Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-3992/2021 30.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X16, Üçüncü şəxs X24, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsızlığı” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh2nə (bundan sonra – cavabdeh) qarşı (üçüncü şəxs X24) “hərracın nəticələrinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 10 noyabr 2020-ci il tarixli, 17/68-32113-16 saylı sifariş məktubu əsasında cavabdeh Respublika Xammal və X26 Mərkəzi "xxxx" MMC-nin 21 yanvar 2021-ci il tarixli Binəqədi rayonu Atatürk prospekti 3078 a ünvanında inşa edilən yaşayış binasının “E” korpusunun 2-ci mərtəbəsində ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilin satılmasına dair hərracın nəticələrinin, hərracın yekunları barədə 10/01 saylı protokol və mənzilə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Baki Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə X10 ilə İddiaçı MMC-nin təsisçisi X20 arasında notariatda təsdiq olunmaqla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında E korpusunun 17-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 213,51 kv/m olan 34 saylı mənzilin ½ sahəsi, yəni 107 kv/m sahəsi 998214,60 manat), eyni ünvanda C kopusunda yerləşən ümumi sahəsi 12 kv/m sahəsi olan bərbərxana sahəsi (20349 manat) və A2 korpusununun qarşısında yerləşən 26 kv.m sahəsi olan meyvə-tərəvəz mağazası (62985 manat) X1 və istifadəsinə verilmiş, zərərçəkmiş şəxs X4 mülki iddiası üzrə icraata xitam verilmişdir. Hökmlə. Həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə yuxarıda sadalanan üzəinə həbs qoyulmuş İddiaçı MMC-yə məxsus Bakı şəhəri,Binəqədi rayonu, Atatürk prospekti 30/78A ünvanında inşa etdiyi çoxmərtəbəli binanın həyətyanı sahəsində yerləşən ümumi sahəsi 200 kv.mettr, dəyəri 446500 manat olan “Uşaq əyləncə mərkəzi”, ümumi sahəsi 72 kv.metr dəyəri 174420 manat olan “Kafe-restoran sahəsi”, ümumi sahəsi 31 kv.metr dəyəri 55960 manat olan “Gözəllik salonu”, ümumi sahəsi 28 kv.metr olan “Market sahəsi”, ümumi sahəsi 26 kv.metr olan “Meyvə-tərəvəz mağazası”, ümumi sahəsi 12 kv.m. olan “Bərbərxana sahəsi”, ümumi sahəsi 11 kv.metr olan “Dərzi” sahəsi, ümumi sahəsi 200 kv.metr olan “Qaraj sahəsi”, ümumi sahəsi 800 kv.metr olan “Əyləncə istirahət kompleksi”. Bakı şəhəri. Xətai rayonu, Nobel prospektində istifadədə olan 2468 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1043 kv.m olan. Faktiki olaraq İddiaçı MMC-nin mülkiyyəti hesab olunan X7 adına olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 118,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsi, "xxxx" MMC-nin hesab olunduğu Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr. 3078A ünvanında inşa etdiyi yaşayış binasının A4 korpusunun 18-ci mərtəbəsində yerləşən 3-otaqlı ümumi sahəsi 145,11 kv.m., A4 korpusunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 138,97 kv.m., A5 korpusunun 17-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 186 kv.m., E korpusunun 2-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 214,14 kv.m.,E korpusunun 17-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 214,14 kv.m, E korpusunun 17-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 21351 kv.metr, B korpusunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 155,08 kv.metr və B korpusunun 18-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 115,57 kv.m. və E korpusunun 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 213,51 kv.m. olan mənzillər xüsusi müsadirə olunaraq satılmaqla zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsinə yönəldilsin, zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildikdən sonra qalan əmlakın üzərinə qoyulmuş həbs götürülməklə həbsdən azad edilərək "xxxx" MMC-yə qaytarılması hökm edilmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 yanvar 2020-ci il tarixli yekun qərarı ilə zərərçəkmiş şəxslər X13 və X5 mülki iddiaları üzrə 65.000 ABŞ dolları məbləğində pul hökmün icra edildiyi günə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun depozitdə olan pul məbləğləri nəzərə alınmaqla təmin olunması qərara alınmışdır. Qərar qanuni qüvvəyə mindiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin l(101)- 72/2019 saylı, 10 fevral 2020-ci il tarixli icra vərəqi icra edilməsi üçün Cavabdeh2nə göndərilmişdir. Həmin icra vərəqəsinə əsasən Cavabdeh2 10 noyabr 2020-ci il tarixli, 17/68-32113- 16 saylı sifariş məktubu ilə Respublika Xammal və X26 Mərkəzi "xxxx"MMC-yə "xxxx" MMC-nin sahibliyində olan əmlakların o cümlədən Binəqədi rayonu, Atatürk prospekti 3078 a ünvanında inşa edilən yaşayış binasının "E" korpusunun 2-ci mərtəbəsində ümumi sahəsi 214,14 kv.m. olan 4 otaqlı mənzilin hərrac yolu ilə satılmasını sifariş etmişdir. Həmin mənzil 21 yanvar 2021-ci il tarixdə küçirilən hərrac yolu ilə X2. Bu barədə hərracın yekunları barədə 10/01 saylı protokol tərtib edilmişdir. Belə ki, mənzil hərraca çıxarılarkən mənzil "xxxx" MMC-nin sahibliyində olsa da hərrac barədə "xxxx" MMC-yə məlumat verilməmişdir. "xxxx" MMC hərracın dayandırılması barədə "xxxx" MMC-yə məktub ünvanlasa da buna əhəmiyyət verilməmişdir. Ona görə ki, mənzilin qiymətləndirilməsindən narazı olduqlarına görə bu barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldırmışlar. Sözügedən məktubda bu barədə məlumat verməklə hərracın dayandırılmasını xahiş etmişlər. Həmin məktubdan göründüyü kimmi onlar sahibliyində olan mənzilin satılmasında maraqlıdırlar. Lakin bütün bunlara baxmayaraq "xxxx" MMC qanunvericiliyin tələblərini pozaraq sahibliyində olan əmlakı onlara məlumat vermədən hərraca çıxararaq satmışdır. Onlarda olan məlumata görə hərracdan mənzili almış şəxs mülkiyyət hüququna dair çıxarış almışdır. Hərracın nəticələrini etibarsız hesab etdiklərinə görə alınan çıxarış da etibarsız hesab olunmalıdır. Tərəflərin izahatı: Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi O.Qaçayev iddia tələbinə etiraz edərək, hərracın keçirilməsi barədə borclulara məlumat verildiyini və iş materiallarına bununla bağlı sənədlərin əlavə olunduğunu bildirərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X24, onun nümayəndəsi və vəkili Vəkil2 ayrıayrılıqda iddia tələbinə etiraz edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməni məlumatlandırmamışdır. Məhkəmə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan məhəkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən verilmiş 25.06.2020-ci il tarixli 119/9 saylı hesabata əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 30 ünvanında inşa etdiyi yaşayış binasının “E” korpusunun 2-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 171.000 manat təşkil edir. X12 saxlayana X23 Edilməsi üçün Hərracın Yekunları barədə 21 yanvar 2021-ci il tarixli 10/01 nömrəli protokola əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 30 ünvanında inşa etdiyi yaşayış binasının “E” korpusunun 2-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilin ilkin hərac qiyməti 171000 manat olmuş, əmlak müqavilənin 1.15.4-cü bəndinə əsasən təkrar hərracdakı 20% aşağı qiymətə 136800 manata satılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı 03.06.2019-cu il tarixli icra vərəqəsinə əsasən zərərçəkmiş şəxslər X13 və X5 mülki iddiaları üzrə hər birinə 65.000 ABŞ dolları məbləğində pul hökmün icra edildiyi günə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun depozitdə olan pul məbləğləri nəzərə alınmaqla təmin olunmuşdur. İddiaçı MMC-nin qanuni təmsilçisi və direktoru X11 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Mhəkəməsinə ünvanladığı ərizədən görünür ki, İddiaçı MMC-nin iddiasına baxılıb yekun qərar qəbul edilənədək İddiaçı MMC-nin sahibliyində olan Binəqədi rayonu, Atatürk prospekti 3078 a ünvanında inşa edilən yaşayış binasının “E” korpusunun 2-ci mərtəbəsində ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzilə dair hər hansı bir hərəkət edilməsini, o cümlədən mənzilin təmir edilməsinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Binəqədi-21” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən X17 verilmiş 08.02.2021-ci il tarixli arayışından surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında inşa edilən “E” korpusunun 2-ci mərtəbəsində ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzil ona məxsusdur və ona heç bir borcu yoxdur. 21.02.2021-ci il tarixli TT**********33318019 nömrəli qəbzdən görünür ki, X24 tərəfindən X8 18019 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən 12.11.2020-ci il tarixli 01/2239 saylı bildirişlə X14 və Quluzadə (Quliyev) Ramiz Mirzə oğluna ünvanlanmış məktubla 11.11.2020-ci il tarixdə “Birja Yenilikləri” qəzetində elan çıxdığı və 04.12.2020-ci il tarixə Bakı şəhəri Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-17:00-dək hərracın təyin olunduğu barədə məlumat verilmişdir. 169244 nömrəli və 169245 nömrəli mədaxil qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən göndərilmiş 12.11.2020-ci il tarixli bildişlər X15 və X3 poçt xidməti ilə 17.11.2021-ci il tarixdə çatıdırılmışdır. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən 23.12.2020-ci il tarixli 01/2685 saylı bildirişlə X20 və Quluzadə (Quliyev) Ramiz Mirzə oğluna ünvanlanmış məktubla 23.12.2020-ci il tarixdə “Birja Yenilikləri” qəzetində elan çıxdığı və 07.01.2021-ci il tarixə Bakı şəhəri Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-17:00-dək hərracın təyin olunduğu barədə məlumat verilmişdir. 168720 nömrəli və 168719 nömrəli mədaxil qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən göndərilmiş 23.12.2020-ci il tarixli bildirişlər X15 və X3 poçt xidməti ilə 29.12.2021-ci il tarixdə çatıdırılmışdır. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən 12.01.2021-ci il tarixli 01/133 saylı bildirişlə X14 və Quluzadə (Quliyev) Ramiz Mirzə oğluna ünvanlanmış məktubla 12.01.2021-ci il tarixdə “Birja Yenilikləri” qəzetində elan çıxdığı və 21.01.2020-ci il tarixə Bakı şəhəri Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-17:00-dək hərracın təyin olunduğu barədə məlumat verilmişdir. 183248 nömrəli və 183249 nömrəli mədaxil qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən göndərilmiş 12.01.2021-ci il tarixli bildişlər X15 və X3 poçt xidməti ilə 15.11.2021-ci il və 19.01.2021-ci il tarixlərdə çatıdırılmışdır. Birja Yenilikləri qəzetinin 19 yanvar 2021-ci il tarixli buraxılışından görünür ki, 12.01.2021-ci il tarixli qəzetdə çap olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 30/78A ünvanında inşa etdiyi çoxmərtəbəli binanın həyətyanı sahəsində ümumi sahəsi 200 kv.metr olan “Qaraj” sahəsinin qiyməti ******* manat kimi oxunması qeyd olunmuşdur. “Birja Yenilikləri” qəzetinin 12 yanvar 2021-ci il tarixli buraxılışının surətindən görünür ki, ünvan 8 ünvanda hərrac keçirilməsi barədə məlumat dərc olunmuşdur. 21 yanvar 2021-ci il tarixli Hərracın yekunları üzrə "xxxx" MMC ilə X24 arasında bağlanmış əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında inşa edilən “E” korpusunun 2-ci mərtəbəsində ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzil 136800 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında inşa edilən “E” korpusunun 2-ci mərtəbəsində ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı mənzil X13 adına rəsmiləşdirilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh2nə göndərilmiş 02.03.2021-ci il tarixli 14/03-21 saylı məktubdan görünür ki, Bakı şəhəri Binəqəsi rayonu, Atatürk prospekti 3078 A ünvanında yerləşən İddiaçı MMC tərəfindən inşa etdirilmiş yaşayış binasında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı 03 iyun 2019-cu il tarixli icra vərəqəsi üzrə, üzərinə düşən həbs qoyulmuş İddiaçı MMC-yə məxsus əmlaklardan 200 kv.m qaraj sahəsinin zərərçəkmiş şəxs X29 ooğluna 130.000 manat zərərin əvəzi olaraq verilməsinə etiraz etmirlər İddiaçı MMC-yə məxsus 214.14 kv.m mənzili X25 və X9 tərəfindən hərrac yolu ilə 136800 manat alınmışdır. Həmin məbləğdən dəymiş ziyanın əvəzinə 118781 manat silinmişdir. Qalıq 18019 manat məbləğində pul isə Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına X13 və X9 tərəfindən ödənilmişdir. Həmin depozit hesaba köçürülən qalıq 18019 manat məbləğində puldan “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 78-ci maddəsinə əsasən 17414,67 manatın 7% icra ödənişinə yönəldilməsinə etiraz etmirlər. Hüquqi dəyərləndirmə: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. 62-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 1(101)-72/2019 saylı icra vərəqəsinə əsasən zərərçəkmiş şəxslər X13 və X5 mülki iddiaları üzrə hər birinə 65000 ABŞ dolları məbləğində pul hökmün icra edildiyi günə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun depozitdə olan pul məbləğləri nəzərə alınmaqla təmin olunmuşdur. Həmin icra sənədinin icra edilməsi ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən cavabdehə hərracın keçirilməsi ilə bağlı müvafiq sifariş göndərilmiş, cavabdeh tərəfindən 21.01.2021ci il tarixdə hərrac keçirilmiş, həmin hərracda qalib gəlmiş alıcı X24 ilə həmin tarixdə hərracın yekunları barədə 10/01 saylı protokol imzalanmışdır. İddiaçı hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişin ona göndərilmədiyini və hərracın keçirilməsindən sonradan xəbər tutduğunu göstərir. Cavabdehin məhkəməyə ünvanladığı açıq hərracın keçirilməsinə dair 12.01.2021-ci il tarixli 01/133 saylı, 12.11.2020-ci il tarixli 01/2239 saylı, 23.12.2020-ci il tarixli 01/2685 saylı bildirişlərin surətindən görünür ki, tələbkar və borcluya Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 1(101)-72/2019 saylı icra sənədinə əsasən hərracın keçirilmə yeri və vaxtı barədə bildiriş ünvanlanmış, eləcə də, həmin bildirişlərin ünvana çatmasını təsdiq edən qəbzlər, habelə hərracın keçirilməsi barədə elanın “Birja” qəzetində dərc etdirilməsi ilə bağlı sənədlər də iş materiallarına əlavə olunmuşdur. Göründüyü ki, hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunu iddiaçıya aid edilməlidir. MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №2-2(113)-3992/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-3992/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver