Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3855/2021 16.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X3 və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16344 manat məbləğində hesablanmış cərimənin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 20 fevral 2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Sukanal İdarəsinin əməkdaşları F.Xoyski 115 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qanunsuz, əsassız yoxlamaya dair hər hansı bir sənəd təqdim etmədən özbaşına daxil olmuş və nəticədə obyektin su təhcizatı ilə bağlı guya nöqsanlar aşkar etdikləri üçün 19 fevral 2021-ci il tarixli 007285 nömrəli Akt tərtib etmişlər. Həmin aktda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin su təhcizatına baxış keçirilmiş və məlum olmuşdur ki, abonent sayğacdan keçməyən (d=40mm) xəttdən sudan istifadə etdiyi sayğacdan keçməyən su xətti kodlaşmış binanın balans sayğacından keçmişdir. Bundan sonra Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Sukanal İdarəsi tərəfindən 23.02.2021-ci il tarixli “Su təhcizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi barədə vərəqə tərtib edilmişdir. Heç bir rəsmi reyestrdən qeydiyyatdan keçməyən yoxlama aktında qeyd olunur ki, guya qeyriyaşayış sahəsinin su təhcizatına baxış keçirilmiş və məlum olmuşdur ki, abonent sayğacdan keçməyən (d=40mm) xəttdən sudan istifadə edildiyini, sudan özbaşına qeyriqanuni istifadə müddətini müəyyən edə bilmədiklərindən 12 ay, yəni bir illik hesablanma aparılmışdır. Qeyri-yaşayış sahəsinə su təhcizatı sisteminə baxış qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən qanunsuz hesab edilməli və bundan irəli gələn nəticələr ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X4 tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 16344 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, 16344 manat məbləğində əlavə borcun iddiaçının sayğacdan keçməyən su xəttindən istifadə etdiyinə görə yazıldığını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 007285 nömrəli aktdan görünür ki, Cavabdeh ASC-nin tərəfindən F.Xoyski 115 ünvanda yerləşən çamaşırxananın su təhcizatına keçirilmiş baxışı zamanı, abonentin sayğacdan keçməyən (d=40mm) xəttən sudan istifadə etdiyi, sayğacdan keçməyən su xəttinin kodlaşmış binanın balans sayğacından keçdiyi, (balans sayğacın nömrəsi 19102966, göstəricisi 31, 124m3) müəyyən edilmiş və əlavə xətt ləğv olunmuşdur. 23.02.2021-ci il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasından görünür ki, Cavabdeh ASC-nin 23.02.2021-ci tarixli 7285 saylı Akta əsasən İddiaçı su təhcizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün 16344 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Göründüyü kimi Cavabdeh ASC-nin əməkdaşları tərəfindən abonent kodu 094350 olan İddiaçı (VÖEN **********) qeyri-yaşayış sahəsində vahid məlumat reyestrində qeydə alınmayan yoxlama keçirilmiş və tərtib edilən 007285 nömrəli akta əsasən 16344 manat məbləğində borc yazılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməklə hesablanmış 16344 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 16344 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 16344 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-3855/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3855/2021
16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver