Məhkəmə qərarları › İş №2-2(113)-33/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-33/2023

27.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-33/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil5 iştirakları ilə, İddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbinə dair, müstəqil tələblər irəli sürən üçüncü şəxs X21 Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Cavabdeh3 qarşı protokolun etibarsız hesab edilməsi və pul tələbinə dair (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X35 Qeydiyyatı İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsinə və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin bölüşdürülmüş mənfəətindən onun payına düşən hissənin əvəzi olaraq cavabdehlərdən ******* manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X36 Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X35 Qeydiyyatı İdarəsi cəlb edilməklə) protokolların və sonrakı redaksiyada nizamnamələrin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Mənzil- Tikinti Kooperativinin xx.xx.2010-cu il tarixli protokolunun, xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış 2-ci redakasiyada nizamnaməsinin, ümumi yığıncağının xx.xx.2014-cü il tarixli protokolunun, xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış 3-cü redaksiyada nizamnaməsinin, xx.xx.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsi, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasının onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində cavabdehlərdən yaşayış sahəsinə görə 13392000 manat, qeyri-yaşayış sahəsinə görə 15160000 manat, cəmi 28552000 manat məbləğin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə kooperativ üzvlərinin mənzilə olan təlabatının ödənilməsi məqsədilə təsisçilərin ümumi yığıncağında Cavabdeh3, Cavabdeh5, X26, X36. Cavabdeh6, Ağayev- Seymur Nadir oğlu, İddiaçı, X11, X14, X15 və X22 tərəfindən təsisçilərin ümumi yığıncağında Cavabdeh1 Mənzil Tikinti Kooperativi (bundan sonra “Xidmət MTK”) edilmiş və bu barədə xx.xx.2002-ci il tarixli 01 saylı protokol tərtib edilmişdir. Təsisçilərin qərarı ilə Cavabdeh3 Cavabdeh1 MTK-nın sədri seçilmişdir. xx.xx.2002-ci il tarixdə Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağında qəbul edilən Nizamnaməyə əsasən Cavabdeh1 MTK-nın üzvləri Cavabdeh3 payı 3 (üç) milyon AZN, Cavabdeh5 payı 3 (üç) milyon AZN, X12 payı 3 (üç) milyon AZN, X21 payı 3 (üç) milyon AZN, Əliyev- Fuad Oliağa oğlunun payı 1 (bir) milyon AZN, X16 payı 1 (bir) milyon AZN, İddiaçı payı 1 (bir) milyon AZN, X3 payı 1 (bir) milyon AZN, X5 payı 1 (bir) milyon AZN, X6 payı 1 (bir) milyon AZN və X9 payı 1 (bir) milyon AZN müəyyən edilmişdir. Nizamnamə xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 0102-A1-700 № ilə qeydə alınmışdır. Nizamnamənin 4-cü bəndinə əsasən Cavabdeh1 MTK-nın pay haqqı fondu 19 (on doqquz) milyon AZN müəyyən edilmişdir. xx.xx.2002-ci il tarixdə yuxarıda adları sadalanan təsisçilər təsis müqaviləsi bağlayaraq Cavabdeh1 MTK-nın Nizamnamə fondunu 19 (on doqquz) milyon AZN müəyyən etmişlər. Təsis müqaviləsinin 6-cı bəndinə əsasən Cavabdeh1 MTK-nın fəaliyyəti nəticəsində əldə olunan gəlir və zərər nizamnamə fonduna qoyduqları pay haqqına müvafiq olaraq müəyyən olunur. Təsis müqaviləsinə əsasən Nizamnamə kapitalında Cavabdeh3 payı 3 (üç) milyon AZN, Cavabdeh5 payı 3 (üç) milyon AZN, X12 payı 3 (üç) milyon AZN, X21 payı 3 (üç) milyon AZN, Əliyev- Fuad Əliağa oğlunun payı 1 (bir) milyon AZN, X16 payı 1 (bir) milyon AZN, İddiaçı payı 1 (bir) milyon AZN, X3 payı 1 (bir) milyon AZN, X5 payı 1 (bir) milyon AZN, X6 payı 1 (bir) milyon AZN və X9 payı 1 (bir) milyon AZN müəyyən edilmişdir. xx.xx.2010-cu il tarixdə Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağında üzvlər Cavabdeh4, Cavabdeh5, X36, İddiaçı və Cavabdeh6 Cavabdeh1 MTK-nın yeni redaksiyada nizmnaməsinin təsdiq edilməsi, Cavabdeh1 MTK-nın sədrinin Cavabdeh4 seçilməsi və onun dövlət qeydiyyatlı ilə bağlı səlahiyyətli şəxs təyin edilməsi barədə ümumi yığıncağın protokoluna daxil edilməklə qərar qəbul etmişlər. xx.xx.2010-cu il tarixdə Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağında yeni redaksiyada təsdiq edilən Nizamnaməyə (2-ci redaksiya) əsasən Cavabdeh1 MTK-nın üzvləri Cavabdeh4 pay haqqı 2200 (iki min iki yüz) AZN, Cavabdeh5 pay haqqı 600 (altı yüz) AZN, X21 pay haqqı 600 (altı yüz) AZN, İddiaçı pay haqqı 200 (iki yüz) AZN və Cavabdeh6 pay haqqı 200 (iki yüz) AZN müəyyən edilmişdir. Nizamnamə xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X35 Qeydiyyatı İdarəsi tərəfindən ********** № ilə qeydə alınmışdır. Cavabdeh1 MTK-ya xx.xx.2010-cu il tarixdə Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş **********263500 №li Çıxarışlardan görünür ki, əvvəlki qeydiyyata alındığı tarix xx.xx.2002-ci il, əvvəlki dövlət qeydiyyat № 0102-A 1-700, nizamnamə kapitalı 3800 manat, dövlət qeydiyyatı **********, təsisçilərin nizamnamə kapitalında mayalarının miqdarı Cavabdeh4 - 2200 manat, Cavabdeh5- 600 manat, X36- 600 manat, İddiaçı pay haqqı 200 manat, Cavabdeh6 Oliağa oğlunun pay haqqı 200 manatdır, MTK-nın qanuni təmsilçisi Cavabdeh4dur. xx.xx.2014-cü il tarixdə Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağında üzvlər Cavabdeh5, X36, İddiaçı, Cavabdeh6 və X27 Cavabdeh1 MTK-nın yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi, Cavabdeh1 MTKnın sədrinin Cavabdeh5 seçilməsi və onun dövlət qeydiyyatlı ilə bağlı səlahiyyətli şəxs təyin edilməsi barədə Ümumi yığıncağın protokoluna daxil edilməklə qərar qəbul etmişlər. xx.xx.2014-cü il tarixdə Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağında yeni redaksiyada təsdiq edilən Nizamnaməyə (3-cü redaksiya) əsasən, Cavabdeh1 MTK-nın pay fondu 3800 (üç min səkkiz yüz) manat, hər biri 1 (bir) manat olmaqla 3800 paydan ibarətdir və Cavabdeh1 MTK-nın üzvləri olaraq, Cavabdeh5 1700 manat, 1700 payı, X36 600 manat, 600 payı, İddiaçı 200 manat, 200 payı, Cavabdeh6 200 manat, 200 payı və X27 1100 manat, 1100 pay haqları vardır. Nizamnamə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X35 Qeydiyyatı İdarəsi tərəfindən ********** № ilə qeydə alınmışdır. Cavabdeh1 MTK-ya xx.xx.2014-cü il tarixdə Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş **********535000 № li Çıxarışlardan görünür ki, əvvəlki qeydiyyata alındığı tarix xx.xx.2002ci il, əvvəlki dövlət qeydiyyat № 0102-A 1-700, ödənilmiş nizamnamə kapitalı 3800 manat, dövlət qeydiyyatı № **********, Təsisçilərin və Nizamnamə kapitalında mayaların miqdarı Cavabdeh5- 1700 pay, X36- 600 pay, İddiaçı- 7.00 pay, Cavabdeh6- 700 pay və X23 1100 paya malikdirlər. Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Cavabdeh5dur. Cavabdeh1 MTKya xx.xx.2016-cı il tarixdə Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş **********694300 № li çıxarışlardan görünür ki, əvvəlki qeydiyyata alındığı tarix xx.xx.2002ci il, əvvəlki dövlət qeydiyyat № 0102-A1-700, ödənilmiş nizamnamə kapitalı 3800 manat, dövlət qeydiyyatı № **********, Təsisçilərin və Nizamnamə kapitalında mayaların miqdarı Cavabdeh5- 1700 pay, X36 - 600 pay, İddiaçı 200 pay, Cavabdeh6- 200 pay və X27 1100 paya malikdirlər, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Cavabdeh5dur. xx.xx.2019-cu il tarixdə "Xidmət” MTK-nın üzvlərinin ümumi yığıncağında “Xidmət" MTK-nın ləğv edilməsi, "Xidmət” MTK-nır. sədrinin vəzifədən azad edilməsi, Cavabdeh1 MTK- nın təsviyəçisinin təyin edilməsi və ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin verilməsi, ləğv ilə bağlı elanın verilməsi, "Xidmət” MTK-nın ləğvetmə prosesində olmasının dövlət qeydiyyatına alınması ümumi yığıncağın protokoluna yazılmaqla qərara alınmış, Cavabdeh6 təsviyəçi təyin edilmişdir. Cavabdeh1 MTK-ya xx.xx.2016-cı il tarixdə Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş **********350700 №li Çıxarışlardan görünür ki, "Xidmət” MTK ləğv prosesindədir, əvvəlki qeydiyyata alındığı tarix xx.xx.2002-ci il, əvvəlki dövlət qeydiyyat №0102-Al-700, ödənilmiş nizamnamə kapitalı 3800 manat, dövlət qeydiyyatı №**********, təsisçilərin və nizamnamə kapitalında mayaların miqdarı Cavabdeh5- 1700 pay, X36- 600 pay, İddiaçı Mommədsadıx oğlu - 200 pay, Cavabdeh6 - 200 pay və X27 - 1100 paya malikdirlər, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Cavabdeh6dur. Təsis edildikdən sonra Cavabdeh1 MTK-a uğurla sahibkarlıq fəaliyyətini həyata keçirmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə çoxmərtəbəli yaşayış binaları komleksini inşa etmiş, kompleksin bütün yaşayış və qeyri-yaşayış sahələri real bazar dəyərlərindən satılaraq külli miqdarda vəsait əldə edilmişdir. Cavabdeh1 MTK-nın fəaliyyəti ilə bağlı təsisçilərin hamısının eyni fəaliyyəti həyata keçirmələrinə baxmayaraq, kooperativin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən onun icra orqanın rəhbərləri və Cavabdeh1 MTK-nın fəaliyyətinə təsis edildiyi gündən halhazıradək faktiki rəhbərliyi həyata keçirən Cavabdeh2 milyonlarla manat məbləğində gəlir (nağd pul və əmlak formasında) götürdükləri halda, bu günə qədər təsisçisi İddiaçı həmin mənfəətdən bir manat da olsa ödənilməmişdir. Cavabdeh1 MTK-nın fəaliyyətindən əldə edilmiş mənfəətin təsisçisi İddiaçı ödənilməli olan hissəsinin hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı Cavabdeh1 MTK-nın icra orqanına və Cavabdeh1 MTK-nın təsis olunduğu tarixdən bu günə qədər olan bütün fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən Cavabdeh2 dəfələrlə müraciət etmişdir. Eyni zamanda Cavabdeh1 MTK-nın müxtəlif vaxtlarda sədrləri olmuş Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 da onların sədr olduqları vaxtlarda müraciət edərək MTK-nın fəaliyyətindən əldə edilmiş mənfəətdən payına düşən hissəsinin verilməsini xahiş etmişdir. Lakin onlar hər biri ayrı-ayrı vaxtalarda, sanki öyrədilmişlər kimi «Sən bilmirsən ki, buranın sahibi Tofik Hüseynovdur, maliyyə məsələlərinə görə ona müraciət etməlisən?! Bu işlərə rəhbərimiz Tofik Hüseynov baxır?! Buyur ona müraciət et». Dəfələrlə Cavabdeh2 müraciət edərək xahiş etmişdir ki, Cavabdeh1 MTK-nın fəaliyyətindən haqqına düşəni versin. O isə bu illər ərzində, əvvəllər gah bina tikilsin verəcəm, gah evlər satılsın verəcəm, sonralar da gözlə-gözlə deyərək aldadıb yola verərək, hər dəfə müxtəlif yollarla başından etmişdir. Bu ilin iyul ayında Cavabdeh5 zəng edib Cavabdeh1 MTK-ya aid sənədə imza etməli olduğunu bildirdi. Bildirdikdə ki, ailədə illərdir müalicəsini öz imkanlarım hesabına etdirdiyi xəstə var və o, artıq əməliyyat olunmalıdır. Maddi vəziyyət isə heç yaxşı deyil. Çatan halal payı verin ki, problemləri həll etsin. Sabir demişdir ki, payların və maliyyənin verilməsinə Cavabdeh1 MTK-nın sahibi Tofik Hüseynov baxır, ona müraciət elə heç bir şey edə bilməz. Bundan sonra Tofik Hüseynova zəng etmiş və demişdir ki, Cavabdeh5 Cavabdeh1 MTK-ya aid sənədə imza etməyini bildirmişdir, Tofik Hüseynov dedi ki, xəbəri var, get qol çək. Cavabdeh2 dedi ki, Cavabdeh5 da dedim, ailədə illərdir müalicəsini etdirdiyi xəstə var, artıq əməliyyat olunmalıdır, maddi vəziyyəti isə ağırdır. 17 ildir Cavabdeh1 MTK fəaliyyət göstərir, lakin bir dəfə də olsun Cavabdeh1 MTK-nın əldə etdiyi mənfəətdən bir pay verilməmişdir. Tikintisi başa çatmış evlərin də hamısı satılıb. Tofik Hüseynov cavabında dedi ki, üstündən 15 il keçib, nə pul, nə paydan danışırsan? Demişdir ki, nə olsun ki, 15 il keçib, pullar indiyə qədər sizdədi, həmin pulları dövriyyəyə buraxaraq milyonlar qazanmısınız, qazandığınız halal xoşunuz olsun. Halal payına düşəni verin ki çətinliklərini həll etsin. Cavabdeh2 əsəbiləşərək demişdir ki get, işinlə məşğul ol, sənə çatası nə pul, nə də pay yoxdur. Sonra da telefonu söndürmüşdür. Cavabdeh2, Aydın Hüseynov və Cavabdeh5 qardaşdırlar. Onların hər üçü Cavabdeh1 MTK-nın fəaliyyətindən kifayət qədər mənfəət əldə ediblər. “Xidmət" MTK-nın faktiki rəhbərliyi edən və əslində əvvəldən də Cavabdeh1 MTK-nın faktiki sahibi olan Cavabdeh2la bərabər, eyni zamanda onun qardaşları Aydın Hüseynova və Cavabdeh5 da dəfələrlə müraciət edib, Cavabdeh1 MTKnın fəaliyyətindən əldə etdikləri qazancdan payın ayrılıb verilməsini xahiş etmişdir. Lakin eynilə Cavabdeh2 kimi Aydın Hüseynov və Cavabdeh5 da xahişləri ilə müsbət cavab verməmişlər. Cavabdeh5 hər dəfə Cavabdeh1 MTK-nın sahibi Cavabdeh2dur, ondan istə deyə başından edib, Aydın Hüseynov isə əvvəllər telefonlara cavab verib, heç bir bölgü aparılmayıb desə də, sonradan o da telefon zənglərinə cavab verməmişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh1 MTK-nın təsis sənədləri və onlarda edilmiş sonrakı dəyişikliklərlə bağlı məlumat verilməsi üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X19 İdarəsinə müraciət etmişdir. Müraciət əsasında təqdim edilmiş təsis sənədləri ilə tanış olduqda aşkar etmişdir ki, kooperativin qanuni təmsilçisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X19 İdarəsinə təqdim edilmiş kooperativ üzvlərinin ümumi yığıncağının 17 iyul 2019-cu il tarixli protokolunda saxtakarlıq halına yol verilmişdir. Belə ki, həmin protokolda kooperativ üzvü olaraq adının qarşısında icra edilmiş imza başqa şəxs tərəfindən icra edilmişdir. Belə çıxır ki, iyul ayında Cavabdeh5 zəng edib imza etmək lazım olduğunu bildirdiyi sənəd kooperativ üzvlərinin ümumi yığıncağının 17 iyul 2019-cu il tarixli protokolu imiş. Belə çıxır ki, həmin tarixdə əslində heç bir ümumi yığıncaq keçirilmədiyi halda, onlar həmin tarixə ümumi yığıncağın saxta protokolunu tərtib edib, imza etdirmək istəyiblər. İmza etməkdən imtina etdikdə isə, Cavabdeh1 MTK-nın ləğv edilməsi ilə bağlı həyata keçirmək istədikləri qanunsuz hərəkətlərindən xəbər tutmamağı üçün protokola özləri imza etməklə saxtalaşdırılmış, sonra da saxta protokolu qeydiyyat orqanına vermişlər. Beləliklə, təsis sənədləri ilə tanış olarkən məlum oldu ki, qeyd edilən həmin saxta protokol əsasında Cavabdeh1 MTK hazırda ləğv prosesindədir. Təsis sənədlərindən də göründüyü kimi Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalında 200 payla üzvlərindən biridir və nizamnamə kapitalının 6%-nin sahibidir. Müvafiq olaraq Cavabdeh1 MTK-nın 17 il müddətində uğurla həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətindən 6% payına düşür. Lakin həmin pay bu günədək ödənilməmişdir. Cavabdeh2 Cavabdeh1 MTK-nın təsisçisi olmasa da, MTK-nın fəaliyyətinə bütün bu illər ərzində faktiki rəhbərlik etmiş, hal hazırdada rəhbərlik edir və MTK-nın mənfəətinə dair sərəncamı da yalnız o vermişdir. Cavabdeh1 MTK-nın Cavabdeh2 sərəncamı əsasında hər il bölüşdürülmüş mənfəətindən, məlumata görə hər kəs payını götürmüş, təkcə onun payı verilməmişdir. Cavabdeh1 MTK-nın fəaliyyəti isə həmişə uğurlu olmuş və o, həmişə mənfəətlə işləmişdir. Belə çıxır ki, mənfəətin payına düşən hissəsi hər dəfə cavabdehlər tərəfindən götürülmüşdür. Odur ki, təsisçilərindən biri olduğu Cavabdeh1 Mənzil Tikinti Kooperativinin fəaliyyətindən əldə edilmiş və hər il bölüşdürülmüş mənfəətindən payına düşən hissənin əvəzində 3.500.000 (üç milyon beş yüz min) manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Müstəqil tələb irəli sürən üçücü şəxs X21 ərizəsi onunla əsaslandırılmışdır ki, 2002-ci ilin yaz aylarında böyük qardaşı Cavabdeh2, o və kiçik qardaşı Cavabdeh5 bir kooperativ yaradıb çox mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək barədə danışıqlar aparmağa başlamışlar. Razılaşmışlar ki, tikiləcək binadan əldə edilən gəlir üçü arasında bərabər paylarda bölünsün. Həmçinin, razılaşmışlar ki, təsis ediləcək kooperativin fəaliyyətinə ümumi rəhbərliyi böyük qardaşı Cavabdeh2 həyata keçirsin. Lakin sonradan Cavabdeh3, X26, Cavabdeh6, X31, İddiaçı, X11, X14, X15 və X13 da cəlb edərək 22 iyul 2002-ci il tarixdə təsis müqaviləsi bağlamış və beləliklə, Cavabdeh1 Mənzil Tikinti Kooperativini təsis etmişlər. Böyük qardaşı Cavabdeh2 kooperativin təhsisçilərinin sırasına daxil olmamış, onun əvəzində oğlu Natiq Hüseynov kooperativin təhsisçiləri siyahısına daxil edildi, Cavabdeh2 isə əvvəlcədən razılaşdığı kimi kooperativin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirməyə başladı. 25 iyul 2002-ci il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nizamnaməsi dövlət qeydiyyatına alındı, bundan sonra MTK fəaliyyətə başladı, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə çoxmərtəbəli yaşayış binaları komleksini inşa etdi. Beləliklə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin bütün fəaliyyətinə faktiki rəhbərliyi Cavabdeh2 həyata keçirmiş, lakin o, nə MTK-nın təsisçilərinin tərkibində olmuş, nə də MTK-nın qanuni təmsilçisi olmuşdur. Lakin MTK-nın qanuni təmsilçisi həmişə qeyri-rəsmi olaraq Cavabdeh2 tabeliyində olmuşdur. Bir müddət əvvəl MTK-nın təsisçilərindən biri olan İddiaçı müraciət edərək MTK-nın fəaliyyətindən əldə edilmiş mənfəətdən ona çatası payın verilməməsi və verilməsindən də imtina edilməsi ilə bağlı şikayət etdi, daha sonra isə payının verilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirdi. Həmçinin İddiaçı bildirdi ki, o, MTK-nın təsis sənədlərini Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X19 İdarəsindən almışdır, təsis sənədlərindən görünür ki, onun imzasını ümumi yığıncağın protokolunda saxtalaşdırmışlar. Daha sonra həmin ümumi yığıncaqda iştirak edib-etmədiyini soruşdu və bildirdi ki, həmin, yəni xx.xx.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağın protokolu ilə MTK-nın ləğv edilməsi qərara alınmışdır. Uzun müddət idi ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin (təsisçilərinin) ümumi yığıncağı keçirilmirdi, kooperativin təsisçilərindən biri olaraq qanuni təmsilçisi tərəfindən bir məlumat verilmirdi. İddiaçı bildirdikləri də onda MTK-nın fəaliyyətində qanunsuzluğa yol verilməsi ilə bağlı şübhələr yaratdı. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X19 İdarəsinə müraciət edib Cavabdeh1 Mənzil Tikinti Kooperativinin təsis sənədlələrinin surətlərini istəmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi X19 İdarəsinin məktubu əsasında əldə etdiyi təsis sənədlələrinin surətləri ilə tanış olarkən müəyyən etmişdir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin təsis sənədlərinin içərisində olan Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 21 oktyabr 2010-cu il tarixli protokolunda, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 11 noyabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış 2-ci redaksiyada nizamnaməsində, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 16 iyul 2014-cü il tarixli protokolunda, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış 3-cü redaksiyada nizamnaməsində, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolunda onun adının qarşısında edilmiş imzalar onun tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən icra edilmişdir. Həmçinin, təsis sənədləri ilə tanış olarkən məlum olmuşdur ki, hər hansı formada məlumat verilmədən təsisçilərindən biri olduğu Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv prosesinə başlanılmış, bununla bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X19 İdarəsinə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli protokolda isə imza saxtalaşdırılmışdır. Bundan sonra məlum oldu ki, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı «protokolun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin tutulması tələbinə dair» iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsinə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin bölüşdürülmüş mənfəətindən onun payına düşən hissənin əvəzi olaraq cavabdehlərdən 3.500.000 (üç milyon beş yüz min) manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisinin əməllərində cinayətin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarıb bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsini xahiş etmişdir. Təsis sənədlərindən də göründüyü kimi hazırda Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalında 600 payla təsisçilərindən biridir və nizamnamə kapitalının 16 %-nin sahibidir. Məlum olduğu kimi Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə 2 (iki) ədəd çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə yerləşən çoxmərtəbəli binalarından hər birindəki yaşayış sahəsinin hər bir kv/m-nin orta bazar dəyəri təxminən 1000 manat, qeyri-yaşayış sahəsinin hər bir kv/m-nin orta bazar dəyəri isə təxminən 5000 manat təşkil edir. İki binada təxminən 90.000 kv/m yaşayış sahəsi, təxminən zirzəmi ilə birilkdə 20.000 kv/m qeri-yaşayış sahəsi vardır. Kooperativin nizamnamə kapitalında 16% paya malik olduğunu nəzərə aldıqda asanlıqla müəyyən etmək olar ki, kooperativin inşa etdiyi binalardan payına düşən yaşayış sahəsinin ümumi sahəsi 14.400 kv/m, qeyriyaşayış sahəsinin ümumi sahəsi isə 3200 kv/m təşkil etməli idi. Lakin cəmisi 1008,13 kvm yaşayış sahəsi, 168,1 kvm qeyri-yaşayış sahəsi verilmişdir. Belə çıxır ki, payına düşən yaşayış və qeyri-yaşayış sahələri verilməmiş hissələri Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən başqa-başqa şəxslərə satılmış, satışdan əldə edilmiş vəsait də müvafiq olaraq Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən əldə edilmişdir. Beləliklə, məlum olur ki, payına düşən 14.400 kv/m yaşayış sahəsindən verilməmiş 13.392 kv/m yaşayış sahəsi, 3200 kv/m qeyri-yaşayış sahəsindən isə 3032 kv/m qeyri-yaşayış sahəsi Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən başqa-başqa şəxslərə satılmış, satışdan əldə edilmiş vəsait isə ödənilməmişdir. Odur ki, verilməli olan, lakin verilməyib qanunsuz olaraq başqa-başqa şəxslərə satılmış yaşayış və qeyri-yaşayş sahələrinin pulu cavabdehlərdən tutulmalıdır. Eyni zamanda təsis sənədlərinə imzanın saxtalaşdırılması ilə əlavə edilmiş Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 21 oktyabr 2010-cu il tarixli protokolu, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 11 noyabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış 2-ci redaksiyada nizamnaməsi, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 16 iyul 2014-cü il tarixli protokolu, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış 3-cü redaksiyada nizamnaməsi və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolu məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 17 iyul 2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bölüşdürülmüş mənfəətdən ******* manat ödənilməmiş payın əvəzinin müştərək qaydada alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil4 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 17 iyul 2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsi, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından X21 payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müşətərək qaydada yaşayış sahələrinə görə 13392000 manat, qeyri-yaşayış sahəsinə görə 15160000 manat, cəmi 28.552.000 manat məbləğinin tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-2(113)-283/2022 saylı qərardadına əsasən iş üzrə Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdeh qismində iştirakına xitam verilmişdir. Daha əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə izahatlarında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş ekspert rəyi natamamdır. İş üzrə yenidən məhkəmə mühasibatlıq, tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları keçirilməlidir. Cavabdehlər tərəfindən mənfəətlər bir sıra hallarda gizlədilmişdir. Belə ki, əldə edilmiş faktiki mənfəətlə vergi orqanlarına verilən hesabatlar arasında ciddi fərqlər mövcuddur. Mənzillər ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş, bununla da real gəlir gizlədilmiş, mənfəət cavabdehlər arasında bölüşdürülmüşdür. Hazırda iddia tələbi ilə məhkəməyə müraciət edilməsində əsas da müəssisənin fəaliyyəti nəticəsində verilməmiş payın tələb edilməsidir. Bununla belə cavabdehlər qeyd edir ki, iş üzrə mənfəət vergisi verilmişdir. Məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, təqdim edilən mənfəət doğru mənfəət deyil. Belə ki, rəsmi sənədlərdən binanın 21.000 manata tikilməsi məlum olur. Bu isə qeyri- realdır. 2005-ci ildə Daxili İşlər Nazirliyində istintaq aparılmış, istintaq materiallarında olan şahid ifadələrindən məlum olur ki, mənfəət qanunsuz olaraq bölüşdürülmüşdür. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili məhkəmə çıxışını yazılı şəkildə məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsinə və Cavabdeh1 Mənzil- Tikinti Kooperativinin bölüşdürülmüş mənfəətindən onun payına düşən hissənin əvəzi olaraq cavabdehlərdən ******* (üç milyon beş yüz min) manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsinə və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin bölüşdürülmüş mənfəətindən onun payına düşən hissənin əvəzi olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ******* (üç milyon beş yüz min) manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2002-ci il tarixdə kooperativ üzvlərinin mənzilə olan təlabatının ödənilməsi məqsədilə təsisçilərin ümumi yığıncağında Cavabdeh3, Cavabdeh5, X26, X36, Cavabdeh6, X31, İddiaçı, X11, X14, X15 və X22 tərəfindən təsisçilərin ümumi yığıncağında Cavabdeh1 Mənzil Tikinti Kooperativi (bundan sonra “Xidmət MTK”) edilmiş və bu barədə xx.xx.2002ci il tarixli 01 saylı protokol tərtib edilmişdir. Təsisçilərin qərarı ilə Cavabdeh3 Cavabdeh1 MTK-nın sədri seçilmişdir. xx.xx.2002-ci il tarixdə Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağında qəbul edilən Nizamnaməyə əsasən Cavabdeh1 MTK-nın üzvləri: Cavabdeh3 payı 3 (üç) milyon AZN, Cavabdeh5 payı 3 (üç) milyon AZN, X12 payı 3 (üç) milyon AZN, X21 payı 3 (üç) milyon AZN, Cavabdeh6 payı 1 (bir) milyon AZN, X16 payı 1 (bir) milyon AZN, − İddiaçı payı 1 (bir) milyon AZN X3 payı 1 (bir) milyon AZN,X5 payı 1 (bir) milyon AZN, X6 payı 1 (bir) milyon AZN və X9 payı 1 (bir) milyon AZN müəyyən edilmişdir. Nizamnamə xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 0102-A1-700 № ilə qeydə alınmışdır. Nizamnamənin 4-cü bəndinə əsasən Cavabdeh1 MTK-nın pay haqqı fondu 19 (on doqquz) milyon AZN müəyyən edilmişdir. xx.xx.2002-ci il tarixdə yuxarıda adları sadalanan təsisçilər təsis müqaviləsi bağlayaraq Cavabdeh1 MTK-nın Nizamnamə fondunu 19 (on doqquz) milyon AZN müəyyən etmişlər. Təsis müqaviləsinin 6-cı bəndinə əsasən Cavabdeh1 MTK-nın fəaliyyəti nəticəsində əldə olunan gəlir və zərər nizamnamə fonduna qoyduqları pay haqqına müvafiq olaraq müəyyən olunur. Təsis müqaviləsinə əsasən Nizamnamə kapitalında: Cavabdeh3 payı 3 (üç) milyon AZN, Cavabdeh5 payı 3 (üç) milyon AZN, X12 payı 3 (üç) milyon AZN, X21 payı 3 (üç) milyon AZN, Cavabdeh6 payı 1 (bir) milyon AZN, X16 payı 1 (bir) milyon AZN, İddiaçı payı 1 (bir) milyon AZN, X3 payı 1 (bir) milyon AZN, X5 payı 1 (bir) milyon AZN, − X6 payı 1 (bir) milyon AZN və X9 payı 1 (bir) milyon AZN müəyyən edilmişdir. xx.xx.2010-cu il tarixdə Cavabdeh1 MTK üzvlərinin Ümumi yığıncağın protokolundan görünür ki, üzvlər Cavabdeh4, Cavabdeh5, X36, İddiaçı və Cavabdeh6 Cavabdeh1 MTK-nın yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi, Cavabdeh1 MTK-nın sədrinin Cavabdeh4 seçilməsi və onun dövlət qeydiyyatlı ilə bağlı səlahiyyətli şəxs təyin edilməsi barədə Ümumi yığıncağın protokoluna daxil edilməklə qərar qəbul etmişlər. Ümumi yığıncağında yeni redaksiyada təsdiq edilən Nizamnaməyə (2-ci redaksiya) əsasən Cavabdeh1 MTK-nın üzvləri: Cavabdeh4 pay haqqı 2200 (iki min iki yüz) AZN, Cavabdeh5 pay haqqı 600 (altı yüz) AZN, X21 pay haqqı 600 (altı yüz) AZN, İddiaçı pay haqqı 200 (iki yüz) AZN və Cavabdeh6 pay haqqı 200 (iki yüz) AZN müəyyən edilmişdir. Nizamnamə xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X35 Qeydiyyatı İdarəsi tərəfindən ********** № ilə qeydə alınmışdır. Cavabdeh1 MTK-ya xx.xx.2010-cu il tarixdə Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş **********263500 №li Çıxarışlardan görünür ki, əvvəlki qeydiyyata alındığı tarix xx.xx.2002-ci il, əvvəlki dövlət qeydiyyat №0102-A1-700, nizamnamə kapitalı 3800 manat, dövlət qeydiyyatı № **********, təsisçilərin nizamnamə kapitalında mayalarının miqdarı Cavabdeh4 - 2200 manat, Cavabdeh5 - 600 manat, X36 - 600 manat, İddiaçı pay haqqı 200 manat, Cavabdeh6 pay haqqı 200 manatdır, МТК-nın qanuni təmsilçisi Cavabdeh4dur. xx.xx.2014-cu il tarixdə Cavabdeh1 MTK üzvlərinin Ümumi yığıncağın protokolundan görünür ki, üzvlər Cavabdeh5, X36, İddiaçı, Cavabdeh6 və X27 Cavabdeh1 MTK-nın yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi, Cavabdeh1 MTK-nın sədrinin Cavabdeh5 seçilməsi və onun dövlət qeydiyyatlı ilə bağlı səlahiyyətli şəxs təyin edilməsi barədə ümumi yığıncağın protokoluna daxil edilməklə qərar qəbul etmişlər. xx.xx.2014-cu il tarixdə Cavabdeh1 MTKnın üzvlərinin ümumi yığıncağın protokolundan görünür ki, yeni redaksiyada təsdiq edilən Nizamnaməyə (3-cü redaksiya) əsasən, Cavabdeh1 MTK-nın pay fondu 3800 (üç min səkkiz yüz) manat, hər biri 1 (bir) manat olmaqla 3800 paydan ibarətdir və Cavabdeh1 MTK-nın üzvləri olaraq: Cavabdeh5 1700 manat, 1700 payı, X36 600 manat, 600 payı, İddiaçı 200 manat, 200 payı, Cavabdeh6 200 manat, 200 payı və X27 1100 manat, 1100 pay haqları vardır. Nizamnamə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X35 Qeydiyyatı İdarəsi tərəfindən ********** № ilə qeydə alınmışdır. Cavabdeh1 MTK-ya xx.xx.2014-cü il tarixdə Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş **********535000 №li çıxarışlardan görünür ki, əvvəlki qeydiyyata alındığı tarix xx.xx.2002-ci il, əvvəlki dövlət qeydiyyat №0102-A1-700, ödənilmiş nizamnamə kapitalı 3800 manat, dövlət qeydiyyatı №**********, təsisçilərin və nizamnamə kapitalında mayaların miqdarı Cavabdeh5 1700 pay, X36 600 pay, İddiaçı 200 pay, Cavabdeh6 200 pay və X27 1100 paya malikdirlər, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Cavabdeh5dur. Cavabdeh1 MTK-ya xx.xx.2016-cı il tarixdə Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş **********694300 №li çıxarışlardan görünür ki, əvvəlki qeydiyyata alındığı tarix xx.xx.2002-ci il, əvvəlki dövlət qeydiyyat №0102-A1-700, ödənilmiş nizamnamə kapitalı 3800 manat, dövlət qeydiyyatı №**********, təsisçilərin və nizamnamə kapitalında mayaların miqdarı Cavabdeh5 1700 pay, X36 600 pay, İddiaçı 200 pay, Cavabdeh6 200 pay və X27 1100 paya malikdirlər, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Cavabdeh5dur. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağın protokolundan görünür ki, Cavabdeh1 MTK-nın ləğv edilməsi, Cavabdeh1 MTK-nın sədrinin vəzifədən azad edilməsi, Cavabdeh1 MTK-nın təsviyəçisinin təyin edilməsi və ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin verilməsi, ləğv ilə bağlı elanın verilməsi, Cavabdeh1 MTK-nın ləğvetmə prosesində olmasının dövlət qeydiyyatına alınması ümumi yığıncağın protokoluna yazılmaqla qərara alınmış, Cavabdeh6 təsviyəçi təyin edilmişdir. Cavabdeh1 MTK-ya xx.xx.2016-cı il tarixdə Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş **********350700 №li Çıxarışlardan görünür ki, Cavabdeh1 MTK ləğv prosesindədir, əvvəlki qeydiyyata alındığı tarix xx.xx.2002-ci il, əvvəlki dövlət qeydiyyat №0102-A1-700, ödənilmiş nizamnamə kapitalı 3800 manat, dövlət qeydiyyatı №**********, təsisçilərin və nizamnamə kapitalında mayaların miqdarı Cavabdeh5 1700 pay, X36 600 pay, İddiaçı 200 pay, Cavabdeh6 200 pay və X27 1100 paya malikdirlər, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Cavabdeh6dur. Təsis edildikdən sonra Cavabdeh1 MTK uğurla sahibkarlıq fəaliyyətini həyata keçirmiş, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə çoxmərtəbəli yaşayış binaları komleksini inşa etmiş, kompleksin bütün yaşayış və qeyriyaşayış sahələri real bazar dəyərlərindən satılaraq külli miqdarda vəsait əldə edilmişdir. Bina 2008-ci ilədək tikilib qurtarmışdır. Bina tikilməyə başlayanda bünövrəsindən satılmağa başlamışdır. İddiaçı bir neçə dəfə MTK-nın rəhbərlərinə müraciət etmiş və hər dəfə ona MTK-ya qeyri-rəsmi rəhbərlik edən Cavabdeh2 müraciət etməyi tövsiyyə etmişlər. Mənfəətin bölgüsü ilə bağlı ümumi yığıncaq keçirilməmiş, onun iştirakı ilə mənfəət bölünməmişdir. 2019-cu ildə ona məlum olmuşdur ki, MTK-nın fəaliyyətinə xitam verilmişdir. O ümumi iclaslara dəvət edilmədiyini və iştirak etmədiyini MTK sədri Cavabdeh5 bildirmiş, mənfəətin bölünməsindən onun payına düşən vəsaitin və ya mənzillərin ona verilməsini xahiş etmişdir. Cavabdeh5 bu barədə Cavabdeh2 müraciət etməsini tövsiyyə etmişdir. Cavabdeh2 isə onu söyüb qovmuşdur. Bundan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Yalnız məhkəmə baxışı zamanı, məhkəmənin köməyi ilə əldə edilən, o cümlədən Cavabdeh2 nümayəndəsi və vəkilinin təqdim etdiyi sübutlardan ona bəlli olmuşdur ki: yaşayış və qeyri yaşayış sahələri (Məhkəmə mühasibatlıq-tikinti ekspertizasının xx.xx.2022- ci il tarixli 10/3264-9/3683 №li rəyinə əsasən), o cümlədən − cəmi sahəsi 1530 kv.m olan 85 avtomobil üçün qarajlar; − cəmi sahəsi 2000,9 kv.m olan qeyri yaşayış sahəsi; − cəmi sahəsi 36473,50 kv.m olan 260 mənzil tikilmiş, binaların tikintisi 2004-2006-cı illəri əhatə etmişdir (Səyyar vergi yoxlamasının aktları). Binaların tikintisi ilə bağlı 14.992.446,1 manat xərc, yaşayış və qeyri-yaşayış sahələrinin satışından 2002-2005-ci illərdə 56.473.737,26 manat gəlir, 37.333.162,04 manat xalis mənfəət, 2006- 2010-cu illərdə 77.900.900 manat gəlir, 56.617.608,51 manat xalis mənfəət əldə edilmişdir. Müvafiq olaraq, İddiaçı Cavabdeh1 MTK-nın Nizamnamə payında olan 200 payı 2002-2005-ci illərdə 2.196.068,36 manat, 2006-2010-cu illərdə isə 3.330.447,56 manat təşkil edir (Auditorun rəyi). Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Baş İdarəsində istintaq edilən ********* №li cinayət işi üzrə Cavabdeh1 MTK-nın fəaliyyəti ilə bağlı dindirilmiş Cavabdeh1 MTK-nın təsisçiləri olan Cavabdeh3, Cavabdeh5, X21, Cavabdeh6, X3, X5, X6, X9 və Cavabdeh4, habelə Cavabdeh2 ********* №li cinayət işi üzrə şahid, zərərçəkmiş şəxs və təsirləndirilən şəxs qismində dindirmə və əlavə dindirmə protokolları, X21 və İddiaçı Cavabdeh2 ilə, X21 X14 üzləşdirmədə dindirmə istintaq hərəkətinin protokollarının təsdiq edilmiş surətlərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən tələb edilməsi barədə sorğu verilməsi barədə vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Auditorun və ekspertin şahid qismində dindirilməsi barədə vəsatət təmin edilmiş və İqtisad ekspertizalar şöbəsinin böyük eksperti X32 məhkəməyə verdiyi izahatında auditorun rəyinin ekspertlər üçün məcburi olmadığını bildirmişdir. Əlavə məhkəmə mühasibatlıq və tikinti ekspertizasının təyin edilməsi barədə Aydın Hüseynovun nümayəndəsinin verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilmədi. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlər Tofiq Həsənov və Cavabdeh3 barəsində cinayət təqibi başlanması məsələsini həll etmək üçün prokurora müraciət edilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X21 nümayəndəsi və vəkili Vəkil4 məhkəməyə izahatında və yazılı çıxışında qeyd etmişdir ki, iş üzrə cavabdehlərdən biri Cavabdeh5dur. Cavabdeh5 həm "xxxx" MTK-nın sədridir, həm də onun təsisçilərindən biridir. Cavabdeh5 məhkəmə iclasında vəkalətli nümayəndəsi vasitəsilə etiraf etmişdir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolundakı təsisçilər X21 və İddiaçı imzalarını "xxxx" MTK-nın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən Cavabdeh2 göstərişi ilə saxtalaşdırmışdır. Məhz bu etirafa görə X21 və İddiaçı imzalarının qarşısında icra edilmiş imzaların X36 və İddiaçı, yaxud başqa şəxslər tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə zərurət olmamışdır. Bu baxımdan iddianın protokolla bağlı hissədə təmin edilcəyindən heç bir şübhə yoxdur. İddianın Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından X21 payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada yaşayış sahəsinə görə 13.392.000 manat, qeyri-yaşayış sahəsinə görə 15.160.000 manat, cəmi 28.552.000 (iyirmi səkkiz milyon beş yüz əlli iki) manat məbləğinin tutulmasına dair hissəsi də aşağıdakılar əsasında təmin edilməlidir. Kommersiya işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən 2002-2006-cı illərdə Bakı şəhəri, Nərimanov rayonu, X52 küçəsi 7 a saylı ünvanda 94 mənzilli 16 (+ mansard) mərtəbəli bir bina, X52 küçəsi 7 b saylı ünvanda 94 mənzilli 16 (+ mansard) mərtəbəli bir bina və Təbriz küçəsi 98 a saylı ünvanda 68 mənzilli 18 (+ mansard) mərtəbəli bir bina inşa edilmiş, həmin illərdə hər üç binan bütün yaşayış və qeyri-yaşayış sahələri, qarajlar da daxil olmaqla satılmış, lakin satışdan əldə edilmiş on milyonlarla manat vəsait MTK-nın kassasına mədaxil edilməmiş, bank hesabına köçürülməmişdir. Kommersiya işində olan xx.xx.2022-ci il tarixli auditor hesabatından görünür ki, Cavabdeh1 MTK tərəfindən qeyd edilən çoxmərtəbəli binaların tikintisinə, ümumilikdə 14.992.446,1 manat xərc çəkilmişdir. 2002-2005-ci llərin qiymətləri ilə hesabladıqda əldə edilmiş gəlir 56.473.737,26 manat, 2006-2010-cu illərin qiymətləri ilə hesabladıqda 77.900.900 manat, 2011-2015-ci illərin qiymətləri ilə hesabladıqda 117.454.150 manat, 2016-2020-ci illərin qiymətləri ilə hesabladıqda 143.219.450 manat olmuşdur. Kommersiya işində olan Cavabdeh1 MTK-da xx.xx.2004- cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin (vergilərin və dijgər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) səyyar vergi yoxlanılması aparılmasına dair xx.xx.2006-cı il tarixli Səyyar vergi yoxlaması aktının surətindən görünür ki, 3 ədəd çoxmərtəbəli bina inşa etmiş Cavabdeh1 MTK-nın inşaat işlərinin aparıldığı illərdə, illik xərcləri təxminən 24000 manat, gəliri isə təxminən 17000 manat civarında olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, X52 küçəsi 7 a saylı ünvanda 94 mənzilli 16 (+ mansard) mərtəbəli bir binanın, X52 küçəsi 7 b saylı ünvanda 94 mənzilli 16 (+ mansard) mərtəbəli bir binanın və Təbriz küçəsi 98 a saylı ünvanda 68 mənzilli 18 (+ mansard) mərtəbəli bir binanın inşa edilməsinə çəkilmiş xərclərin illik 24000 manat, həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş gəlirin isə 17000 manat civarında olması əlbəttə ki, ağlabatan deyildir. Ağlabatan, bununla da doğru olan aydındır ki, kommersiya işində olan «X30 Mərkəzi» MMC tərəfindən verilmiş Qiymətləndirmə rəyində və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Auditor hesabatında göstərilmiş rəqəmlərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində və məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, təxminən 2002-ci ildən 2009-cu ilədək Cavabdeh1 MTK-da aparıcı mühasib işləmişdir, əmək haqqının hesabatını, mal-materialın uçotunu aparmışdır, Cavabdeh3 Cavabdeh1 MTK-nın sədri, baş mühasibi isə Cəmilə xanım olmuşdur, X52 küçəsi 7 a saylı binadan 2006-cı ildə 35 saylı mənzil, X52 küçəsi 7 b saylı binadan 2005-ci ildə 24 saylı mənzil və Təbriz küçəsi 98 a saylı binadan 2006-cı ildə 56 saylı mənzil MTK-nın sədri Cavabdeh3 göstərişi ilə onun adına rəsmiləşdirilmişdir, belə ki, o, müqaviləyə, qəbzlərə imza etmişdir, mənzillər onun adına sənədləşdirilib, lakin həmin mənzillər heç vaxt onun olmayıb, həmin mənzillərə görə MTKya və ya hər hansı başqa şəxsə hər hansı məbləğdə pul ödəməmişdir, baş mühasib Cəmilə xanım ona demişdi ki, sədr deyir ki, bu mənzilləri satılana qədər onun adına rəsmiləşdirək, o, Xidmət MTK-da işçi olduğundan, həmin vaxtlar anası xəstə olduğundan, anasına baxmaq məcburiyyətində qaldığından, buna görə də işini, maaşını itirmək istəmədiyindən rəhbərliyin göstərişinə tabe olub mənzillərin onun adına sənədləşdirilməsinə etiraz etməmişdir, həmin mənzillər boş mənzillər olmuşdur, buna görə onun adına müvəqqəti olaraq, yəni alıcı tapılanadək, satılanadək rəsmiləşdirilmişdi, mənzillər sonra başqa-başqa şəxslərə satılmışdır, yadındadır ki, alıcılardan biri Türkiyə vətəndaşı olmuşdur, mənzillər satılarkən ona mənzillərin satışından hər hansı məbləğdə pul verilməmişdir, mənzillərə görə pul notariat kontorunda, onun yanında verilməmişdir, pul ofisdə, yaxud başqa bir yerdə alınıb-verilmişdir, lakin mənzillərdən birinin dəyəri yadındadır ki, bank vasitəsilə ödənilmişdir, belə ki, mənzillərdən biri onun adına rəsmiləşdirilmiş olsa da, bilirdi ki, həmin mənzildə hansısa İran vətəndaşı yaşayr, İran vətəndaşı həmin mənzildə kirayədə yaşamırdı, belə ki, İran vətəndaşının adında olmasa da, faktiki olaraq onun idi, alqı-satqı zamanı da bankdan mənzilə görə alıcı tərəfindən ödənilmiş pul vəsaitini də məhz həmin İran vətəndaşı götürmüşdü, o, yalnız bank sənədələrinə və alqısatqı müqaviləsinə imza etmişdir, 2008-2009-cu illərdə işdən çıxanda 3 binadan hər hansı birində boş mənzil, qeyri-yaşayış sahəsi, o cümlədən qaraj sahəsi qalmamışdı, yaşayış və ya qeyri-yaşayış sahələrinin satılması qaydası belə idi ki, adətən alıcılar müraciət edəndə Nazim müəllimin otağına gəlirdilər, danışıqlar Nazim müəllimin otağında və Nazim müəllim tərəfindən aparılırdı, baş mühasiblə o yanaşı otaqlarda otururdular, alıcılardan pulu heç vaxt baş mühasib almırdı, alcılardan pulu həmişə Nazim müəllim özü götürürdü, binaların tikintisinə başlayarkən Cavabdeh1 MTK-nın işçiləri, o cümlədən o, baş mühasib, sədr «Azavtomotoservis» Ticarət Birliyinin ünvan 2 ünvanında yerləşən ofisində otururdular, binalar inşa edilib qurtardıqdan sonra onlar X52 küçəsi 7a saylı binada olan ofisə köçmüşdülər, həmin ofisdə bir dəfə Tofiq müəllimi də görmüşdü, nəyə görə gəlmişdi, bilmir, həmin ofisdə o, təxminən 3 il işləmişdir, sonra da başqa işə düzəldiyi üçün Cavabdeh1 MTK-dan işdən çıxmışdır. Şahidin ifadəsindən də göründüyü kimi 3 mənzil şahidin adına formal olaraq rəsmiləşdirilib, mülkiyyətinə keçirilib, sonradan da başqabaşqa şəxslərə satılmışdır. Şahidin adına rəsmiləşdirilərkən ola bilsin ki, MTK-nın kassasına çox cüzi məbləğdə pul mədaxil edilmişdir, bəlkə heç belə bir mədaxil də olmamışdır. Sonradan həmin mənzillər başqa-başqa şəxslərə real olaraq satılarkən isə satışdan əldə edilmiş külli miqdarda pul vəsaiti həmin, yəni 2002-2010-cu illərdə MTKnın fəaliyyətinə rəhbərlik edən şəxslər tərəfindən ələ keçirilmişdir. Lakin bu hərəktlər təkcə X7 adına sənədləşdirilib sonradan satılmış mənillərin satışı zamanı deyil, binaların demək olar ki, əksər yaşayış və qeyri-yaşayış sahələrinin satışı zamanı da təkrar olunmuşdur. Belə ki, kommersiya işində olan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin Vəkil1 sorğusuna xx.xx.2022-ci il tarixli **********45 saylı cavab məktubundan görünür ki, iş üzrə cavabdehlərdən Cavabdeh2 adına aşağıdakı əmlaklar ilkin olaraq sənədləşdirilmişdir: 7a saylı binada Cavabdeh2 adına ilkin olaraq sənədləşdirilmiş yaşayış sahələri: - 86 saylı mənzil, order xx.xx.2004, qeydiyyat xx.xx.2005; 7a saylı binada Cavabdeh2 adına ilkin olaraq sənədləşdirilmiş qeyri-yaşayış sahələri: - 120.1 kvm, müqavilə xx.xx.2005, qeydiyyat xx.xx.2005; - 38 kvm, protokoldan çıxarış xx.xx.2011, qeydiyyat xx.xx.2011; - 13.4 kvm, müqavilə xx.xx.2003, qeydiyyat xx.xx.2011; - 34.5 kvm, müqavilə xx.xx.2003, qeydiyyat xx.xx.2011; -28.5 kvm, müqavilə xx.xx.2003, qeydiyyat xx.xx.2011; -265 kvm, müqavilə xx.xx.2005, qeydiyyat xx.xx.2005. 7a saylı binada Cavabdeh2 yaxınlarının adına ilkin olaraq sənədləşdirilmiş qeyri-yaşayış sahələri: -152 kvm, müqavilə xx.xx.2005, qeydiyyat xx.xx.2005, X24. 7b saylı binada Cavabdeh2 yaxınlarının adına olmuş qeyriyaşayış sahələri: - 168.1 kvm, müqavilə xx.xx.2005, qeydiyyat xx.xx.2005, X24; - 182.38 kvm, müqavilə xx.xx.2005, qeydiyyat xx.xx.2005, X17. Təbriz küçəsi 98 saylı binada Cavabdeh2 adına olmuş yaşayış sahələri: - 11 saylı mənzil, order xx.xx.2005, qeydiyyat xx.xx.2005; -10 saylı mənzil, order xx.xx.2004, qeydiyyat xx.xx.2005. Təbriz küçəsi 98 saylı binada Cavabdeh2 yaxınlarının adına olmuş yaşayış sahələri: - 64 saylı mənzil, order xx.xx.2005, qeydiyyat xx.xx.2007, X25; - 63 saylı mənzil, order xx.xx.2005, qeydiyyat xx.xx.2005, X25; - 61 saylı mənzil, order xx.xx.2005, qeydiyyat xx.xx.2005, X25; - 62 saylı mənzil, order xx.xx.2005, qeydiyyat xx.xx.2005, X25; Təbriz küçəsi 98 saylı binada Cavabdeh2 adına olmuş qeyri-yaşayış sahələri: - 561 kvm, protokol xx.xx.2003, qeydiyyat xx.xx.2005. Təkcə qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin real bazar dəyəri milyon manatlarla ölçülür. Lakin kommersiya işində olan sənədlərdən, o cümlədən məhz cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-cı il tarixli Səyyar vergi yoxlaması aktının surətindən Cavabdeh1 MTK-nın kassasına və ya bank hesabına, o cümlədən Cavabdeh2 və onun yaxınlarının mülkiyyətinə verilmiş dəyəri milyon manatlarla qiymətləndirilən qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsindən əldə edilməli olan milyon manatlarla vəsaitin MTK-nın kassasına mədaxil edilmiş, yaxud bank hesabına köçürülmüş olduğu görsənmir. 3 ədəd çox mərtəbəli binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş on milyon manatlarla gəlirin hara xərclənmiş olması ilə bağlı əlbəttə ki, MTK-nın 2002-2010-cu illərdə rəhbəri olmuş iş üzrə Cavabdeh3 birbaşa məsuliyyət daşıyır. Məhkəmə iclaslarında digər cavabdehlər - Cavabdeh5 və Cavabdeh4 nümayəndələri verdikləri izahatlarında MTK-nın fəaliyyətinə faktiki rəhbərliyi Cavabdeh2 həyata keçirdiyini, MTK-nın idarə edilməsi də məhz Cavabdeh2 göstərişləri əsasında həyata keçirildiyini bildirmişlər. Əslində başqa cür mümkün də deyildir. Çünki başqa cür olsaydı, o halda Cavabdeh2 və onun yaxınlarının adlarına sənədləşdirilmiş yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri MTK-ya ödənilmiş olardı. MTK tərəfindən inşa edilmiş 3 ədəd çoxmərtəbəli bina indi də yerində durur. Həmin binaların ümumi sahəsinin nə qədər olduğu, yaşayış və qeyri-yaşayış sahələrinin (qarajlar da daxil olmaqla) sahələrinin nə qədər olduğu hətta kommersiya işində olan xx.xx.2022-ci il tarixli 10/3264-9/3683 saylı ekspertiza rəyindən də aydın görünür. Binaların yaşayış və qeyri-yaşayış sahələrinin hər bir kvm-nin illər üzrə real bazar dəyəri işdə olan «X30 Mərkəzi» MMC tərəfindən verilmiş Qiymətləndirmə rəyində və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Auditor hesabatında aydın, açıq-aşkar olaraq göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli Auditor hesabatında binaların inşası ilə bağlı MTK-nın fəaliyyətindən əldə edilmiş gəlirin və binaların inşasına sərf edilmiş xərcin nə qədər olduğu, xərclər və vergilər çıxıldıqdan sonra yerdə qalan, yəni təsisçilər arasında bölüşdürülməli olan sərbəst mənfəətin də nə qədər olduğu aydın, açıq-aşkar göstərilmişdir. Kommersiya işində olan sübutlardan birmənalı olaraq müəyyən olunur ki, binaların tikintisindən, yəni son nəticədə yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş on milyonlarla manat məbləğində xalis gəlir MTK-da yoxdur, əvvəldən də olmamışdır, yəni nə MTK-nın kassasına mədaxil edilmiş, nə də bank hesabına köçürülmüşdür. Qətnamə qəbul edərkən məhkəmə iş üzrə müəyyən edilmiş və qanuni və əsaslı qətnamənin qəbul edilməsi üçün olduqca mühüm əhəmiyyət daşıyan bu hallara və həmin hallarla bağlı sübutlara obyektiv qiymət verəcəkdir. Həmin sübutlara və hallara obyektiv qiymət verilməsi isə həm ilk, həm də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməsini tələb edir. Odur ki, qeyd edilənləri nəzərə alıb müstəqil tələblər irəli sürən üçüncü şəxs (iddiaçı) X21 iddia ərizəsinin təmin edilərək Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli protokolunun etibarsız hesab edilməsinə və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müşətərək qaydada yaşayış sahəsinə görə 13.392.000 manat, qeyri-yaşayış sahəsinə görə 15.160.000 manat, cəmi 28.552.000 (iyirmi səkkiz milyon beş yüz əlli iki) manat məbləğinin tutularaq X28 ödənilməsinə dair qətnamə qəbul edilsin. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil5 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, hər iki iddia üzrə işə cavabdeh kimi cəlb edilmiş Cavabdeh2 həmin iddiaları qəbul etmir və aşağıda qeyd edilən dəlillərə əsasən hesab edir ki, iddialar əsassız olduğu üçün təmin edilməməlidir. Cavabdeh2 istər birinci, istərsə də ikinci iddia tələbləri üzrə cavabdeh deyil və ola da bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – AR MPM) 149.2.3-cü maddəsinə əsasən, iddia bir neçə cavabdehə qarşı verildikdə, iddia ərizəsində onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırkı iş üzrə iddia ərizələrinin hər birində iki tələb – protokolun etibarsız sayılması və pul tələbləri irəli sürülür ki, bunlardan birinci tələbin Cavabdeh2 ümumiyyətlə aidiyyəti yoxdur, çünki həmin protokolun tərtib olunduğu vaxt (xx.xx.2019-cu ildə) MTK-nın sədri (qanuni təmsilçisi) Cavabdeh5 olmuş və birinci iddia üzrə İddiaçı öz iddia ərizəsində həmin protokolun Cavabdeh5 digər üzvlərlə birlikdə onun əvəzinə imza etməklə saxtalaşdırıldığını göstərmişdir. İkinci tələbin isə nəyə görə, konkret hansı fakt və sübutlara istinadən həm də Cavabdeh2 qarşı yönəlməsi aydın deyil. Belə ki, MTK-nın təsis sənədlərinə (təsis müqaviləsi, nizamnamə və dövlət reyestrindən çıxarış) əsasən müəyyən və sübut olunur ki, Cavabdeh2 MTK-da təsis olunan gündən indiyədək nə hər hansı məbləğdə pay sahibi (kooperativin üzvü), nə də qanuni təmsilçi olmuş və bu müddətdə heç vaxt MTK-nın ali idarəetmə və icra orqanlarında (Ümumi yığıncaq, İdarə heyəti, Təftiş komissiyası) təmsil olunmamışdır. Əksinə, bu iddialar üzrə iddiaçıların özləri (Aydın Hüseynov və İddiaçı) MTK-da pay haqqına sahib olmaqla, MTK-nın ali idarəetmə orqanı olan və əldə olunan mənfəətin və mənzillərin kooperativ üzvləri arasında bölüşdürülməsi səlahiyyətlərini həyata keçirən ümumi yığıncaqda təmsil olunmuş, MTK-nın cari fəaliyyətinə rəhbərliyi və qanuni təmsilçilik funkisyasını isə xx.xx.2002-ci ildən xx.xx.2010cu ilədək Cavabdeh3, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilədək Cavabdeh4, xx.xx.2014-cü ildən etibarən isə Cavabdeh5 icra etmişlər. İddiaçılar Cavabdeh2 iş üzrə "xxxx" düzəltmək üçün guya onun MTK-ya faktiki rəhbərliyi həyata keçirməsi mülahizəsini irəli sürsələr də, məhkəməyə bu iddianı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. Halbuki, AR MPM-in: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada, hər iki iddia üzrə iddiaçıların MTK-nın əldə etdiyi mənfəətdən onların paylarına düşən hissənin əvəzini Cavabdeh2 tələb etmələri, bunun üçün hər hansı faktiki və ya hüquqi əsas olmadığı üçün, qanunsuz və əsassızdır. Birinci iddia üzrə iddiaçı MTK-nın bölüşdürülmüş mənfəətindən onun payına düşən hissənin əvəzi olaraq 3.500.000 manat, ikinci iddia üzrə iddiaçı isə MTK- inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində 28.552.000 manat məbləğində pulun tutulmasını tələb etsələr də, yenə də AR.MPM-in 77.1-ci maddəsinin göstərişinə zidd olaraq bu məbləğlərin haradan qaynaqlanması və necə hesablanması, MTK-nın inşa etdiyi binaların tikintisi xərclərinin, həmin binalardakı yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş ümumi vəsaitin, tikintiyə sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan mənfəətin və bu mənfəətdən iddiaçıların paylarına mütənasib olan mənfəət məbləğinin nə qədər təşkil etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Qeyd edilən suallara aydınlıq gətirilməsi məqsədilə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis qismində auditor cəlb olunmaqla məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, lakin həmin ekspertiza tədqiqatlarının aparılması üçün zəruri olan materialların (MTK-nın 2002-2020-ci illərdəki fəaliyyəti üzrə gəlirin əldə olunması ilə bağlı sənədlər və xərc sənədləri – müqavilələr, invoyslar, mədaxil qəbzləri, qaiməfakturalar, mədaxil-məxaric orderləri, sosial ayırmalar, bank xərci, kommunal xərclər və s.; 2002-ci il tarixdən MTK-nın təsisçilərin paylarına dair məlumat; tədqiq olunan binalar üzrə 2002-2006-cı illərdə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin aparılmasına dair smeta sənədləri; tikinti materiallarının alınmasına dair qaimələr; tikinti işlərinin jurnalı; audit rəyi və s.) da tələb edilməsinə rəğmən (baxın, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli ekspert vəsatətləri) ekspertizaya təqdim olunması təmin edilmədiyi üçün ekspertizaların aparılmasından imtina olunaraq icrasız geri qaytarılmışdır (baxın, 27 və xx.xx.2021-ci il tarixli ekspert məlumatları). Bundan başqa, MTK-nın xx.xx.2002-ci il tarixdən hazırkı vaxtadək əldə etdiyi gəlirlər və ödədiyi vergilərlə bağlı məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən MTK tərəfindən təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinə görə xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək dövriyyəsi 140.025,53 manat, sadələşdirilmiş vergi bəyannamələrinə görə isə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək dövriyyəsi 970.463,19 manat təşkil etmiş, xx.xx.2006-cı il tarixədək dövriyyənin müəyyən edilməsi mümkün olmamış və MTK tərəfindən xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövlət büdcəsinə 192.611,68 manat məbləğində vergi ödənilmişdir. Həmçinin, MTK-da aparılmış səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib olunmuş xx.xx.2004-cü il tarixli akta əsasən, mənfəət vergisinin yoxlanılması üzrə müəyyən edilib ki: MTK 2002-ci ildə fəaliyyət göstərməyib. 2003-cü ildə ümumi gəlir 10.170.405,6 manat (yəni 2.034,08 manat); cəmi xərclər 9.457.257,5 manat (yəni 1.891,45 manat); fərq 713.148,1 manat (yəni 142,62 manat) olub. 2004-cü ilin yanvar-sentyabr aylarında ümumi gəlir 9.272.897,4 manat (yəni 1.854,57 manat); cəmi xərclər 8.968.105,7 manat (yəni 1.793,62 manat); fərq 304.791,9 manat (yəni 60,95 manat) olub. xx.xx.2006-cı il tarixli səyyar vergi yoxlaması aktına əsasən isə mənfəət vergisinin yoxlanılması üzrə müəyyən edilib ki: 2004-cü ilin oktyabrdekabr aylarında ümumi gəlir 1.854.579,5 manat; cəmi xərclər 1.791.621,1 manat; fərq – 62.958,4 manat olub. 2005-ci ildə ümumi gəlir 17.558,98 manat; cəmi xərclər 24.204,64 manat; zərər 6.645,66 manat olub. Bu rəqəmlərin özü bir daha hər iki iddia üzrə iddiaçıların tələb etdikləri məbləğlərin absurd və fantastik olmaqla, əsassızlığına bariz şəkildə dəlalət edir. İstər birinci, istərsə də ikinci iddia tələblərinin həm faktiki, həm də hüquqi əsasları demək olar eynilik təşkil edir ki, bu da hər iki iddianın əslində bir mərkəzdən qaynaqlanmasını və idarə olunmasını və Cavabdeh2 qarşı qərəzli xarakter daşımasını düşünməyə əsas verir. Maraqlı və təəccüblüdür ki, birinci iddia üzrə İddiaçı öz iddiasında MTK-ya hüquqi bağlılığı olmayan bir şəxsi (Cavabdeh2) cavabdeh kimi qoyur, ancaq təsis olunduğu gündən hal-hazıradək MTK-da pay haqqına sahib və əldə olunan mənfəət üzərində sərəncam vermək səlahiyyətini həyata keçirən ali idarəetmə orqanında (təsisçilərin Ümumi yığıncağında) təmsilçilik (səsvermə) hüququna malik olan Aydın Hüseynovu nədənsə cavabdeh hesab etmir. Görəsən niyə? Cavab aydın və bəlli olduğu üçün yəqin ki əlavə şərhə lüzum yoxdur. Cavabdehin nümayəndəsi və vəkili hər iki iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə izahatında iddia tələbinə etiraz etmiş, qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir tərəf istinad etdiyi halları sübuta yetirməlidir. Bu baxımdan iddiaçılar əvvəlcə Cavabdeh1 MTK-da tikinti işlərinin aparılması nəticəsində əldə edilmiş mənfəətin həcmini müəyyən etməli idilər. Daha sonra həmin mənfəətin digər cavabdehlər arasında bölüşdürülməsi faktını sübut etməli, yalnız ondan sonra məhkəməyə müraciət edə bilərdilər. Digər tərəfdən iş materiallarından məlum olur ki, Cavabdeh1 MTK-da binaların tikintisi 2002-2006-cı illərdə aparılmışdır. Prosessual baxımdan qarşı tərəfin borcu idiki onlar Cavabdeh1 MTK-nın nizamnaməsinə və Mülki Məcəlləyə uyğun olaraq daha əvvəl Cavabdeh1 MTK-ya müraciət etməli, ümumi yığıncaq çağırmalı, ümumi yığıncaqda pay bölgüsü məsələsini qaldırmalı, yalnız bundan sonra məhkəməyə müraciət etməli idilər. Digər tərəfdən Mülki Məcəllənin 373.1-ci maddəsindən məlumdur ki, ümumi iddia müddəti 10 il təşkil edir. Tərəflərin özünün qeyd etdiyi kimi, 2002-2006-cı ildə bu məsələ öz təsdiqini tapmış və məhkəyə müraciət edilməsi üçün 10 il müddət ötürülmüşdür. Digər tərəfdən qarşı tərəfin istinad etdiyi yeganə hal, audit rəyi və qiymətləndirmə rəyidir ki, çıxışlarında da bunu qey etmişlər. Qiymətləndirmə rəyində verilmiş rəqəmlər özləri də mübahisəli haldır. Belə ki, müəyyən məbləğ göstərilsə də verilmiş rəy əsaslandırılmamışdır. Həmin rəqəmlərin əsasında isə audit rəyi verilmişdir. Audit rəyi də ehtimallar əsasında verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil6 məhkəməyə izahatında qeyd etmişdir ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, protokolda oluna imza İddiaçı imzası deyil. Belə ki, imza saxta deyil lakin sonradan məlum olmuşdur ki, Cavabdeh5 demişdir ki, nə qədər ki, faktiki rəhbər Tofiq adlı şəxsdir onun göstərişi əsasında icra edilmiş, X1 imzalamışdır. Məhkəmə iclasında dindirilən ekspert X32 məhkəmə verilmiş suallara cavabında qeyd etmişdir ki, rəy verilərkən audit rəyi təqdim edilmiş, lakin audit rəyi ekspert rəyinin verilməsində istinad edilməsi üçün əsas deyildir. Ekspert rəyi tədqiqat obyektləri əsasında verilməlidir. Verilmiş rəy natamamdır, bununla bağlı qeyd də rəydə yazılmışdır. Belə ki, təqdim edilmiş materiallar əsasında rəyin tam verilməsi mümkün deyil. Əgər məhkəmə tərəfindən ekspert rəyinin konkret olaraq hansısa audit hesabatı əsasında verilməsi tələb edilirsə bununla bağlı qeyd qərardadda göstərilməlidir. Binanın təmir edilməsi ilə bağlı çəkilmiş xərcləri məhkəmə-mühasibatlıq yox məhkəmə tikinti-texniki ekspertizasına aiddir. Ekspert rəyi ilkin mühasibatlıq sənədləri əsasında verilir. Ekspertiza üçün təqdim edilmiş iş materiallarında olan sənədlər əsasında gəlirlərin və xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilən "xxxx" MMC-nin direktoru auditor X33 məhkəməyə izahatında qeyd etmişdir ki, məhkəmə qərardadında ayrı-ayrı dövrlər üzrə audit hesalamasının aparılmasının və sonda yeni dövr üzrə qiymətlərin müəyyən edilməsinin əsas götürülməsi göstərilmişdir. Ziddiyyət çox olmaması üçün yeni dövr qiymətlərini aşağı hesablamışdır. Fəaliyyət göstərdiyi dövrdə heç bir sənəd təqdim edilmişdir. 30 günlük müddət başa çatmış, lakin mühasibatlıq ekspertizası təqdim edilməmişdir. Bununla bağlı məhkəməyə rəsmi müraciət etmişdir. Bununla bağlı, palataya da məlumat tələb etmiş, iki dəfə 30 günlük vaxtı uzatmışdır. Ekspertizadan hər-hansı rəy verilmədiyi üçün məcbur olub qiymətlənirmə şirkəti ilə müqavilə bağlamış və tikinti xərci müəyyən edilmiş və onun əsasında da dövrlər üzrə mənfəətlər müəyyən edilmişdir. Rəy verilməsi üçün internet resurslarında olan məlumatlardan, həmçinin ayrı-ayrı MTK-larda aparılan yoxlamalar nəticəsində təsəvvür formalaşmışdır ki, onun əsasında hesablamalar aparılmışdır. Eyni zamanda məhkəmə qərardadında “Yeni Dövr” Qiymətləndirmə Təşkilatının rəyi əsasında rəy hesabatın verilməsi tələb edilmişdir. Audit hesabatı hazıralanarkən də həmin rəy də həm aşağı həm yuxarı qiymətlər göstərilmşdir ki, hesabatda aşağı qiymətlər nəzərə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X20 qeyd etmişdir ki, adına 3 mənzil yazılmış, həmin dövrdə MTK-da mühasib işləmişdir. Adına 3 mənil yazılmasına baxmayaraq, heç bir ödəniş olmamışdır. Mənzilləri adına yazılmasını baş mühasib təklif etmişdir. Cavabdeh3 adına mənzillərin yazılması ilə bağlı hər-hansı bir söz deməmişdir. Ehtimal edir ki, sədr Cəmiləyə mənzillərin adına yazılmasını demiş, o da yazmışdır. Mənzillər digər şəxslərə satılarkən məbləğlər arasındakı fərq yadında deyil.Satışdan ona vəsait ödənilməmişdir. Cavabdeh1 MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər Cavabdeh1 MTK-nın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki,iddiaçı tərəfindən verilmiş iddia rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia rədd edilməlidir. İş materiallarında olan: 15 iyul 2002-ci il tarixli 1 nömrəli Cavabdeh1 MTK-nın təsisçilərinin ümumi yığıncağının protokolunda Cavabdeh1 MTKnın təsis edilməsi, nizamnamə və təsis müqaviləsi, kooperativin sədrinin və təftiş müfəttişinin seçilməsi kooperativin dövlət qeydiyyatına alınması üçün sənədlərin toplanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında HŞDQÜ Bakı bölgə Şöbəsinə müraciət edilməsi qərara alınmışdır. Protokol Cavabdeh3 sədr və X2 kimi qeyd edilmş, imzalanmışdır. Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin 22 iyul 2002 tarixli yaradılmasına dair təsis müqaviləsində Cavabdeh3 3.000.000 manat, Cavabdeh5 3.000.000 manat, X12 3.000.000 manat, X21 3.000.000 manat, Cavabdeh6 Əli ağa oğlunun 1.000.000 manat, X16 1.000.000 manat, İddiaçı 1.000.000 manat, X3 1.000.000 manat, X5 1.000.000 manat, X6 1.000.000 manat, X9 1.000.000 manat nizamnamə kapitalındakı payı qeyd edilmişdir. 3-cü bənddə qeyd edilmişdir ki, tərəflər kooperativin nizamnamə kapitalını yaradırlar. Kooperativin nizamnamə kapitalı 19.000.000 (on doqquz milyon) manat həcmindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X35 Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 25 iyul 2002-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin nizamanməsinin 4.3-cü bəndinə əsasən kooperativin ilkin pay haqqı fondu 19.000.000 manat müəyyən edilmişdir. 8.1-ci bəndə əsasən kooperativin ali idarəetmə orqanə kooperativin üzvlərinin ümumi yığıncağıdır və kooperativin fəaliyyətinə aid bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. X10 Kooperativin sədrinin təşəbbüsü və müfəttişin, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə çağırılır. Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 21 oktyabr 2010-cu il tarixli protokolunda Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin yeni redaksiyada nizamnaməsinin qəbul edilməsi, Cavabdeh4 kooperativin sədri seçilməsi, kooperativin dövlət qeydiyyatına alınması üçün bütün lazımi sənədlərin hazırlanması, müraciət ərizəsinin və digər sənədlərin imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi və bununla bağlı digər hərəkətlərin edilməsi Cavabdeh4 həvalə edilməsi qərara alınmışdır. Protokol Cavabdeh4, Cavabdeh5, X36, İddiaçı, Cavabdeh6 adlı şəxslərin adları qeyd edilmiş, həmin adların qarşısında imzalar göstərilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ikinci redaksiyada nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X35 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 11 noyabr 2010-cu il tarixində təsdiq edilmişdir. Nizamnamənin 4.4-cü bəndinə əsasən kooperativin ilkin pay fondu 3.800 manat müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqqları aşağıdakı kimidir. Cavabdeh4 2.200 manat, Cavabdeh5 600 manat, X36 600 manat, İddiaçı 200 manat, Cavabdeh6 200 manat. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüuqi şəxslərin Dövlət Qeydiyyatından çıxarışdan məlum olur ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin əvvəlki təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarında qeyd edilmişdir: Cavabdeh5 600 manat, X26 600 manat, Cavabdeh3 600 manat, X36 600 manat, Cavabdeh6 Əli ağa oğlu 200 manat, X31 200 manat, İddiaçı 200 manat, X11 200 manat, X14 200 manat, X15 200 manat, X22 200 manat. Təsisçilərin nizamnamə kapitalında mayalarının miqdarı (hazırki): Cavabdeh4 2.200 manat, Cavabdeh5 600 manat, X36 600 manat, İddiaçı 200 manat. Çıxarış xx.xx.2010-cu il tarixində verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya X35 Qeydiyyatından xx.xx.2010 tarixli çıxarışdan məlum olur ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin əvvəlki qanuni təmsilçisi Cavabdeh3, hazırki təmsilçisi Cavabdeh4 göstərilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 16 iyul 2014cü il tarixli protokolunda Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin yeni redaksiyada nizamnaməsinin qəbul edilməsi, Cavabdeh5 kooperativin sədri seçilməsi, kooperativin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişiliklərin dövlət qeydiyyatına alınması üçün bütün lazımi sənədlərin hazırlanması, müraciət ərizəsinin və digər sənədlərin imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi və bununla bağlı digər hərəkətlərin edilməsi, o cümlədən bütün reyestr məlumatlarını əks etdirən kommersiya hüquqi şəxslərinin dövlət reyestr çıxarışı daxil olmaqla təhvil almaq səlahiyyətinin (3-cü şəxsə etibarnamə vermə hüququ ilə) sədr Cavabdeh5 həvalə edilməsi qərara alınmışdır. Protokol Cavabdeh5, X36, İddiaçı, Cavabdeh6, X27 adlı şəxslər qeyd edilmiş, adların qarşısında imzalar göstərilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üçüncü redaksiyada nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X35 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 13 avqust 2014-cü il tarixində təsdiq edilmişdir. Nizamnamənin 4.4-cü bəndinə əsasən kooperativin ilkin pay fondu 3.800 manat, hər biri 1 manat olmaqla 3800 paydan ibarətdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqqları aşağıdakı kimidir. Cavabdeh5 1.700 manat 1.700 pay pul şəklində, X36 600 manat 600 pay pul şəklində, İddiaçı 200 manat 200 pay pul şəklində, X27 1.100 manat 1.100 pay pul şəklində. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüuqi şəxslərin Dövlət Qeydiyyatından çıxarışdan məlum olur ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin əvvəlki təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarında (əvvəlki) qeyd edilmişdir: Cavabdeh4- 0%, Cavabdeh5 0%, X36 0%, Cavabdeh6 0%, İddiaçı 0%. Təsisçilərin nizamnamə kapitalında mayalarının miqdarı (hazırki): Cavabdeh5 1.700 pay, X36 600 manat, İddiaçı 200 manat, X27 1.100 pay. Çıxarış xx.xx.2014-cü il tarixində verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüuqi şəxslərin Dövlət Qeydiyyatından xx.xx.2014 tarixli çıxarışdan məlum olur ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin qanuni təmsilçisi Cavabdeh5 göstərilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüuqi şəxslərin Dövlət Qeydiyyatından xx.xx.2016 tarixli çıxarışdan məlum olur ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativində Cavabdeh5 1.700 pay, X36 600 pay, İddiaçı 200 pay, Cavabdeh6 200 pay və X27 1.100 pay, qanuni təmsilçi Cavabdeh5 qeyd edilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 17 iyul 2019cu il tarixli protokolunda Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ləğv edilməsi, kooperativin sədri Cavabdeh5 kooperativin sədri vəzifəsindən azad edilməsi, Cavabdeh6 təsviyəçi təyin edilməsi və ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin həvalə edilməsi, kooperativin ləğvi ilə bağlı 10 gün müddətində elan verilməsi, kooperativin ləğvetmə prosesində olmasının qeydiyyata alınması üçün AR Vergilər Nazirliyi Milli Gəlirlər Departamenti X35 qeydiyyatı idarəsinə müraciət edilməsi qərara alınmışdır. Protokolda Cavabdeh5, X27, Cavabdeh6, İddiaçı, X21 adları qeyd edilmiş, adların qarşısında imzalar göstərilmiş və möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən xx.xx.2019 tarixli çıxarışdan məlum olur ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ləğv prosesindədir. X27 1.100 pay, Cavabdeh6 200 pay, İddiaçı 200 pay, X36 600 pay, Cavabdeh5 1.700 paya sahibdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-908/2020 saylı xx.xx.2020 tarixli qərardadı əsasında Bakı şəhəri Nərimanov Rayon A.M.Cümə küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış kompleksinin yaşayış sahəsinin, qeyriyaşayış sahəsinin və qarajın müvafiq dövrlər üzrə bazar dəyərinin müəyyən edilməsi ilə bağlı 097/20 nömrəli 30 aprel 2021 tarixli “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş hesabatda 2002-2005-ci illər üzrə mənzilin 1 m2 950 ABŞ dolları, qeyri yaşayış sahəsinin 1 m2 1.900 ABŞ dolları, qarajın 1 m2 700 ABŞ dolları, müvafiq olaraq 2006- 2010-cu illər üzrə 1.200 manat, 3.000 manat, 1.000 manat, 2011-2015-ci illər üzrə 1.800 manat, 4.500 manat, 1.700 manat, 2016-2020-ci illər üzrə 2.100 manat, 6.000 manat, 2.500 manat, 2021-ci il aprel ayı üzrə 2.200 manat, 6.300 manat, 2.700 manat qeyd edilmişdir. Görülmüş işin ödənilməsi ilə bağlı 03 may 2021 tarixli 097/2020 saylı hesab-faktura tərtib edilmiş, 2.000 manat “X30 Mərkəzi” MMC-yə ödənilməli olan məbləğ qeyd edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya xx.xx.2020-ci il tarixli **********738200 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən Cavabdeh1 MTK tərəfindən təqdim edilmiş xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək əlavə dəyər vergi bəyannamələrinə əsasən dövriyyəsi 140.025,53 manat, sadələşdirilmiş vergi bəyannamələrinə əsasən isə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək dövriyyəsi 970.463,19 manat təşkil etmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək uçot məlumatlarına əsasən dövriyyənin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, Cavabdeh1 MTK tərəfindən xx.xx.2002 tarixindən xx.xx.2020 tarixədək dövlət büdcəsinə 192.611,68 manat vergi ödənilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Vəkil1 göndərilmiş xx.xx.2022 tarixli **********45 saylı cavab məktubundan məlum olur ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Nərimanov rayonu, X52 küçəsi, ev 7a, 7b və Təbriz küçəsi 98 a saylı ünvanlarda yerləşən yaşayış və qeyri- yaşayış sahələri müxtəlif şəxslərin adına rəsmiləşdirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli audit hesabatında qeyd edilmişdir: "xxxx" MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyində göstərilir ki, Bakı şəhəri Nərimanov Rayonu X52 və Təbriz küçələrinin kəsişməsi, 851-ci məhəllə ünvanında yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş 5 girişli, 256 mənzilli, 18; 16; 16;+mansard mərtəbəli 3 ədəd binanın tikintisinə çəkilən xərclərin ümumi miqdarı yuvarlaqla 14.992.446 manat müəyyənləşdirilir. Cavabdeh1 MTK tərəfindən inşa edilmiş 5 girişli, 256 mənzilli, 18; 16; 16;+mansard mərtəbəli 3 ədəd bina üzrə ümumi yaşayış sahəsi 14977+15262+16725 olmaqla cəmi 46.964,5 m2, zirzəminin ümumi sahəsi 6.176,5 m2, texniki mərtəbənin ümumi sahəsi 3.014 m2 olmaqla ümumilikdə 56.155,0 m2 göstərilmişdir. “X30 Mərkəzi” MMC tərəfindən müəyyən edilən illər üzrə yaşayış sahəsi üzrə mənzillərin 1 m2 orta bazar dəyəri 1.550 manat, qeyri yaşayış sahəsi üzrə 1 m2 orta bazar dəyəri 2.897 manat, qaraj üzrə 1 m2 üçün orta bazar dəyəri 1.296,66 manat müəyyən edilir. 2002-2005-ci illər üzrə yaşayış, qeyri-yaşayış, texniki sahələrin satışından ümumilikdə 56.473.737,26 manat gəlir, 41.481.291,16 manat xalis mənfəət, 37.333.162,05 manat sərbəst mənfəət, 2006-2010-cu illər üzrə yaşayış, qeyri-yaşayış, texniki sahələrin satışından ümumilikdə 77.900.900 manat gəlir, 62.908.453,9 manat mənfəət, 56.617.608,51 manat sərbəst mənfəət, 2011-2015-ci illər üzrə yaşayış, qeyri-yaşayış, texniki sahələrin satışından ümumilikdə 117.454.150 manat gəlir, 102.461.170,39 manat mənfəət, 92.215.586,86 manat sərbəst mənfəət, 2016-2020-ci illər üzrə yaşayış, qeyriyaşayış, texniki sahələrin satışından ümumilikdə 143.219.450 manat gəlir, 128.227.003,09 manat xalis mənfəət, 115.404.303,51 manat sərbəst mənfəət, 2021-ci ilin aprel ayına kimi yaşayış, qeyri-yaşayış, texniki sahələrin satışından ümumilikdə 150.371.650 manat gəlir, 135.379.203,9 manat xalis mənfəət, 121.841.283,51 manat sərbəst mənfəət müəyyən edilir. Qeyd olunan dövrlər üzrə orta qiymət ümumilikdə 94.457843,72 manat binaların satışından gəlir, 82.465.397,62 manat xalis mənfəət, 74.218.857,86 manat sərbəst mənfəət müəyyən edilmiş, sərbəst mənfəət 13 iyun 2021-ci il tarixli **********613700 saylı dövlət çıxarışına əsasən təsisçilərin aşağıda yazılmış faiz nisbətində hesablanmışdır. X27- 21.894,56 manat, X36 37.065.639,80 manat, Cavabdeh5 37.065.639,8 manat, X37 43.789,13 manat, X29 21.894,566 manat. Cəmi 74.218.857,86 manat. "xxxx" MMC tərəfindən 26 may 2022 tarixli 26 saylı hesab faktura tərtib edilmiş, audit xidməti ilə bağlı 10.000 manat ödəniş Cavabdeh1 MTK barəsində tərtib edilmişdir. "xxxx" MMC və Cavabdeh1 MTK olmaqla tərtib edilmiş “sifarişçi”nin tapşırığına uyğun olaraq, icraçı auditor yoxlanılmasını öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli audit xidmətlərinin göstərilməsi barədə müqavilədə müqavilə "xxxx" MMC tərəfindən imzalanın təsdiqlənsə də Cavabdeh1 MTK müqaviləni imzalamamış və təsdiqləməmişdir. "xxxx" MMC tərəfindən 31 oktyabr 2022-ci il tarixli yeni hesabatda qeyd edilmişdir ki, 28 sentyabr 2022-ci il tarixli audit hesabatının 11-14-cü vərəqələrində təsisçilərin pay bölgüsü yazılmışdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X35 qeydiyyatı idarəsi sənədi tam vermədiyi üçün dividend hesablanmasında səhvə yol verilmişdir. Hazırda payçıların dividend haqqı (2021-ci ilə) yenidən hesablanmışdır. Hesabatın digər səhvlərində hər-hansı və heç bir dəyişilik olmamışdır. Hesabatda qeyd edilmişdir ki, 2002-2005-ci illər üzrə 37.333.162,04 manat sərbəst mənfəət 25 iyul 2002 tarixli dövlət çıxarşına əsasən X27 16.385.135,90 manat, Cavabdeh6 2.983.747,96 manat, İddiaçı 2.983.747,96 manat, X36 8.939.920,38 manat, Cavabdeh5 25.325.056,28 manat, 2006-2010-cu illər üzrə 56.617.608,51 manat sərbəst mənfəət 13 iyun 2021 tarixli dövlət çıxarşına əsasən X27 16.389.099,13 manat, Cavabdeh6 2.979.784,73 manat, İddiaçı 2.979.784,73 manat, X36 8.939.920,38 manat, Cavabdeh5 25.329.019,52 manat, 2011-2015-ci illər üzrə 92.215.586,86 manat sərbəst mənfəət 13 iyun 2021 tarixli dövlət çıxarşına əsasən X27 26.693.645,93 manat, Cavabdeh6 4.853.306,34 manat, İddiaçı 4.853.306,34 manat, X36 14.560.841,16 manat, Cavabdeh5 41.254.487,09 manat, 2016-2020-ci illər üzrə 115.404.303,51 manat sərbəst mənfəət 13 iyun 2021 tarixli dövlət çıxarşına əsasən X27 33.406.083,74 manat, Cavabdeh6 6.073.728,49 manat, İddiaçı 6.073.728,49 manat, X36 18.222.339,52 manat, Cavabdeh5 51.628.423,27 manat, 2016-2020-ci illər üzrə 115.404.303,51 manat sərbəst mənfəət 13 iyun 2021 tarixli dövlət çıxarşına əsasən X27 33.406.083,74 manat, Cavabdeh6 6.073.728,49 manat, İddiaçı 6.073.728,49 manat, X36 18.222.339,52 manat, Cavabdeh5 51.628.423,27 manat, 2021-ci ilin iyun ayına kimi 13 iyun 2021-ci il tarixli **********613700 saylı dövlət çıxarışına əsasən Cavabdeh1 MTK-nın təsisçiləri aşağıda qeyd edilən paylara malik olduğu üçün müəyyən olunan 121.841.283 manat sərbəst mənfəət təsisçilərə aşağıda yazılmış faiz nisbətində hesablanmalıdır. X37- 64.575.88 manat, X29 32.287.94 manat, X27 32.287.94 manat, X36 54.443.558,9 manat, Cavabdeh5 54.443.558,9 manat, İddiaçı 6.412.506,72 manat. Yuxarıda qeyd olunan (beş dövr üzrə) illər və müəyyən olunmuş qiymətlər üzrə orta bazar qiymətləri müəyyən edilmək məqsədilə yaşayış, qeyri- yaşayış və texniki sahə üzrə ümumi illəri nəzərə almaqla orta qiymtlə aşağıdakı nəticə müəyyən olunur. Yaşayış sahəsi üzrə cəmi 1.415,24 manat, qeyri yaşayış sahəsi üzrə cəmi 4.327,09 manat, texniki sahələr üzrə cəmi 1.415,24 manat. Yaşayış sahələri üzrə cəmi 46.964,5 m2 x1.415,25=66.466.038,98 manat İş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş 04 noyabr 2022-ci il tarixli 10/3264-9/3683 saylı ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Nərimanov rayonu A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində qarajlar da daxil olmaqla yaşayış və qeyri-yaşayış sahələrinin hər birinin ümumi sahəsi aşağıdakı kimi müəyyən edilmişdir: zirzəmi mərtəbəsində qarajların sayı 1.530 kv.m, qeyri yaşayış sahəsi 1-ci bina üzrə 713,9 kv.m, ikinci bina üzrə 607 kv.metr, 3-cü bina üzrə 680 kv.m, 3 blok üzrə ümumi yararlı sahə 2000,9 kv.metr. 1-ci bina üzrə mansard mərtəbə də daxil olmaqla yaşayış sahəsi 13.614 kv,metr. İkinci bina üzrə 11.242,5 kv.metr, ikinci bina üzrə 11.617 kv.m, mənzillərin sahəsi 36.473,5 kv.metr. Rəyin tədqiqat hissəsində göstərilənlərlə əsasən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Nərimanov rayonu A.M.Cümə və Təbriz küçələrinin kəsişdiyi yerdə inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin yaşayış sahələrinin, qeyri-yaşayış sahələrinin və qarajların satışından əldə edilmiş xalis mənfəətin məbləği və həmin mənfəətdən 25 fevral 2002-ci il tarixdən 21 okytabr 2010-cu il tarixədək, 21 oktyabr 2010-cu il tarixdən 13 avqust 2014-cü il tarixədək və 13 avqust 2014-cü il tarixdən hazırkı vaxtadək olan dövrlərdə İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxs X21 hər birinin bu kooperativdəki pay haqları nəzərə alınmaqla hər birinə düşən dividendin məbləğini hesablamaq mümkün olmadı. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Cavabdeh2 oğu tərəfindən verilmiş ərizəyə xx.xx.2022 tarixli 33/431/H-1461 saylı cavab məktubunda xx.xx.1951 təvəllüdlü Cavabdeh2 2002-2006-cı illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazaından məlumatdan məlum olur ki, qeyd edilən şəxs 2002-2006-cı illər ərzində ayrı-ayrı ölkələrə gedişi ilə əlaqədar dövlət sərhəddini tərk etmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativi barəsində tərtib edilmiş 30 dekabr 2004-cü il tarixli səyyar vergi yoxlaması aktında müəssisə barəsində 2002-ci ildə mənfəət vergisinin hesablanmadığı, 2003-cü il tarixində 10.170.405,6 manat hesabat üzrə və yoxlama üzrə çıxılmalardan sonra ümumi gəlir hesablanmışdır. 10.170.405,6 manat hesabat üzrə cəmi xərc, 9.457.257,5 manat yoxlama ilə cəmi xərc hesablanmış, 2003-cü ildə 192.550 manat mənfəət vergisinin az hesablanması qeyd edilmişdir. Aktın nəticə hissəsində ümumilikdə 364.251,6 manat məbləğində vergilərin azaldılması müəyyən edilmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativi barəsində tərtib edilmiş 28 fevral 2006-cı il tarixli səyyar vergi yoxlaması aktında vergi yoxlaması nəticəsində 480 manat məbləğində mənfəət vergisinin azaldılması qeyd edilmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativi barəsində xx.xx.2011 və xx.xx.2011 tarixlərində aparılmış, xx.xx.2011-ci il tarixli **********474341 nömrəli səyyar vergi yoxlaması aktında müəssisə tərəfindən bəyannamə təqdim edilməməklə ödəmə mənbəyində tutulan verginin 3262 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 1631 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qeyd edilmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativi barəsində xx.xx.2015 və xx.xx.2015 tarixlərində aparılmış, xx.xx.2015-ci il tarixli **********874507 nömrəli səyyar vergi yoxlaması aktı nəticəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda ödəmə mənbəyində tutulmalı olan 8.040 manat məbləğində verginin azaldılması ilə bağlı 4.020 manat maliyyə sanksiyası, vergi hesabatı və arayışının verilməməsi ilə bağlı 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4997/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, 24 yanvar 2022-ci il tarixli 4/1745 nömrəli məktubla ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 22 iyul 2002 tarixli təsis müqaviləsi əsasında Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin yaradılması razılaşdırılmış, bunun əsasında tərəflər arasında müqavilə imzalanmış və kooperativ dövlət qeydiyyatına alınmışdır. Daha sonra ayrı-ayrı tarixlərdə kooperativin nizamnaməsinə müxtəlif dəyişiliklər edilmiş, təsisçilərin payları dəyişdirilmiş, bunların qeydiyyata alınması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət edilmişdir. Daha sonra 17 iyul 2019-cu il tarixli ümumi yığıncağın iclası keçirilmiş, kooperativin ləğvi, sədrinin vəzifədən azad edilməsi, bununla bağlı aidiyyəti dövlət orqanına müraciət edilməsi qərara alınmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, qeyd edilən protokolun etibarsız hesab edilməsini, cavabdehlər tərəfindən isə bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin müştərək qaydada tutulmasını, müstəqil tələb irəli sürən üçüncü şəxs X36 isə yuxarıda qeyd olunan protokolun etibarsız hesab edilməsini, çoxmərtəbəli yaşayış binasının tikintisindən ona çatacaq olan payın müştərək qaydada cavabdehlərdən tutulmasını tələb etmişdir. Cavabdeh2 iddia tələbinin ona aiddiyyəti olmadığını, MTK-da hər-hansı pay sahibi olmadığını, eyni zamanda idarə heyyətinin rəhbərliyində iştirak etmədiyini bildirmiş, digər Cavabdeh3 iddiaçılar tərəfindən məhkəməyə hər-hansı sübutun təqdim edilmədiyini, eyni zamanda MTK-nın nizamnaməsinə və mülki qanunvericiliyin tələblərinə zidd olaraq birbaşa məhkəməyə müraciət edildiyini qeyd etmiş, məhkəmədə çıxışında Cavabdeh3 nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməli olduğunu bildirmişdir. Cavabdeh1 MTK-nın nümayəndəsi protokolda İddiaçı imzasının onun tərəfindən imzalanmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. -109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. -109.4. Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. -109.10. Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. -109-1.3. Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxilolma barədə qərar qəbul edir; kooperativin nizamnaməsini təsdiq edir; bu Məcəllənin 111-ci maddəsini müddəalarını nəzərə almaqla kooperativin idarəetmə orqanlarını formalaşdırır. -109-2.1. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. -109-4.1-ci maddəsinə əsasən kooperativ üzvlərinin aşağıdakı səlahiyyətləri var. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; (maddə 109-4.1.2.) kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; (maddə 109-4.1.3.) mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; (maddə 109-4.1.5.) -110-2.1. Kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. -111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. -113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. -109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, X35 qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. -111.1. Mənzil-tikinti kooperativinin nizamnaməsində kooperativin adı, onun olduğu yer, fəaliyyət predmeti və məqsədləri haqqında, kooperativə üzv olmaq qaydası, kooperativdən çıxmaq və pay haqqının, digər haqların qaytarılması qaydası haqqında, daxilolma və pay haqlarının miqdarı, onların tərkibi və ödənilməsi qaydası haqqında, pay haqlarının ödənilməsi üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət haqqında, kooperativin idarəetmə orqanları və onların səlahiyyətləri, qərar qəbul etməsi, o cümlədən barəsində qərarların sadə və ya üçdə iki səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında, kooperativin yenidən təşkili və ləğv edilməsi qaydası haqqında məlumatlar göstərilməlidir. -113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur. -Kooperativin yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olunduqda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, X35 qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinə işin faktiki halları və yuxarıda sadalanan qanunvericilik normaları əsasında məcmu halda qiymət verilməlidir. İşin yuxarıda sadalanan hallarından məlum oldu ki, cavabdehlərə qarşı mahiyyət etibarı ilə iki ayrı tələb irəli sürülmüşdür. Cavabdeh1 MTK-nın 17 iyul 2019-cu il tarixində keçirilmiş ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzini eyni zamanda yaşayış binasının tikintisindən çatacaq olan payın tutulmasını ehtiva edən pul tələbi. Məhkəmə mahiyyət etibarı ilə ilkin olaraq Cavabdeh1 MTK-nın 17 iyul 2019-cu il tarixli ümumi yığıncaq iclasının protokolunun etibarsız hesab edilməsinə dair iddiaçı və müstəqil tələb irəli sürmüş şəxs tərəfindən qaldırılmış tələbə münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, protokolun etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Belə ki, həm İddiaçı, həm də, müstəqil tələb irəli sürən üçüncü şəxs X36 mübahisələndirilən protokola dair tələblərini imzalarının saxtalaşdırılması ilə əsaslandırmışdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili təmsil etdiyi qurumdan ona İddiaçı adına protokola imza olunduğunu bildirmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2.-ci maddəyə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəyə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Həmin Məcəllənin 49-1.1-ci maddəsinə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır: 49-1.1.1. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri; Həmin Məcəllənin 111.5-ci maddəsinə əsasən ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır. Həmin Məcəllənin 111.7-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs və iddiaçı Cavabdeh1 MTK-nın 17 iyul 2019-cu il tarixli ümumi yığıncaq iclasının protokolunu mübahisələndirmişdir. İşin yuxarıda sadalanan hallarından məlum oldu ki, mübahisələndirilən protokolda Cavabdeh5, X27, Cavabdeh6, İddiaçı, X21 adları qeyd edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı və X21 ümumi yığıncaqda iştirak etməməsi həmin protokolun etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Mülki Məcəllənin 111.5 və 111.7-ci maddələrinin tələbləri baxımından əsasən kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olmasını əsas götürərək məhkəmə hesab edir ki, protokol etibarsız hesab olunmamalıdır. Eyni zamanda iddiaçı bölüşdürülmüş mənfəətdən 3.500.000 manat ödənilməmiş payın əvəzinin müştərək qaydada alınıb iddiaçıya ödənilməsini, müstəqil tələb irəli sürən şəxs isə yaşayış sahələrinə görə 13392000 manat, qeyri-yaşayış sahəsinə görə 15160000 manat, cəmi 28.552.000 manat məbləğinin tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı və müstəqil tələb irəli sürən şəxs iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan MTK-ya məxsus nizamnamənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, kooperativin nizamnaməsinin qəbul edilməsi, əlavə və dəyişiliklərin edilməsi; kooperativin üzvlüyünə qəbul və üzvlükdən xaric edilməsi; kooperativin sədrini (İdarə Heyəti və onun sədri), müfəttişi (Təftiş Komissiyası) seçmək, onların hesabatını dinləmək və onun səlahiyyətlərinə xitam vermək; kooperativin tikinti planını və smetasını proqramı və illik hesabatı və mühasibat balansını təsdiq etmək; pay haqqı və digər ödənişlərin həcmini və onların üzvlər tərəfindən ödənilmə qaydalarını müəyyən etmək, kooperativin üzləri arasında mənzil bölüşdürmək, pay haqqının, evin saxlanması, istismarı və əsaslı təmiri üçün haqqın miqdarını müəyyən etmək, kooperativin xüsusi fondlarını yaratmaq, əsas fondlara daxil olan əmlak əldə etmək və onları özgəninkiləşdirmək, kooperativin fondlarının növlərini və həcminin, onların formalaşdırılması şərtini müəyyən etmək, kooperativin digər kooperativlərə, kooperativ cəmiyyətlərinə, ittifaqlara, asossiyalar daxil olması və onlardan çıxması məslələrini həll etmək; kooperativ üzlərinin şikayətlərinə baxmaq, su kəməri, kanalizasiya, istilik, qaz şəbəkələrinin, mənzildaxili qaz avadanlıqlarının və telefon yarımstansiyalarının onlara xidmət edilməsi üçün müəyyən qaydada müvafiq kommunal təsərrüfatı və rabitə müəssisələrinə verilməsi məsləsini həll etmək; kooperativin yenidən təşkili və ləğvi barədə qərar qəbul etmək; cari işlərin həlli üçün orqanlar yaratmaq və onların səlahiyyətlərini müəyyən etmək; kooperativin fəaliyyətinə aid digər məsələləri həll etmək. Bundan əlavə xx.xx.2014-cü il tarixində təsdiq edilmiş Cavabdeh1 MTK-nın nizamnaməsinin 7-ci bəndində də kooperativ üzləri arasında mənzil bölüşdürmək, pay haqqını evin saxlanılması, istismarı və əsaslı təmiri üçün haqqının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. Məhkəmə hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən şəxs Cavabdeh3 tərəfindən onların nizamnamədə nəzərdə tutulmuş hüquqlarının pozulmasını və eləcə də cavabdeh tərəfindən həmin məbləğlərin mənimsənilməsini sübut edə bilməmişdir. Digər tərəfdən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında həm iddiaçı həm də müstəqil tələb irəli sürən üçüncü şəxs tələb olunan məbləğin nəyin əsasında hesablanması barədə məhkəmənin sualına ümumi olaraq, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinin nəticələrinə uyğun istədiklərini, həmin məbləğləri məhkəməyə müraciət edərkən özlərinin təxmini hesablamaları əsasında verildiyini qeyd etmiş, tələblərində göstərilən məbləğlərin hansı hesablamalar əsasında üzə çıxarıldığını sübut edə bilməmişdir. İddiaçı və müstəqil tələb irəli sürən şəxs iddia tələbində bölüşdürülmüş mənffətdən düşən payı tələb etsələr də ümumi yığıncaqda mənfəətin bölüşdürülməsi, MTK-nın xalis mənfəətinin məbləğinin nə qədər olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi və müstəqil tələb irəli sürən şəxs tərəfindən ərizənin verilməsi ilə əlaqədar ayrı-ayrılıqda ödənilmiş 30.40 manat dövlət rüsumu həmin şəxslərin özünə aid edilməli, 03 may 2021-ci il tarixli 097/20 saylı qiymətləndirmə rəyinin verilməsi ilə əlaqədar “X30 Mərkəzi” MMC-yə ödənilməli olan 2.000 manat, audit xidmətlərinin göstərilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilməli olan 10.000 manat ödəniş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə 04 noyabr 2022 tarixli 10/3264-9/3683 saylı ekspert rəyi ilə bağlı ödənilməli olan 145 manat iddia tələbləri rədd edildiyindən müştərək qaydada iddiaçı və müstəqil tələb irəli sürən şəxsdən tutulmalıdır. “X30 Mərkəzi” MMC-nin bank rekvizitləri: VÖEN (**********) hesablaşma hesabı: AZ75PAHA50060AZNHC**********, "xxxx" ASC, VÖEN: **********1, S.W.İ.F.T BİK: PAHAAZ22 Müxbir hesab AZ82NABZ********************. "xxxx" MMC-nin bank rekvizitləri: VÖEN **********, AZ261İBAZ********************. Məhkəmə Ekspertizası Mərkəzi: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Müstəqil tələb irəli sürən şəxsin iddiası rədd edilsin. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi və müstəqil tələb irəli sürən şəxs tərəfindən ərizənin verilməsi ilə əlaqədar ayrı-ayrılıqda ödənilmiş 30.40 manat dövlət rüsumu həmin şəxslərin özünə aid edilsin. 03 may 2021-ci il tarixli 097/20 saylı qiymətləndirmə rəyinin verilməsi ilə əlaqədar “X30 Mərkəzi” MMC-yə (VÖEN (**********) hesablaşma hesabı: AZ75PAHA50060AZNHC**********, "xxxx" ASC, VÖEN: **********1, S.W.İ.F.T BİK: PAHAAZ22 Müxbir hesab AZ82NABZ********************) ödənilməli olan 2.000 manat, audit xidmətlərinin göstərilməsi ilə bağlı "xxxx" MMC-yə ödənilməli olan 10.000 manat (VÖEN **********, AZ261İBAZ********************) ödəniş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) 04 noyabr 2022 tarixli 10/3264-9/3683 saylı ekspert rəyi ilə bağlı ödənilməli olan 145 manat İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxs X18 müştərək qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar