Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-335/2021 01.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X3 Bağman qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 010020 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən iddiaçının xeyrinə 29973.73 manat əsas borcun, 4569.09 manat faiz borcunun, cəmi 34 542.82 manat məbləğində kredit borcunun, habelə iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2009cu il tarixli 010020 saylı kredit müqaviləsinə xitam verilməsi, xx xxxxxx 2009-cu il tarixli 010020 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən iddiaçının xeyrinə kreditin əsas məbləğindən 29973,73 manatın, 4569,09 manat verilmiş kredit üzrə faiz borcunun, cəmi 34542,82 manat borcun, habelə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehin əmlakına yönəldilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2-iqt(81)- 643/2013 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəylə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2-iqt(81)-643/2013 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2iqt(81)-643/2013 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2-iqt(81)- 643/2013 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işin mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 010020 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən iddiaçının xeyrinə 29973.73 manat əsas borcun, 4569.09 manat faiz borcunun, cəmi 34 542.82 manat məbləğində kredit borcunun, habelə iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2iqt(81)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı-nin müflis elan edilməsi və İddiaçı-yə ləğvedici qismində «X1 Company» MMC-nin təyin edilməsi qərara alınmışdır. «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 010020 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 24 % dərəcəsi olmaqla, 30.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bu günədək sözügedən kreditin əsas və faiz məbləğindən ödənişlər etməyərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən cavabdehə müraciətlər edilmiş, lakin Cəmiyyət tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə xx xxxxxx 2012-ci il tarixinə kreditin əsas məbləğindən 29973,73 manat, 4569,09 manat verilmiş kredit üzrə faiz borcu, cəmi 34542,82 manat borcu mövcuddur. xx xxxxxx 2009-cu il tarixli, 010020 saylı kredit müqaviləsinin 3.2-ci bəndinin 4-cü yarımbəndinə əsasən, müddəti beş gündən artıq keçmiş ssuda, faiz və ya komissiya borcları olduğu halda borcalana açılmış hesablaşma, cari və digər hesablardan vəsaiti öz sərəncamı ilə vaxtı keçmiş borcların ödənilməsinə yönəltmək. Borcalanın digər banklarda açılmış hesablaşma cari və digər hesablarındakı maliyyə vəsaitlərinin və material resurslarının vaxtı keçmiş borclarının ödənilməsinə yönəldilməsini mübahisəsiz qaydada tələb etmək, Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş qaydada borcalanın digər əmlakının vaxtı keçmiş borcun ödənilməsinə yönəldilməsini tələb etmək hüququ vardır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2009cu il tarixli, 010020 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehə 12 ay müddətinə 24 % dərəcəsi olmaqla, 30.000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və ona hesablanacaq faizləri qaytarmağı öhdələrinə götürmüşlər. Maliyyə arayışından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 010020 saylı kredit müqaviləsinə əsasən, cavabdehin banka əsas borcu 30000 manat, faiz borcu 4569,09 manat, cəmi 34569,09 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 010020 saylı kredit müqaviləsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehə 12 ay müddətinə 24 % dərəcəsi olmaqla, 30.000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və ona hesablanacaq faizləri qaytarmağı öhdələrinə götürmüşlər. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır. Cavabdehin kredit müqaviləsi üzrə banka borcu, əsas borc üzrə 29973,73 manat, faiz borcu üzrə 4569,09 manat, cəmi 34542,82 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi ilə cavabdehə verilmiş əsas kredit məbləğinin ödənilməmiş 29973,73 manat məbləğində borc iş materialları ilə təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti və cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 010020 saylı kredit müqaviləsinə əsasən cavabdeh kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış 4569,09 manat faiz borcu əsaslı olduğuna görə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 010020 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 29973.73 manat əsas borc, 4569.09 manat faiz borcu, cəmi 34542.82 manat məbləğində kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-335/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-335/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver