Məhkəmə qərarları › İş №2-2(113)-2981/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2981/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2981/2022 07.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğv olunması, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh MMC arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən 346 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2340 nömrəli 02 mart 1998-ci il tarixli müqavilənin ləğv edilməsini, cavabdehin icarə sahəsindən çıxarılmasını və cavabdehdən 27834,42 (139172135 AZM) manat icarə haqqı borcu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 6 sentyabr 1997-ci il 629 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən 346 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2340 nömrəli 02 mart 1998-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir.İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən qeyd olunan müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığından o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Beləliklə 2340 nömrəli 02 mart 1998-ci il tarixli müqavilə üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 27834,42 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək, izahatında Cavabdeh MMC-nin 10 ay müddətinə (mart-dekabr 1998-ci il) Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən 346 m2 qeyri-yaşayış sahəsini icarəyə götürdüyünü, müqavilənin müddətinin bitdiyi günü oranı tərk etdiyini və icarə haqqının tam həcmdə ödənildiyini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh MMC arasında bağlanılan 02 mart 1998-ci il tarixli 2340 nömrəli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən 346 m2 qeyri-yaşayış sahəsi hər ay 239,15 (1195776 AZM) manat cəmi 2391,55 (11957760 AZM) manat məbləğində icarə haqqı ödənilməklə 31 dekabr 1998-ci il tarixə kimi Cavabdeh MMC-nin icarəsinə verilmişdir. 29 aprel 1998-ci il tarixli 9 nömrəli, 20 may 1998-ci il tarixli 14 nömrəli, 22 sentyabr 1998-ci il tarixli 15 nömrəli, 23 oktyabr 1998-ci il tarixli 18 nömrəli ödəniş tapşırıqlarından və 03 dekabr 1998-ci il tarixli 4717 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC müvafiq olaraq 478,31 (2391552 AZM) manat, 239,15 (1195776 AZM) manat, 478,31 (2391552 AZM) manat, 717,47 (3587328 AZM) manat, 478,31 (2391552 AZM) manat cəmi 2391,55 (11957760 AZM) manat məbləğində icarə haqqını 10 ay üçün ödəmişdir. 05 mart 2003-cü il tarixli iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib olunmuş qeyri-yaşayış sahəsinin səmərəsiz istifadə olunmasına dair aktdan görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsindən köçüb getmiş və sahə balans sahibinin sərəncamındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1, 700.1, və 700.3-cü maddələrinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, iddia rədd edilməlidir, belə ki, 02 mart 1998-ci il tarixli 2340 nömrəli icarə müqaviləsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən 346 m2 qeyri-yaşayış sahəsi hər ay 239,15 (1195776 AZM) manat cəmi 2391,55 (11957760 AZM) manat məbləğində icarə haqqı ödənilməsi şərti ilə 10 ay müddətinə 31 dekabr 1998-ci il tarixə kimi Cavabdeh MMC-yə icarəyə verilmiş, icarəçi isə öz növbəsində 10 ay müddətində icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən istifadə etdikdən sonra, bunun müqabilində 2391,55 (11957760 AZM) manat məbləğində icarə haqqını ödəmiş və müqavilənin müddəti bitdiyi günü icarəyə götürdüyü sahəni tərk etmişdir. Bununla yanaşı iddiaçı 13 oktyabr 2003-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən tələbdə Cavabdeh MMC-nin qeyri-yaşayış sahəsindən çıxarılmasını xahiş etsə də, ərizəyə əlavə etdiyi və məhkəməyə müraciət etməzdən öncə tərtib edilən 05 mart 2003-cü il tarixli aktda Cavabdeh MMC-nin qeyri-yaşayış sahəsini tərk etdiyini etiraf etmiş, həmçinin sonuncunun məhz 31 dekabr 1998-ci il tarixdən sonra qeyriyaşayış sahəsindən istifadə etməsi ilə bağlı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı tələbində 02 mart 1998-ci il tarixli 2340 nömrəli icarə müqaviləsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, həmin tələb də təmin edilə bilməz, belə ki, müqavilənin müddəti 31 dekabr 1998-ci il tarixində bitdiyindən həmin tarixdən müqavilə qüvvədən düşmüşdür. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı tərəflərin arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən 346 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2340 nömrəli 02 mart 1998-ci il tarixli müqavilənin ləğv edilməsini, cavabdehin icarə sahəsindən çıxarılmasını və cavabdehdən 27834,42 (139172135 AZM) manat icarə haqqı borcu tutulması tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı tərəflərin arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən 346 m2 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2340 nömrəli 02 mart 1998-ci il tarixli müqavilənin ləğv edilməsini, cavabdehin icarə sahəsindən çıxarılmasını və cavabdehdən 27834,42 (139172135 AZM) manat icarə haqqı borcu tutulması tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar