Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3213/2020 03.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, Bakı şəhəri X1 Nobatalı Sahib oğluna qarşı vergi borcunun nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair iş üzrə xx.xx.2013-cü il tarixli, 2iqt(81)-374/2013 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh ərizəsinə iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Vergilər Departamenti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdin dövlət büdcəsinə olan 819,66 manat borcunun mülkiyyətində olan UAZ 3741 markalı 10XA095 dövlət nömrə nişanlı və UAZ 469 markalı 10RX973 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yönədilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iqt(81)-374/2013 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin olunmuşdur. Cavabdeh ərizə ilə müraciət edərək xx.xx.2013-cü il tarixli, 2iqt(81)-374/2013 saylı qiyabi qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. İş materiallarının 80-cı vərəqəsində olan ərizədən görünür ki, Cavabdeh xx xxxxxxx 2018-ci il tarixdə ərizə ilə 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü il tarixli, 2iqt(81)-374/2013 saylı qiyabi qətnaməsinə əsasən ondan pul vəsaitinin tutulması və icra vərəqəsinin verilməsi ilə bağlı məlumatlı olduğunu bildirmiş, qətnamənin surətinin təqdim olunmasını və iş materialları ilə tanış olmağa şərait yaradılmasını xahiş etmişdir. Təxminən 2 ilə yaxın müddət keçdikdən sonra xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 363.1 və 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hesab edirəm ki, Cavabdeh həm qətnamənin məzmunu, həm də icra sənədinin mövcudluğu barədə 2018-ci ildən məlumatlı olmuş, lakin həmin qətnamənin ləğvi barədə ərizəni təxminən 2 il keçdikdən sonra məhkəməyə təqdim etdiyinə görə ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri X1 Nobatalı Sahib oğluna qarşı vergi borcunun nəqliyyat vasitəsinə yönəldilməsi tələbi barədə iş üzrə Cavabdeh xx.xx.2013-cü il tarixli, 2iqt(81)-374/2013 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-3213/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3213/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver