Məhkəmə qərarları › İş №2-2(113)-33/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-33/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-33/2020 11.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil4, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Binəqədi rayonu İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış Binəqədi rayonu ərazisində yerləşən X3 yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsini nəzərdə tutan müqavilə üzrə iddiaçı tərəfindən yerinə yetirilmiş və cavabdeh tərəfindən Forma-2 aktları üzrə qəbul edilmiş işlərin dəyərindən borc qalmış 3.439.361,34 (üç milyon dörd yüz otuz doqquz min üç yüz altmış bir) manat əsas borc və 437.206,95 (dörd yüz otuz yeddi min iki yüz altı) manat faiz borcu, cəmi 3.876.568,29 (üç milyon səkkiz yüz yetmiş altı min beş yüz altmış səkkiz) manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Binəqədi rayonu icra hakimiyyəti (VÖEN **********) ilə İddiaçı (VÖEN **********) (bundan sonra “MMC”) arasında Binəqədi rayonu ərazisində yerləşən X3 yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsinə dair xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır (əlavə edilir). Müqavilə şərtlərinə əsasən, hazırki iddia tələbi üzrə iddiaçı "İddiaçı” MMC (icraçı) Bakı şəhəri Binəqədi rayonu ərazisində X3 yenidən qurulması məqsədilə söküntü işlərini, layihə smeta sənədlərinin hazırlanmasını və tikintiquraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun icra edilməsini, hazırki iddia tələbi üzrə cavabdeh Binəqədi rayonu icra hakimiyyəti (sifarişçi) isə təşkilati məsələlərin həllini, ona aid olan icazələrin və razılaşmaların alınmasını təmin etməyi və faktiki yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşlər (Müqavilənin 2-ci bəndi). Müqavilənin 3.3-cü bəndinə əsasən, “Sifarişçi” bu müqavilə üzrə ödənişləri, “İcraçının” təqdim etdiyi akt “Sifarişçi" tərəfindən təsdiq edildikdən sonra, 15 (on beş) iş günü ərzində “İcraçının bank hesabına ödənilməli idi. Müqavilənin 4.1-ci bəndinə əsasən, “İcraçı” işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib “Sifarişçi’ yə forma №2 şəklində təqdim edir. Müqavilənin 5.2-ci bəndinə əsasən, bütün yazışmalar həm kağız, həm də elektron formada həyata keçirilir. İddiaçı yerinə yetirilmiş işlərə dair tərtib etdiyi ‘ Forma 2” aktlarını cavabdehə təqdim etmiş və həmin aktlar cavabdehin məsul nümayəndəsi olan Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Qəzənfər Novruzov tərəfindən imzalanmaqla qəbul edilmişdir. Həmin “Forma 2” aktlarında yerinə yetirilmiş işlərin cəmi həcmi 4 041 586,00 manat müəyyən edilmişdir (Forma-2 aktlarının surətləri əlavə edilir). Cavabdehin sonradan bu aktlarda göstərilmiş yerinə yetirilmiş işlərin həcmini mübahisələndirməsi ilə əlaqədar özünün tikintidə daimi nümayəndəsi Telman Tanrıverdiyevin iştirakı ilə görülmüş işlərin həcmini təkrar hesablatdırmışdır. Yeni hesablamalara əsasən yerinə yetirilmiş işlərə dair tərtib edilmiş “Forma 2” aktlar bu dəfə cavabdehin nümayəndəsi Telman Tanrıverdiyev tərəfindən imzalanmaqla qəbul edilmişdir. Yerinə yetirilmiş işlərə dair yeni “Forma 2” aktlarında yerinə yetirilmiş işlərin həcminin cəmi məbləği 3 673 283,00 manat, o cümlədən sentyabr 2012-ci ildə 103 507,80 manat, noyabr 2012-ci ildə 80 271,30 manat, dekabr 2012-ci ildə 138 987,70 manat, yanvar 2013-cü ildə 338 564,92 manat, fevral 2013-cü ildə 1 042 379,68 manat, mart 2013-cü ildə 1 325 200,57 manat, aprel 2013-cü ildə 498 968,03 manat və may-iyun 2013-cü ildə 145 403,00 manat təşkil etmişdir (Forma-2 aktlarının surətləri əlavə edilir). Yerinə yetirilmiş işlərin Forma-2 aktlarında qeyd edilmiş məbləğindən cəmi 758 570,00 manat, o cümlədən xx.xx.2012-ci il tarixdə 108 570,00 manat, xx.xx.2012-ci il tarixdə 200 000,00 manat, xx.xx.2014-cü il tarixdə 50 000,00 xx.xx.2014-ci il tarixdə 50 000,00 manat, xx.xx.2012-ci il tarixdə 30 000,00 manat, xx.xx.2014- cü il tarixdə 20000,00 manat, xx.xx.2014-cü il tarixdə 20 000,00 manat, xx.xx.2014-cü il tarixdə 20 000,00 manat, xx.xx.2014-cü il tarixdə 20 000,00 manat, xx.xx.2014-cü il tarixdə 30 000,00 manat, xx.xx.2014-cü il tarixdə 30 000,00 manat, xx.xx.2014-cü il tarixdə 80 000,000 manat və xx.xx.2014-cü il tarixdə 100 000,00 manat cavabdeh tərəfindən iddiaçının kasasına ödənilmişdir (mədaxil qəbzlərinin surətləri əlavə edilir). Müqavilə üzrə İddiaçı tərəfindən yerinə yetirilmiş və Cavabdeh tərəfindən Forma-2 aktları üzrə qəbul edilmiş işlərin dəyərindən ƏDV xaric 2 914 713,00 (iki milyon doqquz yüz on dörd min yeddi yüz on üç) manat, 18% ƏDV hesablanmaqla isə 3 439 361,34 (üç milyon dörd yüz otuz doqquz min üç yüz altmış bir) manat vəsait Cavabdeh tərəfindən İddiaçıya ödənilməmişdir. İddiaçı cavabdehin dövlət orqanı olmasını nəzərə alaraq, 2015-ci ilin yanvar ayından 2018-ci ilin yanvar ayınadək danışıqlar yolu ilə cavabdeh tərəfindən pul vəsaitinin ödənilməsinə dəfələrlə cəhdlər etmiş, bu məqsədlə dəfələrlə yazılı və şifahi qaydada müraciətlər etmişdir. İddiaçı cavabdehin dövlət layihələri üzrə sifarişçi olmasını nəzərə alaraq, onunla mübahisəsini danışıqlar yolu həll etməyə üstünlük vermiş, dövlət orqanına qarşı məhkəmə çəkişməsinin gələcəkdə onun dövlət layihələrində iştirakına qeyri-rəsmi maneələr yaradacağını nəzərə almışdır. İddiaçı müqavilə öhdəliklərini icra etmələri barədə cavabdehin ünvanına xx.xx.2015-ci il tarixdə 20 №li, xx.xx.2015-ci il tarixdə 87 №li, xx.xx.2016-cı il tarixdə 16 №li, xx.xx.2016-cı il tarixdə 58 №li, xx.xx.2017-ci il tarixdə 12 №li, xx.xx.2017-ci il tarixdə 55 №li məktublar göndərilərək, borcun ödənilməsi xahiş edilmişdir. Cavabdeh mülki dövriyyədəki üstün mövqeyindən (dövlət layihələri üzrə sifarişçisi olmasından) və öz mülki hüquqlarından sui-istifadə edərək iddiaçının yalnız bir məktubuna - sonuncu ödənişdən 3 il müddət ötəndən sonra, xx.xx.2018-ci il tarixdə yazılmış 10 №li məktubuna rəsmi cavab vermiş və xx.xx.2018-ci il tarixli 02/12-11-31/18 O saylı məktubu ilə Binəqədi rayonu ərazisində görülmüş işlərə görə icra olunmamış rəsmi öhdəliyinin mövcud olmamasını və iddiaçının iddia hüququnun müdafiəsi üçün müəyyən edilən 3 (üç) illik iddia müddətinin ötməsini əsas gətirmişdir (əlavə edilir). Bu sonuncu məktubdan sonra, iddiaçı bir daha cavabdehlə danışıqlara cəhd etmiş və cavabdehin öz mülki hüquqlarından sui-istifadə etməsinə əmin olduqdan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə əlavə edilmiş fotoşəkillərdən Binəqədi rayonunda yerləşən X3 tikinti yenidənqurma işlərindən əvvəlki, işlərin gedişindəki və sonrakı vəziyyəti təsvir olunur (fotocədvəl əlavə edilir). Ərizəyə əlavə edilmiş eskiz sxemlərdə Binəqədi rayonunda yerləşən X3 tikinti yenidənqurma işlərinin layihəsi təsvir olunur (eskiz sxem və layihə sənədlərinin nümunələri əlavə edilir). Ərizəyə əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış və onun İnternet səhifəsində yerləşdirilən “Binəqədi rayon ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkının əvvəli və sonrası” adlı videomaterialda Binəqədi rayonunda yerləşən X3 tikinti yenidənqurma işləri və orada iddiaçının texnikası və işçiləri təsvir edilir (videonun köçürüldüyü CD diski əlavə edilir). Cavabdehlə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə ilə cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında lazımi şəkildə yerinə yetirməmiş, faktiki yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərə görə ödəmələrin vaxtında aparılması öhdəliyini yerinə yetirməmiş və yerinə yetirilmiş işlərin dəyərini ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyinin son icra tarixi xx.xx.2014-cü il tarix olmuş və bundan sonra cavabdeh öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehə öhdəliklərini icra etməsi ilə bağlı onunla dəfələrlə danışıqlar aparmış və öhdəliklərini icra etməsi barədə onun ünvanına xx.xx.2015-ci, xx.xx.2015-ci, xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərmişdir. Bu xəbərdarlıq məktubları MM-nin 447.1-ci maddəsinin anlamında öhdəliklərin icrası üçün əlavə müddət təyin olunmasına bərabər tutulur. Cavabdeh 2015-ci ildən etibarən müqavilə öhdəliklərini qəsdən icra etmir. Müqavilə üzrə öhdəliyin icrasından yaranmış ödənilməyən ƏDV xaric 2 914 713,00 manat pul vəsaitinin bir illik 5%-i 145 735,65 manat təşkil edir. Borcun ödənilmədiyi 2015-2017-ci illər üçün cəmi faiz borcu 437 206,95 manat təşkil edir. İddiaçı “xxxxxxxxxxxxx” MMC iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdeh Binəqədi rayonu icra hakimiyyəti ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış Binəqədi rayonu ərazisində yerləşən X3 yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsini nəzərdə tutan müqavilə üzrə iddiaçı tərəfindən yerinə yetirilmiş və cavabdeh tərəfindən Forma-2 aktları üzrə qəbul edilmiş işlərin dəyərindən borc qalmış 4 079 850,07 (dörd milyon yetmiş doqquz min səkkiz yüz əlli) manat əsas borc və 611 977,5 (altı yüz on bir min doqquz yüz yetmiş yeddi) manat faiz borcu, cəmi - 4 691 827,57 (dörd milyon altı yüz doxsan bir min səkkiz yüz iyirmi yeddi) manat pul vəsaitinin pul vəsaitin iddiaçıya ödənilməsi, nümayəndəlik xərci olaraq, 1000 (min) manat vəsaitin cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınıb qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki. iddia müddəti keçməmiş , Cavabdeh müqavilə üzrə öhdəliyinin son icra tarixi xx.xx.2014-cü il tarix olmuş, iddiaçı cavabdehə öhdəliklərini icra etməsi ilə bağlı onunla dəfələrlə danışıqlar aparmış və öhdəliklərini icra etməsi barədə onun ünvanına xx.xx.2015-ci, xx.xx.2015-ci, xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixlərdə xəbərdarlıq məktubları göndərmişdir. Bu xəbərdarlıq məktubları MM-nin 447.1-ci maddəsinin anlamında öhdəliklərin icrası üçün əlavə müddət təyin olunmasına bərabər tutulur. İddia müddətinin tətbiq edilməməsini, iddanın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddia ilə tamamilə razı deyil, iddiaçı tərəfindən pretenziya qaydasına riayət olunmamışdır, iddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzində qeyd olunan şəxs Binəqədi rayon İcra Hakimiyyətində işləməmişdir, İddiaçı pretenziya məktubunun cavabdehə çatdırılması ilə bağlı məhkəməyə əsaslı sübut təqdim etməmişdir, İddiaçı müqavilə bağlandığı müddətdən 2013-cü ildən sonra 2018-ci ildə məhkəməyə müraciət etmişdir, bu da artıq iddia müddətinin 5 ilə yaxın ötməsi deməkdir, halbuki Mülki Məcəlləyə əsasən iddia müddəti 3 il müəyyən edilmişdir, cavabdeh bununla bağlı iddiaçıya cavab məktubu də göndərmişdir. İş materiallarından görünür ki iddiaçı iddia müddətinin bərpası ilə bağlı məhkəməyə müraciət etməmişdir və bu hal borc məbləğini şübhə altına salır, sənədlərin bəzilərində möhür yoxdur. Sonda cavabdehin nümayəndəsi iddanın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin buraxılması səbəbindən tələbin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə rədd edilməlidir. İş materiallarında olan Aİ 010/12 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti onun İ müavini X1 şəxsində bir tərəfdən (Sifarişçi), Azərbaycan Respublikası “xxxxxxxxxxxxx” MMC, onun direktoru X2 şəxsində digər tərəfdən (İcraçı) müqavilə imzalanmış, bu müqaviləyə əsasən “Sifarişçi” Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X3 yenidən qurulması məqsədilə sökülməsini, layihə smeta sənədlərinin hazırlanmasını, tikinti-quraşdırma işlərinin həyata keçirilməsini “İcraçıya” tapşırır. Müqavilənin 3.3-cü bəndinə əsasən “Sifarişçi” bu Müqavilə üzrə ödənişləri, “İcraçı”-nın təqdim etdiyi akt (Forma 2) “Sifarişçi” tərəfindən təsdiq edildikdən sonra 15 (on beş) iş günü ərzində “İcraçı”-nın bank hesabına ödəyir. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və “İcraçı”-nın öz öhdəliklərini tamamlayacaq günə qədər qüvvədədir. Müqavilənin 9.2-ci bəndinə əsasən mübahisəli məsələlərin və qeyrimüəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir. Bu müqavilə üzrə İddiaçı MMC-yə məxsus “Forma 2” aktları Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Telman Tanrıverdiyev tərəfindən imza edilməklə qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-nin baş direktoru N. Cəlilova ünvanlanmış məktuba əsasən, Binəqədi rayonunda ulu öndər Heydər Əliyevin adını daşıyan ictimai istirahət parkında aparılmış abadlıq quruculuq işləri 2013-cü ilin iyun ayında yekunlaşmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi rayon ərazisində görülmüş işlərə görə hüquqi və fiziki şəxslər qarşısında icra olunmamış rəsmi öhdəliyinin mövcud olması müəyyən edilməmişdir. İş materiallarında olan, “xxxxxxxxxxxxx” MMC-nin Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki,Binəqədi rayon İcra Hakimiyyəti ilə “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2012-ci il tarixdə bağlanmış Binəqədi rayonu ərazisində yerləşən X3 yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsini nəzərdə tutan müqavilə üzrə “İcraçı" tərəfindən yerinə yetirilmiş və "Sifarişçi" tərəfindən "Forma 2" aktları üzrə qəbul edilmiş işlərin dəyərindən borc qalmış 3 439 361,34 (üç milyon dörd yüz otuz doqquz min üç yüz altmış bir) manat əsas borc və 437 206,95 (dörd yüz otuz yeddi min iki yüz altı) manat faiz borcu, cəmi - 3 876 568,29 (üç milyon səkkiz yüz yetmiş altı min beş yüz altmış səkkiz) manat pul vəsaitinin 3 iş günü ərzində İddiaçı bank hesabına ödənilməsi təmin edilməsi təklif edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktublardan görünür ki, iddiaçı tərəfindən müqavilə öhdəliklərini icra etmələri barədə cavabdehin ünvanına xx.xx.2015-ci il tarixdə 20 nömrəli, xx.xx.2015-ci il tarixdə 87 nömrəli, xx.xx.2016-cı il tarixdə 16 nömrəli, xx.xx.2016-cı il tarixdə 58 nömrəli, xx.xx.2017-ci il tarixdə 12 nömrəli, xx.xx.2017-ci il tarixdə 55 nömrəli məktublar göndərilərək, borcun ödənilməsi xahiş edilmişdir. Bu məktublar göndərildiyi poçt sənədlərində təhvil aldım qrafasında Rzayeva soyadı ilə imza göstərilməklə təhvil alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxx” MMC-yə məxsus Xəzinə mədaxil orderlərinə əsasən MMC-yə Allahverdiyev Abbas tərəfindən ümumilikdə 678570 manat “xxxxxxxxxxxxx” MMC-nin hesabına mədaxil edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 02/09-11-32/178 nömrəli məktubuna əsasən “xxxxxxxxxxxxx” MMC tərəfindən təqdim olunmuş poçt sənədlərində təhvil aldım qrafasında Rzayeva soyadı ilə imza göstərilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətini Başçısı aparatında xx.xx.2012-ci il tarixdən hal-hazırki dövrədək Rzayeva soyadlı əməkdaş işləməmişdir. İş üzrə təyin edilmiş məhkəmə kompleks ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 12701/13993 nömrəli ekspert rəyinə əsasən, Binəqədi rayonu ərazisində yerləşən X3 yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsi üçün İddiaçı tərəfindən tərtib edilmiş və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Qəzənfər Novruzov tərəfindən imza edilməklə qəbul edilmiş “Forma 2” aktlarında yerinə yetirilmiş işlərinin faktiki görülmüş işlərin həcmlərinə uyğun olduğu müəyyən olunur. Binəqədi rayonu ərazisində yerləşən X3 yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsi üçün İddiaçı tərəfindən tərtib edilmiş və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Telman Tanrıverdiyev tərəfindən imza edilməklə qəbul edilmiş “Forma 2” aktlarında faktiki olaraq yerinə yetirilmiş işlərin həcmi tam göstərilmədiyinə görə, qeyd olunan “Forma 2” aktlarının faktiki iş həcminə tam uyğun olmadığı müəyyən edilir. Lakin “Forma 2” aktlar üzrə ödəniş üçün əsas hesab edilibedilməməsi hüquqi xarakter daşıdığı üçün, həmin məsələ son nəticədə məhkəmə tərəfindən müəyyən oluna bilər. Binəqədi rayonu ərazisində yerləşən X3 yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsi üçün İddiaçı tərəfindən görülmüş tikinti işlərinin həcmi, istifadə olunmuş tikinti materiallarının iş materiallarında olan “Forma 2” aktlarında yerinə yetirilmiş işlərin həcminə və istifadə olunmuş materiallarına uyğun olmaqla, həmin Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Qəzənfər Novruzov tərəfindən imza edilməklə qəbul edilmiş “Forma 2” aktlarında qeyd olunan işlər görülmüşdür. Binəqədi rayonu ərazisində yerləşən X3 yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsinə “İddiaçı" MMC tərəfindən sərf edilən mal-material, texnika və insan əməyi və digər xərclərin dəyəri 4.041.566,0 manat, o cümlədən 2012-ci ildə aparılmış tikinti işlərinin dəyəri 361.217,6 manat, 2013-cü ildə aparılmış tikinti işlərinin dəyəri 3.680.348,4 manat məbləğində müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı MMC tərəfindən sərf edilən mal-material, texnika və insan əməyi və digər xərclərin ümumi dəyərinin 4.041.566,0 manat, aparılmış ödənişin 758.570,0 manat olması nəzərə alınmaqla Binəqədi rayonu İcra Hakimiyyətinin İddiaçı MMC-yə ödəməli olduğu vəsaitin 3.282.996,0 manat təşkil etdiyi müəyyən edildi. Müəyyən edilmiş vəsaitə hesablanmalı olan ƏDV 590,939,28 manat təşkil edir. Binəqədi rayon icra Hakimiyyətinin görülmüş işlərə görə ödəməli olduğu 3.873.935,28 manat (590.939,28 manat ƏDV daxil) borcun gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi ilə hesablanan bir illik faiz borcu 193.696,76 manat təşkil edir. Ekspert rəyinin tərtib edildiyi tarixə Binəqədi rayon İcra Hakimiyyətinin görülmüş işlərə görə ödəməli olduğu 3.873.935,28 manat (590.939,28 manat ƏDV daxil) borcun gecikdirilməsinə görə illik 5% dərəcəsi ilə hesablanmalı olan faiz borcu 968.483,8 (193.696,76 x 5 il) manat təşkil edir. Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-c imaddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi 1-ci hal (müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi) iddiaçının, 2-ci hal (borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi) isə cavabdehin aktiv hərəkətləri ilə bağlı olmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. İş materiallarında olan Aİ 010/12 nömrəli xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə “İcraçı”nın öz öhdəliklərini tamamlayacaq günə qədər qüvvədədir. İş materiallarında olan Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-nin baş direktoruna ünvanlanmış məktubdan görünür ki, təmir- tikinti işləri aparılmış parkda abadlıq quruculuq işləri 2013-cü ilin iyun ayında yekunlaşmışdır . İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən son ödənişin xx xxxxxx 2014-cü il tarixdə olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsinə dair müraciəti nəzərə alınmalı, bu mübahisə üzrə iddia müddəti tətbiq edilərək İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin nümayəndəlik xərci olaraq, 1000 (min) manat vəsaitin cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınıb qaytarılması hissəsində araşdıraraq belə qənaətə gəlir ki, tələb edilən hər iki məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 manat, iddia təmin edilmədiyindən iddiaçıdan tutularaq dövlət hesabına aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı MMC Binəqədi rayon İcra Hakimiyyətinə qarşı cavabdeh Binəqədi rayonu İcra Hakimiyyəti ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış Binəqədi rayonu ərazisində yerləşən X3 yenidən qurulması məqsədilə sökülməsi, layihə smeta sənədlərinin hazırlanması, tikinti quraşdırma işlərinin həyata keçirilməsini nəzərdə tutan müqavilə üzrə iddiaçı tərəfindən yerinə yetirilmiş və cavabdeh tərəfindən Forma-2 aktları üzrə qəbul edilmiş işlərin dəyərindən borc qalmış 4 079 850,07 (dörd milyon yetmiş doqquz min səkkiz yüz əlli) manat əsas borc və 611 977,5 (altı yüz on bir min doqquz yüz yetmiş yeddi) manat faiz borcu, cəmi - 4 691 827,57 (dörd milyon altı yüz doxsan bir min səkkiz yüz iyirmi yeddi) manat pul vəsaitinin iddiaçıya ödənilməsi, nümayəndəlik xərci olaraq 1000 (min) manat vəsaitin cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınıb qaytarılması barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar