Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2855/2021 05.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “xxxx”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-nə qarşı hesabatın ləğv edilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC tərəfindən “xxxx” EAİ MMC-yə məxsus ACER Veiton Z48820G markalı 80 ədəd kompyuterlərin qiymətləndirilməsinə dair 78 saylı, 18.02.2021-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi Mingəçevir İcra Şöbəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjası Cavabdeh MMC tərəfindən xxxx” EAİ MMC-yə məxsus kompyuterlərin qiymətinin müəyyən edilməsi ilə bağlı hesabatın ləğv edilməsindən ibarətdir və onun müstəqil iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin hazırki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, o, qiymətləndirmənin nəticəsindən narazı olduğu halda, yenidən qiymətləndirilmənin keçirilməsi üçün İcra və Probasiya Şöbəsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ləğv prosesində olan “xxxx”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-nə qarşı hesabatın ləğv edilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2-2(113)-2855/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2855/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver