırılmış miqdarda, çeşidlərdə, keyfiyyətdə məhsulu qəbul edib, bu müqavilə ilə şərtləşdirilmiş qaydada məhsulun dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndində alıcının təhvil verilən məhsulun dəyərini Elektron qaimə və EVHF-yə əsasən məhsulu təhvil aldığı tarixdən etibarən 30 gün müddətinə ödəməli olması nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli EAAJ seriyalı 174806 saylı elektron qaimə ilə 1500.58 manat məbləğində 8 adda mal, xx.xx.2018-ci il tarixli EAAL seriyalı 445489 saylı elektron qaimə ilə 2502.44 manat məbləğində 3 adda mal və xx.xx.2018-ci il tarixli EAAK seriyalı 336781 saylı elektron elektron qaimə ilə 4250.28 manat məbləğində 8 adda mal Cavabdeh təhvil verilmişdir. Elektron qaimələr cavabdeh təsdiq edildikdən sonra İddiaçı xx.xx.2018-ci il tarixli HS seriyalı 851613 saylı, xx.xx.2018-ci il tarixli HT seriyalı 697752 saylı və xx.xx.2018-ci il tarixli HU seriyalı 142414 saylı elektron vergi hesab - fakturaları tərtib edərək cavabdehdən müvafiq olaraq 1500.58 manat, 4250.28 manat və 2502.44 manat borcun ödənilməsi tələb edilmişdir. İddiaçı pretenziya qaydasında məktubla Cavabdeh müraciət edərək, müqavilə üzrə yaranmış 8253,3 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçı 8253,3 manat borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8253,3 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8253,3 manat (səkkiz min iki yüz əlli üç manat otuz qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2221/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2221/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver