Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-248/2021 02.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X5 Bağman qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin və "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, cavabdehlərin qanunsuz sahibliyində olan əsas vəsaitlərin, o cümlədən avadanlığın, xammalın və materialların "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 250.000.0 manat maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar cavabdehlərə qarşı Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış x xxxxxx 2018-ci il tarixli icarə müqaviləsi və Cavabdeh1 MMC ilə "xxxx” MMC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC-nin qanunsuz sahibliyində olan əsas vəsaitlərin, o cümlədən avadanlıq, xammal və materialların "xxxx”xxxx“xxxx MMC-ə dəymiş 180.000.0 manat maddi zərərin "Cavabdeh1” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin və "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, cavabdehlərin qanunsuz sahibliyində olan əsas vəsaitlərin, o cümlədən avadanlığın, xammalın və materialların "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 250.000.0 manat maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, iddiaçılar Cavabdeh2 ilə birlikdə xx xxxxxx 2016-cı il tarixdə əsas fəaliyyəti kauçuk istehsalı olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etmişlər. Cəmiyyətin nizamnamə kapitalı 90 manat həcmində, hər birinin dəyəri 30 manat olmaqla 1 pay şəklində 3 paydan ibarətdir. İddiaçılar tərəfindən verilən xx.xx.2016-cı il tarixli etibarnamə əsasında Cavabdeh2 bir çox səlahiyyətlərlə yanaşı "Cəmiyyətin rəhbərini təyin etmək" səlahiyyəti verilmiş və Cavabdeh2 qanuni təmsilçi kimi vergi orqanında qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçılar, “xxxx" MMC-nin 66.6% pay sahibi olan həmtəsisçiləri kimi Nizamnaməyə əsasən, hər biri icraedici orqanın üzvləri kimi qanuni təmsilçi (direktor) sayılırlar və şirkət tərəfindən qərarlar qəbul edilməsində 2/3 səs çoxluğuna malikdirlər. Belə ki, "xxxx" MMC-nin Nizamnaməsinin 4.6-cı bəndinə əsasən cəmiyyətin fəaliyyətinə rəhbərlik cəmiyyətin kollegial icraedici orqan tərəfindən həyata keçirilir. İcraedici orqan 3 üzvdən ibarətdir. Üzvlər direktor adlanır. Hər bir direktor şirkəti fərdi təmsil etməklə yanaşı, ayrı-ayrılıqda qanuni təmsiliçilik səlahiyyətinə malikdir. Direktorlardan hər hansı birinin imzası ilə təsdiqlənən sənədlər hüquqi qüvvəyə malikdir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36 "xxxx" MMC- nin həm hüquqi, həm də faktiki ünvanı olaraq müəyyən edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-ci il tarixdə verilmiş **********13-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə X3 məxsusdur. Mülkiyyətçi X2 nümayəndəsi X10 ilə MMC-nin adından Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36 saylı ünvanda yerləşən ümumi sahəsi 2376.52 kv.metr olan qeyriyaşayış sahəsinin 1500 kv.metr hissəsi "xxxx" MMC-ə icarəyə verilmişdir. Aylıq icarə haqqı 1000.0 manat olmaqla, icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. İlk əvvəl şirkətin fəaliyyəti çətin olsa da sonralar iddiaçıların Türkiyədən etdikləri yardımlar makinalar göndərilməsi, nisyə mal verilməsi, müqavilələr bağlanması, usta və mühəndislər göndərilməsi, nəticə etibarilə "X19 və Ticaret Anonim Şirkətinin (2005-ci ildən Türkiyədə İddiaçı1 və İddiaçı2 təsis edilmişdir) sayəsində "xxxx" MMC böyük müştəri kontingenti toplamışdır. İddiaçılar təsisçilər olaraq şirkətin əldə etdiyi gəlirdən heç bir dividend almamış, əksinə, əlavə olaraq şirkətin fəaliyyətinin daha da genişləndirilməsi üçün yatırımlar etmişlər. 2018-ci ilin may ayında artıq şirkətin böyük mənfəət gətirməyə başladığını görüb Cavabdeh2 səbəbsiz yerə iddiaçılarla münasibəti pozmaq qərarına gəlmişdir. Belə ki, xx xxx 2018-ci il tarixdə Cavabdeh2 iddiaçılarla telefon əlaqəsi saxlayaraq şirkətdən ayrılmaq istədiyini və artıq icraçı direktor olmaq istəmədiyini bildirmişdir. Belə olan halda təsisçilər olaraq iddiaçılar həmin gün cəmiyyətin mühasibi Əhəd Bünyadov ilə əlaqə saxlayaraq müəssisənin balansı barədə məlumat istəmiş, 23 və xx xxx 2018-ci il tarixlərdə o, "xxxx" MMC-nin balans hesabatını iddiaçılara göndərmişdir. MMC-nin mühasibi Əhəd Bünyadovun 23, xx xxx 2018-ci il tarixində elektron şəkildə (emaillə) hər üç təsisçiyə göndərdiyi balans hesabatında göstərilmişdir ki, xx xxx 2018-ci il tarixinə “xxxx" MMC-nin aktivləri toplamda 719677.02 manat olmuşdur. Cəmiyyətin aktivlərinə 10 ədəd makina, balans hesabatına əlavə edilmiş miqdarda, ümumi dəyəri 264432.94 manat olan xammal və hazır məhsul qalığı, 1 ədəd lord markalı avtomobil, dəyəri 1785 manat olan kompyuter, şirkətin ölkə daxilində və ölkə xaricində müştərilərdən alacağı borclar və s. daxildir. Bunu iddiaçılarla Cavabdeh2 arasında olan “whatsapp" yazışmaları da təsdiq edir. Cavabdeh2 şirkətdən ayrılmaq fikrinin qəti olduğunu bildirdiyindən, iddiaçılar Bakıya gəlməli olmuşlar, lakin burada artıq başqa mənzərənin şahidi olmuşlar. Belə ki, x xxxx 2018-ci ildə MMC-nin hüquqi və faktiki ünvanı olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36 ünvanında yerləşən istehsal sahəsinə gəlib Cavabdeh2 təsisçilikdən çıxma səbəbini öyrənərkən məlum olmuşdur ki, Cavabdeh2 təsisçilikdən özünün yox, digər iki təsisçinin çıxmağını istəyir və müəssisəni tək idarə etmək fikrindədir. Təsisçilər olaraq buna etiraz edərək şirkətdən çıxmaq fikrlərinin olmadığını, əksinə son haqq hesabdan sonra Cavabdeh2 şirkətdəki olan payını verməyə hazır olduqlarını bildirmişlər və MMC-nin möhürünü ondan təhvil almışlar. MMC-nin balansının çıxarılması və son haqq hesabın aparılmasını üçün audit keçirilməsini qərara alsalar da MMC-nin maliyyə sənədləri Cavabdeh2 və mühasib Əhəd Bünyadov tərəfindən gizlədilərək, iddiaçılara təqdim edilməkdən imtina edilmişdir. Daha sonra xx xxxx 2018-ci ildə Bakıya gəldikləri zaman təsisçi və direktor olsalar da “xxxx” MMC-nin fəaliyyət göstərdiyi istehsal sahəsinə Şamxal Qurbanov tərəfindən buraxılmamış, bağlanmış icarə müqaviləsinin 2020-ci ilə kimi müddətinin olmasına baxmayaraq iddiaçılara müqavilənin ləğv olunduğunu və şirkətin heç bir əmlakının orada olmadığını bildirmişdir. Bununla bağlı Daxili işlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək müəssisəyə daxil ola bilməmələri barədə məlumat vermiş, polis nəfərinin iştirakı ilə həyətə girsələr də istehsal sahəsinə daxil ola bilməmişlər. İddiaçılar tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36 ünvanında yerləşən istehsal sahəsinin, makinaların fotoşəkilləri çəkilmişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli **********18 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə ünvanlanmış müraciət əsasında təsisçilər polis əməkdaşı ilə birgə "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36 ünvanına gəlmiş, lakin onlara şirkətə daxil olmalarına icazə verilməmişdir. Cavabdeh2 oglu xx.xx.2018-ci il tarixdə yeni bir şirkət təsisçisi (100 faiz pay) və direktoru olduğu “xxxx"xxxx"xxxx MMC-nin icarəyə götürdüyü istehsal sahəsində və onun avadanlıqları, xammal və materialları hesabına fəaliyyət göstərməyə başlamışdır. Daha sonra xx.xx.2018-ci il tarixdə eyni ərazidə veni bir şirkət təsis olunur. Bu dəfə həmin ərazidə və “xxxx" MMC-nin avadanlıqları, xammal və materialları hesabına təsisçisi Cavabdeh2 qohumu X17 olan Cavabdeh1 MMC fəaliyyətə başlayır. Məhz Cavabdeh2 oglu xx.xx.2018-ci il tarixdə yaratdığı, təsisçisi və direktoru olduğu “xxxx" MMC-nin, daha sonra “Cavabdeh1" MMC-nin adından "xxxx" MMC-nin əmlakını, bank hesabında olan pulları mənimsəmiş və bu işdə ona X14 oglu, Hüseynov Azər Bilövhər oglu, X23 oglu, X20 oglu, X21 oglu və X2 nümayəndəsi X10 köməklik etmişlər. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli **********18 nömrəli məktubunda da təsisçilərin şirkətə daxil olmasına icazə verilməməsi öz təsdiqini tapmışdır. “xxxx” MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi barədə bildiriş göndərsələr də o, ümumi yığıncaqda iştirakdan imtina etmişdir. xx.xx.2018-ci il tarixli ümumi yığıncaqda “xxxx" MMC-nin bölünmə qaydasında yenidən təşkil edilməsi, kənar idarəçisininin təyin edilməsi, bölünmə balansının tərtib edilməsi üçün müstəqil auditorun dəvət edilməsi məsələlərinin həlli üçün müvafiq tələblə aidiyyəti məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Cavabdeh2 tərəfindən təxminən 1 ay müddətində (xx.xx.2018-ci il tarixdən-xx.xx.2018-ci il tarixədək) “xxxx" MMC-nin əmlakı, xammal və materialları hesabına “xxxx" MMC-nin adından istehsalı davam etdirir. İddiaçıların hüquqmühafizə orqanlarına şikayətlərindən çəkinərək, daha sonra özünün direktor və təsisçi olduğu "xxxx" MMC-nin fəaliyyətini dayandıraraq, “xxxx" MMC-nin əsas vəsaitlərini “Cavabdeh1" MMC-nin adından qanunsuz istifadə etməyə başlamışdır. "Cavabdeh1" MMC xx.xx.2018-ci il tarixdə təsis edilərək, “xxxx" MMC-nin əmlakının olduğu ərazidə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36-da fəaliyyətə başlayır. “Cavabdeh1" MMC-nin təsisçisi Cavabdeh2 qohumu X23 oglu, direktoru isə Hüseynov Azər Bilövhər oğludur. "Cavabdeh1“ MMC-nin faktiki sahibi məhz Cavabdeh2dur və həmin əsas vəsaitlər "xxxx“ MMC- ə məxsusdur. "Cavabdeh1“ MMC-nin adı Cavabdeh2 "Nurlan“ adlı oğlunu adı ilə bağlıdır. "Cavabdeh1“ MMC-nin hüquqi ünvanı olan ünvan 2 məhz Cavabdeh2 qeydiyyatda olduğu ünvandır. "Cavabdeh1“ MMC-nin rəsmi internet səhifəsində şirkətin telefon nömrəsi kimi məhz Cavabdeh2 istifadəsində olan **********75 nömrəli əlaqə vasitəsi qeyd olunmuşdur. "Cavabdeh1“ MMC-nin “təsisçisi” X23 oglu Cavabdeh2 qohumudur, yəni qaynıdır. "Cavabdeh1“ MMC-nin "direktoru" Hüseynov Azər Bilövhər oğlunun xx.xx.2018-ci il tarixdə verdiyi etibarnamədən görünür ki, "Cavabdeh1“ MMC-ə məxsus bütün əmlak üzərində sərəncam vermək hüququndan tutmuş öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə bütün hüquqi işləri görmək, nizamnamə kapitalına istənilən həcmdə pay qoymaq hüququ daxil olmaqla bütün səlahiyyətləri Cavabdeh2 verilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-8258/2018 saylı qərardadının ilkin icra olunduğu vaxt Cavabdeh2 oglu məhz şirkətin fəaliyyət göstərdiyi ərazidə olmuş, icra məmurlarına həmin yoldan keçdiyini bəhanə edərək ora heç bir aidiyyətinin olmadığını bildirmişdir. 22-xx.xx.2018-ci il tarixli balans hesabatında qeyd edilmiş 10 ədəd makina (küçük profil sıcak hava tüneli (kiçik profil isti hava tuneli), 30000 Kcal/h su soğutma chiller (30000 Kcal/h su soyutma sistemi), 3 ədəd Vulkanize kauçuk presi (3 ədəd Vulkanlaşmış kauçuk presi), alın kaynak presi (qaynaq presi), tokar makinası (tokar dəzgahı), yazı makinası (yazı dəzgahı), CNC telerezyon (CNC tel eroziyası), hızlı deşik açma avadanlığı (sürətli deşik açma avadanlığı) və 99-HR- 396 dövlət qeydiyyat nişanlı ford markalı avtomobil məhkəmə qərardadı icra olunduğu vaxt Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36 ünvanında aşkar olunmuşdur. Guya 2016-cı ilin fevral ayından Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36-da fəaliyyət göstərən "xxxx" MMC təsisçilərdən xəbərsiz müflis olur və onun yerində xx.xx.2018-ci il tarixdə Cavabdeh2 təsisçisi və direktoru olduğu "xxxx" MMC təxminən 1 ay sonra, xx.xx.2018-ci il tarixdə eyni ərazidə təsisçisi Cavabdeh2 qohumu X17 olan “Cavabdeh1" MMC fəaliyyətə başlayır. Cavabdeh2 2018-ci ilin may ayından məqsədli şəkildə müxtəlif şəxslərlə icarə müqavilələri bağlayaraq, əsas vəsaitləri gizlətməyə çalışmış, şirkətin əmlaklarını özbaşına olaraq ayrı-ayrı şirkətlərin adına rəsmiləşdirmişdir. Belə ki, Cavabdeh2 “xxxx” MMC-nin adından xx.xx.2018-ci il tarixdə yenidən X10 ilə, xx.xx.2018-ci il tarixdə X11 və xx.xx.2018-ci il tarixdə X8 ilə icarə müqaviləsi bağlamışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 iddiaçılara məktub göndərərək, "xxxx" MMC-ə məxsus əmlakları satışa çıxardığını bildirmiş, buna iddiaçıların razılıqlarının olub-olmamasını soruşmağı belə lüzum bilməmişdir. Daha sonra “xxxx" MMC-ə məxsus əmlakların “vergi borcu” adı ilə satışa çıxarılması ilə bağlı elan vermişdir. Formal olaraq x xxxxxx 2018-ci il tarixdə icarə müqaviləsi bağlayaraq, guya 5 ədəd avadanlıq “Cavabdeh1" MMC-ə Cavabdeh3 tərəfindən icarəyə verilmişdir. “xxxx" MMC-nin “xxxx” ASC-də olan ******************** saylı hesabından görünür ki, şikayət ərizəsində guya icarədar olan Cavabdeh3 tərəfindən xx.xx.2018-ci ildə 37.001,26 manat, xx.xx.2018-ci ildə isə 16.221.13 manat pul köçürülmüşdür. Məhz bu yolla “xxxx" MMC-nin əmlaklarını özbaşına satmaqla “Cavabdeh1" MMC-ə icarəyə verilmiş kimi rəsmiləşdirilmişdir. Bundan başqa, xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 33.942.70 manat olan “İsti hava tuneli "Cavabdeh1" MMC tərəfindən “xxxx” MMC-dən alınmışdır. Bütün bunlar bir daha sübut edir ki, “xxxx" MMC-nin əmlakları formal olaraq bağlanmış müqavilələr əsasında “xxxx" MMC və "Cavabdeh1" MMC-nin adına rəsmiləşdirilmişdir. X6 xx.xx.2018ci ildə şirkətə 31000.0 manat pul köçürməsi, şirkət tərəfindən isə ona xx.xx.2018-ci il tarixdə 15.000.0 manat və xx.xx.2018-ci il tarixdə 10.000.0 manat pul köçürülməsi əməliyyatları da “xxxx" MMC-nin bank hesablarının talanmasına yönələn hərəkətlərinin bir hissəsidir. Hazırki vaxtda da Cavabdeh2 “xxxx" MMC-yə məxsus avadanlıq və xammaldan istifadə etməklə məhsul istehsal edib satışını təşkil edir. Belə halda təsisçilərin (direktorların) iştirakı olmadan müəssisənin əmlakını, hazır məhsulları satışa çıxarması cavabdehin vicdansız hərəkətlərinə dəlalət edən fakt kimi qiymətləndirilməlidir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin balans aktı yoxdur. Emaildən çıxarılmış, möhür və imza ilə təsdiq edilməmiş kağızı balans aktı kimi təqdim edirlər. 22-23 may tarixli balans aktı kimi təqdim etdikləri sənəd sübut növü deyil və sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, avadanlıqların, xammalın və materialların iddiaçılara məxsus olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti yarandıqdan sonra bütün işləri Cavabdeh2 görmüşdür. İddiaçılar prokurorluğa müraciət etmişdilər, prokurorluq mübahisənin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanmasını rədd etmişdir. Bundan əlavə iddiaçıların hazırki iddia üzrə subyektiv hüquqları yoxdur. İddianı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qaldırmalı idi, amma təsisçilər qaldırmışdır. 250.000 manat ziyan dəyməsini, gəlirinin olduğunu bildirirlər, lakin heç bir sübut məhkəməyə təqdim etməmişdir. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hazırki iddiada iddia müddəti də ötürülmüşdür. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2016-cı il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36 ünvanında yerləşən ümumi sahəsi 2376,52 kv.metr olan qeyr-yaşayış sahəsinin 1500 kv.metr hissəsini xx xxxxxx 2020-ci il tarixədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə vermişdir. xx xxxx 2018-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 36 ünvanında yerləşən ümumi sahəsi 2376,52 kv.metr olan qeyr-yaşayış sahəsinin 2000 kv.metr hissəsini xx xxxx 2023-cü il tarixədək Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə vermişdir. xx xxxxxx 2018-ci il tarixli 01 saylı İcarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 5 ədəd avadanlığı (hızlı dəlik dəlmə dəzgahı, vulkanize kauçuk pres 300 t, vulkanize kauçuk pres, CNC telerezyon, vulkanize kauçuk pres) Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə vermişdir. xx xxxx 2018-ci il tarixli 01 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə isti hava tuneli avadanlığını satmağı, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti isə həmin avadanlığı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada avadanlığın dəyərini “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçıların və cavabdehin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçılar və Cavabdeh2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini yaratmaqla onun təsisçiləridirlər. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxx 2018-ci il tarixli 01 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə isti hava tuneli avadanlığını satmağı, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti isə həmin avadanlığı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada avadanlığın dəyərini “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh3 xx xxxxxx 2018-ci il tarixli 01 saylı İcarə müqaviləsi əsasında 5 ədəd avadanlığı (hızlı dəlik dəlmə dəzgahı, vulkanize kauçuk pres 300 t, vulkanize kauçuk pres, CNC telerezyon, vulkanize kauçuk pres) Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə vermişdir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilələr xx xxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə bağlanmış, lakin həmin tarixlərdən 1 ildən artıq müddət keçdikdən sonra iddiaçılar hazırkı tələblə məhkəmədə iddia qaldırmışlar. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. X16 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, müqavilələrin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin cavabdehlərin qanunsuz sahibliyində olan əsas vəsaitlərin, o cümlədən avadanlığın, xammalın və materialların "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin əsas vəsaitlərin, o cümlədən avadanlığın, xammalın və materialların "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də təmin oluna bilməz. Məhkəmə iddia tələbinin ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçılar, onlara 250.000 manat məbləğində maddi zərərin dəyməsini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli və iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin və "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxx 2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, cavabdehlərin qanunsuz sahibliyində olan əsas vəsaitlərin, o cümlədən avadanlığın, xammalın və materialların "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 250.000.0 manat maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu X4 aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-248/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-248/2021
02.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver