Məhkəmə qərarları › İş №2-2(113)-351/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-351/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-351/2020 01.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 (ASC) Cavabdeh X3rşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 167475 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X11 Təsərrüfatı” MMC-nin direktoru X5 xx xxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ərizə ilə müraciət edərək 4 adda məhsulların əkinini aparacağını və nəticədə alınan 700 ton kartof, 1050 ton mətbəx çuğunduru, 600 ton yerkökü və 1200 ton kələm məhsulunu xx xxxx 2017-ci il tarixədək cəmiyyətə satılmasını öhdəsinə götürmüşdür. Bunun üçün məhsulun dəyərinin 25%-dək avans məbləğinin “X11 Təsərrüfatı” MMC-yə ödənilməsi xahiş olunmuşdur. Müraciət əsasında tərəflər arasında 4 adda kənd təsərrüfatı məhsullarının istehsalına dair xx xxxxx 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi imzalanmışdır. “X11 Təsərrüfatı” MMC Cavabdeh ASC-nin xx xxxxx 2017-ci il tarixli, M/17-6246 №-li avans ödənişinin zəmanət forması olan 3638 №-li 167475 manat məbləğində avans zəmanət məktubunu təqdim etmişdir. Həmin avans zəmanətinin 2-ci bəndində Cavabdeh ASC bildirmişdir ki, “Prinsipial” tərəfindən xx xxxxx 2017-ci il tarixli, 41 saylı avans müqaviləsində nəzərdə tutulmuş avans ödənişi barədə müddəalar pozulduqda 167475 manat məbləğindən artıq olmayan pul cəmiyyətin ilk yazılı tələbinə əsasən ödəniləcəkdir. “X11 Təsərrüfatı” MMC üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin müvafiq şərtlərini pozmuşdur. Bundan sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC xx xxxx 2017-ci il tarixli və xx xxxx 2018-ci il tarixli məktublarla Cavabdeh ASC-yə müraciət edərək sonuncu tərəfindən verilmiş M/17-6246 saylı, xx xxxxx 2017-ci il tarixli, 3638 №-li avans zəmanətilə müqavilənin şərtləri “Prinsipial” tərəfindən pozulduğuna görə 167475 manat avans məbləğini cəmiyyətin ilk yazılı tələbi ilə bankın müxbir hesabından qeyd şərtsiz və mübahisəsiz olaraq “Prinsipial”ın razılı tələb olunmadan ödənilməsini xahiş etmiş, lakin hal – hazıra kimi pul vəsaiti ödənilməmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2018-ci il tarixli, 400 saylı Fərmanına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin hüquqi varisidir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X6 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 nümayəndəsi Nümayəndə3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı tərəfindən banka xx xxxx 2017-ci il tarixli məktub göndərilmişdir. Məktuba 1 vərəqdə qoşma əlavə olunması qeyd olunsa da, heç bir sənəd əlavə olunmamışdır. Buna görə də həmin pul vəsaiti Cavabdeh ASC-dən tutula bilməz. Mülki iş materiallarında olan: - xx xxxxx 2017-ci il tarixli, 41 №-li avans məbləğinin ödənilməsi barədə müqavilənin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC 167475 manat avans məbləğini “X11 Təsərrüfatı” MMC-nin hesabına köçürməyi öhdəsinə götürmüşdür. - M/17-6246 saylı, xx xxxxx 2017-ci il tarixli, 3638 №-li avans zəmanətinin surətindən görünür ki, Cavabdeh ASC üzərinə öhdəlik götürlmüşdür ki, xx xxxxx 2017-ci il tarixli, 41 saylı avans müqaviləsində nəzərdə tutulmuş avans ödənişi barədə müddəalar pozulduqda 167475 manat məbləğindən artıq olmayan pul cəmiyyətin ilk yazılı tələbinə əsasən “Prinsipial”ın razılı tələb olunmadan ödəniləcəkdir. - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh ASCyə ünvanlanmış xx xxxx 2017-ci il tarixli məktubun məzmunundan görünür ki, müqavilənin müddətinin başa çatmasına az vaxt qalmasına baxmayaraq “X11 Təsərrüfatı” MMC tərəfindən istehsal edəcəyi 4 adda məhsulların tədarük edilməsi ilə bağlı cəmiyyətə heç bir təklif vermədiyindən öhdəliklər yerinə yetirilməyərək müqavilənin şərtləri pozulduğuna görə 167475 manat məbləğində pul vəsaitinin “Prinsipial”ın razılı tələb olunmadan cəmiyyətin hesabına köçürülməsi xahiş edilmişdir; - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh ASCyə ünvanlanmış xx xxxx 2018-ci il tarixli məktubun məzmunundan görünür ki, 167475 manat məbləğində pul vəsaitinin “Prinsipial”ın razılı tələb olunmadan cəmiyyətin hesabına köçürülməsi xahiş edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(103)-5857/2018 saylı qərardadından görünür ki, Cavabdeh X9 tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 verilmiş M/17-6246 saylı, xx xxxxx 2017-ci il tarixli, 3638 №-li avans zəmanətində göstərilən 167475 manat avans məbləğinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh X4 tələb edilməsinə və tutulmasına, həmçinin hesabına köçürülməsinə (ödənilməsinə) qadağa qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri barədə xx xxxxxxxx 2017-ci il tarixli, 2(001)-14032/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, “X11 Təsərrüfatı” MMC xx xxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ərizə ilə müraciət edərək 4 adda məhsulların əkinini aparacağını və nəticədə alınan 700 ton kartof, 1050 ton mətbəx çuğunduru, 600 ton yerkökü və 1200 ton kələm məhsulunu xx xxxx 2017-ci il tarixədək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə satılmasını öhdəsinə götürmüşdür. Müraciət əsasında tərəflər arasında 4 adda kənd təsərrüfatı məhsullarının istehsalına dair xx xxxxx 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi imzalanmışdır. Müqavilənin müddəti xx xxxx 2017-ci il tarixədək müəyyən edilmişdir. M/17-6246 saylı, xx xxxxx 2017-ci il tarixli, 3638 №-li avans zəmanətinə əsasən Cavabdeh ASC üzərinə öhdəlik götürlmüşdür ki, xx xxxxx 2017-ci il tarixli, 41 saylı avans müqaviləsində nəzərdə tutulmuş avans ödənişi barədə müddəalar pozulduqda 167475 manat məbləğindən artıq olmayan pul cəmiyyətin ilk yazılı tələbinə əsasən “Prinsipial”ın razılığı tələb olunmadan ödəniləcəkdir. Tərəflər arasında bağlanmış avans müqaviləsinin 3.1-ci bəndinin “c” yarımbəndində qeyd olunmuşdur ki, həmin müqavilənin müddəaları istehsalçı, yəni, “X11 Təsərrüfatı” MMC tərəfindən pozulduqda avans məbləği “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən vaxtından əvvəl tələb edilə bilər. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC müqavilənin müddəti bitməmişdən əvvəl, yəni, xx xxxx 2017-ci il tarixli məktubla Cavabdeh ASC-yə müraciət etmiş, müqavilənin müddətinin başa çatmasına az vaxt qalmasına baxmayaraq “X11 Təsərrüfatı” MMC tərəfindən istehsal edəcəyi 4 adda məhsulların tədarük edilməsi ilə bağlı cəmiyyətə heç bir təklif vermədiyindən öhdəliklər yerinə yetirilməyərək müqavilənin şərtləri pozulduğuna görə 167475 manat məbləğində pul vəsaitinin “Prinsipial”ın razılı tələb olunmadan cəmiyyətin hesabına köçürülməsini xahiş etmişdir. Bundan sonra X5 və “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində “xxxxxxxxxxx” MMC – yə dəymiş 420000 manat məbləğində maddi ziyanın, X2 qanunazidd hərəkətləri nəticəsində X5 tərəfindən əlavə xərclənmiş 5000 manat məbləğində pulun və 20000 manat məbləğində mənəvi zərərin və hüquqi yardıma görə xərclənmiş 500 manat məbləğində pulun cavabehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin iddia ilə bağlı iddianı təmin etmə barədə ərizə təmin olunaraq Cavabdeh X9 tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 verilmiş M/17-6246 saylı, xx xxxxx 2017-ci il tarixli, 3638 №-li avans zəmanətində göstərilən 167475 manat avans məbləğinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh X4 tələb edilməsinə və tutulmasına, həmçinin hesabına köçürülməsinə (ödənilməsinə) qadağa qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. - 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. - 480-cı maddəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. - 484.1 və 484.2-ci maddəsinə əsasən benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir. Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləşdirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir. - 485.1 və 485.2-ci maddəsinə əsasən benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən prinsipiala məlumat verməli və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə prinsipiala təqdim etməlidir. Qarant qoşulmuş sənədlərlə birlikdə benefisiarın tələbinə qarantiyada göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə ağlabatan müddətdə baxmalı, həmin tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə ciddi diqqət göstərməlidir. - 486.1 və 486.2-ci maddəsinə əsasən əgər benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə, qarant bu tələbi ödəməkdən imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir. Əgər benefisiarın tələbini ödəyənə qədər qaranta məlum olsa ki, qarantiya ilə təmin edilmiş əsas öhdəlik tamamilə və ya müvafiq hissədə artıq icra edilmişdir, digər əsaslara görə xətm edilmişdir və ya etibarsızdır, bu barədə o dərhal benefisiara və prinsipiala məlumat verməlidir. Bu cür məlumat verildikdən sonra qarant benefisiardan təkrarən aldığı tələbi ödəməlidir. Normaların məzmunundan görünür ki, qarant - Cavabdeh ASC benefisiarın - “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin tələbini ödəməkdən imtina etdiyi halda bu barədə sonuncya məlumat verməli idi. Lakin qarant tərəfindən bu məlumat verilməmişdir. Həmçinin, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx xxxx 2017-ci il tarixli məktubdan görünür ki, tələb qarantiyada nəzərdə tutulmuş müddətdə verilmişdir. İşin hallarından da görünür ki, tələbin ödənilməməsi üçün yeganə maneə iddianı təmin etmə təbirinə dair qərardada əsasən Cavabdeh X9 tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 verilmiş M/17-6246 saylı, xx xxxxx 2017-ci il tarixli, 3638 №-li avans zəmanətində göstərilən 167475 manat avans məbləğinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh X4 tələb edilməsinə və tutulmasına, həmçinin hesabına köçürülməsinə (ödənilməsinə) qadağa qoyulması olmuşdur. Digər tərəfdən öhdəliklərin “xxxxxxxxxxx” MMC tərəfindən pozulması 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)-539/2019 saylı qətnaməsi ilə də təsdiqini tapır. Həmin qətnaməyə əsasən X5 və “xxxxxxxxxxx” MMC-nin xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində “xxxxxxxxxxx” MMC – yə dəymiş 420000 manat məbləğində maddi ziyanın, X2 qanunazidd hərəkətləri nəticəsində X5 tərəfindən əlavə xərclənmiş 5000 manat məbləğində pulun və 20000 manat məbləğində mənəvi zərərin və hüquqi yardıma görə xərclənmiş 500 manat məbləğində pulun cavabehlərdən müştərək qaydada tutulması barədə iddiası rədd edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, “... iddiaçı cavabdeh cəmiyyət tərəfindən 41 nömrəli, xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini iddia etsə də, iddiaçının özü tərəfindən mövcud müqavilə şərtləri icra edilməmişdir. ... iddaçı cavabdeh cəmiyyətə yığılmış məhsulların alınması barədə rəsmi müraciət edilməsini sübuta yetirə bilmir. ... Beləliklə iddiaçı tərəf xx xxxxx 2017-ci il tarixli, 41 saylı müqavilə üzrə üzərinə götürdüyü mətbəx çuğunduru ilə bağlı öhdəlikləri xx xxxx 2019-cu il tarixədək və ya daha sonra icra edildiyini sübuta yetirə bilməmişdir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 488.1-ci madəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya üzrə öhdəliyinə aşağıdakılarda xitam verilir: qarantiya verilmiş məbləğ benefisiara ödənildikdə, qarantiyada müəyyənləşdirilmiş müddət qurtardıqda, benefisiar qarantiya üzrə hüquqlarından imtina etdikdə və onu qaranta qaytardıqda, benefisiar qarantı onun öhdəliyindən azad etməsi barədə yazılı ərizə vermək yolu ilə qarantiya üzrə hüquqlarından imtina etdikdə. - 488.2-ci maddəsinə əsasən həmin Məcəllənin 488.1.1, 488.1.2 və 488.1.4-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə qarantın öhdəliyinə xitam verilməsi qarantiyanın ona qaytarıb-qaytarılmadığından asılı deyildir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, qarantın benefisiar qarşısında qarantiya üzrə öhdəliyinə aşağıdakılarda xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, həmçinin, tələb vaxtında irəli sürüldüyündən və müqavilənin şərtləri iddiaçı tərəfindən pozulmadığından iddia təmin edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 Cavabdeh X3rşı pul tələbi barədə iddiası təmin edilsin. 167475 manat məbləğində pul vəsaiti Cavabdeh X4 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh X4 tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” X8 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar