Məhkəmə qərarları › İş №2-2(113)-3902/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3902/2023

25.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3902/2023 25.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın və fakturanın ləğv edilməsi, əsassız borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 7 yanvar 2023-cü il tarixli, 601980 nömrəli aktının və 4.104 manat məbləğinin ödəniməsi haqqında 14 yanvar 2023-cü il tarixli, ********* nömrəli fakturasının ləğv edilməsi, əsassız olaraq borc kimi yazılmış 4.104 manat məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 7 yanvar 2023-cü il tarixli, 601980 nömrəli akt tərtib edilmişdir. Akta görə, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzladə qəsəbəsi. Baksol yaşayış massivi 4 ünvanında yerləşən obyektə baxış keçirən zaman abonent su sayğacından kənar d-20 mm boru vasitəsitə sudan istifadə etməsi müəyyən edilmişdir. Akt əsasında Cavabdeh tərəfindən 4.104 manat məbləğinin ödəniməsi haqqında 14 yanvar 2023-cü il tarixli, ********* nömrəli faktura tərtib edilmişdir. Akt və faktura qanunsuz və əsassızdır, onların tərtibi nəticəsində onun hüquqları pozulur. Aktın və Fakturanın tərtib edilməsi üçün heç bir faktiki və hüquqi əsis olmamışdır. Akt və faktura ləğv edilməli, əsassız olaraq borc kimi yazılmış məbləğ silinməlidir. Belə ki, o abonent su sayğacından kənar heç bir boru vasitəsitə sudan istifadə etmir. Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massiv ünvanı üzrə onun adına iki su abonent kodu vardır: 1) 103272$10/1070; 2) **********211. Aktda qeyd olunmuş d-20 mm boru **********211 nömrəli abonent koduna aiddir, o həmin abonent kodu ilə də Cavabdehin müvafiq hesab fakturaları əsasında ödənişlər həyata keçirir. Beləliklə, onun tərəfindən abonent su sayğacından kənar d-20 mm istifadə etməyi faktı, yəni su sisteminin təchizatına qanunsuz (özbaşına) qoşulma halı növcud deyildir. Həmin hal olmadığına görə Cavabdehin hərəkətləri, Akt və Faktura Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının tələblərinə ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı barəsində tərtib edilmiş Cavabdeh ASC-nin 07 yanvar 2023-cü il tarixli, 601980 nömrəli aktının və 4.104 manat məbləğinin ödəniməsi haqqında 14 yanvar 2023-cü il tarixli, ********* nömrəli fakturanın ləğv edilməsi hissəsində iddia tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh ASC-nin tərəfindən tərtib edilmiş 07 yanvar 2023-cü il tarixli, 601980 nömrəli akt və 14 yanvar 2023-cü il tarixli faktura özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı (halbuki həmin akt əsasında 14 yanvar 2023-cü il tarixli, ********* nömrəli faktura yazılmış) mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın ləğv edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Hazırkı halda isə iddiaçı ona Cavabdeh ASC tərəfindən hesablanmış borcun silinməsini istədiyi və bu tələblə iddia qaldırdığı halda həmin məqsədinə daha tez, daha münasib və daha sadə yolla, yəni borcun özünü mübahisələndirmək yolu ilə çatmaq imkanına malikdir ki, iddiaçı borcun silinməsi tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı 7 yanvar 2023-cü il tarixli, 601980 nömrəli aktının və 4.104 manat məbləğinin ödəniməsi haqqında 14 yanvar 2023-cü il tarixli, ********* nömrəli fakturasının ləğv edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar