Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-360/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «borcun və cərimənin ödənilməsi» tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 88249,08 manat əsas borc, 33503,32 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 121782,40 manat pulun “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2008-ci iltarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50% güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehlaçılarına satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə “xxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 47- LD/15 saylı, xx xxxx 2015-ci il tarixli 62-LD/15 saylı, xx xxxxxx 2015-ci il tarixli 101-LD/15 saylı, xx xxx 2017-ci il tarixli 141/1-LD/17 saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 168 baş cins damazlıq heyvanı lizinqə vermişdir. Cavabdeh damazlıq heyvanların dəyərindən 117616,33 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh xx xxxx 2018-ci il tarixədək 99304,01 manat ödəməli olduğu halda, cəmi 11054,93 manat ödəniş etmiş və onun xx xxxx 2018-ci il tarixə onun 88249,08 manat qalıq borcu qalmışdır. Cavabdeh öhdəliyini vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinəgötürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi üçün göndərilmiş pretenziya cavabsız qalmış və dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 5.4-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.6 – 5.1.10-cu bəndlərində göstərilən hala yol verildikdə, lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, lizinq alanın damazlıq heyvanların tam dəyərini və borclu olduğu məbləğin hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Buna əsasən, ödəniş qrafiki üzrə xx.xx.2018-ci il tarixədək olan borcun məbləği 88249,08 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği cəmi 33503,32 manat təşkil etmişdir. Sonradan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 xx.xx.2018-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2015-ci il tarixli 47-LD/15 saylı, xx xxxx 2015-ci il tarixli 62-LD/15 saylı, xx xxxxxx 2015-ci il tarixli 101-LD/15 saylı, xx xxx 2017-ci il tarixli 141/1-LD/17 saylı müqavilələr üzrə xx.xx.2018-ci il tarixə yaranmış 92088,29 manat əsas borcun, 49469,63 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun, xxxxxxxxxxMəhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 106019,10 manat əsas borcun, 49469,63 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 155518,73 manat pulun “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərin damazlıq heyvanları ilə bağlı deyil, həmçinin texnika ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək izahatında tələb olunan vəsaitlərin ödənildiyini bildirərək tələbin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2015-ci il tarixli, 47-LD/15 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən - İddiaçı ASC lizina alan - “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumi dəyəri 130098,6 manat olan 102 ədəd damazlıq heyvanları (Holştin-friz cinsli mal-qara), lizinq alan güzəştli satış dəyərindən 65049,14 əvvəlcədən, qalan dəyərindən 65049,46 manat məbləği isə 3 il ərzində yekun olaraq 65049,46 manat, o cümlədən, 2015-ci ildə 3-cü rüb 5429,46 manat və 4-cü rüb 5420 manat olmaqla cəmi 10849,46 manat, 2016-ci ildə hər rüb 5420 manat olmaqla 1-ci, 2-ci, 3-cü və 4-cü rüblər üzrə cəmi 21680 manat, 2017-ci ildə hər rüb 5420 manat olmaqla 1-ci, 2-ci, 3-cü və 4-cü rüblər üzrə cəmi 21680 manat və 2018-ci ildə ilk 2 rüb üzrə hər bir rüb 5420 manat (3-cü və 4-cü rüb ödəmə yoxdur) olmaqla cəmi 10840 manat ödəməyi öhdəsinə götürməklə (tam ödəniş aparıldıqdan sonra damazlıq heyvanların lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə vermişdir. xx.xx.2015-ci il tarixli, 62-LD/15 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən - İddiaçı ASC lizina alan - “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumi dəyəri 2399,11 manat olan 2 ədəd damazlıq heyvanları (Holştin-friz cinsli mal-qara), lizinq alan güzəştli satış dəyərindən 1199,56 əvvəlcədən, qalan dəyərindən 1199,55 manat məbləği isə 3 il ərzində yekun olaraq 1199,55 manat, o cümlədən, 2015-ci ildə 4-cü rüb 110,55 manat, cəmi 110,55 manat, 2016-ci ildə hər rüb 99 manat olmaqla 1-ci, 2-ci, 3-cü və 4-cü rüblər üzrə cəmi 396 manat, 2017-ci ildə hər rüb 99 manat olmaqla 1-ci, 2-ci, 3-cü və 4-cü rüblər üzrə cəmi 396 manat və 2018-ci ildə ilk 3 rüb üzrə hər bir rüb 99 manat (4-cü rüb ödəmə yoxdur) olmaqla cəmi 297 manat ödəməyi öhdəsinə götürməklə (tam ödəniş aparıldıqdan sonra damazlıq heyvanların lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə vermişdir. xx.xx.2015-ci il tarixli, 101-LD/15 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən - İddiaçı ASC lizina alan - “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumi dəyəri 47021,08 manat olan 31 ədəd damazlıq heyvanları (Simmental cinsli mal-qara), lizinq alan güzəştli satış dəyərindən 23510,51 əvvəlcədən, qalan dəyərindən 23510,57 manat məbləği isə 3 il ərzində yekun olaraq 23510,57 manat, o cümlədən, 2015-ci ildə 4-cü rüb 1959 manat, cəmi 4459 manat, 2016-ci ildə hər rüb 1959 manat olmaqla 1-ci, 2-ci, 3-cü və 4-cü rüblər üzrə cəmi 7836 manat, 2017-ci ildə hər rüb 1959 manat olmaqla 1-ci, 2-ci, 3-cü və 4-cü rüblər üzrə cəmi 7836 manat və 2018-ci ildə ilk 2 rüb üzrə hər bir rüb 1959 manat, 3-cü rüb 1961,57 manat olmaqla (4-cü rüb ödəmə yoxdur) cəmi 5879,57 manat ödəməyi öhdəsinə götürməklə (tam ödəniş aparıldıqdan sonra damazlıq heyvanların lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə vermişdir. xx.xx.2017-ci il tarixli, 141/1-LD/17 nömrəli dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən - İddiaçı ASC lizina alan - “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumi dəyəri 55713,63 manat olan 33 ədəd damazlıq heyvanları (Holştin-friz cinsli mal-qara), lizinq alan güzəştli satış dəyərindən 27856,81 əvvəlcədən, qalan dəyərindən 27856,82 manat məbləği isə 3 il ərzində yekun olaraq 27856,82 manat, o cümlədən, 2017-ci ildə ilk 2-ci, 3-cü və 4-cü rüblər üzrə hər rüb 2321 manat olmaqla cəmi 6963 manat, 2018-ci ildə hər rüb 2321 manat olmaqla 1-ci, 2-ci, 3-cü və 4-cü rüblər üzrə cəmi 9284 manat, 2019-cu ildə hər rüb 2321 manat olmaqla 1-ci, 2-ci, 3-cü və 4-cü rüblər üzrə cəmi 9284 manat və 2020-ci ildə 1-ci rüb üzrə 2325,82 manat (2-ci, 3-cü və 4cü rüb ödəmə yoxdur) olmaqla cəmi 2325,82 manat ödəməyi öhdəsinə götürməklə (tam ödəniş aparıldıqdan sonra damazlıq heyvanların lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə vermişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş hər dörd müqavilələr üzrə cərimənin hesablanması qrafikindən görünür ki, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2016-cı il tarixə hər 4 rüb (İ-İV) üzrə gecikdirilmiş günlərin sayı 90 olmaqla, ümumilkdə 360 gecikdirilmiş günlərə görə cəmi 4513,94 manat, 2017-ci il tarixə hər 4 rüb (İ-İV) üzrə gecikdirilmiş günlərin sayı 90 olmaqla, ümumilkdə 360 gecikdirilmiş günlərə görə cəmi 15908,93 manat, 2018-ci il tarixə hər 4 rüb (İ-İV) üzrə gecikdirilmiş günlərin sayı 90 olmaqla, ümumilkdə 360 gecikdirilmiş günlərə görə cəmi 29323,03 manat, 2019-cu il tarixə hər 4 rüb (İ-İV) üzrə gecikdirilmiş günlərin sayı 90 olmaqla, ümumilkdə 360 gecikdirilmiş günlərə görə cəmi 35240,68 manat, 2020-ci il tarixə 1-ci və 2-ci rübə görə hər rüb üzrə gecikdirilmiş günlərin sayı 90 cəmi 180 gecikdirilmiş günlərə görə 18874,12 manat, yekun olaraq isə cəmi 1620 gecikdirirlmiş günlərə görə ümumilikdə 103860,70 manat məbləğində cərimə borcu hesablanmışdır. Həmçinin sözügedən qrafikindən görünür ki, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2020-ci ilin 2-ci rübün sonuna hər dörd müqavilə üzrə gecikdirilmiş borcun məbləği 106019,10 manat təşkil edir. İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, 47-LD/15 nömrəli, xx.xx.2015-ci il tarixli, 62-LD/15 nömrəli, xx.xx.2015-ci il tarixli, 101-LD/15 nömrəli və xx.xx.2017-ci il tarixli, 141/1-LD/17 nömrəli güzəştli lizinq müqavilələri üzrə (müqavilə məbləği 235232,42 manat, qrafik üzrə ödəniş 11597,29 manat) 106019,10 manat əsas borc, 103860,70 manat cərimə olmaqla, cəmi 209879,80 manat məbləğində borcu vardır. xx xxxxxx 2020-ci il tarixli 9/2014 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2015-ci il tarixli, 47-LD/15 nömrəli müqavilə üzrə 65049,14 manat məbləğində ilkin ödəniş və 9527,74 manat məbləğində ödəniş aparıldığı, həmin müqavilə üzrə xx.xx.2018-ci il tarixədək 65049,46 manat ödənilməli olduğu halda 9527,74 manat ödəniş aparıldığı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 55521,72 manat, cərimə borcu 29681,1 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 62-LD/15 nömrəli müqavilə üzrə 1199,56 manat məbləğində ilkin ödəniş və 110,55 manat məbləğində ödəniş aparıldığı, həmin müqavilə üzrə xx.xx.2018-ci il tarixədək 1199,55 manat ödənilməli olduğu halda 110,55 manat ödəniş aparıldığı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 1089 manat, cərimə borcu 440,56 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 101-LD/15 nömrəli müqavilə üzrə 23510,51 manat məbləğində ilkin ödəniş və 1959 manat məbləğində ödəniş aparıldığı, həmin müqavilə üzrə xx.xx.2018-ci il tarixədək 23510,57 manat ödənilməli olduğu halda 1959 manat ödəniş aparıldığı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 21551,57 manat, cərimə borcu 2215 manat məbləğində və xx.xx.2017-ci il tarixli, 141/1-LD/17 nömrəli müqavilə üzrə 27856,82 manat məbləğində ilkin ödəniş aparıldığı, qrafik üzrə ödəniş aparılmadığı, həmin müqavilə üzrə xx.xx.2018-ci il tarixədək 13926 manat ödənilməli olduğu halda ödəniş aparılmadığı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 13926 manat, cərimə borcu 2055,12 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə 106019,10 manat məbləğində əsas borcu yaranmış və məhkəmə iddiaçının həmin tələbini əsaslı hesab edir. Belə ki, iddiaçı birinci dəfə xx.xx.2018-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərkən, xx xxxxx 2015-ci il tarixli 47-LD/15 saylı, xx xxxx 2015-ci il tarixli 62-LD/15 saylı, xx xxxxxx 2015-ci il tarixli 101-LD/15 saylı, xx xxx 2017-ci il tarixli 141/1-LD/17 saylı müqavilələr üzrə xx.xx.2018-ci il tarixə yaranmış əsas borcun 92088,29 manat (cərimə borcunun 49469,63 manat) olduğunu (bu hal həmin dövrə aid iş materiallarına əlavə edilmiş maliyyə arayışından da görünür), həmçinin ekspert də öz rəyində xx.xx.2018-ci il tarixə yaranmış əsas borcun 92088,29 manat (o cümlədən cərimə borcunun 34391,78 manat) məbləğində olduğu qənaətinə gəldiyindən məhkəmə “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ASC qarşısında xx.xx.2018-ci il tarixə yaranmış əsas borcun 92088,29 manat məbləğində olması ilə razıdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 106019,10 manat məbləğində əsas borcu tələb etdiyindən məhkəmə həmin hissədə iddia tələbini əsas götürür. Lakin bununla yanaşı məhkəmə (ekspertin öz rəyində xx.xx.2018-ci il tarixə yaranmış cərimə borcunun 34391,78 manat məbləğində müəyyən etməsinə baxmayaraq) qeyd edir ki, cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan cərimə (dəbbə) pulunun azaldaraq 980,90 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx xxxxx 2015-ci il tarixli 47-LD/15 saylı, xx xxxx 2015-ci il tarixli 62-LD/15 saylı, xx xxxxxx 2015-ci il tarixli 101-LD/15 saylı, xx xxx 2017-ci il tarixli 141/1-LD/17 saylı güzəştli lizinq müqavilələri üzrə 106019,10 manat məbləğində əsas borc, 980,90 manat məbləğində cərimə olmaqla, cəmi 107000 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 68,81%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 68,81%-i, yəni 20,64 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 103,21 manatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 46,79 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx xxxxx 2015-ci il tarixli 47-LD/15 saylı, xx xxxx 2015-ci il tarixli 62-LD/15 saylı, xx xxxxxx 2015-ci il tarixli 101- LD/15 saylı, xx xxx 2017-ci il tarixli 141/1-LD/17 saylı güzəştli lizinq müqavilələri üzrə 106019,10 manat məbləğində əsas borc, 980,90 manat məbləğində cərimə olmaqla, cəmi 107000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,64 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 103,21 manatı “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 46,79 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-360/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-360/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver