Məhkəmə qərarları › İş №2-2(113)-2324/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2324/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2324/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Kreditor MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor MMC 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək Borclu 1284,86 manat borcun tutulması barədə əmr verilməsini xahiş etmişdir. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli 2-2(82)- 1364/2016 saylı məhkəmə əmri ilə, ərizə təmin olunmuş, Borclu 1284,86 manat məbləğində borcun Kreditor MMC-nin xeyrinə tutulmuşdur. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli 2-2(82)- 1364/2016 saylı məhkəmə əmrindən etiraz daxil olmuş, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1364/2016 saylı 26 aprel 2021-ci il tarixli qərardadı ilə, 2 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli 2-2(82)-1364/2016 saylı məhkəmə əmri ləğv edilmiş, iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən Kreditor MMC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh Borclu izahat verərək, “xxxx” ASC ilə ümumiyyətlə müqavilə bağlamadığını, “xxxx” ASC ilə müqavilə bağladığını, lakin borcunun olmadığını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “xxxx” ASC, Kreditor MMC və Borclu arasında bağlanmış 17 avqust 2010-cu il tarixli müqavilədən görünür ki, Bank kartla parılmış əməliyyatların məbləğini müqavilənin 3.1 və 3.4-cü bəndində göstərilən komissiyon haqqını çıxdıqdan sonra müəssisənin müvafiq bank hesabına köçürür. Müəssisə Kreditorın texniki xidmətlərindən istifadə etdiyi halda müqavilənin 4-cü bəndinə uyğun olaraq əlavə xidmət haqqı ödəyir. İş materiallarında olan “xxxx” ASC, Kreditor MMC və Borclu arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli müqavilədən görünür ki, Bank kartla parılmış əməliyyatların məbləğini müqavilənin 3.1 və 3.4-cü bəndində göstərilən komissiyon haqqını çıxdıqdan sonra müəssisənin müvafiq bank hesabına köçürür. Müəssisə Kreditorın texniki xidmətlərindən istifadə etdiyi halda müqavilənin 4-cü bəndinə uyğun olaraq əlavə xidmət haqqı ödəyir. İş materiallarında olan Kreditor MMC tərəfindən verilmiş 14.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu xxxx” ASC, Kreditor MMC və Borclu arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli müqavilə üzrə 18,02 manat borcu vardır. İş materiallarında olan Kreditor MMC tərəfindən verilmiş 14.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu “xxxx” ASC, Kreditor MMC və Borclu arasında bağlanmış 19 avqust 2010-cu il tarixli müqavilə üzrə 1318,96 manat borcu vardır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Məhkəmə ilk növbədə qeyd edir ki, Borclu “xxxx” ASC ilə müqaviləsi olmaması dəlilini əsaslı hesab edilməlidir. Belə ki, Borclu müqavilədə imzanın ona məxsus olmamasını bildirmiş, qarşı tərəf isə həmin hissədə iddianın rədd edilməsinə etiraz etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, xxxx” ASC, Kreditor MMC və Borclu arasında bağlanmış 17 avqust 2010-cu il tarixli müqavilə üzrə tərəflər arasında öhdəlik münasibətləri yaranmış və Borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir, nəticədə borcu yaranmışdır. Bundan əlavə qeyd edilməlidir ki, 14.06.2021-ci il tarixli maliyyə arayışında Borclu “xxxx” ASC, Kreditor MMC və Borclu arasında bağlanmış 19 avqust 2010-cu il tarixli müqavilə üzrə 1318,96 manat borcun qaldığı qeyd edilsə də, ərizədə iddiaçı qeyd edilmiş hər iki müqavilə üzrə cəmi 1284,86 manat borcun ödənilməsini xahiş etmişdir. Belə olan halda, “xxxx” ASC, Kreditor MMC və Borclu arasında bağlanmış müqavilə üzrə cavabdehin 1266,84 (1284,86-18,02=1266,84) manat borcun tutulması hissəsində iddiası təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1266,84 manat məbləğində pul Borclu tutularaq Kreditor MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1266,84 (bir min iki yüz altmış altı manat, səksən dörd qəpik) manat məbləğində pul Borclu tutularaq Kreditor MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaiti Borclu tutularaq Kreditor MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar