Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2644/2021 13.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Fərzalı oglunun katibliyi ilə, Cavabdeh “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh təşkilatın əməkdaşları tərəfindən qanunsuz hesablanmış 1368,82 manat pulun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh təşkilatın əməkdaşları tərəfindən qanunsuz hesablanmış 1368,82 manat pulun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala rayonu, Şirvanlı kəndində yerləşən Əmlak Kompleksi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin vaxtdan hal-hazıra qədər Əmlak kompleksinin yalnız 60 kv.m. hissəsindən mağaza kimi istifadə olunur, yerdə qalan hissələr tam qapalı vəziyyətdədir. 60 kv.m. hissəyə aid elektrik enerji sərfiyyatı vaxtıvaxtında ödənilir. 07.10.2020-ci il tarixdə “xxxx" ASC-nin bir qrup əməkdaşı əraziyə baxış keçirərkən iddiaçının mülkiyyətində olan obyektin sayğacına müdaxilə edildiyini, o cümlədən obyektə kənar elektrik xəttinin qoşulması müəyyən edilərək müvafiq akt tərtib edilmişdir. Həmin akt əsasında 27.10.2020-ci il tarixdə iddiaçının obyektində olan sayğac daxildən sökülərək , bayırdan yenisi ilə əvəz edilmiş və sayğacın giriş kabelində yaranmış qüsür aradan qaldırılaraq, həmin sayğacın təkrar möhürlənməsi barədə 215626 saylı akt tərtib edilmişdir. Bundan sonra 18.11.2020-ci il tarixdə “xxxx “ ASC-nin Ncftşala rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən onun ünvanına xəbərdarlıq göndərilməklə 1368 ,82 manat debitor borcumun olmağı iddiaçıya bildirilmiş və 22.11.2020-ci il tarixədək ödənilmədiyi təqdirdə enerji təchizatının dayandırılması qeyd edilmişdir. İddiaçı hesab edir ki, cvabdehin əməkdaşları tərəfindən ona təyin olunmuş cərimə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, yuxanda qeyd edildiyi kimi obyekt hazırki vaxta qədər fəaliyyət göstərməmiş, fəaliyyət göstərdiyi hissədə elektrik enerjisinin sərfıyvatına görə ödəniş vaxtı-vaxtında həyata keçirilmişdir.Tərəfindən obyektin sayğacına heçvaxt müdaxilə edilməmiş , cavabdeh təçkilatın nümayəndələri tərəfindən tərtib edilmiş aktda qeyd edilən kənar xətt mövcud olmamışdır. 07.10.2020-ci il tarixdə yazılmış akt hal şahidlərinin iştirakı olmadan tərtib edilmiş , nə iddiaçı nə də ki nümayəndəsi həmin aktı imzalamamışlar. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, cavabdehin nümayəndələri qanunsuz yoxlama keçirtməklə Prezidentin 13.04.2010-cu il tarixli Fərmanının 1.2-ci bəndinin tələblərini kobud şəkildə pozmuşlar. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəylə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, 07 oktyabr tarixdə iddiaçının obyektinə baxış keçirilib, saygac obyektin daxilində baglı yerdə olub. Nəzarətçi iddiaçıya həmin baglı yeri açmasını təklif edib, iddiaçı nəzarətçini bir saat gözlətdikdən sonra açarı nəzarətçiyə təqdim edib və iddiaçının iştirakı ilə həmin obyektin daxilində olan saygaca baxış keçirilib. Baxış zamanı saygaca kənar xəttin qoşulu olması müəyyən edilib və abonentə 365 günlük sərfiyyat yazılıb. Yoxlamanın reyestrdə qeydə alınması təmin edilməmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 oglu ifadəsində bildirdi ki, xxxx ASC -də nəzarətçi işləyir, iddiaçıya məxsus saygac obyektin daxilində idi. Onlar iddiaçının obyektinə yaxınlaşıb saygaca baxış keçirməyi təklif etmişlər. Əvvəlcə saygac olan otagın baglı oldugunu və başqa vaxt gəlmələrini demişlər. Sonra isə bir saat gözlədikdən sonra açarı onlara təqdim etmişlər. İddiaçının iştirakı ilə saygaca baxış keçirmişlər və bu zaman saygaca kənar xəttin qoşuldugunu müəəyən edərək akt tərtib etmişlər. Baxış keçirilən zaman video çəkiliş aparmışlar. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 07 oktyabr 2020-ci il tarixli NDQ seriyalı 008111 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə baxış keçirilmiş və baxış zamanı sayğac sxemindən kənar faz xətti aşkar edilmişdir. 10 noyabr 2020-ci il tarixli xxxx ASC-nin Akt komissiyasının sədrinin icra vərəqindən görünür ki, iddiaçıya yoxlama zamanı obyektə saygac sxemindən kənar faza xətti daxil olması səbəbindən 1300,86 manat borc məbləgi hesablanmışdır. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya NDQ seriyalı 008111 saylı akta əsasən 1300,86 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş və yoxlama zamanı obyektdə saygac sxemindən kənar faza xətti aşkar olunaraq NDQ seriyalı 008111 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 008111saylı akta əsasən 1300,86 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 1300,86 manat borc hesablanmış, iddiaçı isə 1368,82 manatın silinməsini tələb edir. Məhkəmə hesab edir ki, 1300,86 manat borc silinməklə iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 1300,86 manat borc silinməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 28,51 manat məbləği «xxxx» Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, qalan 1,49 manat məbləği isə İddiaçı aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 1300,86 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 28,51 manat məbləği «xxxx» Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, qalan 1,49 manat məbləği isə İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-2644/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2644/2021
13.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver