Məhkəmə qərarları › İş №2-2(113)-2741/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2741/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2741/2020 09.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Bakı şəhər Vergilər Departamentinin Cavabdeh qarşı cavabdehin dövlət büdcəsinə olan 91701,62 manat borcunun mülkiyyətində olan VAZ21043 markalı **-SG-*** dövlət nömrə nişanlı, NİSSAN CEFİRO markalı**-TM-*** dövlət nömrə nişanlı, NİSSAN SUNNY markalı **-CO-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Vergilər Departamenti Cavabdeh qarşı cavabdehin dövlət büdcəsinə olan 91701,62 manat borcunun mülkiyyətində olan VAZ 21043 markalı **-SG- *** dövlət nömrə nişanlı, NİSSAN CEFİRO markalı**-TM-*** dövlət nömrə nişanlı, NİSSAN SUNNY markalı **-CO-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli 2-iqt-(81)- 1025/2013 saylı qiyabi qətnaməsi ilə Cavabdeh məxsus VAZ 21043 markalı **-SG-*** dövlət nömrə nişanlı, NİSSAN CEFİRO markalı**-TM-*** dövlət nömrə nişanlı, NİSSAN SUNNY markalı **-CO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin satılmaqla vergi borcuna yönəldilməsi, satışdan əldə olunan gəlir hesabına cavabdehin dövlət büdcəsinə olan 91701,62 manat vergi borcunun ödənilməsi, cavabdehdən əlavə olaraq 10 manat dövlət rüsumunun dövlət gəlirlərinə tutulması qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2-iqt-(81)- 1025/2013 saylı qərardadı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2013cü il tarixli 2-iqt-(81)-1025/2013 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2-iqt-(81)- 1025/2013 saylı qərardadı ilə, iş üzrə icraat dayandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-iqt-(81)-1025/2013 saylı qərardadı ilə, iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, vergi orqanına borcu yoxdur, borcu silinmişdir. Məhkəmə iddia ərizəsi üzrə materialları tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyaların dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir; 89.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. Məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsi ümumi qaydada vergi orqanlarının vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququnun realizə imkan və qaydaları isə Vergi Məcəlləsinin 89 və 90-cı maddələri ilə tənzimlənmişdir. Həmin Məcəllənin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınması məqsədi ilə siyahıya alımış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı vergi orqanı yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edə bilərdi. Qanunverici onu da nəzərə almışdır ki, vergi orqanı öz səlahiyyətləri daxilində məhkəmədə iddia qaldırmadan da borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tuta bilər. Çünki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə görə vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Bundan əlavə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82.1 və 82.2-ci maddələrinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarında göstərmişdir ki, «… Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Vergi Məcəlləsinin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. … Belə ki, Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə görə siyahıya alınmalıdır.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhər Vergilər Departamentinin Cavabdeh qarşı cavabdehin dövlət büdcəsinə olan 91701,62 manat borcunun mülkiyyətində olan VAZ21043 markalı **-SG-*** dövlət nömrə nişanlı, NİSSAN CEFİRO markalı**-TM-*** dövlət nömrə nişanlı, NİSSAN SUNNY markalı **-CO-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməsi barədə iddia ərizəsinə dair kommersiya işinin icraatına xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar