Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3293/2024 30.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin X5 Xidməti” X4rşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X7 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, oğlu Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “İri şəhərlərin X5 Xidməti” X4rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh “İri şəhərlərin X5 Xidməti” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən həyət evinə “İri şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsi (əvvəlki "xxxx" ASC) tərəfindən hesablanmış 2186 manat pul məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsində yerləşən 15/5 nömrəli həyət evi ona məxsusdur. Həmçinin həmin evə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsti tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən sənəd – çıxarış da almışdır. Həmin mənzili alqı-satqı yolu ilə almışdır. Həmin həyət evini rəsmi alqı-satqı yolu ilə əldə etdiyi vaxtdan bu günə qədər həmin evdə yaşayış olmamışdır. Buna baxmayaraq Azərsu ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsində yerləşən 15/5 nömrəli həyət evində sudan istifadə olunması ilə bağlı 2186 manat məbləğində borc yazılmışdır. Halbuki Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsində yerləşən 15/5 nömrəli həyət evində sudan istifadə edilməmi.dir. Bununla bağlı cavabdeh Azərsu ASC-yə müraciət etsə də bir nəticəsi olmamıdşrı. Belə ki, qanunsuz olaraq vətəndaşa yazılmış borc məbləği Azərsu ASC-nin onun istehlakçı olaraq hüququnu pozmuş və qanunsuz olaraq ona su pulu yazması ilə bağlıdır. İddia tələbinin maddi hüquqi əsası kimi “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1 və 26-cı maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, onlar həyət evini Dilarə xanımdan rəsmi alqı-satqı yolu ilə anası Sevdanın adına almış və evi alarkən ev yarı söküntü halında olmuşdur. Onlar məcbur idi ki, evi tam söksünlər. Söküntü gedən zaman onlar işıq, su və qaz sayğaclarını ayırmışlar. Bu proseslər gedən zaman hər bir idarə üzrə nəzarətçilərə məlumat vermiş və sonuncular gəlib özləri ayırmışlar. Su xətti yerdən getdiyi üçün məcbur onu da kəsməli idilər. O, ərazi nəzarətçisi Nəriman adlı şəxsə sudan istifadə etmədiyini bildirmiş və bildirdikdən sonra sayğacı ayırıb kənara qoymuşdur. Nəriman neçə ildir ki, orada nəzarətçidir. Tikinti işləri bir müddət getdikdən sonra ona su idarəsindən zəng gəlmişdir. Onunla əlaqə saxlayan şəxs evin ona məxsus olub-olmadığını və su sayğacının nəyə görə ayırıb qırağa qoyulduğunu aydınlaşdıraraq suyun qeyri-əhali olduğunu ona bildirmişdir. O, suyun əhali və ya qeyri əhali olduğunu bilmədiyini və bu olan halda nəzarətçı Nəriman adlı şəxsin ona bu barədə məlumat verməli olduğunu tərəfə bildirmişdir. Lakin onunla əlaqə saxlayan şəxs Nəriman adlı şəxsi tanımadığını və suyun qeyri-əhaliyə aid olduğunu bildirdi. O, daha sonra bu nömrəni Nərimana göndərib məsələni ona danışmış və əlaqə saxlamasını, məsələni aydınlaşdırmasını xahiş etmişdir. Daha sonra məlum oldu ki, Nəriman səhlənkarlıq edərək əlaqə saxlamamışdır. Tikinti gedən zaman demək olar ki, sudan istifadə olunmurdu, qonşunun su çənindən istifadə edirdi. Bir müddət sonra onu idarəyə çağıraraq sudan qeyri-qanuni istifadə etdiyinə görə akt yazılacağını bildirdilər. O, idarədə Anar müəllimin qəbuluna getmiş və olanları danışmışdır. Ona bildirilmişdir ki, Nəriman bu barədə onlara məlumat verməmişdir. Daha sonra ona Fərid adında şəxslə əlaqə saxlamağını demişlər, o, artıq sonuncu ilə danışdıqda Fərid müəllim aktın tərtib edilərək sistemə vurulduğunu və borc yazıldığını bildirmişdir. Sonda o, orada ay yarım sudan istifadə etdiyinə görə borc məbləğinin həmin müddətə mütənasib olaraq hesablanmasına və hesablanmış məbləği ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsinin izahatındakı xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş ********* saylı xx.xx.2023-cü il tarixli qanunsuz istifadə fakturasından görünür ki, X1 məxsus olan ünvan 2 ünvanıda yerləşən bərbərxanada daxili diametri 15 mm-lik olan borunun günlük istifadə müddəti 5 saat, hesabat dövrü 360 gün götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində "xxxx" ASC-yə dəymiş zərərin əvəzi olaraq X1 (1098 m3) 2196 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq ünvan 2 ünvanıda yerləşən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində abonentin özbaşına sayğacı sökməsi, d=15mm-lik su xəttindən qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olunduğu və kənar xəttin tərəflərindən kəsilərək ləğv edildiyi, həmçinin X2 tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "xxxx" ASC-yə vurduğu maddi ziyanın hesablanması və ödənilməsi üçün bu aktın əsas olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********09-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən obyektin ümumi sahəsi 123,20 kv.m ibarət olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 38.2 kv.m (2 otaq) İddiaçı adına qeydiyyata alınmışdır. Abunə haqqında məlumatdan görünür ki, abonent İddiaçı 2023-cü il dövrü üzrə sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (qanunsuz istifadə olunan çirkab və suya görə) 2186 (1098 manat və 1098 manat) manat borc hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun: 30-cu maddəsinə əsasasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının: 2.1-ci maddəsinə əsasən STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək; 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək). “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş cədvəlin 2.2-ci sətirində qeyri-əhali kateqoriyasına aid istehlakçılar üçün 1 m3 suya görə tarif 1 manat (ƏDV ilə) müəyyən edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə (Bakı) İri Şəhərlərin X5 Xidməti publik hüquqi şəxsi yaradılmışdır. Həmin Fərmanın 6.3cü bəndinə əsasən İri Şəhərlərin X5 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı abunə haqqında məlumata əsasən müəyyən olundu ki, cavabdeh “İri şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsi (əvvəlki "xxxx" ASC) tərəfindən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən obyektin sayğacın çıxarıldığı müəyyən olunmuş və xx.xx.2023-cü il tarixli akta əsasən sudan 1 il qanunsuz istifadəyə görə 2196 manat məbləğ hesablanmışdır. İddiaçının nümayəndəsi öz izahatında bildirmişdir ki, 2023-cü il iyul-avqust aylarında tikinti işi ilə əlaqədar obyektdə su istifadə etməmiş, sayğac çıxarılmış, bu barədə su idarəsinin nəzarətçisinə məlumat vermişdir. Təxminən 1 ay yarım müddət ərzində obyektdə sayğacdan istifadə edilməmişdir. O, cavabdeh tərəfindən hətta 2 ay sayğacsız istifadəyə görə pul hesablanmasına razı olduğunu bildirmiş, lakin 1 il hesablanmasına razı olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf həmin halları etiraf etdiyindən, eyni zamanda cavabdeh tərəfindən aktlar üzrə məbləğin nəyə əsasən 1 il müddətinə hesablanmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, sayğacsız sudan istifadə müddəti ən çox 2 ay olaraq nəzərə alınmalıdır. Belə ki, borunun su buraxma qabiliyyətini günlük istifadə üçün 5 saat olmaqla 1 m3/saat-da 0,61 manat nəzərə alındığı halda, 1 gün üçün sərfiyyat (5x0.61=3,05) 3,05 m3/saat, sayğacsız sudan istifadə edildiyi müddət, yəni 60 gün müddəti üçün sərfiyyat həcmi (60 gün x 3,05 m3/saat= 183) 183 m3/saat, həmin sərfiyyat həcmi həm su, həm də çirkab su üzrə nəzərə alındığı halda (183 m3/saat + 183 m3/saat = 366) 366 m3/saat sərfiyyat hesablanmalıdır. Odur ki, cavabdeh tərəfindən hesablanmış 2196 m3/saat sərfiyyatdan 366 m3/saat sərfiyyat çıxıldıqdan sonra qalan 1830 m3/saat sərfiyyat həcmi əsassız olaraq hesablanmışdır. Göründüyü kimi "xxxx" ASC tərəfindən sudan qanunsuz istifadə müddəti kimi 360 gün hesablansa da, bu barədə məhkəməyə sübutlar təqdim olunmamışdır. İddiaçının nümayəndəsinin verdiyi izahata əsasən faktiki olaraq 1 ay yarım müddət sayğac işlək vəziyyətdə olmamış və həmin 1 ay yarım üçün məbləğin hesablanmasına da iddiaçı tərəf etiraz etməmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçıya hesablanmış 2196 manat (2196m3 x1 manat) cərimə borcundan 1830 manat (1830m3x1manat) silinməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən həyət evinə akt əsasında hesablanmış borcdan 1830 (bir min səkkiz yüz otuz) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2-2(113)-3293/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3293/2024
30.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver