Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3523/2021 30.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 oglunun, Cavabdehin nümayəndəsi X3 oglunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının 10.03.2007-ci il tarixli 05 saylı qərarına əsasən cavabdehlə iddiaçı arasında 27 ha (əkin) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 12.03.2007- ci il tarixli 36 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsində şərtin dəyişdirilərək mövcud bazar qiymətinə uyğun olaraq 100 manat müəyyən edilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçının 10.03.2007-ci il tarixli 05 saylı qərarına əsasən cavabdehlə iddiaçı arasında 27 ha (əkin) torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bağlanmış 12.03.2007- ci il tarixli 36 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsində şərtin dəyişdirilərək mövcud bazar qiymətinə uyğun olaraq 100 manat müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ötən müddət ərzində torpaq bazarında icarə haqlarında əsaslı artımlar baş verməsini və Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən 01.04.2020-ci il tarixdə daxıl olmuş təklif məktubunu nəzərə alaraq Bələdiyyənin 31.05.2021-ci il tarixli iclasında bələdiyyə mülkiyyətinə aid icarəyə verilmiş torpaq sahələrinin icarə haqlarının mövcud qiymətlərə uygunlaşdırılması barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar Səmədabad bələdiyyəsinin 10.03.2007-ci il tarixli 05 saylı qərarına əsasən cavabdehlə bələdiyyə arasında 27 ha torpaq sahəsinin icarəyə verilməsi ilə baglı baglanmış 12.03.2007-ci il tarixli 36 nömrəli icarə müqaviləsinin icarə haqqı şərtinin mövcud qiymətlərə uygunlaşdırılması barədə ona 15 gün ərzində icarə haqqının qarşılıqlı razılaşma əsasında hazırki qiymətlərə uygunlaşdırılması, razı olmadıgı halda və ya bildirişə cavab verilmədikdə icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi və icarə haqlarının real bazar qiymətinə uygunlaşdırılması tələbi ilə məhkəməyə müraciət olunacagı bildirilmışdır. Cavabdeh 15 gün ərzində icarə haqqının qarşılıqlı razılaşma əsasında hazırki qiymətlərə uygunlaşdırılması ilə baglı bildirişə cavab verməmiş və bələdiyyəyə gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, müqavilənin şərtləri birtərəfli qaydada dəyişdiriliə bilməz. Müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmamışdır. Müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmadıgından icarə müqaviləsinin şərtləri də dəyişdirilə bilməz. Cavabdeh vaxtı vaxtında icarə haqlarını ödəmiş, məhsulun satışından əldə olunan vəsaitdən imkansız ailələrə şəhid ailələrinə və müharibə iştirakçılarına yardımlar etmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 12.03.2007-ci il tarixli 36 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən 27 ha torpaq sahəsi 50 il müddətinə cavabdehə icarəyə verilmiş, illik icarə haqqı bir hektara görə on manat müəyyən edilmişdir. Biləsuvar rayonu Səmədabad bələdiyyəsi tərəfindən cavabdehə ünvanlanmış 30.12.2020-ci iltarixli məktubun surətindən görünür ki, 2021–ci ildən icarə haqlarının hər hektara görə 100 manat olaraq hesablanması cavabdehə bildirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh arasında 12.03.2007-ci il tarixli 36 nömrəli icarə müqaviləsinə əsasən, iddiaçı tərəfindən 27 ha torpaq sahəsi 50 il müddətinə cavabdehə icarəyə verilmiş, illik icarə haqqı bir hektara görə on manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmamış torpaq sahəsindən istifadə olunmaqla icarə haqları vaxtı-vaxtında ödənilmişdir. Azərbaycan Respublikasının Mülki məcəlləsinin: 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə qeyd edir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə, yaxud müqavilədə nəzərdə tutuldugu hallarda dəyişdirilə və ya ləgv edilə bilər. Pozuntu o zaman əhəmiyyətli sayılır ki, bunun digər tərəfə vurdugu zərər müqavilə baglayarkən, onun ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən olunmadıgından eyni zamanda tərəflər arasında baglanmış müqavilədə icarə haqqının məbləginin dəyişdirliməsi nəzərdə tutulmadıgından həmçinin müqavilənin dəyişdirilməsi üçün hər hansı bir əsas müəyyən olunmadıgından iddia təmin oluna bilməz. Bundan əlavə iddiaçı iddia ərızəsində tələbini şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əsaslandırmaqla Mülki Məcəllənin 422-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi hər şeydən əvvəl əhəmiyyətli dərəcədə olmalıdır. Şəraitin dəyişməsi o dərəcədə əhəmiyyətlidir ki, tərəflər onu qabaqcadan görə bilməzdilər və o dərəcədə əhəmiyyətlidir ki, tərəflər onu qabaqcadan görə bilsəydilər, ümumiyyətlə, müqaviləni baglamazdılar və ya onu dəyişəcək şəraitə münasib olan əhəmiyyətli dərəcədə fərqli şərtlərlə baglayardılar. Məhkəmə qeyd edir ki, icarə müqaviləsinin məbləginin artması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı deyildir. Belə ki, iddiaçı icarə müqaviləsi baglayarkən gələcəkdə icarə haqqının məbləginin artmasını görə bilərdi və bu barədə müqavilədə ayrı qayda müəyyən edə bilərdi. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə dəlili də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən ərəfləməhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlirddir. Həmin Mən birinin tələbi ilə əcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-3523/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3523/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver