Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2350/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan Bank Standard KB QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqavilələri üzrə borc tələbinə, tələbin ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi barədə işə işə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan Bank Standard KB QSC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqavilələri üzrə borc tələbinə, tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair iddia ərizəsi ilə (xx xxxxxxx 2018-ci il tarixdə) məhkəməyə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinə) müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(011)-16/2021 nömrəli qərardadına əsasən, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, MPM-nin 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi işi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırki iddia ərizəsi Xətai Rayon Məhkəməsinə xx.xx.2018-ci il tarixdə daxil olduğundan və hazırda cavabdehlərin hər birinin fərdi sahibkar statusu olan fiziki şəxslər olmasına baxmayaraq, iddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edən zaman cavabdehlərdən biri Cavabdeh4 fiziki şəxs (işdə olan “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür ki, VÖEN-in verilmə tarixi xx.xx.2019-cu ildir) olmuş və sonradan, yəni təxminən 1 ildən sonra fərdi sahibkar statusu əldə etməsi, onu deməyə əsas verir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi aidiyyət qaydalarına riayət etməklə işi düzgün olaraq öz icraatına qəbul etmişdir. Sonradan qanunvericilikdə olan, yəni xx.xx.2020-ci ildə dəyişiliklərin qüvvəyə minməsi və məhkəmə aidiyyətinin dəyişməsi, həmin işin digər məhkəməyə göndərilməsi üçün əsas ola bilməz və həmin iş mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2018-ci il tarixdə daxil olarkən fiziki şəxslərdən biri (Cavabdeh4 - VÖEN-in verilmə tarixi xx.xx.2019cu il) həmin dövrdə sahibkarlıq fəaliyyəti ilə məşgul olmadığına görə ərizə icraata düzgün qəbul edilmiş və mahiyyəti üzrə həmin məhkəmədə baxılmalıdır. Odur ki qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından iddiaçı ləğv prosesində olan Bank Standard KB QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqavilələri üzrə borc tələbinə, tələbin ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrinə əsasən, QƏRARA A L D İ: İddiaçı ləğv prosesində olan Bank Standard KB QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqavilələri üzrə borc tələbinə, tələbin ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-2350/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2350/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver