Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-311/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi, ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, “X2 Anonim” Şirkətinin Azərbaycan Respublkasındakı filialının “Cavabdeh“ MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddiası, “Cavabdeh“ MMC-nin “X2 Anonim” Şirkətinin Azərbaycan Respublkasındakı filialına qarşı "pul" tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı “X2 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliklərdən kənar ödənilmiş 16116 manat əsas borcu, 10330 ABŞ dolları və 8571 avro məbləğində dəymiş ziyanın, 6575 ABŞ dolları maldakı kəsrin əvəzi olaraq və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq “X2 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırımışdır ki, xx xxxxxxxx 2017-ci il tarixdə ilkin iddia üzrə iddiaçı "Aba Qroup" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasmdakı filialına məxsus 88.000 kiloqram qurudulmuş fındıq ləpəsinin Cavabdehnə məxsus avtomobillərlə Azərbaycan Respublikası ərazisindən İtaliya Respublikası ərazisinə daşınması (çatdırılması) məqsədi ilə müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə uyğun olaraq cavabdeh "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialı yükün Azərbaycan Respublikası ərazisindən İtaliya Respublikası ərazisinə 5 yük maşını ilə daşınması məqsədi ilə hər avtomobil üçün 8000 manat olmaqla cəmi 40.000 manat ödəmişdir. xx xxxxxxxx 2017-ci il tarixdə mallar avtomobillərə yüklənmişdir. xx xxxxxxxx 2017-ci il tarixdə Cavabdehnə məxsus avtomobillər yola düşmüş və xx xxxxxxx 2017-ci il tarixdə avtomobillər Gürcüstan Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə keçmişdirlər. xx xxxxxxx 2017-ci il tarixdə avtomobillər Türkiyə Respublikasının Pendik dəniz limanına çatmış və xx xxxxxxx 2017-ci il tarixinədək yəni 14 gün müddətində orada dayandıqdan sonra, yəni, xx xxxxxxx 2017-ci il tarixdə gəmi vasitəsi ilə Haydarpaşa dəniz limanına keçmişdirlər. Bundan sonra Cavabdeh gecikməsi halında "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialının problemə üzləşəcəyini (malın alıcısı tərəfindən cərimələnəcəyini və malın qaldıqca xarab olacağını) bildiyi üçün, bu vəziyyətdən sui-itifadə edərək dörd avtomobildəki malın İtaliya Respublikası ərazisinə daşınması üçün sonuncudan heç bir əsas göstərmədən əlavə olaraq da 16.116 manat pul tələb etmişdir. "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialı malın xarab olması riskinin qarşısını almaq, cərimə olunmamaq və xarici şirkətlər qarşısındakı işgüzar nüfuzunu qorumaq üçün məcburən Cavabdehnə həmin pulu ödəmişdir. "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi düşünmüşdür ki, malın İtaliya Respublikası ərazisinə çatmasından sonra heç bir əsas olmadan əlavə olaraq ondan tələb olunmuş 16.116 manat məbləğində pul vəsaitini geri tələb edə bilər. Avtomobillərdən beşincisinin İtaliya Respublikası ərazisinə daşınması həmin andan sonra "X3 Anonim" Şirkətinin özünün partnyorluq etdiyi şirktələrdən birinin yük maşını vasitəsi ilə həyata keçirilmişdir. İşin bu halı, ilkin iddia ərizəsinə əlavə olunmuş xx xxxxxxx 2017-ci il tarixli, 56 nömrəli faktura invois ilə tam təsdiq olunur. Belə ki, faktura invoisun məzmunundan da göründüyü kimi, 16116 manat pul 4 dörd yük maşınındakı malın daşınması üçün "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialından tələb olunmuşdur. xx xxxxxxx 2017-ci il tarixdə avtomobillər gəmi vasitəsi ilə Haydar Paşa dəniz limanından Ukrayna Respublikasına yollanaraq, xx xxxxxxx 2017-ci ü tarixdə Ukraina Respublikasının İlyiçevsk dəniz limanına çatmış və xx xxxxxx 2017-ci il tarixindək 7 gün İlyiçevsk dəniz limanında gözləmişdirlər. xx xxxxxx 2017-ci il tarixində yola düşən avtomobillər xx xxxxxx 2017-ci il tarixində Ukrayna Respublikası ilə Sloveniya Respublikasının sərhəddinə çatmış və bundan 52 gün sonra, yəni, xx xxxxxx 2017-ci il tarixdə İtalya Respublikasına çatmış və xx xxxxxx 2018-ci il tarixdə mal alıcı şirkətin anbarlarına boşaldılaraq, xx xxxxxx 2018-ci il tarixdə təhvil verilmişdir. Həmin mərhələdə, yəni, xx xxxxxx 2017-ci il tarixində "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşları mallarının harada olması və gecikmənin səbəbini öyrənmək üçün məcburən Cavabdeh Bakı şəhərində yerləşən ofisinə getmiş və sonuncu yenidən yükün İtaliya Respublikası ərazisinə çatdırılması üçün əlavə olaraq 20.000 ABŞ dolları məbləğində pulu "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialından tələb etmişdir. Malın xarab olması riskinin qarşısını almaq, cərimə olunmamaq və xarici şirkətlər qarşısındakı işgüzar nüfuzunu qorumaq üçün yenidən məcburiyyət qarşısında Cavabdeh ilə razılaşmış görüntüsü yaratmışdır ki, bircə malları sağ salamat alıcı şirkətə çatdırılsın. Lakin, bununla belə maşınlar İtaliya Respublikasına çatmamışdırlar. Bundan sonra "X3 Anonim" Şırkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşları məlumat almaq üçün Cavabdeh rəhbərliyi ilə əlaqə saxlamağa çalışsa da mümkün olmamışdır. Sonda maşınların harada olması ilə bağlı "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialı özü araşdırma aparmağa başlamış və məlum olmuşdur ki, Cavabdeh maşınların sürücülərinə əmək haqqı ödəmədiyinə, yanacaq və maşınların təmiri üçün pul vermədiyinə görə maşınlar hərəkətsiz qalmışdır. xx xxxxxx 2017-ci il tarixdən başlayaraq malın alıcı şirkətə təhvil verildiyi günədək (xx xxxxxx 2018-ci il tarix) "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən əmək haqqı, yanacaq, maşınların təmiri və s. adı altında “Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinin sürücülərinə 10330 ABŞ dolları və8571 Avro məbləğində pul ödəmişdir ki, təki avtomobillər İtaliya Respublikası ərazisinə çatsın. "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialı və Cavabdeh arasındakı razılşamaya əsasən, mallar 22 günə İtaliya Respublikasına çatmalı olduğu halda, Cavabdeh səhlənkarlığı ucbatından 107 günə çatmışdır. Bu da azmış kimi, mallar İtaliyanın "STELLİFERİ İTAVEX S.R.L." şirkətinə təhvil verilən zaman ümumilikdə 1105 kiloqram malın əskik olduğu məlum olmuş və bunula da X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialına 6575 ABŞ dolları (1105 kq x 5,95 $) məbləğində ziyan dəymişdir. İşin yuxarıda qeyd olunan halları iddia ərzəsinə əlavə olunmuş Cavabdeh "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanladığı xx xxxxxx 2017-ci il tarixli məktub, xx xxxxx 2018-ci il tarixli pretenziya məktubu, "Western Union" şirkəti vasitəsi ilə edilmiş pul köçürmələrinə dair sənədlər, alıcı şirkətin məktubu və ilkin iddia ərizəsi ilə öz təsdiqini tapır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2019-cu il tarixli AF- 0531/19 saylı yükdaşıma müqaviləsi üzrə iddiaçı Cavabdeh MMC-yə borclu olduğu xx.xx.2017-ci il tarixli, 56 saylı hesab-faktura üzrə 6250 avro borcun, xx.xx.2017-ci il tarixli 57 saylı hesab-faktura üzrə 2500 ABŞ dolları, xx.xx.2017-ci il tarixli 58 saylı hesab-faktura üzrə 6000 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, 60 saylı hesab-faktura üzrə 6000 ABŞ dolları məbləğində borcun, 2900 ABŞ dolları və 1250 avro cərimə məbləğinin, göstərilmiş hüququ ximətə görə 1000 AZN və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh «X2 Anonim» Şirkətinin AR -dəki filialı arasında Yük daşınmasına dair xx xxxxxxxx 2017-ciil tarixli 012 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı Cavabdeh MMC Ekspeditor (Daşıyıcı-İcraçı), cavabdeh «X4 Anonim Şirkətinin AR-dəki filialı» MMC isə Müştəri (Sifarişçi) qismində çıxış etmişdir. Müqaviləyə əsasən Ekspeditor müştərinin sifarişi və göstərişi üzrə müvafiq yüklərin təyinat ünvanına çatdırılması və təhvil verilməsini, müştəri isə öz növbəsində göstərilmiş xidmət müqabilində tərəflər arasında razılaşdırılmış ödənişi etməyi öhdəsinə götürmüşdür. Hazırda mübahisə predmetini də müqavilə tərəfi olaraq Cavabdeh MMC-nin xx xxxxxxxx 2017-ci il tarixli 012 saylı müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən göstərilmiş xidmətin dəyərini təşkil edən 58-saylı hesab faktura üzrə 6000 (altı min ) ABŞ dolları həcmində demuraj məbləğinin, 60-saylı hesab faktura üzrə 6000 (altı min ) ABŞ dolları həcmində demuraj məbləğinin, 57-saylı hesab faktura üzrə 2500 (iki min beş yüz) ABŞ dolları məbləğindəki Türkiyə-Ukrayna eksport sənədləşməsi üçün çəkilən sənədləşmə xərci, 56-saylı hesab faktura üzrə 6250 (altı min iki yüz əlli) evro həcmində Haydarpaşa və Pendik limanlarında Müştərinin ucbatından Ekspeditora kəsilən məbləğindəki gömrük cəzalarına əsas borcun ödənilməməsindən yaranan məbləğinin ödənilməsinin tələbi təşkil edir. Belə ki, tərəflər arasında olan müqavilənin şərtlərinə görə Ekspeditor Müştəriyə məxsus 88.000 kq həcmində qurudulmuş fındıq ləpəsinin Azərbaycan Respublikasının ərazisindən İtaliya Respublikası ərazisinə aparmalı idi. Bunun üçün Ekspeditor ona məxsus olan daşıma həyata keçirəcək 90KZ193/99ZC237; 90ZK196/99ZC174; 90ZK183/99ZC173; 99HX091/99ZB090 DQN-li maşınlar xx.xx.2017ci il tarixində “X3 A.Ş”-nin Zaqatala şəhərinə yükləmə yerinə göndərildi. Müqavilə üzrə razılaşdırılmışdır ki, müştəri hər yük avtomobilinə görə ekspeditora 8000 manat olmaqla cəmi 40 000 manat pul ödəyəcək və bu məbləğ də ödənildi. xx.xx.2017-ci il tarixində yükləmə baş verdi və xx.xx.2017-ci il tarixində sənədlər də təhvil verildi. xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinə qədər maşınlar Gürcüstan-Türkiyə sərhəddində növbədə gözləyib. xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinə qədər maşınlar Pendik Limanına çatıb dayanmışdır. Danışılmış marşrut bu idi ki, maşınlar Pendik hava limanına çatdıqdan sonra paroma minərək gəmi ilə dəniz yolu vasitəsilə birbaşa İtaliyaya girməli idilər. Lakin, xxxxxx Şirkətinin nümayəndəsi bizə məlumat verdi ki, qəti şəkildə maşınlar Pendik limanından paroma minməsinlər. Beləki, fındıqların birbaşa İtaliyaya girməsi və İtaliyada təyinat yerinə- fabrikə getməsi mümkün olmayacaq və beləki, bunun üçün xeyli vaxt itkisi baş verəcəkdir. Çünki, İtalya Repsublikasında fındıq məhsulunda mikrob tapıldığı üçün artıq idxal olunan malın yararlılığının təyin edilməsi üçün əlavə olaraq laboratoriyadan rəy çıxmalıdır. (xxxxxx şirkətinin isə məhsulları gigiyenik şərtlərə cavab vermədiyi üçün (bizdə olan məlumata görə fındıqların arasından kəpənəklər çıxırdı) laborator rəyin cavabının çıxması və nəticənin buraxılış və ya qeyri-buraxılış olmasını isə heç kim ehtimal edə bilməzdi.) Bu hal isə kifayət qədər vaxt apararaq həm malın danışılmış vaxtdan gec təhvil verilməsinə gətirib çıxaracaq və maşınlar gözlədiyi üçün demuraj yaranacaq. Beləliklə, xxxxxx Şirkətininn rəhbərliyinin qərarı ilə maşınlar xx.xx.2017-ci il tarixində Pendik limanından ayrılaraq Haydar Paşa limanına gedirlər və xx.xx.2017-ci il tarixində Haydar Paşa limanından gəmiyə/paroma minərək Ukraynaya doğru gediblər. xx.xx.2017-ci il tarixində maşınlar İlyiçevsk limanına çatıblar və xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək maşınlar İlyiçevsk limanında vizası olan yeni sürücülərin gəlməsini eyni zamanda ABA şirkəti ödənişlərin edilməsini gözləyib. Qeyd edilir ki, maşrutun bu cür dəyişməsinin sirri ondan ibarət idi ki, maşınlar Ukraynadan onunla qonşu sərhəddə yerləşən və Avropa ölkəsi olan Slovakiya Respublikasina daxil olacaqdı. Slovakiyada isə laboratoriya rəyi tələb edilmirdi və maşınlar artıq bir Avropa ölkəsinə daxil olduqları üçün artıq yoxlanış keçəməyəcəkdilər və maşınlar Avrozona daxilində hərəkət edərək gəlib İtaliyadaki təyinat yerinə- fındıqların təhvil verilməli olduğu məntəqəyə çatacaqdı. Beləliklə, işin hallarından görüdüyü kimi, ilkin razılaşdırılma və hansı ki, ilkin marşrut üzrə ödənilmiş məbləğ də bunu təsdiq edir məhz Pendik limanından keçməli idi, məhz xxxxxx şirkətinin rəhbərliyinin qərarı ilə dəyişdirilir. Ümumi reys müddəti 52 gün təşkil etmişdir. Həmini 52 günün 34 günü gözləmə olmuşdur yəni demuraj. Tərəflər ilkin razılaşdırdıqları marşrut üzrə ödəmə məbləğini təşkil edən 40.000 AZN məbləğində pul vəsaiti müştəri tərəfindən ekspeditora ödənilmişdir. Marşrut dəyişdikdən sonra təşkil edən məbləğ yəni 16.116 AZN pul vəsaiti də müştəri tərəfindən ekspeditora ödənilmişdir. Əgər marşrut müştərinin öz istəyi ilə dəyişdirilmiş olmasaydı, o zaman ödəniş də edilməmiş olardı. Halbuki qarşılıqlı iddia üzrə cavabdeh iddia ərizəsinə qeyd edir ki, guya bu məbləği “görüntü üçün” ödəyiblər. Heç kim 16.116 AZN-ni küçədə tapmır ki, onu görüntü üçün ödəsin. Hazırki məhkəmə mübahisənin predmeti isə müştəri olan “X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən: xx.xx.2017-ci il tarixli 56 saylı hesab-faktura üzrə (6250 AVRO)- Sarp Haydarpaşa pendik gömrük cəzaları üçün; xx.xx.2017-ci il tarixli 57 saylı hesab-faktura üzrə (2500 ABŞ dolları)- X1 sənədləşməsi üçün; xx.xx.2017-ci il tarixli 58 saylı hesab-faktura üzrə (6000 ABŞ dolları) demuraja görə; xx.xx.2017-ci il tarixli 60 saylı hesab-faktura üzrə (6000 ABŞ dolları)demuraja görə ekspeditora ödənilməmiş borc məbləğidir. Bu gömrük cəzalarının və sənədləşmələrin xərcinin anlayışı o deməkdir ki, nəqliyyatda bütün dünya üzrə vahid praktika belədir, nəqliyyat vasitəsi bir ölkənin sərhəddini tərk edirsə, bu zaman onun və apardığı malların sənədlərində yükün təyinat yeri konkret bir məntəqə göstərilir. Əgər nəqliyyat vasitəsi həmin təyinat yerinə gedib çatmırsa yolda istiqamətini dəyişirsə həmin avtomobil bir də qayıtmalıdır başlanğıcda çıxdığı təyinat keçid məntəqəsinə orda sənədlərini dəyişməlidir və yeni təyinat məntəqəsinin adını qeyd etdirərək yenidən yola çıxmalıdır. Bu praktiktadan istifadə etmirsə bu zaman ona gömrük cəza kəsilir. Beləliklə də, işini faktiki hallarından də bəlli olduğu üzrə yükün ilk təyinat yeri İtaliya olduğu üçün avtomatik Pendik limanı yazılsa da, sonradan müştərinin istəyi ilə təyinat yeri İlyiçevsk Limanına dəyişdirilir. Bu isə öz növbəsində yuxarıda qeyd edilən nəticələrin yaranmasına gətirib çıxarmışdır. xxxxxx şirkətinin qərarı ilə marşrutun Ukrayna üzərindən daşınmaya dəyişməsinə icazə almaq üçün Türkiyədə bir neçə cərimələrin ödənilməsi tələb olunmuşdur və bu cərimələr barəsində dəfələrlə qarşılıqlı iddia üzrə cavabdeh yəni “X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialına onun ərazi üzrə partnyoru olan Tural Məmmədova həm bildirilmiş və həm də ödənilməsi tələb edilmişdir. Bir neçə xatırlatmadan sonra xxxxxx şirkəti tərəfindən marşrutun dəyişməsi üçün müvafiq məktubları göndərildi lakin, cərimələrin ödənilməsi təmin edilmədi. Aramızda əldə edilən razılıq əsasında qarşı tərəfdən bildirildi ki, yüklər Ukraynaya çatdıqdan sonra marşrutun dəyişməsindən əmələ gələn bütün cərimələri ödəniləcəkdir. Ona görə də biz öz şirkətimiz hesabına həmin cərimələri sizin əvəzinizdən sizin bizi əmin etdiyiniz üçün ödənildi və yüklərin istiqamətinin dəyişməsinə əsas verən sənədləşmə öz həllini tapdı. Yüklər xx.xx.2017-ci il tarixində Ukraynaya çatmasına baxmayaraq qarşı tərəfdən söz vermiş olduğu ödəniş ödənilmədi. Belə olan halda qarşı tərəfə dərhal əvəzinə ödənilmiş cərimə ödənişlərini geri ödənilməsi və əks halda marşrutun davam etdirilməyəcəyi xəbərdar olundu və həmçinin hər boş dayanan günə görə də demurajın hesablandığı da onların nəzərinə çatdırıldı. Lakin, qarşı tərəf məsələni ciddiyə almamağı və ödənişi ləngitməsi sürücülərin vizasının bitməsinə səbəb oldu ki, nəticə etibarilə 20 günlüyə hesablanmış marşrut 60 günə başa gəldi. Bu müddət ərzində sürücülərin viza müddəti bitdiyinə onlar Şengen zonasına daxil ola bilmədilər. Yəni qarşı tərəf yüklər Ukraynada olan öz söz verdiyi onun əvəzindən onun probleminin həlli üçün ödənilmiş cərimə məbləğlərini vaxtında ödəsəydi, sürücülərin viza problemi çıxmazdı. Daha sonra xxxxxx Şirkətinin rəhbərliyi xx.xx.2017-ci il tarixində məsələnin həll edilmədiyini görərək ABA şirkətinin ofisinə gəlmişdir. Orada hər iki şirkətinin birbaşa rəhbərinin görüşü nəticəsində qarşı tərəf yenə də yalan vədlər verərək ABA Şirkətini aldatmağa nail oldu. Lakin, ABA şirkəti tərəfindən xxxxxx Şirkətinin rəhbərinin birbaşa verdiyi vədlər üzrə iltizam alınmışdır. (Həmin iltizamı təqdim olunur). Beləliklə, həmin görüşün nəticəsi olaraq yenidən xxxxxx şirkətinə etimad edərək tərəfimizdən 3 sürücünün dəyişikliyi baş verdi ki, vizası bitmiş 3 sürücü Bakiya qayıtdı və onları əvəzləyən digər 3 sürücü Bakıdan Ukraynaya təyyarə ilə yola düşdülər. Bu müddət ərzində yük maşınları məhz xxxxxx şirkətinin partnyoru olan “xxxxxxxxxxxxxx” Şirkətinə məxsus Yevrokordon anbarında saxlandı. Yüklər yenidən yola düşdükdən sonra xx.xx.2017-ci il tarixində İtaliyaya çatdı. Yüklər yolda ikən, yenidən qarşı tərəfdən şirkətin Cavabdeh MMC-yə yaranmış borcunu ödəməyi tələb edilsə də, onlar tərəfindən borcun ödənilməsi əvəzinə sürücülər təhdid edilərək yüklərin boşaldılmasına nail olmuşlar. Yüklərini təhvil almağına baxmayaraq müştəri ekspeditorun ona görə çəkdiyi xərci ödmək istəmir. Adı çəkilən gömrük cəza qəbzləri hesab fakturalarla birgə müştəriyə göndərilsə də, o bügünədək həmin ödənişləri həyata keçirməkdən yayınır. İlkin iddia üzrə cavabdehin nümayəndəsi həmçinin vəkili Vəkil2 ilkin iddiaya etiraz edərək izahatında bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf olaraq öz qeyd etdiklərinin sübutunu-yəni yüklərin ilk razılaşma üzrə dəniz-bərə yolu ilə getməsini müvafiq sübutla- TİR CARNET sənədinin mövcudluğu ilə sübuta yetirdik. Həmçinin həmin sənədlə də yüklərin təhvili zamanı çəki fərqinin olmadığını, cavabdeh tərəfindən onun öz əməkdaşlıq əlaqələrindən istifadə edərək bu yolla göstərilən yük çatıdırılması xidmətinin dəyərinin ödənilməsindən yayınmaq istiqamətində olan cəhdləri baş tutumamışdır. Tələblə bağlı isə 56 saylı xx.xx.2017-ci il tarixli, 57 saylı xx.xx.2017-ci il tarixli, 58 saylı xx.xx.2017-ci il tarixli və 60 saylı xx.xx.2017-ci il tarixli invoislər “xxxxxxxx”xxxxxxxxxxxxxxxx“X5 Şirkətinə" ünvanlandıqdan sonra, cavabdeh şirkətin rəhbəri Şakir Aşkar iddiaçının ofisinə gəlmişdir ki, qeyd edilən İnvoicelərin cəmi 21 750 ABŞ dolları təşkil edir və təklif etmişdir ki, həmin məbləği 20 000 ABŞ dolları həcmində razılaşdırsın. Endirim alsın ödənişə. Bu zaman tərəflər arasında qarşılıqlı razılaşmanı təşkil edən müvafiq sənəd tərtib edilmişdir və həmin sənəddə əsasən Şakir Aşkar həmin sənədin üzərində elə yerindəcə öz imzasını atmışdır ki, 20 000 ABŞ dolları həcmində məbləğin ödənilməsinə bununla öz razılığını ifadə etmişdir. Bundan sonra yüklər iddiaçı tərəfindən təyinatı üzrə çatdırlmışdır. Razılaşmada həmin sənədin məzmunundan göründüyü kimi belə olmuşdur ki, müvafiq ödəniş malların çatıdırılması ilə ödəniləcəkdir. Lakin, cavabdeh şirkət yenə də öz vədinə naxələf çıxmış və razılaşdırılmış məbləği hər vəchlə ödəməkdən çəkinmişdir. Bunun da nəticəsində hazırki mülki mübahisə yaranmışdır. Beləliklə, məhkəmənin nəzərinə çatdırır ki, 56, 57, 58 və 60 saylı hesab-fakturalar cavabdeh tərəfindən qəbul edilmişdir. Ona görə də hesab edir ki, həmin invoislər 20.000 ABŞ dolları həcmində razılaşmaya bərabər tutulmalı, tərəflərindən 20 000 ABŞ dolları həcmində invoise göndərilmədiyindən həmin invoislər razılaşmaya bərabər tutulmalıdır. Yəni tərəf onların və onların məzmunundakı ödənişlərin mövcudluğunu qəbul etmişdir. Ona görə də məhkəmə tərəfindən sözügedən hesab fakturaları nəzərə almağı və onlar üzrə müvafiq ödənişin ödənilməsinə dair tələbin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, ümumi reys günü 52 gün təşkil etmişdir. Həmin günlərdən 34-ünün təqsiri cavabdehin üzərinə düşür. 18 gün isə standart yol proseduru olduğu üçün boşdayanma kimi hesablanmamışdır. Beləki, Bank çıxarışından göründüyü kimi Bakı-İtaliya yük daşınması üçün 24 saylı Hesab faktura üzrə olan 40 000 AZN həcmində ödəniş ödənilmişdir. Həmin bank çıxarışının 2-ci qrafasında öz əksini tapmış 5957 AZN həmincə olan ödənişin hazırki mübahisəyə aidiyyatı yoxdur. Bu sərbəst digər sifariş olmuşdur. Ukraynadan Azərbaycana yük çatdırılması ilə bağlı) və 59 saylı hesab faktura üzrə olan ödəniş həyata keçirilmişdir. Bundan başqa marşrutun dəyişilməsi üçün nəzərədə tutulan 16 000 AZN məbləği də ödənilmişdir. (Bu ödəniş cavabdehin digər şirkəti tərəfindən ödənilmişdir) bu hissələrdə tərəflər arasında mübahisə yoxdur. Qeyd etdiklərini nəzərə alaraq, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı “X2 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş lakin, telegram ünvanlayaraq məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “X2 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, iştirakçı tərəfinnümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, ilk və qarşılılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarında olan: -Ekspeditor Cavabdeh MMC ilə müştəri “xxxxxx” Dış Tticarət A.Ş. Azərbaycan Respublikasındakı Filialı MMC arasında xx.xx.2017-ci il tarixli 012 saylı yükdaşınması xidmətlərinə dair müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında ekspeditor yüklərin daşınmasını, anbarda müvəqqəti saxlanmasını təşkilini və idxal-ixrac yükün gömrük rəsmiləşdirilməsinin təşkilini həyata keçirməyi öhdəsinə götürmüşdür. -Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən Ekspeditorun təqdim etdiyi xidmətlər, Sifarişçinin əvvəlcədən yazılı şəkildə sifariş etdiyi aşağıda qeyd olunan Standard Xidmətlər paketində seçdiyi xidmətlərdən ibarətdir: 1.Yüklərin daşınması; 2.Anbarda müvəqqəti saxlamanın təşkili; 3.İdxal/ixrac yükün gömrük rəsmiləşməsinin təşkili; 4.Tərəflərin razılaşdırdığı digər əməliyyatlar. -Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən hazırkı ödənişlər ekspeditoruntəqdim edəcəyi hesab-fakturanın əsasında spesifikasiyada göstərilmiş valyuta ilə həyata keçirilir.Azərbaycan Respublikasınınhüdudlarından kənarda təqdim olunan yükdaşımaxidmətləri 0% ilə,Azərbaycan Gömrük ərazisində isə 18% ƏDV əlavə olaraq hesablanacaqdır. Ödəniş ödəniş günü Azərbaycan Mərkəzi Bankının məzənnəsi ilə həyata keçiriləcəkdir. -Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən ekspeditor müştərinin yükünü təhvil aldığı andan onu müştəri göstərdiyi şəxsə və ya onun nümayəndəsinə təhvil verdiyi ana qədər yükə görə cavabdehlik daşıyır. -Həmin müqavilənin 4.5-ci maddəsinə əsasən Maşının tam boşaltması üçün 48 saat ödənişsiz "gözləmə vaxtı” təyin edilir. Bu müddətdən sonra hər gecikmə gününə görə 150 evro ümumi qiymətə əlavə olunacaqdır. -xx xxxxxxxx 2017-ci il tarixli, 24 nömrəli faktura invois və xx xxxxxxxx 2017-ci il arixli, 121 nömrəli ödəniş tapşırığından görünür ki, ilkin iddia üzrə iddiaçı "X3 Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialı yükün Azərbaycan Respublikası ərazisindən İtaliya Respublikası ərazisinə 5 yük maşını ilə daşınması məqsədi ilə hər avtomobil üçün 8000 manat olmaqla cəmi 40.000 manat ödəmişdir. -“X2 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, iddiaçı köçürmə yolu ilə 40 000 AZN, nağd qaydada 16160 AZN, sürücülərə köçürmə 20480 ABŞ dollar = 34816 AZN, malın əskik gəlməsi 6575.75 ABŞ dolları = 11178 AZN olmaqla ümumilikdə 102154 AZN = 60084 ABŞ dolları: 4 maşın = 15020 ABŞ dolları ziyan dəymişdir. Qeyd olunan məbləğin ödənilməsi iddiaçının hesabına köçürülməsi tələb edilmiş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunacagı barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2017-ci il tarixli 56 nömrəli hesab fakturadan görünür ki, 6250 AVRO məbləğində olan Heydərpaşa və Pendik limanlarında yazılmış cərimələr ödənilməmişdir. -xx.xx.2017-ci il tarixli 57 nömrəli hesab fakturadan görünür ki, 2500 ABŞ dolları məbləğində olan marşrutun Ukrayna üzərindən keçməsini rəsmiləşdirilən xərclər ödənilməmişdir. -xx.xx.2017-ci il tarixli 58 nömrəli hesab fakturadan görünür ki, 6000 ABŞ dolları məbləği 5 maşına görə boşdayanma- demuraj məbləğidir. Bu müddət 09 oktyabr -23 oktyabr aralığında olan boşdayanma üçün (15 gün - ilk 3 gün ödənişsiz sonrakı 12 gün ödənişli) hesablanmışdır. Bu məbləğ də ödənilməmişdir. -xx.xx.2017-ci il tarixli 60 nömrəli hesab fakturadan görünür ki, 6000 ABŞ dolları - bu da demuraj məbləğidir 5 maşın üçün digər 12 gün üçün hesablanmışdır. Demuraj müddəti hesablanıb 28 oktyabr- 08 noyabr tarixləri üçün. Bu məbləğ də ödənilməmişdir. -xx.xx.2020-ci il tarixli hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə beynəlxalq yükdaşımaları xidməti üzrə Cavabdeh MMC-nin hesabına 40.000 AZN pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 439.1-ci maddəsinə uyğun olaraq pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “xxxxxxxxx” MMC müqavilə üzrə götürdüyü öhədliklərin yerinə yetitməməsi məhkəmə tədqiqatı dövründə öz təsdiqini tapmadığına görə, həmçinin onun təqsiri ucbatından “X2 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialınına ziyanın dəyməsi müəyyən edilmədiyindən ilk iddia tələbi təmin edilə bilməz. Sözügedən fakt ilk iddia tələbində iddiaçının özü tərəfindən də qeyd olunmuşdur. Belə ki, “X2 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 16116 manat pulun öhdəlikdən kənar ödənildiyini qeyd etmiş və həmin məbləğin tərəflər arasında qarşılıqlı razılaşma əsasında ödənilməsini təsdiq edən hər hansı mötəbər sübüt (əlavə razılaşma) təqdim etməmişdir. Eyni zamanda dəymiş ziyanla bağlı məhkəmə qeyd etmək istəyir ki, 10330 ABŞ dolları və 8571 avro məbləğində pulun Cavabdeh MMC-nin sürücülərinə ödənilməsi və daha sonra həmin pulun cavabdehdən tələb edilməsi kimi razılaşma tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapmamışdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “X2 Anonim” Şirkətinin Azərbaycan Respublkasındakı filialının “Cavabdeh“ MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddiası, “Cavabdeh“ MMC-nin “X2 Anonim” Şirkətinin Azərbaycan Respublkasındakı filialına qarşı "pul" tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı “X2 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “X2 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İddia verilərkən “xxxxxxxxx”xxxxxxxxxxxxxxxxödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İddia verilərkən “X2 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-311/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-311/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver