Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2955/2020 05.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2019cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxx 2019-cu il 1 saylı, xx xxxxxx 2019-cu il tarixli 2 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 3 saylı və xx xxxxxx 2019-cu il tarixli 4 saylı əlavələrinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 46428,20 manat, 20976 manat penya, xx xxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxxx 2019-cu il 1 saylı əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 23131,72 manat, 4140 manat penya, 30,40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 95206,32 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə 2019/6785-12 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Ukrayna mənşəli Soya Şrotunu (230400001 TNVD kodu) alıcı Cavabdeh xx xxx 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən satmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin xx xxxx 2019-cu il tarixli, 1 saylı, xx xxxxxx 2019cu il tarixli, 2 saylı, xx xxxxxxxx 2019-cu il tarixli, 3 saylı və xx xxxxxx 2019-cu il tarixli, 4 saylı əlavələrinə əsasən ümumi dəyəri 239835,20 manat olan Soya Şrotu Cavabdeh satılmış və mallar göndərilmişdir. Bu muqavilə və onun əlavələrinə əsasən sonuncu tərəfindən iddiaçıya 193407,00 manat vəsait ödənilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktından da görünür ki, cavabdehin İddiaçı MMC-yə xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 46428,20 manat borcu qalmaqdadır. Cavabdehə göndərilmiş elektron qaimələrə dair heç bir mübahisə olmamışdır. Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Müqavilənin yuxarıda qeyd olunmuş 1, 2, 3 və 4 saylı Əlavələrinin 3.1-ci maddəsinə sasən faktiki göndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə iddia qaldırılan tarixə cavabdehin İddiaçı MMC-yə müqavilə üzrə ümumilikdə 46428,20 manat borcu qalmışdır. Bundan başqa İddiaçı MMC ilə cavabdeh arasında xx xxxxxxx 2019-cu il tarixdə 2019/6785-22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Buğda (100199000 TNVD kodu) alıcı Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin xx xxxxxxx 2019-cu il 1 saylı Əlavəsinə əsasən ümumi dəyəri 33166,00 manat olan buğda Cavabdeh satılmış və mallar göndərilmişdir. Elektron qaimə cavabdehə göndərilmiş və bu qaimə mübahisələndirilməmişdir. Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Müqavilənin yuxarıda qeyd olunmuş 1 saylı Əlavəsinin 3.1-ci maddəsinə sasən faktiki göndrilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 15 təqvim günü müddətində həyata keçirilir. Bundan başqa tərəflər arasında xx xxxxxx 2020-ci il tarixli 01/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli 02/2020 saylı və xx xxxxx 2020-ci il tarixli 03/2020 saylı eyni növ qarşılıqlı tələblər üzrə əvəzləşməyə dair Razılaşma bağlanmışdır. Həmin razılaşmalara əsasən tərəflər arasında bağlanmış xx xxxxxxx 2029-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış ümumilikdə 33166,00 manat cavabdehin öhdəliyindən 10034,28 manat hissəsi əvəzləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə ümumilikdə 33166,00 manat dəyərində olan buğda cavabdehə satılmış, və bu muqavilə və onun əlavəsinə əsasən sonuncu tərəfindən iddiaçıya xx xxxxxx 2020-ci il tarixli 01/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli 02/2020 saylı və xx xxxxx 2020-ci il tarixli 03/2020 saylı eyni növ qarşılıqlı tələblər üzrə əvəzləşməyə dair Razılaşma əsasən 10034,28 manat vəsait əvəzləşdirilmişdir. Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə iddia qaldırılan tarixə cavabdehin İddiaçı MMC-yə xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə ümumilikdə 23131,72 manat borcu qalmışdır. Borcun tam olaraq ödənilməsi üçün pretenziya məktubu göndərilsədə cavabdeh borc məbləğinin tam ödənilməsini təmin etməmişdir. Müqavilənin 5.1.-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli müqavilə üzrə penyanın məbləği xx xxxxxx 2019-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövr üzrə 20976 manat, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə penyanın məbləği xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövr üzrə 4140 manat təşkil edir. Bundan başqa İddiaçı MMC hüquqi yardım göstərilməsinə dair xx xxxx 2020-cu il tarixli, 1396 saylı müqavilə və xx xxxx 2020-ci il tarixli 696272/00525 saylı ödəniş tapşırığına əsasən vəkilə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borcun mövcudluğu, həm malların təhvil – təslim aktı, həm də elektron qaimə və elektron vergi hesab fakturaları ilə təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxx 2019-cu il 1 saylı, xx xxxxxx 2019-cu il tarixli 2 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 3 saylı və xx xxxxxx 2019-cu il tarixli 4 saylı əlavələrinə əsasən 46428,20 manat əsas borc, xx xxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş xx xxxxxxx 2019-cu il 1 saylı əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 23131,72 manat əsas borcunun olmasını mübahisələndirmir və bu hissədə iddianın təmin olunmasına razıdır. Lakin penyanın ödənilməsi hissəsində iddianı qəbul etmir. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli 2019/6785-12 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Soya Şrotu satılmasını, Cavabdeh isə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin xx xxxx 2019-cu il 1 saylı, xx xxxxxx 2019-cu il tarixli, 2 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 3 saylı və xx xxxxxx 2019-cu il tarixli 4 saylı əlavələrinə əsasən ümumi dəyəri 239835,20 manat olan Soya Şrotu Cavabdeh satılmışdır. - xx.xx.2019-cu il tarixli 2019/6785-22 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən buğda satılmasını, Cavabdeh isə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin xx xxxxxxx 2019-cu il tarixli 1 saylı Əlavəsinə əsasən ümumi dəyəri 33166,00 manat olan buğda Cavabdeh satılmışdır. - xx.xx.2019-cu il tarixli, Seriya: EBAB № 209401 saylı elektron qaimənin surətindən görünür ki, 33166,00 manat dəyərində mal X1. - xx.xx.2019-cu il tarixli, Seriya: EBAC № 381685 saylı elektron qaimənin surətindən görünür ki, 46428,20 manat dəyərində mal X1. - xx xxxxxx 2020-ci il tarixli 01/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli 02/2020 saylı və xx xxxxx 2020-ci il tarixli 03/2020 saylı eyni növ qarşılıqlı tələblər üzrə əvəzləşməyə dair razılaşmalara əsasən tərəflər arasında bağlanmış xx xxxxxxx 2029-cu il tarixli alqısatqı müqaviləsi üzrə yaranmış ümumilikdə 33166,00 manat Cavabdeh öhdəliyindən 10034,28 manat hissəsi əvəzləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə ümumilikdə 33166,00 manat dəyərində olan buğda satılmış, və bu muqavilə və onun əlavəsinə əsasən sonuncu tərəfindən İddiaçı MMC-yə xx xxxxxx 2020-ci il tarixli 01/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli 02/2020 saylı və xx xxxxx 2020-ci il tarixli 03/2020 saylı eyni növ qarşılıqlı tələblər üzrə əvəzləşməyə dair Razılaşma əsasən 10034,28 manat vəsait əvəzləşdirilmişdir. - xx.xx.2020-ci il tarixli 696272/00525 saylı ödənş tapşırığına əsasən İddiaçı MMC tərəfindən vəkil xidməti üzrə 18 saylı Vəkil bürosuna 500 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin müahisəsiz hallarından göründüyü kimi tərəflər arasında xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə iki fərqli növdə malların çatdırılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/6785-12 saylı müqavilənin 1, 2. 3 və 4 saylı əlavələrinin 3.1-ci bəndinə əsasən ödəniş malların təqdim edildiyi 30 gün ərzində, xx.xx.2019-cu il tarixli 2019/6785-22 saylı müqavilənin 1 saylı əlavəsinin 3.1-ci bəndinə əsasən isə ödəniş malların təqdim edildiyi 15 gün ərzində ödənişin həyata keçirilməsi müəyyən olunmuşdur. Tərəflər arasında malların nisyə satışına dair hər hansı bir razılaşma olmasa da, cavabdeh tərəfindən öhdəlik icra olunmamış, malların dəyəri ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi və xx xxxx 2019-cu il 1 saylı, xx xxxxxx 2019-cu il tarixli 2 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 3 saylı və xx xxxxxx 2019-cu il tarixli 4 saylı əlavələrinə əsasən yaranmış əsas borc üzrə 46428,20 manat və xx xxxxxxx 2019-cu il 1 saylı əlavəyə əsasən yaranmış əsas borc üzrə 23131,72 manat borc məbləğinin ödənilməsi hissəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Lakin məhkəmə 46428,20 manat əsas borca 20976 manat və 23131,72 əsas borca 4140 manat cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən ilk dövrlərdən tam icra olunmamışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə icra müddəti bitdikdən bir neçə ay keçdikdən sonra müraciət olunmuş, yəni, bu müddət ərzində zərərin artmasına iddiaçının özü tərəfindən şərait yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 46428,20 manat əsas borca 20976 manat və 23131,72 əsas borca 4140 manat hesablanmış dəbbə pulunun məbləği azaldılaraq ilkin müqavilə üzrə 1000 manat və digər müqavilə üzrə 500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia ərizəsinə 500 manat məbləğində hüquqi xidmət haqqının ödənilməsi ilə bağlı qəbz əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 375 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 23 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbi barədə iddiası qismən təmin edilsin. Cavabdehdan xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi və xx xxxx 2019-cu il 1 saylı, xx xxxxxx 2019-cu il tarixli 2 saylı, xx xxxxxxxx 2019-cu il tarixli 3 saylı və xx xxxxxx 2019-cu il tarixli 4 saylı əlavələrinə əsasən yaranmış əsas borc üzrə 46428,20 manat, 1000 manat penya, xx xxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və xx xxxxxxx 2019-cu il 1 saylı əlavəyə əsasən yaranmış əsas borc üzrə 23131,72 manat, 500 manat penya olmaqla ümumilikdə 71059,92 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 23 manat və hüquqi yardıma görə ödənilmiş xidmət haqqının əvəzi qismində 375 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-2955/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2955/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver