Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2913/2020 19.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 105921,80 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/HAZ03NABZ********************4, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB VÖEN********** İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəməyə şifahi vəsatət verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatında iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı hazırda tələb olunan dövr üçün borcun silinməsi barədə (e-2-2(113)-1197/2020 nömrəli) iş vardır. Hər iki işdə eyni dövrdə yaranmış borcla bağlı iddia tələbi olduğundan, hər iki işin bir icraatda baxılması üçün və eyni vaxtda yekun qərarlarının çıxarılması məqsədi ilə hazırki e-2-2(113)-2913/2020 nömrəli işin digər e-2-2(113)-1197/2020 nömrəli işlə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin vəsatətini nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, eyni tərflər olan hər iki işdə eyni dövrdə yaranmış borcla bağlı iddia tələbi olduğundan, hər iki işin bir icraatda baxılması üçün və eyni vaxtda yekun qərarlarının çıxarılması məqsədi ilə hazırki e-2-2(113)-2913/2020 nömrəli iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1197/2020 nömrəli işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi tələbinə dair hazırki e-2-2(113)-1197/2020 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair e-2-2(113)- 1197/2020 nömrəli kommersiya mübahisəsi ilə bağlı işlə bir icraatda birləşdirilmələdir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-ci maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi tələbi barədə e-2-2(113)-2913/2020 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair e-2- 2(113)-1197/2020 nömrəli kommersiya mübahisəsi ilə bağlı işə birləşdirilsin. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-2913/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2913/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver