Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2857/2021 29.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə pul tələbinə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.738 (doqquz min yeddi yüz otuz səkkiz) manat məbləğində əsas borc, eyni zamanda gecikdirilmiş vaxt üçün hesablanan 4382.10 (dörd min üç yüz səksən iki manat on qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 14120.10 (on dörd min yüz iyirmi) manat borcun, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X4 arasında 05 mart 2019-cu il tarixdə 1232 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" MMC X3 əvvəlcədən razılaşdırılmış sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, cavabdeh isə malı qəbul edib, malın dəyərini ödəməyi, əks halda həm hesablanmış borcu, həm də hər gecikdirilən gün üçün müqavilə üzrə razılaşdırılmış penya məbləğini ödəməyi öhdəsinə götürmüşdür.Qeyd olunan müqavilə üzrə iddiaçı "xxxx" MMC X1 əsasında onu müvafiq mallarla təmin etmiş, lakin Ziyafət Pirquli bu malların dəyəri üzrə hesablanmış 9738 (doqquz min yeddi yüz otuz səkkiz) manat məbləğində vəsaitin iddiaçıya ödənilməsini həyata keçirməmişdir. Sözügedən vəsaitin iddiaçıya ödənilməsinin təmin edilməsi məqsədi ilə, X2 müraciəti və iddiaçının razılığı əsasında iddiaçı "xxxx" MMC, malları qəbul edən X4 və qeyd olunan borc öhdəliyini qəbul edən Cavabdeh arasında 17 iyun 2020-ci il tarixli, 45212 saylı “Borcun ötürülməsi və etirafı haqqında” müqavilə imzalanmış, beləliklə Cavabdeh iddiaçı "xxxx" MMC-ə 9738 (doqquz min yeddi yüz otuz səkkiz) manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin vəsaiti hissə-hissə olmaqla müəyən müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən İddiaçıya heç bir ödəniş edilməmişdir.Əlavə olaraq, sözügedən borcun ötürülməsi və etirafı haqqında müqavilənin 2.6-cı maddəsinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5%-i miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürürür. Beləliklə ödənilməmiş borc məbləği üzrə 4382.10 (dörd min üç yüz səksən iki manat on qəpik) manat məbləğində dəbbə öhdəliyi yaranmışdır.İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh qeydiyyatda olduğu ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilib.Cavabdeh 31.12.2020-ci il tarixdə pretenziya (xəbərdarlıq) məktubunu şəxsən qəbul etsə də, bu günədək MMC-yə heç bir məbləğ ödəməmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh müqavilədə tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələrin, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll etməyə çalışmalı olması qeyd olunsa da iddiaçı tərəfindən buna riayət edilmədiyini, əlavə olaraq qarşısıalınmaz (fors-major) hallar nəticəsində müqavilənin icrası mümkün olmadıqda, tərəflər bu müqavilədən irəli gələn öhdəliklərin icrasından azad edilmələri razılaşdırılmasına baxmayaraq, iddiaçı tərəfindən buna riayət edilmədiyini qeyd etmişdir. Əlavə olaraq cavabdeh məhkəməyə izahatında hazırda məktəblərin açılmasına baxmayaraq bufetlərin fəaliyyət göstərmədiyini nəzərə alınmalı olmasını bildirmiş, qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “satıcı” "xxxx" MMC, “alıcı” X4 olmaqla 05 mart 2019-cu il tarixdə 1232 nömrəli alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “satıcı” müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə “alıcı”nı malla təmin etməyi, “alıcı” isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. “borcu ötürən” X4, “kreditor” İddiaçı MMC, “borcu qəbul edən” Cavabdeh olmaqla 17 iyun 2020-ci il tarixli, 45212 saylı “Borcun ötürülməsi və etirafı haqqında” müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən “borcu ötürən”, “kreditor” ilə aralarında olan alğısatqı münasibətləri çərçivəsində yaranmış 9738 (doqquz min yeddi vüz otıız səkkiz manat) manat miqdarında borcu və borcun verilməsi ilə bağlı bu müqavilə və qanunvericilik ilə təsbit edilmiş bütün vəzifələri “Borcu qəbul edən” tərəfə tam şəkildə ötürür. “borcu qəbul edən” “Borcu ötürən”in “kreditorda olan 9.738 (doqquz min yeddi yüz otuz səkkiz manat) AZN miqdarında borc məbləğini və borcu ödəmək vəzifəsini qəbul etdiyini bəyan edir. “borcu qəbul edən”, “kreditora”a 9738 (doqquz min yeddi yüz otuz səkkiz manat) AZN məbləğində borcunun olduğunu etiraf edərək, borcun və “Borcu ötürən”in sahib olduğu bütün vəzifələrin “Borcu qəbul edən”ə keçməsinə razılığını bildirir. 1.5 bəndə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, “Borcu qəbul edən borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0,5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. 2.1ci bəndə əsasən “borcu qəbul edən” 9.738 (doqquz min yeddi yüz otuz səkkiz manat) manat borc məbləğini 16.06.2020-ci il tarixdən etibarən 6 (altı) ay ərzində aylıq 1623 (bir min altı yüz iyirmi üç manat) AZN ödəniş etməklə tam olaraq ödəməyi öhdəsinə götürür. 2.6-cı bəndə əsasən qalıq borc məbləği bu Müqavilə ilə müəyyən adilmiş son tarixə tam ödənilmədikdə, “Borcu qəbul edən” borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümümi borc məbləğinin 0,5% miqdarında dəbbə pulunu qəbul edənə ödəməyi öhdəsinə götürür. İddiaçı MMC tərəfindən ünvanlanan pretenziya məktubunda 9738 (doqquz min yeddi yüz otuz səkkiz manat) manat məbləğində borcu 29.12.2020-ci il tarixədək İddiaçı MMC-yə ödənilməsi tələb olunmuş, əks halda tələb olunan məbləğin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC və X4 arasında alğısatıqısı müqaviləsi bağlanmışdır. Daha sonra İddiaçı MMC "xxxx" MMC-nin hüquqi varisi olmuş və İddiaçı MMC, X4 və Cavabdeh arasında 9738 (doqquz min yeddi vüz otıız səkkiz manat) manat məbləğində borcun etirafına dair müqavilə imzalanmış və hazırki iş üzrə cavabdeh qeyd olunan məbləğin hissə-hissə ödənilməsini üzərinə götürmüşdür. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən ümumi borc məbləğinin 0.5%-i miqdarında dəbbə pulunun ödənilməsini də tələb etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə dəbbə pulunun 438 manat məbləğində azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9738 (doqquz min yeddi yüz otuz səkkiz manat) manat əsas borc, 438 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9738 (doqquz min yeddi yüz otuz səkkiz manat) manat əsas borc, 438 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2857/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2857/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver