Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2557/2022 14.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi , iddiaçının nümayəndəsi və vəkili Vəkil İddiaçı Cavabdeh ASC-yə qarşı hesablanmış borcun qanunsuz hesab edilməsi və silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon Sukanal İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən, təyinatı iş mərkəzi olan 12 mərtəbəli obyekt üçün hesablanmış 8867.20 (səkkiz min səkkiz yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində su və kanalizasiya borcunun qanunsuz hesab edilməsi və silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, təyinatı iş mərkəzi olan 12 mərtəbəli obyekt üçün Cavabdeh ASC-nin Xətai Rayonu Sukanal İdarəsi tərəfindən 8867.20 (səkkiz min səkkiz yüz altımış yeddi manat 20 qəpik) manat məbləğində su və kanalizasiya xidmət haqqı hesablanmışdır. Həmin borcun hansı tarixdə və hansı əsasla yaranmasının müəyyənləşdirilməsi üçün xx.xx.2021 -ci il tarixdə Xətai rayon Su Kanal idarəsinə sorğu verilmiş, həmin sorğuya 21 sentyabr 2021-ci il tarixdə cavab verilmişdir. Cavab məktubuna əlavə edilmiş cədvəldə isə sadəcə borcun məbləği göstərilmiş, lakin həmin borcun hansı tarixdə və hansı əsaslarla yaranması barədə heç bir məlumat verilməmişdir. Bu isə özlüyündə əsassız olaraq hesablanmış borcun silinməməsi ilə nəticələnmişdir. Buna görə də məcburiyyət qarşısında qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai rayon Sukanal İdarəsi tərəfindən hesablanmış borc tamamilə qanunsuz və əsassızdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Xətai Rayon Sukanal İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən, təyinatı iş mərkəzi olan 12 mərtəbəli obyekt üçün hesablanmış 8254.90 (səkkiz min iki yüz əlli dörd manat doxsan qəpik) manat məbləğində su və kanalizasiya borcunun qanunsuz hesab edilməsi və silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia ərizəsində qeyd edilən ünvanın ünvan 2inin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -Abonent haqqında məlumatdan çıxarışdan görünür ki, İddiaçı qeyri-əhali kateqoriyası üzrə xx.xx.2014-cü il tarixli 19202756 nömrəli müqaviləyə əsasən 084376 abonent kodu ilə Cavabdeh ASC-də qeydiyyata alınmışdır. -MXD-6725 №-li inventar aktında qeyd olunmuşdur ki, Bayramov 27 ünvanında İddiaçı məxsus MTK-nın su sayğacına baxış zamanı su sayğacının bağlı olduğu, d=50 mm-lik boru ilə qeyri-qanuni olaraq qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılması aşkarlanmışdır. -qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında qeyd olunmuşdur ki, Xətai rayonu X.Bayramov 27 ünvanında yerləşən F/Ş İddiaçı (tikinti) 9.748 m3 miqdarında 8.663,7 manat dəyərində tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, hesablanmış börc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (ünvan ünvan 4at məbləğində borc qanunsuz hesab edilsin və silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2557/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2557/2022
14.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver