Məhkəmə qərarları › İş №2-2(113)-329/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-329/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-329/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X2 Komitəsinin Azərbaycan Respublikasındakı Nümyəndəliyinə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdehndən İddiaçı MMC-yə Bakı Vergilər Departamenti tərəfindən hesablanmış əlavə dəyər vergisinin əvəzi kimi 54020,02 manat və maliyyə sanksiyası kimi 27010,02 manat pulun, işgüzar nüfuza dəymiş zərərin əvəzi olaraq 100.000 manat pulun, hüquqi xidmətə görə ödəniləcək 500 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-332/2017 saylı xx xxxx 2017-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh X2 Komitəsinin Azərbaycan Respublikasındakı Nümyəndəliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə icraat Yasamal Rayon Məhkəməsinin icraatında olan 1(004)-201/2016 nömrəli cinayət işi həll edilənədək (yekun məhkəmə aktı qüvvəyə minənə qədər) dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-2-113- 329/2020 nömrəli sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixdə olaraq məhkəməyə ünvanladığı məktubda bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 201/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilməmişdir və qanuni qüvvəsini almışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-329/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclası xx.xx.2020-ci il tarixə saat 17:30-a təyin edilmiş və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Lakin tərəflərin nümayəndələri göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilsə də, tərəflərin nümayəndələri məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh X2 Komitəsinin Azərbaycan Respublikasındakı Nümyəndəliyinə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar