Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2746/2021 28.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı məlumatların təqdim edilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 29.12.2011-ci il tarixdən icari qaydada daşınmaz əmlak üzrə bağladığı sığorta müqavilələrinin siyahısı və bununla bağlı alqığı sığorta haqlarının məbləği, ona 29.12.2011-ci il tarixdən ödənilmiş komisyon muzdun məbləği haqqında Bakı şəhəri 12 saylı Vəkil Bürosuna arayış verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1452/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.03.2021-ci il tarixli 2(103)- 1876/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı məlumatların təqdim edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1452/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1452/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin nümayəndəsinin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. İddiaçının iddianın baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından, həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə təmin edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki iddaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı məlumatların təqdim edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmalı və ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı məlumatların təqdim edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2746/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2746/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver