Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2877/2023 06.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, pul və qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı MTK-ya qarşı “dəymiş ziyanın ödənilməsi, qanunsuz arakəsmənin sökülməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: müqavilənin etibarsızlığı, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, pul və qeyriyaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və qanunsuz arakəsmənin sökülməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Pilot İnşaat-A” MTK (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “müqavilənin etibarsız hesab edilməsi, pul və qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 06QYS saylı, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh mülkiyyətində olan “Badi-Kubə” t/h kiçik müəssisəsinin tikiş sexinin texniki pasportuna əsasən dəqiq sahəsinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh 329994 manat məbləğində pul ödənilmək şərtilə, aldatma yolu ilə Cavabdeh tərəfindən İddiaçı MMC (hazırda MTK) arasında bağlanmış 06QYS saylı 26 yanvar 2018ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü blokun, 1ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 185000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MTK tərəfindən Cavabdeh 329994 manat kompensasiya ödənilməsi və Cavabdeh tərəfindən aldatma yolu ilə İddiaçı MMC (hazırda MTK) arasında bağlanmış 06QYS saylı, 26 yanvar 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh İddiaçı MTKnın Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blokun, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 185000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli sərəncamına əsasən İddiaçı MMC (hazırda MTK) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC (hazırda MTK) ilə Cavabdeh arasında 06QYS saylı, 26 yanvar 2018-ci il tarixli müqavilə imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə, Cavabdeh Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 010807 saylı, xx.xx.1998-ci il tarixli Şəhadətnaməyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 108.0 kv.m-dan ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verir. Həmin Müqavilənin 1.1.2-ci və 1.1.3-cü bəndlərinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü blokun, 1-ci mərtəbəsində, ümumi sahəsi 130 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi verilir. Həmin sahənin 27.0 kv.m. hissəsinin əvəzi olaraq 110 000 manat pul nəğd şəkildə müqavilə imzalandığı gün Cavabdeh ödənilməyi nəzərdə tutulmuş və həmin məbləğ müqavilə imzalandığı gün ödənilmişdir. Müqavilənin 2.1-ci bəndinin tələblərinə görə, müqavilə bağlandıqdan sonra əmlak mülkiyyətçisi təqdim etdiyi əmlakla bağlı hüquqi sənədləri və yüklü olmaması barədə arayışı (forma-1) tikinti şirkətinə təhvil verməli idi, lakin Cavabdeh forma-1 alıb təqdim etməmiş, müxtəlif bəhanələrlə yayınmışdır. Bildiyiniz kimi, forma 1 -də əmlakın sahəsi və digər göstəriciləri tam əks olunur. Həmin sənəd təqdim etmədiyi üçün, tərəfimizdən hətta birbaşa AR ƏMDK yanında DƏDRX-ə müraciət edilmiş, verilən xx.xx.2020-ci il tarixli cavab məktubunda daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayış yalnız hüquq sahibinə verildiyi bildirilmişdir(məhkəməyə məktııb tərəfimizdən təqdim edilmişdir). Cavabdeh tərəfindən hazırki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən daşınmaz əmlakın texniki pasportunun təsdiqlənmiş surəti təqdim edilmişdir. xx.xx.1997-ci ildə tərtib edilmiş texniki pasportunun ümumi məlumatlar, tikilinin eskizi, təsnifatında 45.4 kv.m. əsas sahə və 44.4 kv.m köməkçi sahə olmaqla, cəmi 89.8 kv.m. ümumi sahəsi olduğu göstərilir. Beləliklə, bir daha bəlli olur ki, Cavabdeh etibarımızdan sui-istifadə edərək, çaşdıraraq 89.8 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsini müqavilədə 108.0 kv.m. kimi göstərmiş və 108.0 kv.m.-nin üzərinə 20 % əlavə gəlməklə 130.0 kv.m. sahə ona ayrılmışdır. Halbuki qanuni sahəsi 89.8 kv.m. olduğu üçün, üzərinə 20 % gəlinməklə, ona veriləsi sahə yuvarlaq 108.0 kv.m təşkil edir. Hazırda müqavilə ilə 27.0 kv.m.-nin dəyəri olan 110 000 manat (hər kv.m. sahə üçün 4074 manat razılaşdırılmışdır) pul aldığını nəzərə alınaraq, ona 81.0 kv.m ümumi sahəsi olan daşınmaz əmlak düşür (108-27=81), həmin əmlakın da dəyəri hesablanmaqla ona ödənilməlidir. Beləliklə, 81.0 kv.m. daşınmaz əmlakında dəyəri eyni qaydada hesablanmaqla (daşınmaz əmlakın söküldüyünü nəzərə alınaraq) 329 994 manat məbləğində pul verilməklə (81x4074=329994) 06QYS saylı, 26 yanvar 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Bundan əlavə, ilk iddia üzrə cavabdeh- Cavabdeh müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa etdiyimiz çoxmənzilli yaşayış binasının 3-cü blokun, 1-ci mərtəbəsində ayrılmasına baxmayaraq, Cavabdeh tərəfindən mübahisənin məhkəmə müstəvisinə çıxartdığımızı görüb 2020-ci i İn iyul ayında ölkədə olan pandemiya vəziyyətindən suiistifadə edərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa etdiyimiz çoxmənzilli yaşayış binasının 2-ci blokun, 1-ci mərtəbəsində 100 kv.m. üzərində olan bir sahəni zəbt etmiş, həmin sahəni saxtakarlıq edərək, əvvəlki daşınmaz əmlakın sənədləri əsasında ayrı-ayrı şəxslərlə icarə müqavilələri bağlayaraq 5000 manat və daha çox qiymətə icarəyə vermiş, dəfələrlə ona bu qanunsuzluğu aradan qaldırılması, müvafiq razılığa gəlinməsi, mübahisənin bitirilməsi niyyəti ilə barışıq sazişinin bağlanması, faktiki istifadəsində olan sahənin ya boşaldılması, ya da adına (37 ay x 5000=185000) rəsmiləşdirilməsi, müqavilədə müvafiq dəyişikliklərin edilməsi barədə çoxsaylı cəhdlərimiz nəticəsiz qalmışdır. Hazırda həmin sahə boşaldılaraq təhvil verilməli, əsassız varlanma nəticəsində əldə edilmiş 185000 manat Cavabdeh alınaraq İddiaçı MTK-ya qaytarılmalıdır.
5. Cavabdeh İddiaçı MMC-yə (hazırda MTK) qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edərək və qarşılıqlı iddianın təmin edərək, cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 26 yanvar 2018-ci il li 06QYS saylı müqavilənin tələblərinin tam yerinə yetirilməməsi nəticəsində cavabdehin ona vurduğu zərərin əvəzi olan 111.500 (yüz on bir min beş yüz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, həmin müqavilə üzrə cavabdehin ona təhvil verdiyi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sahənin hündürlüyü hesabına hündürlüyün bölünməsi nəticəsində tikilmiş, tikinti layihəsində nəzərdə tutulmayan, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “Pilot İnşaat-A" MMC ilə aralarında bağlanmış 26 yanvar 2018-ci il tarixli 06QYS saylı müqavilənin 1.1.2 və 1.1.3-cü bəndlərinin tələblərinə görə, tikinti şirkəti, yəni hazırkı qarşılıqlı iddia üzrə cavabdeh olan “Pilot İnşaat-A" MMC ünvan 3 ünvanında yerləşən əmlak mülkiyyətçisinin, yəni ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə isə iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək Səməd Vurğun küçəsində 3cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 103 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini əmlak mülkiyyətçisinin mülkiyyətinə verir. Bu müqavilənin 2.2.5-ci bəndinin tələbinə görə, cavabdeh müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini ona təhvil verməlidir. Lakin cavabdeh sözügedən öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, cavabdehin həmin müqavilə üzrə ona 2020-ci ilin iyul ayının sonlarında təhvil verdiyi qeyriyaşayış sahəsinin - Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 69 ünvanında 2-ci binadakı 6 saylı mağazanın ümumi sahəsi müqavilədə göstərilən 103 kv.m. ölçüyə uyğun deyil. Mağazanın hazırkı ölçüləri 18.40 m * 5.20 m olmaqla sahəsi təqribi 96 (dəqiq 95.68) kv.m.-dir. O, bunu cavabdehə dedikdə, cavabdehin nümayəndəsi mağazanın sahəsinin düz olduğunu, həm də başqa mağazaların olmadığını və onun üçün nəzərdə tutulmuş mağazanın məhz bu mağaza olduğunu bildirdi. Beləliklə, hazırda ona verilmiş qeyriyaşayış sahəsi 96 kv.m.-dir ki, bu da müqavilə üzrə cavadehin öhdəsinə götürdüyü sahədən 7 kv.m. azdır. Hesab edir ki, cavabdehin müqavilə üzrə olan bu öhdəliyini tam yerinə yetirməməsi nəticəsində ona vurulmuş zərərin əvəzi - 7 kv.m. sahənin hazırkı real bazar dəyəri olan 105.000 manat pul cavabdehdən alınaraq ona ödənilməlidir. Ona təhvil verilməli olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehin yerinə yetirmədiyi digər öhdəliyi onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini təsdiq olunmuş tikinti layihəsinə uyğun şəkildə ona təhvil verməməsi ilə bağlıdır. Belə ki, cavabdeh 2020-ci ilin iyul ayının sonunda 6 saylı mağazanı ona təhvil verərkən etiraz etdiyi digər məqam mağazanın hündürlüyünün metal konstruksiya ilə bölünməsi, onun sahəsinin hündürlüyü hesabına əlavə sahənin yaradılması olmuşdur. Cavabdeh müqavilə üzrə ona verilməsini nəzərdə tutduğu qeyri-yaşayış sahəsininin hündürlüyünü onun icazəsi olmadan, eləcə də, təsdiq olunmuş tikinti layihəsinə zidd olaraq metal konstruksiya ilə iki yerə bölmüş, onun sahəsinin hündürlüyünü kiçiltmiş, yuxarı hissəni qanunsuz olaraq ələ keçirərək zəbt etmişdir. Cavabdeh həmin metal kostruksiyanın söküləcəyi və sahənin tam şəkildə ona təhvil veriləcəyi barədə vəd versə də, vədinə əməl etməmişdir. Hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətinə son qoyulmalı, cavabdehin ona təhvil verdiyi qeyri-yaşayış sahəsində sahənin hündürlüyü hesabına tikdiyi arakəsmə (tavan) onun hesabına sökülməli və qeyri-yaşayış sahəsinin hündürlüyü tikinti layihəsində nəzərdə tutulmuş ölçüyə uyğunlaşdırılmalıdır. Cavabdehin müqavilə üzrə pozduğu digər öhdəliyi isə müqavilənin 1.2-ci bəndindən irəli gəlir. Həmin bəndin tələbinə görə cavabdeh onu qeyriyaşayış sahəsi ilə təmin edənədək ona aylıq 1300 manat icarə haqqı ödəməlidir. Lakin cavabdeh 2020-ci ilın mart, aprel, may, iyun və iyul ayları olmaqla 5 ay üçün ona həmin icarə haqqını verməmişdir. Bu öhdəliyin pozulması nəticəsində ona 1300*5=6500 manat zərər vurulmuşdur.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-146/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2018ci il tarixli müqavilə etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə, qarşılıqlı iddia isə təmin edilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6861 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-146/2022 saylı qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2877/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilmişdir. II. Tərəflərin mövqeləri:
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Paşayev ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddia ərizəsinə verilmiş son dəqiqləşdirmə ərizəsində göstərilən tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia tələbinə etiraz etdiyini, qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İzahatında göstərdi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, lakin cavabdeh həmin müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməmiş, dəfələrlə ona şifahi qaydada müraciət edilib müqavilənin 2.1.1-ci bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi təklif edilsə də, həmin sənədlər iddiaçıya təqdim edilməmişdir. Bina sakinləri ilə kütləvi şəkildə müqavilələr imzalandığı üçün tərəflərindən müqavilələr tərtib edilib sakinlərlə imzalandıqdan sonra həmin qeyriyaşayış obyektinin sənədlərinin təqdim edilməsinin tələb edilməsinə başlanılmış, iddia ərizəsi verilməzdən əvvəl, yəni 2020-ci ildə DƏDRX xidmətinə rəsmi sorğu verilmiş, sonradan müəyyən edilmişdir ki, iddiaçı aldanmış, qeyri-yaşayış sahəsinin ərazisi müqavilədə düzgün göstərilməmişdir. Həmin binada söküntü işlərinə müqavilə imzalandıqdan təxminən 1 və 1,5 il sonra başlanılmış, 2020-ci ilin yay aylarında qeyriyaşayış sahəsi cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh ona aid olan 3-cü blok, 1-ci mərtəbədə deyil, 2-ci blok, 1-ci mərtəbədə olan qeyri-yaşayış sahəsinə yerləşmiş, ona məxsus olan sahə isə tərəflərindən digər şəxsə (Rəna Zeynalova) verilmişdir. Məhkəməyə gec müraciət edilməsinin səbəbi isə tərəflər arasında uzun müddət davam edən danışıqlar olmuşdur. İddiaçı aldanıldığı, yanıldığı üçün müqavilə etibarsız hesab edilməli, cavabdehə 329994 manat tərəflərindən kompensasiya ödənilməklə, cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılmalı, onu iddiaçıya təhvil verməli, bundan əlavə, qeyri-yaşayış sahəsini icarəyə verib əldə etdiyi gəliri də əldən çıxmış fayda kimi iddiaçıya ödəməlidir. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə bağlı bildirdi ki, qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilməzdən əvvəl artıq tikinti-quraşdırma işləri tamamlanmış, cavabdeh ora yerləşdikdən sonra hər hansı tikinti işləri aparılmamış, hər hansı arakəsmə tikilməmiş, tikinti layihəsinə uyğun inşa edilmiş bina artıq istismara qəbul edilmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilən dövr üzrə (2020-ci ilin 5 ayı) icarə haqlarının tərəflərindən ödənilməməsinin səbəbi isə həmin vaxt ölkədə karantin rejiminin olması ilə bağlı olmuşdur. Bu səbəbdən qarşılıqlı iddia tələbləri əsassızdır.
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini, ilk iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilənin mətni bilavasitə iddiaçının özü tərəfindən tərtib edilmiş, mətnindən də göründüyü kimi, həmin sahəyə aid olan hüquqmüəyyənedici sənədlərə istinad edilmişdir. Müqavilə bağlanan zaman sahəyə aid olan bütün sənədlər iddiaçıya təqdim edilmiş, müqavilə bağlanmazdan əvvəl iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi dəqiqliklə ölçülmüş, müqavilədə də həmin ölçdüyü sahə göstərilmişdir. Həmin binada söküntü işləri aparılmış, tikilmiş qeyri-yaşayış sahəsi 2020-ci ilin yay aylarında iddiaçının özü tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən özbaşına olaraq zəbt edilməmişdir. İddia ərizəsinə dəqiqləşmə verilənə qədər iddiaçı cavabdehin ona ayrılmış qeyri-yaşayış sahəsinə deyil, başqa blokda olan sahəyə köçməsi ilə bağlı hər hansı fikir səsləndirilməmiş, ilk iddia ərizəsi veriləndə də bu barədə hər hansı qeyd verilməmişdir. Cavabdehlə müqavilə bağlanan zaman onlara təqdim edilmiş layihə sənədlərində qeyri-yaşayış sahəsində hər hansı arakəsmə nəzərdə tutulmamış, layihə sənədlərinə sonradan edilmiş dəyişikliklərdən məlumatsız olmuşlar. Belə ki, iddiaçıya ilkin olaraq məxsus olmuş qeyri-yaşayış sahəsinin hündürlüyü texniki pasportdan da göründüyü kimi, 4 metrdən artıq olmuş, lakin hazırda onlara təhvil verilmiş sahənin hündürlüyü texniki pasportdakı hündürlükdən aşağıdır. Belə ki, iddiaçı tərəfindən sahə cavabdehə təhvil verildikdən sonra qanunsuz arakəsmə (şvellerdən istifadə edilməklə) inşa edilmiş, cavabdehə məxsus olan sahənin hesabına yeni sahə düzəldilərək başqa şəxsə verilmişdir. Bu səbəbdən həmin qanunsuz arakəsmə sökülməlidir. Bundan əlavə, cavabdehə təhvil verilmiş sahə müqavilə ilə nəzərdə tutulmuş sahənin ölçülərindən az olmaqla verilmiş, bu səbəbdən təhvil verilməyən sahə ilə bağlı kompensasiya ödənilməlidir. Daha sonra nümayəndə bildirdi ki, cavabdehə qeyri-yaşayış sahəsi təhvil verilənə qədər 5 ayın (2020-ci ilin mart, aprel, may, iyun, iyul ayları) icarə haqları ödənilmədiyi üçün cavabdehə həmin ayların pulu (6500 manat) da ödənilməlidir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:
15. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçir-sinlər: mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yasadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və XX əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 nəfərdən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün cəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti xətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi qərara alınmışdır.
16. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının Sərəncamından görünür ki, Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li Qərarını rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən RİH-ə ünvanlanmış xx.xx.2016-cı il tarixli xx/xx-1068 №-li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə Ş.Əzizbəyov, S.Vurğun,Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir.
17. Nəsimi Rayon İcra Hakimiyyəti ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 tevral 2016-ci il tarixli Qərarını, NK Qərarında əsas məqsədin Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində - abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması olduğunu; Şirkətin NK Qərarının icrası və məqsədinə nail olunması üçün bütün imkanalara malik olması ilə əlaqədar bəyanat və zəmanətlərini; İcra Hakimiyyətinin NK Qərarının icrası və məqsədinə nail olunması üçün Şirkətin təklifini qəbul etməsini nəzərə alaraq, Şirkət tərəfindən Nəsimi rayonu Salatın Əsgərova, Mərdanov qardaşları,Şamil Əzizbəyov və Səməd Vurğun küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların (yaşayış və qeyri yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəyyənləşirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması barədə razılıq olmuşdur.
18. Tərəflər arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli 06QYS saylı müqavilədən görünür ki, “Tərəflər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda razılığa gəldilər: “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.1998-ci il tarixində, 26 saylı reyestr kitabında 30 səhifə, qeydiyyat 10807 nömrəsi ilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə tərəfindən verilmiş Seriya №010807” ilə öz mülkiyyətindəki ünvan 4 ünvanında yerləşən 108,0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "Pilot İnşaat-A” MMC-yə təhvil verir, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evininin birinci mərtəbəsində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul edir. - “Tikinti şirkəti” ünvan 4 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürrnərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 130,0 m2-dən ibarət təmirsiz qeyri yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verir. - “Əmlak mülkiyyətçisi”-nin xahişini nəzərə alaraq “Tikinti şirkəti” 103,0 kv.m-dən ibarət təmirsiz qeyri yaşayış sahəsini və qalıq kimi 27,0 kv.m-dən ibarət qeyri yaşayış sahəsinin əvəzi olaraq 110 000 manatı nəğd şəkildə bu “Müqavilə”'imzalandığı gün ödəməyi üzərinə götürür.
19. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak miilkiyyətçisi”-ni qeyri yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyəti təmin etmək məqsədi ilə “Əmlak mükiyyətçisi”-nə aylıq 1300 manat məbləğində icarə haqqını 26 yanvar 2018-ci il tarixindən etibarən əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.
20. Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh “Badi Kubə” t/h kiçik müəssisəsinin tikiş sexini satın almışdır. Əmlakın ümumi satış qiyməti 33.623000 manat təşkil etmiş, dövlət əmlakının alınması nəticəsində dövlət büdcəsinə 8.574000 manat pul köçürülmüşdür. Bu şəhadətnamə ilə rəsmiləşdirilən “Badi Kubə” t/h kiçik müəssisəsinin tikiş sexi alıcının toxunulmaz mülkiyyətidir.
21. X5 MMC tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli 067 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 69 ünvanda yerləşən ümumi sahəsi 103.0 kv.m olan qeyri-yaşayış sahəsinin 1 kv.m-nin bazar dəyəri 10050 manat müəyyən edilir.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli 10/3828 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 69 ünvanında yerləşən qeyriyaşayış sahəsinin faktiki ümumi sahəsi 96,2m2, həmin qeyri-yaşayış sahəsinin daxili arakəsmələrin sahəsi nəzərə alınmaqla sahəsi hesablandıqda 98,05m2 (18,5*5,3) təşkil etdiyi müəyyən olunur. Baxış zamanı təqdim olunmuş qeyri-yaşayış sahəsinin ekspertizaya təqdim olunmuş, 03 noyabr 2016-cı il tarixdə Bakı şəhər Nəsimi rayon icra hakimiyyəti ilə razılaşdırılmış yaşayış binasının eskiz layihəsində 2 saylı yaşayış binasının 7-8 oxları arasında, birinci mərtəbədə göstərilmiş sahəyə uyğun gəldiyi müəyyən olunur. Təqdim olunmuş Eskiz layihəsinə qeyri-yaşayış sahəsinin yerləşdiyi 2 saylı yaşayış binasının kəsik hissəsi əlavə olunmadığından həmin qeyri-yaşayış sahəsinin hündürlüyünün (3,25 metr) Eskiz layihəsinin uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
23. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi (satıcı) ilə “Badi-Kubə” t/h kiçik müəssisəsinin tikiş sexinin işçisi Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.1998-ci il tarixli 12520 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə bu müqavilədə göstərilən şərtlərlə Bakı şəhəri, S.Vurğun küçəsi 69-da yerləşən “Badi-Kubə” t/h kiçik müəssisəsinin tikiş sexini auksiondan satış qiyməti ilə 28580000 manata satın alır.
24. 13 mart 1998-ci il tarixli 6 nömrəli auksion protokolundan görünür ki, S.Vurğun küçəsi, 69 ünvanında yerləşən “Badi-Kubə” t/h tikiş sexi Cavabdeh tərəfindən 28580000 manata alınmışdır.
25. "xxxx" MMC tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli SN 34 nömrəli qiymətləndirmə hesabatından görünür ki, X3 məxsus ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin təmirsiz olaraq 1 m2 üçün müqayisəli satışlar metodunundan istifadə etməklə 25 iyul 2022-ci il tarixə orta bazar dəyəri 4470 manat təşkil edir.
26. Əmlak Espert Mərkəzi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli ƏEM/F21- 104/21 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 69 ünvanında yerləşən yaşayış sahəsinin 1 kv.metr üçün 03 fevral 2021-ci il tarixinə bazar dəyəri 3500 manat təşkil edir.
27. ünvan 4 ünvanında yerləşən “Badi-Kubə” t/h tikiş sexi ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair Cavabdehla Müşfiq Çəltikov arasında 09 avqust 2022-ci il tarixdə 1 illik müddətinə, aylıq 1000 manat icarə haqqı olmaqla icarə müqaviləsi bağlanmışdır.
28. Belə ki, məhkəmə ilk öncə ilk iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir.
29. Belə ki, ilk iddia ərizəsində qoyulmuş tələblərdən biri tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və etibarsızlığın nəticələrinin tətbiq edilməsindən ibarətdir.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
32. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.https://eqanun.az/framework/46944
35. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
36. 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
37. 354.2-cü maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə müqavilə imzalanmış, iddiaçı tərəfindən cavabdehə məxsus qeyriyaşayış sahəsi sökülərək əvəzində yeni qeyri-yaşayış sahəsi inşa edilmiş, 2020-ci ilin iyul ayında cavabdehə təhvil verilmiş, müqavilədə müəyyənləşdirilmiş qalıq sahənin (27 kv.metr) dəyəri (110000 manat) müqavilə bağlandıqdan sonra, habelə müqavilə üzrə 2020-ci ilin mart ayına qədər müqavilənin 1.2-ci bəndinə göstərilmiş aylıq 1300 manat məbləğində icarə haqqı isə davamlı olaraq cavabdehə ödənilmişdir.
39. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir.
40. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər.
41. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırır.
42. Belə ki, iddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.
43. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.
44. Məhkəmə iddiaçının cavabdeh tərəfindən aldadılması, cavabdeh tərəfindən ona qeyri-yaşayış sahəsinin real sahəsi barədə yanlış məlumat verilməsi, habelə sahəyə aid olan hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi barədə dəlillərini ağlabatan və inandırıcı hesab etmir.
45. Belə ki, iddiaçı həmin sənədlərin iddiaçıdan mübahisə yaranana qədər tələb edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəməyə müqavilə bağlandıqdan iki il sonra müraciət edilməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir.
46. Bundan əlavə, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin sənədlərin müqavilə bağlanmazdan əvvəl öyrənilməməsinin səbəbini MMC-nin səhlənkarlığı ilə izah etmişdir.
47. Materiallardan görünür ki, həmin sənədlərlə bağlı yalnız xx.xx.2020-ci ildə (iddia ərizəsi məhkəməyə daxil olmazdan əvvəl) DƏDRX-yə müraciət edilmişdir.
48. Bundan əlavə, məhkəmə iclasında tərəflərin nümayəndələrin izahatlarından xx.xx.2018-ci il tarixli müqavilənin mətninin iddiaçı tərəfindən tərtib edildiyi müəyyən edilmiş, habelə həmin müqavilənin 1.1.1-ci bəndində cavabdehə məxsus şəhadətnaməyə istinad edilmişdir.
49. Beləliklə, məhkəmə hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi barədə ilk iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.
50. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.
51. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
52. Məhkəmə ilk iddia tələbini müqavilənin etibarsız hesab edilməsi hissəsində qanunsuz və əsassız hesab etdiyindən onunla bağlı olan digər tələblərin (etibarsızlığın nəticələrinin tətbiq edilməsi və əldən çıxmış faydanın tutulması hissələri üzrə) əlavə əsaslandırılma aparılmasına zərurət görmür, qalan hissədə də ilk iddia tələblərinin təmin edilməli olmaması qənaətinə gəlir.
53. Əlavə olaraq məhkəmə qeyd edir ki, ilk iddiaçı ilkin olaraq 2020-ci ildə iddia ərizəsi verərkən cavabdehin ona aid olan blokda deyil, 2-ci blokda olan qeyri-yaşayış sahəsinə yerləşməsi barədə məlumat verməmiş, həmin sahədən çıxarılması barədə iddia tələbi irəli sürməmiş, yalnız məhkəmə araşdırması gedişində (xx.xx.2023-cü il tarixdə) bu halı məhkəmənin diqqətinə çatdırmışdır.
54. Halbuki, iddiaçı tərəfindən 2020-ci ilin iyul ayında iddia ərizəsi tərtib edilərkən işin həmin halı barədə məlumatsız olması inandırıcı görünmür.
55. Bundan əlavə, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlarından məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi bilavasitə iddiaçının özü tərəfindən cavabdehə 2020-ci ildə təhvil verilmişdir.
56. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir.
57. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir.
58. Belə ki, qarşılıqlı iddia tələbləri üç hissədən ibarətdir: 1. xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 6500 manat icarə haqlarının ödənilməsi; 2. İddiaçı tərəfindən cavabdehə təhvil verilməmiş əlavə 7 kv.metr sahənin hazırkı real bazar dəyərinin ödənilməsi; 3. İddiaçı tərəfindən cavabdehə təhvil verilmiş qeyri-yaşayış sahəsində inşa edilmiş qanunsuz arakəsmənin (tavan) cavabdehin vəsaiti hesabına sökülməsi.
59. Məhkəmə, qarşılıqlı iddia tələblərini birinci hissədə əsaslı hesab edir.
60. Belə ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqavilənin 1.2-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən tam şəkildə icra edilmədiyini, ona 2020-ci ilin mart, aprel, may, iyun, iyul aylarının (qeyri-yaşayış sahəsi ona təhvil verilənə qədər) icarə haqlarının ödənilmədiyini bildirir, cavabdeh iddiaya həmin hissədə etiraz edərək ölkədə tətbiq edilmiş sərt karantin rejimi ilə əlaqədar ödəmələrin edilmədiyini göstərir.
61. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.
62. Belə ki, istinad edilən müqavilənin 3.3-cü maddəsinə əsasən fors-major hallarına istinad edən tərəf digər tərəfə bu barədə 3 iş günü ərzində yazılı məlumat verilməlidir.
63. İddiaçı tərəfindən istinad etdiyi fors major halla bağlı ümumiyyətlə cavabdehə məlumat verilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
64. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi 6500 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.
65. Məhkəmə qarşılıqlı iddianın ikinci hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçının həmin öhdəliyini icra edib ona müqavilə ilə nəzərdə tutulan sahədən az sahənin təhvil verilməsi nəticəsində ona 105000 manat zərər dəydiyini bildirsə də, məhkəmə cavabdehin göstərdiyi xüsusatlarla razılaşmır.
66. Belə ki, materiallarda olan cavabdehə məxsus texniki pasportun eksplikasiyasından görünür ki, cavabdehə məxsus sökülmüş tikinti sahəsinin ölçüsü 112,08 kv.metr olmuşdur.
67. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3828 saylı rəyinə əsasən cavabdehə iddiaçı tərəfindən təhvil verilmiş qeyri-yaşayış sahəsinin ölçüsü 98,05 kv.metr təşkil edir.
68. Materiallarda olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 27 kv.metr sahənin əvəzi olaraq 110000 manat vəsait ödənilmişdir. Bundan əlavə, qeyriyaşayış sahəsi cavabdeh tərəfindən təhvil alınmış, bununla bağlı iddiaçıya hər hansı irad bildirilməmiş, yalnız ilk iddia ərizəsi verildikdən sonra iddiaçıya qarşı hazırkı tələblə məhkəməyə müraciət edilmişdir.
69. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehə zərər dəyməsi halı müəyyən edilmədiyindən, habelə cavabdeh tərəfindən iddiaçıya 112,08 kv.metr sahənin əvəzinə 98,05 kv.metr sahə təhvil verilib, əlavə olaraq 27 kv.metr sahənin dəyəri ödənildiyindən (ümumilikdə 125,05 kv.metr) məhkəmə qarşılıqlı iddia tələbini həmin hissədə əsassız hesab edir.
70. Məhkəmə qarşılıqlı iddia tələbini sonuncu hissədə də əsassız hesab edir.
71. Belə ki, cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən ona təhvil verilmiş sahədə qanunsuz arakəsmənin (tavan) inşa edildiyini, həmin arakəsmənin layihə sənədlərinə zidd quraşdırıldığını, tikinti layihəsində həmin arakəsmənin nəzərdə tutulmadığını bildirmişdir.
72. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş tikinti layihəsindən görünür ki, layihə xx.xx.2018-ci il tarixdə (tərəflər arasında müqavilə bağlandıqdan iki ay sonra) Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş, tikinti obyektinin istismarına tikinti layihəsinə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa edildiyindən xx.xx.2023-cü il tarixdə icazə verilmişdir.
73. Bundan əlavə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında cavabdehə məxsus əvvəlki sahənin hündürlüyünün hazırkı sahənin hündürlüyündən artıq olduğunu, cavabdehə təhvil verilməli olan sahənin hündürlüyünün texniki pasportda göstərilən hündürlükdə olmalı olması barədə dəlili ilə razılaşmır.
74. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə təhvil verilməli olan qeyri-yaşayış sahəsinin hündürlüyü ilə bağlı hər hansı şərt müəyyən edilməmişdir.
75. Cavabdehin nümayəndəsi həmçinin həmin arakəsmənin (tavan) iddiaçı tərəfindən sahənin artıq cavabdehə təhvil verildikdən sonra inşa edildiyini, iddiaçı isə bu faktı inkar edərək, həmin tavanın betonla əvvəldən inşa edildiyini, sahə cavabdehə təhvil verildikdən əvvəl inşaat işlərinin tamamlandığını bildirmiş, cavahdeh iddia tələbinin əsası kimi istinad etdiyi həmin halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
79. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
80. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehdən 6500 manat məbləğində pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
82. Məhkəmə hesab edir ki, ilk iddia təmin edilmədiyindən, qarşılıqlı iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
83. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 350 manat təşkil edir.
84. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 50 manat hissəsi iddiaçı, 50 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 350 manat ekspertiza xərcinin 175 manat hissəsi iddiaçı, 175 manat hissəsi isə cavabdehdən tutularaq “X5” MMC-nin hesabına ödənilməlidir.
V. Nəticə:
85. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, pul və qeyriyaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilk İddiaçı MTKnın özünə aid edilsin. İddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və qanunsuz arakəsmənin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı MTK-dan 6500 (altı min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manat hissəsi İddiaçı MTK-dan, 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı 350 (üç yüz əlli) manat ekspertiza xərcinin 175 (bir yüz yetmiş beş) manat hissəsi İddiaçı MTK-dan, 175 (bir yüz yetmiş beş) manat hissəsi isə Cavabdeh tutularaq “X5” MMC-nin (hesab: AZ75PAHA40060AZNHC********** VÖEN **********, Paşa Bank” ASC KOD 505141 VÖEN ********** Müxbir hesab AZ82NABZ******************** SWİFT BİK PAHAAZ22) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova